Məhkəmə qərarları › İş №1(102)-1407/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1407/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1407/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum Zülfüqar oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 15 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Mahmudov (sədrlik edən və məruzəçi) Dadaş İmanov və Elmin Rüstəmovdan ibarət tərkibdə) 1(100)-356/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci və 240.1ci maddələri ilə təqsirli bilinib, ona CM-in 234.1-1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına gör ə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatını, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İ nömrəli əlavə siyahısına daxil edilmiş, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolu qanu nsuz olaraq əldə edərək üzərində saxlamış, 17 fevral 2023-cü il tarixdə saat təxminən 16:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Nüşabə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkcənin sol yan cibindən külli miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatı, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadol aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi hakim), Salman Hüseynov və Əlizamin Abdullayev) 15 dekabr 2023-cü il tarixli 1(104)-600/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 1(100)-356/2023 nömrəli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, onun əməlinin CM-in 234.1-1-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlinə məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ittihamın verdiyi CM-in 234.4.3-cü maddəsi ilə əməli məhkəmə istintaqı zamanı 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Halbuki, həmin əməl CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli idi. O, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu hallar onun narkotik vasitələrdən istifadəçi olmasını təsdiq edir. Nə istintaq orqanı, nə də məhkəmələr onun maddi imkanını araşdırmamışlar. Uzun müddətdir ki, Bərdə bazarında ticarət ilə məşğuldur. Maddi durumu qeyd edilən narkotik vasitəni əldə etməyə imkan verir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr əsassız olaraq onun əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif etmiş və işin hallarını və onun şəxsiyyətini nəzərə almadan ona ağır cəza təyin etmişlər. Məhkum hesab edir ki, onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək ilk-öncə məhkumunun əməlinin tövsifi barədə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şər h edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrə nilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işi üzrə toplanmış sübutlara əsasən müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən 9 həb metadon dərman preparatını, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 ədəd dərman preparatı olan t ramadolu qanunsuz olaraq əldə edərək üzərində saxlamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ saylı siyahısı”na əsasən heroin və metadon narkotik vasitələrdir və onların külli miqdarı müvafiq olaraq 2 və 1,6 qram təşkil edir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na əsasən tərkibdə tramadol hidroxlorid maddə olan bütün dərman preparatları güclü təsir edən maddələrinə aid edilmiş, tramadol hidroxlorid maddənin külli miqdarı 6 qram təşkil edir. Beləliklə məhkəmə tərəfindən mötəbər və mümkün hesab edilən sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum tərəfindən qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olan heroinin miqdarı külli olmuşdur. Həmin cinayət əməli məhkum tərəfindən 17 fevral 2023-cü il tarixdə törədilmişdir. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Məhkum onda aşkar edilmiş narkotik vasitələri və güclü təsir edən maddəni satış məqsədi ilə əldə etmiş və saxlamış, buna görə də ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlara qiymət verib nəticə gəlmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələri və güclü təsir edən maddəni qanunsuz əldə etməsi və saxlaması tam təsdiq olunur, lakin onun bu əməli satış məqsədi ilə törət məsi təsdiq olunmur. Məhkəmə müəyyən etmişdir ki, Məhkum onda aşkar edilmiş narkotik vasitələri və güclü təsir edən maddəni özünün istifadəsi üçün əldə etmiş və saxlamışdır. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət törətdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin redaksiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etməsinə və saxlamasına görə cinayət məsuliyyəti CM-in 234.1-ci maddəsi ilə, həmin əməllərin külli miqdarda törətməsinə görə cinayət məsuliyyəti CM-in 234-1.1-ci maddəsi i lə nəzərdə tutulmuşdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən Məhkum onda aşkar edilmiş narkotik vasitələri satış məqsədi olmadan əldə etməsini və saxlamasını müəyyən edərkən onun bu əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234-1.1-ci maddəsinə tövsif edilməsi qanuna uyğun olmuşdur. Məhkumun kassasiya şikayətinin onun əməllərinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanılması əməlinin CM-in 234-1.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşsa da, onun tərəfindən güclü təsir edən maddəyə aid olan tramadol tərkibli dərman preparatlarının əldə edilməsi və saxlanılması CM-in 240.1-ci maddəsi ilə tövsif edilməsi və həmin maddə ilə məhkum edilməsini əsaslı və qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsinin dispozisiyasında cinayətin tərkib əlamətləri narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə kimi ifadə olunur. Göründüyü kimi CM-in 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi güclü təsir edən maddələrin yalnız satış məqsədi ilə əldə edilməsi, saxlanması və ya cinayətin obyektiv cəhətini təşkil edən digər hərəkətlərin törədilməsi təqdirdə yaranır. Məhkəmələr isə nəticəyə gəlmişlər ki, Məhkum güclü təsir edən maddə olan tramadol tərkibli dərman preparatlarını satmaq niyyəti olmamışdır. Belə olan halda məhkəmələrin Məhkum əməlində CM-in 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması barədə gəldikləri nəticə cinayət qanunun tələblərinə ziddir, hər birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum törətmiş olduğu cinayət əməlini CM-in 234.1-1-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 240.1-ci maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları və işin hallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edərək, belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməldə CM-in 240.1-ci maddəsi i lə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyil. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2016, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2016, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksi mal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv“ anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən süi-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar hüquqi mövqedə olan və yuxarıda iqtibas olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən şəxsin əməlində cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmü ş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ağır cəzanın təyin edilməsi barədə məhkumun kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də ba şqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs ed ən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234-1.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumların törətdiyi c inayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.15-ci maddələrinə görə məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, Məhkum kassasiya şikayətinin onun əsassız olaraq Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə məhkum olunması ilə əlaqədar dəlilləri əsaslı olduğundan şikayət həmin hissədə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərarı həmin hissədə dəyişdirilməli, Gənc ə Ağır Cinayət Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilməli, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilməli, Gəncə Ağır Cinayət Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərarından Məhkum Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə cəza təyin edilməsi və CM-in həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən ona qəti cəza təyin edilməsi müddəalar çıxarılmalı, Məhkum üzərində Azərbaycan Respublikası CM-in 234.11-ci maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumet mə cəzası saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.6, 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası 234.1-1 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Gəncə Ağır Cinayət Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə təqsirli bilinib ona cəza təyin edilməsi hissəsində ləğv edilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilsin. Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərarı və Gəncə Ağır Cinayət Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə cəza təyin edilməsi və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsi ilə bağlı müddəalar çıxarılsın. Məhkum üzərində CM-in 234.1-1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar