Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1406/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Vüqar Nemət oğlu) xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Mirzəyev Sahibxan Arzuman oğlundan ibarət tərkibdə) 27 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Səxavət Güloğlan oğlu yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Məhkum, tamah niyyəti ilə özgənin əmlakını tal ama məqsədi ilə 12 avqust 2018-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub həyətdə olan 90 manat dəyərində 01 ədəd samovarı, saxlanc yeri kimi istifadə olunan zirzəmiyə qanunsuz daxil olaraq oradan 01 ədədi 30 manat olmaqla cəmi 90 manat dəyərində 03 ədəd alüminium qazanları, 01 ədədi 25 manat və 01 ədədi 10 manat olmaqla cəmi 35 manat dəyərində 02 ədəd əl baltalarını, 01 ədəd 80 manat dəyərində cərəyan gücləndirici aparatı, 01 ədəd 50 manat dəyərində laqondanı, 01 ədəd 20 manat dəyərində direli və 01 ədəd 30 manat dəyərində perforatoru gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başq a o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 08 sentyabr 2018-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin hasarından aşaraq həyətdə olan saxlanc yeri kimi istifadə olunan tikilinin plastik materialdan olan qapısının kilidini sındırıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan 01 ədədi 100 manat olmaqla cəmi 400 manat dəyərində 04 ədəd böyük samovarı, 01 ədəd 50 manat dəyərində kiçik ölçülü elektrik samovarını, 01 ədəd 30 manat dəyərində samovarı, 01 ədədi 30 manat olmaqla cəmi 180 manat dəyərində 06 ədəd mis sini qabları, 01 ədədi 35 manat olmaqla cəmi 70 manat dəyərində 02 ədəd mis aftafaları, 01 ədədi 50 manat olmaqla cəmi 150 manat dəyərində 03 ədəd mis sərnicləri, ümumilikdə 500 manat dəyərində olan şam qabları, stəkan altlıqları, şiş və kasaları gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1380 (bir min üç yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahid ifadələri, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş başqa sənədlərlə tamamilə sübuta yetirilmiş, Məhkum əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır c inayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilirlər İş materiallarından görünür ki, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 221.3 və 234.1-ci maddələri təqsirli bilib həmin məcəllənin 66.3-cü maddəsinə əsasən ona 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 il 11 ay 09 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, lakin, məhkum cəzasının sonu ilə azad edildiyi 11 sentyabr 2017-ci il tarixdən iki il keçməmiş yeni cinayəti 12 avqust 2018-ci il tarixdə törətdiyi üçün o, məhkumluğu olan hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi24 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən məhkumun özünü törətdiyi cinayət əməlində təqsirli bilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olduğunu cəzasını ağırlaşdıran hallar kimi nəzərə alaraq, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin oluna caq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarının ləğv edil məsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1406/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1406/2019
12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver