Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1405/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim: Mahmud Orxan Əlövsət oğlunun sədrliyi) 19 sentyabr 2024-cü il tarixli 1(036)-35/2024 nömrəli hökmü ilə xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxx evdə qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddətin ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması, onun üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 9 iyun 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pulun vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun m üdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində) 3 fevral 2025-ci il tarixli 1(106)-80/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılaraq 2 (iki) il həddində müəyyən edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş 2 (iki) il müddət inə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tanışı Zərərçəkmiş şəxs xxx işləyən istintaqa məlum olmayan «X» adlı tanışının vasitəsilə, 2000 manat pul müqabilində İİİ qrup əlilliyini İİ qrup əlilliyə dəyişdirəcəyini və aldığı 120 manat pensiyanı 280 manat yüksəldəcəyi barədə yalan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs 30 avqust 2022-ci il tarixdə 200 (iki yüz) manat, 5 sentyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 10 sentyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 11 sentyabr 2022-ci il tarixdə 500 (beş yüz) manat, 13 sentyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat, 24 sentyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 2 oktyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 5 oktyabr 2022-ci il tarixdə 200 manat (iki yüz) manat, 7 oktyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat olmaqla cəmi 2000 (iki min) manat pulu Zərərçəkmiş şəxs yaşadığı xxx nömrəli evdə vahid niyyətlə əhatə olunan qəsdlə, etibarından sui-istifadə etmə və aldatma yolu ələ keçirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «X» adlı tanışının vasitəsi ilə məşğulluq proqramı çərçivəsində mal-qara alıb verəcəyini vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı xxx küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayının əvvəlində 400 (dörd yüz) manat, 13 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 200 (iki yüz) manat, 15 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 200 (iki yüz) manat olmaqla, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu cəmi 800 (səkkiz yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra o, 2022-ci ilin oktyabr ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs xxx işləyən istintaqa məlum olma yan «X» adlı tanışının vasitəsilə 2700 (iki min yeddi yüz) manat pulun müqabilində Bakı şəhərində tikilmiş sosial evlərdən birini alıb verəcəyini yalan vəd verib aldadaraq, bu məqsədlə 30 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı xxx küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə sonuncunun atası Şahid1 2700 (iki min yeddi yüz) manat pulu təhvil alaraq, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu cəmi 2700 (iki min yeddi yüz) manat pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra, o, 2022-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs xxx işləyən istintaqa məlum olmayan «x» adlı tanışının vasitəsilə «KAMAZ» markalı avtomobil alıb verəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs yaşadığı xxx küçəsi 1 nömrəli dalanda yer ləşən 22 nömrəli evdə 17 noyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat, 22 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan ***********5598 nömrəli «Leo bank» plastik bank kartına onlayn üsulla 1000 (bir min) manat, sonuncunun yaşadığı xxx küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 25 noyabr 2022-ci il tarixdə 1000 (bir min) manat, 27 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın üsulla 500 (beş yüz) manat, əlavə olaraq həmin gün sonuncunun yaşadığı xxx küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 500 (be ş yüz) manat, 28 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan ***********5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın üsulla 1000 (bir min) manat, 13 dekabr 2022-ci il tarixdə sonuncunun yaşadığı xxx küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 300 (üç yüz) manat, 22 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx"a məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayn yolla 100 (bir yüz) manat, 31 dekabr 2022-ci il tarixdə 100 (bir yüz) manat pulu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə v ə sonuncunun əvəzindən atası Şahid1 yaşadığı İmişli rayonu, Şahverdili kəndində yerləşən «Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalından göndərdiyi 400 (dörd yüz) manat pulu Zərərçəkmiş şəxs adına etibarnamə əsasında aldığı **********721862 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kart hesabına köçürtdürməsinə nail olub, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda, yəni 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayəti ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2025-ci il tarixli qərarından narazı olduğundan, İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə gəlinmiş nəticənin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, onkoloji xəstə olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kolleg iyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti he sab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun kassasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhku m verilmiş xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngüllə şdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şə xs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş şəxs kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli tibbi rəyindən görünür ki, Məhkum döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi zamanı hər iki ağ ciyərin yuxarı payında zəif fibroz kölgəliklər, bronx-damar şəkli güclənməyi müşahidə olunmuşdur. xx.xx.2024-cü il tarixdə USM-müayinəsindən keçmiş və onda “uşaqlıqda 7x9 sm ölçüdə strukturu hetrogen törəmə” aşkar edilmişdir. İlkin tibbi müayinənin nəticəsi olaraq ona “Uşaqlığın leiomiomatozu” diaqnozu qoyulmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Məhkum 2000 manat məbləğində pul vəsaitini dəymiş ziyan kimi xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ödəmişdir. O cü mlədən, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi (2000 manat məbləğində pul vəsaitini), onkoloji xəstə olması, ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olması, ilk dəfə az ağır cinayət törətməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə tə siri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs tərəfindən verilm iş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 3 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1405/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1405/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver