Məhkəmə qərarları › İş №1(102)-1407/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1407/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1407/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Səbuhi Hüseynov) 1(101)-115/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1994-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onu n məhkəməyədək həbsdə saxlandığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 2 (iki) ay 6 (altı) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 67.1-ci və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş qazancından 20 faiz tutulmaqla 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası dörd günə bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməkdə on a təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Məhkum2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsi rli bilinərək 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilməsinə baxmayaraq həmin cəzanı çəkdiyi dövrdə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən oğurluq, yəni özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum1 11 fevral 2019-cu il tarixdə Məhkum2la birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində xüsusi köşkdə quraşdırılmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100069 saylı bankomatı qaynaq aparatı vasitəsi ilə kəsərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla həmin vaxt orada olmuş 90947 (doxsan min doqquz yüz qırx yeddi) manat məbləğində nağd pulu gizli yolla talayarkən yanacaq doldurma məntəqəsinin işçiləri və oraya gələn sürücü və digər şəxslər tərəfindən yaxalanacaqları üçün öz iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməməklə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamağa cəhd etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 1(105)-78/2022 nömrəli 31 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, Məhkum2 barəsində tətbiq olunmuş Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqin ə aid müddəalar hökmdən xaric edilmiş, Məhkum2 üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, o, məhkəmə iclas zalından dərhal həbs olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 31 mart 2022-ci il tarixdən hesablanması qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 Manaf oğlu kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya i nstansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, bütün instansiyalarda, həm Məhkum2, həm də Məhkum1 öz ifadələrində Məhkum2 məlum cinayət hadisəsində iştirak etmədiyini bildirmiş və bunun əksini təsdiq edən hər hansı bir sübut cinayət işinin materiallarında müəyyən olunmamışdır. Cinayət hadisəsini özündə əks etdirən video görüntüdəndə məlum olur ki, Məhkum1 həmin cinayəti hadisəsini tək törətmişdir. İbtidai istintaq, birinci və apelyasiya instansiyası məhkəmələrində həmin video görüntüyə dəfələrlə baxılmış, cinayət hadisəsinin törədilməsində ikinci şəxsin olması müəyyən edilməmişdir. Cinayət hadisəsi baş verdikdən sonra, daha doğrusu hadisənin səhəri gün İlkin Güllməmmədov tərəfindən idarə edilən "Hyundai Sonata" markalı avtomobilin Ramil Məmmədov tərəfindən qəbul edilib "Rent-Car" işçilərinə təhvil verilməsi, onların vasitəsi ilə Məhkum2 polis əməkdaşları tərəfindən tutularaq polis idarəsinə aparılması, təziqlər nəticəsində əvvəllcədən hazırlanmış sənədlərə imza etdirilməsi Məhkum2 təqsirləndirən şəxsə çevirmiş, istintaq orqanı Məhkum1 tutduqdan sonra həqiqəti müəyyən etsədə, qərəzli şəkildə Məhkum2 verilmiş ittihama xitam verməmiş, onu məhkəmə məsuliyyətinə vermiş, birinci instansiya məhkəməsində Məhkum2 təqsirsiz olduğu müəyyən edilsə də, qanunsuz və əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmış, bu hökmlə təyin edilən cəzanı şərti tətbiq etmiş, apelyasiya instansiyası məhkəməsi isə daha irəli gedərək, şərti məhkum etməni İəğv edilməsi barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkum2, cinayət hadisəsində istifadə edilən avtomobili, cinayə t hadisəsinin baş verməsini bilmədiyi hälda yoldaşlıq xatirinə Məhkum1 qəbul edərək "Rent-Car" işçilərinə təhvil verməsi, onun yeganə günahı kimi istintaq orqanı tərəfindən qəbul edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə və məhkuma çevrilməsinə səbəb olmuşdur. Kassator qeyd edir ki, Məhkum2 törədilmiş cinayət hadisəsinə aidiyyəti olmasada, birinci instansiya məhkəməsi qərəzli şəkildə verilmiş ittihamı təsdiq edərkən, eyni zamanda Məhkum2 münasibətdə şərti tətbiq etməni təyin etməklə öz qərəzini təmizləməyə çalışmışdır. Həmçinin, Məhkum2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq edərkən, onun barəsində kifayət qədər yüngülləşdirici hallar olsa da, yalnız bu hallardan ikisinə, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasına və vurulmuş ziyanın ödənilməsinə istinad etmişd ir. Bildirmək istəyirəm ki, həmin yüngülləşdirici hallarla yanaşı, məcburi köçkün olması, körpəlikdən atasını itirməsi, himayəsində 2-ci qrup ağır xəstə olan qardaşı və işləməyən anasının olması, ailədə yeganə qazanc gətirən şəxs olması, ailəni dolandırmaq məqsədi ilə kiçik yaşlarından orta məktəb dərsləri qurtardıqdan sonra böyüklərlə birlikdə günəmuzd işləməsi kifayət qədər yüngülləşdirici hallardır ki, bu halları təsdiq edən sənədlər cinayət işinin materiallarında olsa da, məhkəmə qərəzli şəkildə həmin halları nəzərə almamışdır. Həmçinin, apelyasiya instansiyası məhkəməsinin qərəzli şəkildə olaraq şərti məhkumetmənin ləğv edilməsi əsası kimi göstərdiyi "zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın sonuncu tərəfindən ödənilməməsini nəzərə almamışdır" əsassız səbəbinə, bu barədə diqqətinizə çat dırmaq istəyirəm ki, həmin zərər hər iki təqsirləndirilən şəxslərin yaxın qohumları tərəfindən qarşılanmış, yalnız bir nəfərin, İlkin Gülmmədovun atası şəxsiyyət vəsiqəsi ilə "xxxx"ın hesabına ödənilmişdir. Ona görə də ödəniş qəbzində Məhkum1 atasının adı, soyadı və ata adı qeyd edilmişdir. Bunun məntiqi nəticəsidir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi həm mülki iddiasını geri götürmüş, həm də ki, şikayətinin olmaması barədə məhkəməyə hüquqi şəxsin rəhbəri tərəfindən təsdiq edilmiş ərizə təqdim etmişdir. Şərti məhkumetmənin ləğv edilməsi üçün apelyasiya instansiyası məhkəməsinin göstərdiyi hallar qanuni və əsaslı deyil, yalnız qərəzli şəkildə verilmiş protestin təmin edilməsi üçün bir bəhanədən başqa bir şey deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti nin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum2 cinayət törədilməsində iştirakı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, lakin buna baxmayaraq birinci və apelyasiya instansiyası məhkəmələri əsassız və qanunsuz olaraq onun cinayət törədilməsində təqsirli olmasına dair hökm və qərarı çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadis əsinin baş vermə faktı və halları; təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum2 məhkəmə iclasında verdiyi ifadədə cinayət törədilməsində iştirak etmədiyini göstərsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadədə göstərmişdir ki, o hazırki cinayət işi üzrə digər Məhkum1 Sabir oğlu ilə birlikdə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan pulun oğurlamasını cəhd etmiş, lakin Məhkum1 bankomatı qaynaq aparatı ilə kəsilən zaman tüstünün qalxdığını görüb onların tutulmasından qorxaraq İlkinə gətmələrini demiş, İlkin də qaynaq aparatı söndürüb avtoma şına qoymuş və onlar həmin yerdən uzaqlaşmışlar. Məhkum1 da məhkəmə iclasında göstərmişdir ki, Zərərçəkmiş şəxs1ın bankomatından pulun oğurlamasına cəhd onun tərəfindən tək edilmişdir. Lakin ibtidai istintaq zamanı Məhkum1 ifadə vermişdir ki, o Məhkum2la birlikdə bankomatdan pul oğurlamağa cəhd etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ifadənin yerində yoxlanılması barədə 15 fevral 2019-cü il tarixli protokoldan da görünür ki, Mamedov X1 “Petrolux” yanacaq doldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatı göstərərək 11 fevral 2019-cu il tarixdə gecə saatlarında Məhkum1la birlikdə qaynaq aparatından istifadə edərək həmin bankomatdan oğurluq etməyə cəhd etmiş, lakin qaynaq aparatının istifadəsi nəticəsində tüstünün qalxmasını görüb öz əmə llərini dayandırıb orada uzaqlaşmışlar. İşdə olan və məhkəmə iclasında tədqiqi edilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən “Petrolux” yanacaqdoldurma məntəqəsinin ərazisində quraşdırılmış videonəzarət kameralarının görüntülərini özündə əks etdirən 1 ədəd diskə baxış keçirilməsi haqqında 26 iyun 2019-cu il tarixli protokoldan və bankomat görüntülərini əks etdirən diskdən görünür ki, 11 fevral 2019-cu il tarixdə saat 03:30-da ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin yol ilə hərəkət edərək Abşeron rayonu Novxanı kəndində yerləşən “Petrolux” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olması və yanacaqdoldurma məntəqəsinin ərazisində dairəvi hərəkət etməklə yanacaq doldurma məntəqəsinin ərazisində xüsusi köşkdə quraşdınlmış Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomata nəzər salmaqla y anacaqdoldurma məntəqəsindən yola olan istiqamətdə çıxış işarəsinin yanında saxlaması müşahidə edilir. Avtomobil dayandıqdan sonra avtomobilin qabaq sağ qapısı açılaraq oradan bir şəxs düşür və yan hissədə torpağın üzərində olan bir ədəd mişar daşını yerdən götürərək kənara atır və yenidən avtomobilin qabaq sağ tərəfdən oturacağına əyləşir. Həmin tarixdə saat 03:32-də ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin sol tərəfində yol ilə hərəkət edən digər avtomobil saxlayır və ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin sükanı arxasında əyləşmiş şəxslə danışdıqdan sonra hərəkət edərək oradan uzaqlaşmır. Sonra ağ rəngli “Hyundai Sonata” markalı avtomobil arxaya hərəkət edərək Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatın köşkünə yaxınlaşır. Saat 03:34-də avtomobil bir qədər irəli hərəkət edə rək avtomobilin qabaq sağ qapısı açılır və qabaq sağ oturacaqda əyləşmiş şəxs avtomobildən düşüb yanacaq doldurma məntəqəsinin hasarının sərhədi boyunca quraşdınlmış Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatın sol hissəsini işıqlandıran sonuncu lampanın üzərindəki şüşəni çıxararkən yaxınlıqdakı yol ilə avtomobil hərəkət etdiyinə görə həmin şəxs hərəkətini dayandırır və avtomobil uzaqlaşdıqdan sonra saat 03:36-da lampanın üzərindəki qoruyucu şüşəni açaraq oradakı yanar vəziyyətdə olan lampanı elektrik enerjisinden ayırmaqla işığın sönməsinə və bankomatın köşkünün sol hissəsinin qaranlıq halı almasına nail olmur. Sonra həmin şəxs avtomobilin qabaq tərəfdən sağ hissəsindəki otrucağa əyləşir və sükan arxasında olan digər şəxs avtomobili arxaya hərəkət etdirməklə bankomatın köşkünə yaxınlaşdır ır. Saat 03:43-də avtomobilin qabaq sağ oturacağında əyləşmiş şəxs avtomobildən düşüb bankomata yaxınlaşıb baxdıqdan sonra avtomobilə qayıdır və sükan arxasında əyləşmiş digər şəxs avtomobili arxaya hərəkət etdirməklə avtomobilin arxa saxlanc yerini bankomata daha da yaxınlaşdırır. Saat 03:44-də avtomobilin qabaq sağ tərəfindən düşmüş şəxs avtomobilin arxa hissəsinə keçir və avtomobilin arxasındakı saxlanc yerini açaraq oradakı əşyalarla məşğul olur. Saat 03:46da avtomobilin sükanı arxasında əyləşmiş şəxs avtomobildən düşüb avtomobilin arxa hissəsinə keçir və avtomobilin arxa hissəsindəki saxlanc yerində olan əşyalarla məşğul olduqdan sonra saxlanc yerini örtür və saat 03:48-də avtomobilin sükanına əyləşərək avtomobilin arxa hissəsini bankomatın köşkünə söykəyir. Saat 03:49-da avtomobilin qabaq sağ oturacağında əyləşmış şəxs avtomobildən düşüb avtomobilin qabaq tərəfindən keçməklə avtomobilin sol arxa qapısını açır və arxa oturacaqda olan əşyanı götürdükdən sonra avtomobilin qapısını örtür və avtomobil ilə bankomatın köşkü arasında olan hissəyə keçir. Saat 03:50-də avtomobilin arxa hissəsinin bankomata söykəndiyi yerdə alov işıqlanması, eləcə də qaranlıq hava şəraitində bankomatın köşkünün arxasından ağ tüstünün havaya qalxması müşahidə olunur. Bu hadisə təxminən 2 dəqiqə davam edir. Saat 03:53-də avtomobilin işıqları yandırılır və sükan arxasında əyləşmiş şəxs avtomobili bir qədər irəli hərəkət etdirərkən avtomobil ilə bankomat köşkü arasında olan digər şəxs dərhal avtomobilin qabaq sol qapısına yaxınlaşıb qapını açaraq sükan arxasında olan şəxsə avtomobilin arxa saxlanc y erini vaxtında açmadığına görə iradını bildirir və yenidən avtomobilin arxa hissəsinə qayıdır. Sükan arxasında əyləşmiş şəxs salondakı vasitə ilə arxa saxlanc yerini açdıqdan sonra avtomobilin arxa hissəsində olan digər şəxs arxa saxlanc yerindəki əşyalar ilə məşğul olduqdan sonra saxlanc yerini örtür və saat 03:54-də avtomobilin sükanının qapısını açaraq sükan arxasında əyləşmiş şəxsə nəsə bildirdikdən sonra sükan arxasına əyləşir. Qeyd olunan ağ rəngli “Hyundai Sonata” markalı avtomobil saat 03:55-də hərəkət edərək “Petrolux” yanacaqdoldurma məntəqəsinin ərazisindən çıxıb sağ istiqamətdəki yol ilə hərəkət edərək oradan uzaqlaşır. Göründüyü kimi həm Məhkum2 Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatdan oğurluq törətməyə cəhd edilməsində iştirak etməməsi, həm də Məhkum1 həmin oğurluğa cəhdin onun tərəfindən tək törədilməsi barədə məhkəmə iclasında verdikləri ifadələr digər sübutlarla təkzib olunur, onların həmin əməli birlikdə törətmələri barədə ibtidai istintaq zamanı verdirkləri ifadələr isə həmin sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr sübutlara qiymət verib əsaslı olaraq məhkumların ibtidai istintaq zamanı verdikləri ifadələrə düzgün və həqiqətə uyğun ifadə kimi qəbul etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya məhkəmələrinin Məhkum2 digər Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatdan oğurluq törətməyə cəhddə iştirak etməsinə dair gəldiyi nəticəsi iş üzrə tədqiq edilmiş sübutlara və işin hallarına uyğun gəldiyi üçün əsaslıd lır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin Məhkum2 Məhkum1la birlikdə oğurluq törətməyə cəhddə iştirak etməməsinə dair dəlili əsaslı hesab etmir. Apelyasiya şikayətinin dəlillərinə əsasən Məhkum2 barəsində cinayət işinin icraatına xitam verilməsinə əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallarla bağlı aşağıdakıları qeyd edir. İttiham hökmünə əsasən Məhkum2 qəsdən oğurluq, yəni özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum1 11 fevral 2019-cu il tarixdə Məhkum2la birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində xüsusi köşkdə qur aşdırılmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100069 saylı bankomatı qaynaq aparatı vasitəsi ilə kəsərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla həmin vaxt orada olmuş 90947 (doxsan min doqquz yüz qırx yeddi) manat məbləğində nağd pulu gizli yolla talayarkən yanacaq doldurma məntəqəsinin işçiləri və oraya gələn sürücü və digər şəxslər tərəfindən yaxalanacaqları üçün öz iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməməklə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamağa cəhd etmişdir. Azərbaycan Respublikası CM-in 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göründüyü kimi qanun cinayət törətməyə cəhddə şəxsin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsini zəruri əlamət kimi müəyyən edir. Məhkumlar Məhkum2 və Məhkum1 ibtidai istintaq zamanı verdikləri ifadələrdən görünür ki, onlar oğurluq törədilməsi üçün bankomatın yanında gəlmiş və Məhkum1 qaynaq aparatı ilə bankomatı kəsməyə başlanmış, həmin vaxt tüstü qalxmış və R.A.Mamədovun təklifi ilə Məhkum1 öz hərəkətləri dayandırmış və onlar həmin yerdən uzaqlaşmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdə və apelyasiya məhkəməsinin qərarında məhkumların “külli məbləğində nağd pulu gizli yolla talayarkən yanacaq doldurma məntəqəsinin işçiləri və oraya gələn sürücü və digər şəxslər tərəfində n yaxalanacaqları üçün öz iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyib” göstərilsə də, onların cinayətdən öz iradəsindən asılı olmayan səbəblərə görə yayınmalarını təsdiq edən hər hansı bir sübut qeyd etməmiş və bu hal araşdırmamışlar. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasından göründüyü kimi, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün, şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq madd əsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Həmçinin bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasə n müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Ona görə də Məhkum2 Azərbaycan Respublikası CM-in 29,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsini müəyyən etmək üçün onun cinayət törətməyə yönəldilmiş əməlləri iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi sübutlar əsasında müəyyən edilməlidir. Əks halda Azərbaycan Re spublikası CM-in 30-cü maddəsinin müddəalarının tətbiqi müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-in 144.1-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sü butların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, birinci və apelyasiya instansiyası məhkəmələrində iş üzrə irəli sürülmüş Azərbaycan Respublikası CM-in 29,177.3.2-ci maddəsi ilə ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə bilən halların araşdırmaması hissəsində (Azərbaycan Respublikası CPM-in 416. 1.2 və 416.1.6-ci maddələri) Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən əsaslı hesab edilməli və bu pozuntular səbəbindən yenidən işə apelyasiya qaydasında baxılmasını təmin etmək üçün apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən CPM-in 143-146-cı maddələrinə uyğun olaraq Razmil Mamedovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsinin əlamətlərinin olub-olmamasını haqqında bütün sübutları hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutlara CPM-in 143-145-ci maddələrinin tələbləri nəzərə alınmaqla düzgün qiymət verməklə iş üzrə qanuni və əsaslı qərar etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrinin t ələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir. Məhkəmə kollegiyası hazırki halda apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apelyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Məhkum2 müdafiəçisinin Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı ndan verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işinin yeni apelyasiya baxışı təyin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin təyin olunmuş cəzanın ağır olması ilə əlaqədar dəlili üzrə dəyələndirmə aparılmasını cinayət işi ləğv edilib yeni apelyasiya baxışına qaytarıldığından həmin dəlillərə münasibət bildirməyi lüzumsuz hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 və Məhkum1 haqqında Sumqayıt Apelyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə ləğv edilsin və cinayət işi həmin hissədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar