Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1405/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, bəraət almış şəxs X3 və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin n ümayəndəsi X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 yanvar tarixli, 1(107)-17/2024 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən Tural Həsənov) 2023-cü il 23 may tarixli, 1(033)-01/2023 nömrəli hökmü ilə, 21 iyun 1966-cı il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan R espublikası vətəndaşı, ailəli, üç uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan, X4 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə verilən ittihamla bağlı təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(033)-01/2023 nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X8 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədovdan ibarət tərkibdə) 2024-cü il 9 yanvar tarixli, 1(107)-17/2024 nömrəli qərarı ilə zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 sa ylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(033)-01/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Cinayət işi üzrə ibtidai istintaq materiallarına görə X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu hald a, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 96.1, 101.3, 124.1, 159.1, 177 və 178-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 120419,75 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, fərdi sahibkar X6 2019-cu ilin dekabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 1729183,07 manat, ƏDV 311252,95 manat, əvəzləşdirilən ƏDV 46665,00 manat, əvvəlki dövrə görə dəqiqləşdirilmiş (artırılan) ƏDV 70920,95 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 335508,90 manat olduğu halda, vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriy yəsini 1375228,38 manat, əlavə dəyər vergisini 247541,11 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 46665,00 manat, əvvəlki dövrə görə dəqiqləşdirilmiş (artırılan) ƏDV 70920,95 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 271797,06 manat göstərərək, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 63711,84 manat az, 2020-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 16179,07 manat, əlavə dəyər vergisi 2901,71 manat, əvəzləşdirilən ƏDV 24954,56 manat, dövlət büdcəsindən istənilən ƏDV 22052,85 manat olduğu halda, vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 16179,42 manat, əlavə dəyər vergisini 2912,30 manat, əvəzləşdirilən ƏDV 25044,72 manat, büdcədən istənilən ƏDV-ni 22132,42 manat göstərərək, dövlət büdcəsindən ist ənilən əlavə dəyər vergisini 79,57 manat artıq, mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 279185,23 manat, əlavə dəyər vergisi 50253,34 manat, əvəzləşdirilən ƏDV 26306,11 manat, dövlət büdcəsinə ödənilməli ƏDV 23947,23 manat olduğu halda, vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 228173,15 manat, əlavə dəyər vergisini 41071,17 manat, əvəzləşdirilən ƏDV-ni 26583,31 manat, büdcəyə ödənilməli ƏDV-ni 14487,86 manat göstərərək, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 9459,37 manat az göstərməklə, cəmi 73250,78 manat məbləğində əlavə dəyər vergisi: 2019-cu il üzrə ümumi gəliri 132619653,61 manat, həmin gəlirin əldə edilməsinə görə xərcləri 12962969,40 manat, gəliri (mənfəəti) 298984,21 manat, gəlir vergisi 59796,84 manat olduğu halda, vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannaməsində ümumi gəlirini 13261953,61 manat, həmin gəlirin əldə edilməsinə görə çəkdiyi xərcləri 13197982,57 manat, gəliri (mənfəəti) 63971,04 manat, büdcəyə ödənilməli gəlir vergisi 12794,21 manat göstərərək, 47002,63 manat məbləğində gəlir vergisini, 2020-ci ilin 1-ci rübü üzrə icarə haqqı 1188,0 manat (bir ayı 399,0 manat olmaqla) ödədiyi və həmin məbləğdən 14 faiz hesabı ilə 166,32 manat ödəmə mənbəyində tutulan vergini hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 166,32 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, ümumilikdə, 120419,75 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİ NİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ BƏRAƏT ALMİŞ ŞƏXSİN ÇİXİŞLARİ: Zərərçəkmiş hüquqi şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətində gətirdikləri dəlillərə ümumi qaydada təsvir etməklə, formal yanaşmış və qəbul etdiyi qərarda da heç bir əsaslandırma aparmamışdır. Belə ki, apellyasiya şikayətində xüsusi olaraq qeyd etdiyimiz mütəxəssislə bağlı CPM-in maddələri, Vergi Məcəlləsinin 88-ci maddəsi üzrə ödənişlərlə əlaqədar və iki cild is materiallarında olan sənədlərin yalnız məhkəmə istintaqının gedişatına dair prosessual sənədlər olması hissələrinə dair, onları təkzib edəcək hər hansı əsaslandırılma aparılmamış və əsaslı dəlil gətirilməmişdir. Şəki Apellyasiya Məhkəməsində cinayət işinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyekt iv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış və nəticədə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində olduğu kimi Şəki Apellyasiya Məhkəməsi tərəfindən də iş üzrə mötəbər sübut kimi məhkəmə istintaqı dövründə verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7806 nömrəli və xx.xx.2023-cü il tarixli 9/814 nömrəli rəyləri qəbul edilmişdir. Hər iki rəy bir-birinin təkrarı olmuş (ziddiyyətli məqamlar olmaqla), ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək, səyyar ve rgi yoxlaması aktının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi Nəriman Balaşov tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 120,419,75 manat (73.250,78 (ƏDV) + 47.002,65 (Gəlir vergisi) + 166,32 (ÖMV)) vergi məbləğinin müəyyən edildiyini, lakin vergi ödəyicisi tərəfindən həyata keçirilmiş və onun şəxsi hesab vərəqəsində əks olunmuş vergi ödənişləri mülki iddia məbləğindən çıxıldıqda borcunun olmadığını, həmçinin qeyd edilənlərin davamı olaraq vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ümumiyyətlə borcunun olmasının müəyyən olunmadığını qeyd etmişlər. Zərərçəkmiş hüquqi şəxs daha sonra bildirmişdir ki, ekspertlər tərəfindən rəydə və xx.xx.2023-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin (eynilə birinci instansiya məhkə məsinin hökmündə olduğu kimi) qərarında bildirilmişdir ki, Vergi Məcəlləsinin 36.1 83.2 və 45.1-ci maddələrinin tələblərinə əsasən vergilər vergi orqanı tərəfindən vergi yoxlamaları (səyyar vergi yoxlaması və kameral vergi yoxlaması) ilə hesablana bilər. Yəni Vergi Məcəlləsində mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Ekspertlərin və məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirmişlər ki, CPM-in 96-cı maddəsinə görə, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qeyd edilən maddəyə istinad etməklə ekspertlər və məhkəmə orqanı mütəxəssisin yalnız yoxlamalar zamanı vergi orqanının qərarına əsasən dəvət edilə bilməsi fikrini yaratmağa çalışmışlar. Lakin ekspertlər və məhkəmə unutmuşlar ki, bu o zaman baş verir ki vergi ödəyicisi barədə hər hansı cinayət işi aparılmır və vergi orqanının qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxla ması keçirilir. Qeyd olunan iş üzrə isə artıq vergi ödəyicisi barədə cinayət işi başlandığından və iş üzrə hesablamalarla bağlı xüsusi bilik və təcrübə tələb olunduğundan müstəntiqin qərarı ilə mütəxəssis dəvət edilmişdir. Artıq bu zaman Vergi Məcəlləsinin 45.1-ci maddəsi əsasında deyil, CPM-in 96-cı maddəsinə əsasən mütəxəssis dəvət edilir və hesablamalarla bağlı rəy alınır. Göründüyü kimi, Vergi Məcəlləsində vergi yoxlamalarının kameral və səyyar növü nəzərdə tutulsa da, cinayət prosessual qanunvericiliyin normaları birbaşa olaraq cinayət prosesini həyata keçirən orqan tərəfindən zərurət olduğu halda müvafiq elm sahəsində xüsusi bilik və bacarığından istifadə etmək üçün mütəxəssis cəlb etməyi nəzərdə tutur. Odur ki, prosessual qanunvericilikdə mütəxəssis tərəfindən rəyin verilməsi nəzə rdə tutulduğu halda, ekspert tərəfindən əsassız olaraq mütəxəssisin rəy vermək səlahiyyətinin olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə ekspertin dəlilini əsas götürərək, Cinayət Prosessual Məcəlləsinin 96-cı maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Zərərçəkmiş hüquqi şəxs daha sonra bildirmişdir ki, səyyar vergi yoxlamasının nəticələrinə əsasən yayındırılmış vergi məbləğinin şəxsi hesab vərəqəsinə işlənilməsi tarixinə (xx.xx.2020) təqsirləndirilən şəxsin cəmi 28.577,92 manat artıq ödəməsi olmuşdur. Mütəxəssis rəyi nəticəsində səyyar vergi yoxlaması ilə hesablanmış vergilərin məbləği əlavə sənədlər təqdim edildiyinə görə azaldılmış və yayındırılmış vergi məbləğinin 120,419,75 manat olması müəyyən edilmişdir. Belə olan halda, yəni səyyar vergi yoxlaması ilə hesablanmış verg ilərin deyil, 120.419,75 manat məbləğində hesablanmış vergilərin təsdiqini tapdığını nəzərə aldıqda və təqsirləndirilən şəxsin 28.577,92 manat məbləğində artıq ödəməsini də nəzərə aldıqda, vergi ödəyicisinin 91.841,83 manat (120.419,75 - 28,577.92 (artıq ödəmə)) məbləğində vergi borcunun olması təsdiqi tapır. İbtidai istinaq dövründə ödənilmiş 30.000 manat məbləğ də nəzərə alınmaqla təsirləndirilən şəxsin 61.841,83 manat vergi borcunun olması tam aydın olsa da, ekspertlər bu halı araşdırmamış, araşdırmanı birinci instansiya məhkəməsinin əsassız, işin faktiki hallarından uzaq, yönləndirici sualı əsasında apararaq yanlış rəy vermişlər. Halbuki nəzərə alınmalı hal o idi ki, səyyar vergi yoxlaması nəticələrinin şəxsi hesab vərəqəsinə işlənilməsi zamanı təqsirləndirilən şəxsin hansı məbləğdə ve rgi borcu və yaxud artıq ödəməsi mövcud olmuşdur. Lakin bütün bunlar nəzərə alınmadan, Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri gözlənilmədən xx.xx.2019-cu il tarixdən 28.12 2020-ci il tarixə kimi olan ödənişlər, həmin vaxt həmin ödənişlərlə bağlı verilmiş hesabatlar nəzərə alınmadan (hansı ki, həmin hesabatlar qeyd edilən ödənişlərlə baqlı verilmiş və ödənişlər hesabatlarda qeyd edilən borcun hesabına silinmişdir) birbaşa ittiham aktında qeyd edilmiş mülki iddia məbləğindən çıxılmaqla qanunvericiliyin tələblərinə zidd, işin faktiki hallarına uyğun olmayan, qərəzli və ədalətsiz hökm çıxarılmışdır. Ekspertin rəydə qeyd etdiyi 44.600 manat məbləğində gəlir vergisi və 57.052,53 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) məbləğləri yoxlama materialları Vergi Cinayətlərinin İbtidai Araşdır ılması Bəs İdarəsinə göndərilən zaman vergi orqanı tərəfindən nəzərə alınmışdır. Yəni, qeyd olunan tədiyyələr üzrə məbləğlər, yoxlama materialları ibtidai istintaq orqanına təqdim edilənə qədər ödənilmişdir. Həmin ödənişlərin İttiham aktında qeyd edilmiş məbləğlərdən çıxılmalı olmasının hər hansı hüquqi əsası yoxdur və bu nəticəyə gələrkən ekspertlər tərəfindən Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri gözlənilməmiş və qanunvericiliyin tələbinə zidd olaraq və heç bir əsaslandırma aparmadan həmin ödənişləri ittihamda göstərilən mülki iddia məbləğindən çıxılmalı olması barədə əsassız rəy verilmişdir. Zərərçəkmiş hüquqi şəxs kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 1(107)-17/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdi r. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə bəraət hökmü çıxararkən, iş üzrə araşdırma tam hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, CPM-in 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən iş üzrə mötəbər sübut kimi məhkəmə istintaqı dövründə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7806 saylı və xx.xx.2023- cü il tarixli, 9/814 saylı rəyləri qəbul edilmişdir. Hər iki rəy bir-birinin təkrarı ol muş, ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək mülki iddia məbləğini azaldaraq vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində fərdi sahibkar kimi X3 aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 120419,75 manat məbləğində gəlir vergisinin olmamasını müəyyən etdiklərini qeyd etmişlər. Vergilər mütəxəssis rəyinə əsasən hesablanmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyi ilə aparılmış hesablamalar təsdiqini taparaq, fərdi sahibkar N.Balaşovun qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 120 419,75 manat gəlir vergisini dövlət büdcəsinə ödənilməkdən yayınması öz təsdiqini tapmışdır. Belə ki, cinayət işi üzrə 14 ma rt 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, fərdi sahibkar X6 tərəfindən xx.xx.2017-ci il tarixdən 31,03.2020-ci il tarixədək olan dövr üzrə 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə 47002,65 manat (59796,84- 12794,21) gəlir vergisindən, 73250,78 manat ƏDV-dən, 2020-ci ilin 1-ci rübü üzrə 166,32 manat ödəmə mənbəyində tutulan vergidən, ümumilikdə 120419,75 manat (73250,78+47002,65+166,32) gəlir vergisini dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Bundan başqa iş üzrə məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri ilə bağlı daha bir ziddiyyətli məqam müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyi tərtib olunarkən ekspertlərə cinayət iş inin materialları və mühasibat sənədləri o, cümlədən hesabdan çıxarış sənədləri və şəxsi hesab vərəqəsi ilə birgə təqdim olunmuş və ilkin ekspertiza zamanı qeyd olunan sənədlərdə göstərilən ödəmələr çıxıldıqdan sonra ( yəni 212.000 manat) qalan 120 419,75 manat vergi borcu qeyd edilmişdir. Lakin Məhkəmə və məhkəmə zamanı keçirilmiş ekspertizanın ekspertləri isə ibtidai istintaq zamanı keçirilmiş ilkin məhkəmə mühasibatlıq ekspertizasınan eksperti tərəfindən N.Balaşovun şəxsi hesab vərəqəsində 212.000 manat artıq ödəniş etməsini nəzərə alınmamasını göstərmişlər. Göründüyü kimi məhkəmənin qeyd edilən dəlilinin heç bir əsası yoxdur və obyektiv həqiqəti əks etdirmir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, eyni m ənbəyə istinad edilmiş, lakin fərqli rəylər verilmişdir. Həmçinin, məhkəmə istintaqı dövründə verilmiş ekspertiza rəylərində fərdi sahibkar N.Balaşovun qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 120 419,75 manat gəlir vergisini dövlət büdcəsinə ödənilməkdən yayıması məsələsinə münasibət bildirilməmişdir. Halbuki, aparılmış vergi yoxlaması və mütəxəssis rəyinə əsasən fərdi sahibkar N.Balaşov tərəfindən 120 419,75 manat yayınmanın olması öz təsdiqini tapmışdır. Dövlət ittihamçısı göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Rəşad Qazıyev kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Bəraət almış şəxs N.Balaşov kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin və kassasiya protestinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını və N.Balaşova CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini və cina yət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məh kəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət itt ihamçısı kassasiya protestində, zərərçəkmiş hüquqi şəxs kassasiya şikayətində qanunsuz və əsassız bəraət hökmünün çıxarılmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət ve rilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmaması barədə bəraət almış şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri və mahiyyəti eyni olduğundan məhkəmə kollegiyası hər iki müraciətə eyni məzmunda münasibət bildirilməsini mümkün hesab edir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi hazırkı cinayət işi üzrə mübahisə obyekti olan əsas məsələ mütəxəssis və ekspert rəyləridir. Sonradan məhkəmə qə rarı ilə keçirilmiş ekspert rəylərində də N.Balaşova qarşı irəli sürülmüş ittihamda əks olunmuş məbləğin, yəni 120419 manat verginin mövcudluğu ilə bağlı nəticəyə gəlinmişdir. Yəni ümumi gəlinən nəticə ondan ibarətdir ki, ekspert rəylərində də ittihamda əks olunan məbləğ öz təsdiqini tapır. Lakin məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəylərində həmin vəsaitin N.Balaşov tərəfindən dövlətə artıq ödənilməsi qənaətinə gəlinmişdir. Göründüyü kimi, istintaq zamanı alınmış ekspert rəyi ilə məhkəmə zamanı alınmış ekspert rəyləri arasında olan fərq yalnız mövcud olan vergi borcunun ödənilməsi ilə bağlıdır. Lakin vergi orqanı N.Balaşovun həmin dövrə aid vergi borcunun hazırda da mövcud olduğunu iddia edir. Məlumdur ki, vergi işləri üzrə verginin mövcud olması, verginin ödənilməsi, vergi borcunun olması konkret rəqəmlərlə müəyyən edilir, rəqəmlərlə iş dəqiq işdir, vergi mübahisələri də məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə həll edilir və bu sahə xüsusi bilik tələb edən bir sahədir. İş üzrə mövcud olan 3 ekspert rəyini bir-biri ilə müqayisəli təhlil etdikdə aydın görünür ki, bu ekspert rəyləri arasında müəyyən ziddiyyətlər var, eləcə də ekspert rəylərində gəlinən nəticələr kifayət qədər əsaslandırılmamışdır. Belə olan halda işin hərtərəfli, tam və obyektiv qaydada araşdırılması üçün ekspert rəylərini verən ekspertlər dəvət edilərək dindirilə bilər, ziddiyyətli məqamlara aydınlıq gətirilə bilər, məhkəmə zəruri hesab edərsə əlavə və ya təkrar ekspertizalar təyin edə, ekspertlər qarşısına işdə olan ziddiyyətli məqamlarla bağlı konkret suallar qoya bilər, bu zaman cinayət prosesi tərəflərinin sualların tərtibində iştirakı təmin edilə bilərdi. Lakin cinayət işinin materiallarından görünür ki, araşdırılması zərurui olan halların olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən istintaq aparılmadan qərar qəbul edilmiş, eyni əsaslarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşılmışdır. Bundan əlavə, N.Balaşov barəsində bəraət hökmü çıxarılarkən məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, N.Balaşovun ümumiyyətlə vergi borcu olmamış, onun tərəfindən vergi cinayəti törədilməmişdir. Hazırki cinayət işi üzrə ümumi mənzərə ondan ibarətdir ki, N.Balaşovun ittihamda əks olunmuş 120419 manat vergi öhdəliyi olmuşdur. İttiham tərəfi həmin öhdəliyin tam icra edilmədiyini iddia edir. Məhkəmələrin mövqeyi isə ondan ibarətdir ki, həmin məb ləğ N.Balaşov tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məlumdur ki, şəxsin vergi öhdəliyi olur və şəxs həmin öhdəliyi qanunla müəyyən edilmiş müddət daxilində tam icra edirsə, vergiləri ödəyirsə, bu zaman hər hansı cinayət məsuliyyətindən bəhs oluna bilməz. Lakin hazırkı iş üzrə həmin borcun hansı tarixdə ödənilməsinin dəqiq müəyyən edilməsinin də böyük əhəmiyyəti vardır. Məlumdur ki, şəxsin, ümumiyyətlə, heç bir vergi borcunun olmaması və əsassız cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət təqibinə məruz qalması ona bəraət verilməsinə səbəb olduğu kimi, vergi borcu olan və bu borcla bağlı cinayət məsuliyyətinə cəlb edilən CM-in 213-cü maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə CM-in 73-2.1-ci maddəsinin tələblərinə uyğun olar aq cinayət məsuliyyətindən azad edilir. Lakin hazırkı iş üzrə qeyd edilən məsələ də araşdırılmamışdır. Hazırki qərarın əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmadığından və qarşıya qoyulmuş suallara əsaslandırılmış, inandırıcı cavablar verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarını qanuni və əsaslı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Hazırki işə yenidən apellyasiya instansiyası mə hkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu v ə ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2023-cü il 23 may tarixli, 1(033)-01/2023 nömrəl i hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilmiş X6 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 yanvar tarixli, 1(107)-17/2024 nömrəli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1405/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1405/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver