Məhkəmə qərarları › İş №1(102)-1407/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1407/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1407/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi İbrahimov Elvin Telman oğlunun iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Lənkəran rayonunun Velədi kəndində anadan olmuş, Azərbaycan R espublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-598/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi İbrahimov Elvin Telman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-162/2024 nömrəli 10 may 2024-cü il tarixli hökmü ilə (hakimlər V.İ.Əhmədov (sədrlik edən), N.N.Hüseynov və N.H.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməl ini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-598/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər P.V.Hacıyev (sədrlik edən), İ.H.Əhmədov və H.X.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum 2023-cü ilin iyun ayında məlum olmayan tarixdə və şəraitdə na məlum mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 10,289 qram olub, külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 iyun 2023-cü il tarixdə saat 19:50-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Velədi kəndi ərazisində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümün içərisindən həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunsa da, birinci instansi ya məhkəməsi onu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək məhkum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Lənkəran rayonu, Velədi kəndində yerləşən fərdi yaşayış evində olarkən həyat yoldaşı Məhkum həyətdə kiminsə onu çağırdığını bildirmiş, o, həyətə düşmüş və onu səsləyən şəxsin polis əməkdaşı olduğunu görmüş, polis əməkdaşı Lənkəran ŞRPŞ-nin rəisi X müəllimin tapşırığı ilə gəldiyini və X müəllimin onu öz qəbuluna çağırdığını bildirmiş, o, polis əməkdaşı ilə həyət də bir stəkan çay içmiş və hətta ona yemək də təklif etmiş, sonradan özü polis əməkdaşının avtomobilinə əyləşib Lənkəran ŞRPŞ-yə getmiş, şöbəyə gedərkən üzərində telefon olmamış, şöbəyə çatandan sonra X müəllimin kabinetinin qabağında 4 polis əməkdaşı ona fiziki zor tətbiq edib əllərini bağlamış və əsasən üzdən tanıdığı, lakin adlarını bilmədiyi iki polis əməkdaşı onu döyməyə başlamışdır, qulağına vurulan güclü yumruq zərbəsindən sonra sol qulağı eşitmir, qardaşının cinayət işi üzrə müxtəlif orqanlara şikayətlər etdiyinə görə düz 2 saat yarım ona qarşı fiziki zor tətbiq etməklə döyüblər. Sonradan PPX-nin cavan bir əməkdaşı onun cibinə narkotik vasitəni qoymuş, ondan tələb etmişlər ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişi zamanı narkotik vasitənin özünə məxsus olduğun u bildirsin, əks halda yaşadığı evinə 5 kq yaxın narkotik vasitə qoyacaqlar. Videoçəkiliş zamanı da narkotik vasitənin ona məxsus olmadığını, ona qarşı fiziki zor işlədildiyini, döyüldüyünü, hədələrə və təsirlərə məruz qaldığını bildirmiş, videoçəkilişi dayandırmaq istəyəndə isə buna imkan verməmişdir. İttiham olunan maddə ilə özünü təqsirli bilmir, narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul deyildir. Narkotik vasitə zor tətbiq edilməklə onun üzərinə qoyulmuşdur. Digər müdafiəçi X5 da həbs qətimkan tədbirinin seçilməsinə dair iclasda bildirmişdir ki, şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə aparılmışdır. Sədrlik edən videoçəkiliş barədə diski vəsatət vermiş müstəntiq X tələb etsə də, müstəntiq sözügedən istintaq hərəkətinin videoçəkilişlə deyil, hal şahidlərinin iştira kı ilə foto-şəkillərlə aparıldığını qeyd etmişdir. Videoçəkilişdə şəxs narkotik vasitənin ona məxsus olmadığını və ona qarşı fiziki zor tətbiq edildiyini bildirdiyinə görə həmin disk iş materialına əlavə edilməmişdir. Müdafiəçi müvəkkili ilə konfidensial şəkildə görüşməyinə şərait yaradılması ilə bağlı ərizələr təqdim etmiş, lakin süni şəkildə ona maneçilik yaradılmış və onların müdafiə hüququ pozulmuş, 10 günə yaxın o, Məhkumla görüşə bilməmişdir. Məhkəmə iclası zamanı dindirilmiş hal şahidlərindən Şahid3 qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində sahə rəisi X ona zəng vuraraq polis şöbəsinə gəlməyini xahiş etmiş və o da, onun dediyinə əsasən polis şöbəsinə gəlmişdir. Halbuki iş materiallarında onun şöbənin qabağında hərəkətdə olarkən polis əməkdaşı tərəfindən dəvət edildiyi qeyd olunmuş, o, sonradan şəxsi axtarışda iştirak etmiş və məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadə vermişdir. Digər hal şahidi Şahid4 isə ifadəsində bildirmişdir ki, saat 20 radələrində sahə rəisi onun istifadəsində olan mobil telefona zəng vuraraq Lənkəran rayonu, Velədi kəndindən olan Məhkum saxlanıldığını bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün hal şahidi qismində onu dəvət etmişdir. Halbuki, iş materiallarında onun şöbənin qabağında hərəkətdə olarkən polis əməkdaşı tərəfindən dəvət edildiyi qeyd olunmuşdur. Şöbəyə gələndən sonra Məhkum üzərində şəxsi axtarış keçirildiyini və üzərindən narkotik vasitə aşkar olunduğunu qeyd etmişdir. Müdafiəçi ona “sizə zəng olunandan sonra neçə dəqiqəyə polis şöbəsinə çatdınız, yəni s aat neçə olardı artıq şöbədə idiniz?” sualına o, “mənə zəng olunandan sonra təxminən 30 dəqiqəyə mən şöbəyə çatdım” cavabını vermişdir. Bundan sonra, ona “şöbəyə çatandan sonra təxminən neçə dəqiqə keçəndən sonra Məhkum gördünüz?” sualına o, “təxminən 2-3 saat keçəndən sonra Məhkum otağa gətirdilər” cavabını vermişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, şəxsin üzərində axtarış 20:35-də həyata keçirilmişdir. Şahidin suallara cavabından belə nəticəyə gəlmək olar ki, onun dediyi kimi ona zəngin 20 radələrində olduğunu nəzərə alsaq və 30 dəqiqə də dediyi kimi yolu nəzərə alsaq, üstəgəl 2-3 saat sonra Məhkum gördüyünü (yəni şəxsi axtarış istintaq hərəkəti məhz həmin saata təsadüf edir) nəzərə alsaq, onda şəxsi axtarışın təxminən 23 radələrində baş tutduğu məlum olar. Burdan da görünür ki, şəxs i axtarış əslində 20:35-də deyil, 23 radələrində baş tutmuşdur. Məhkum da ifadəsində tutulduqdan sonra təxminən 3-4 saat sonra üzərində şəxsi axtarışın həyata keçirildiyini bildirmişdir. Deməli, şəxsi axtarış istintaq hərəkətinin vaxtı saxtalaşdırılmışdır. Müdafiəçi birinci instansiya məhkəməsinə müdafiə etdiyi şəxsin təkrarən tibbi ekspertizadan keçirilməsi barədə, telefon danışıqlarının çıxarılması barədə, X2 şahid qismində ifadəsinin alınması barədə, tibbi kitabçanın təsdiq olunmuş surətinin Bakı istintaq Təcridxanasına sorğu verilməklə əldə edilməsi barədə, polis şöbəsində gətirilən şəxslərin qeydiyyat jurnalının məhkəməyə gətirilməsi barədə, Lənkəran ŞRPŞ-yə və Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına sorğu edilərək Lənkəran ŞRPŞ-yə həqiqətən xx.xx.2023-xx.xx. 2023-cü il tarixlərdə tibbi yardım briqadasının Lənkəran ŞRPŞ-nın MSYyə Məhkum tibbi yardım göstərilməsi üçün daxil olub-olmamasının müəyyən edilməsinə dair sorğuların verilməsi barədə, DİN-nin 102 xidməti və Baş Prokurorluğun 961 xidmətinə Məhkum tərəfindən zənglərin olub-olmaması barədə, X təkrar məhkəmə iclasına dəvət edilərək dindirilməsi barədə, X və X3 şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilməsi barədə, xx.xx.2023-cü il tarixə olan videomaterialların bərpa edilməsi üçün mobil telefonla bağlı audio və videoyazıların məhkəmə ekspertizasının təyin edilməsi barədə, Samsung A 10 markalı mobil telefona (hal-hazırda həmin telefon məhkəmə zalındadır) məhkəmə tərəfindən baxış keçirilməsi barədə, müdafiə etdiyi şəxsin izahatının hansı tarixdə alındığının müəyyən edilməsi üçün L ənkəran rayon Prokurorluğuna sorğu verilməsi barədə vəsatətlər versə də, həmin vəsatətlər təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi E.İbrahimovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzr ə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstəri lir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətl i mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını t am araşdırmamış, iş üzrə məhkəmə prosesində məhkumun müdafiəçi tərəfindən verilmiş bəzi əsaslı vəsatətləri təmin etməmişdir. Belə ki, apellyasiya məhkəməsi məhkumun müdafiəçisi tərəfindən müdafiə etdiyi şəxsin istifadəsində olan ***-***-**-** saylı nömrə ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə kimlərə zəng edib telefonla əlaqə saxlaması barədə telefon danışıqlarının çıxarılması barədə vəsatəti təmin edilməmişdir. Bununla da nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında Məhkum narkotik vasitəni haradan və necə əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, apellyasiya məhkəməsində məhkumun müdafiəçisi məhkumun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını və müdafiə etdiyi şəxsin həqiqətən fiziki zorakılığa məruz qalıb-qalmadığını dəqiqləşdirmək üçün Lə nkəran ŞRPŞ-yə və Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına sorğu edilərək Lənkəran ŞRPŞ-yə həqiqətən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tibbi yardım briqadasının Lənkəran ŞRPŞ-nın MSY-yə Məhkum tibbi yardım göstərilməsi üçün daxil olub-olmamasının müəyyən edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya məhkəməsi vəsatəti təmin etməyərək bu halı araşdırmamışdır. Bundan əlavə, kassasiya şikayətində göstərilmişdir ki, Məhkum qardaşı X Kərimovun şərlənərək tutulduğunun haqsız olduğunu isbat etmək üçün DİN, Baş Prokurorluq və digər dövlət orqanlarına müraciətlər etmişdir. Özü tutulmamışdan qabaq 2 gün öncə DİN-nin 102 xidmətinə zəng vuraraq polis əməkdaşları tərəfindən onun da qardaşı kimi narkotik vasitələrin satışı ittihamı ilə həbs ediləc əyi ilə hədələndiyini bildirmişdir. DİN-nin 102 xidməti və Baş Prokurorluğun 961 xidmətinə Məhkum tərəfindən zənglərin olubolmamasının dəqiqləşdirilməsi barədə məhkumun müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi bu halları aydınlaşdırmamış və cinayət işinin faktiki hallarına səthi yanaşmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə deyil, hal şahidlərinin iştirakı ilə foto-şəkillərlə aparılmışdır, hətta məhkəmə iclasında sədrlik edən videoçəkiliş barədə diski müstəntiqdən tələb etsə də, müstəntiq sözügedən istintaq hərəkətinin videoçəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə foto-şəkillərlə aparıldığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Lakin iş materiallarında olan şəxsi axtarışın keçirilməsi haqqında 21 iyun 2023-cü il tarixli protokolda həmin istintaq hərəkətinin aparılmasında iştirak etmiş Lənkəran ŞİHBnin Gərmətük qəsəbə inzibati ərazi dairəsində nümayəndə müavini Şahid3 və Gərmətük bələdiyyəsinin sədri Şahid4 bu istintaq hərəkətində məhz hal şahidləri qismində iştirak etmələri, əgər hal şahidləri kimi iştirak etmişlərsə, onların bu iştirakının cinayət- prosessual tələblərə cavab verib-verməməsi (məsələn, hal şahidlərinə onların hüquq, vəzifə və məsuliyyətinin izah olunması və s.) aydın görünmür. Halbuki, bu məsələ lərə aydınlıq gətirilməsi zəruridir. Göründüyü kimi apellyasiya məhkəməsi iş üzrə aydınlaşdırmalı olduğu halların üzərindən səthi keçmiş və işin faktiki hallarına qiymət verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. CPM-in 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı müvafiq olaraq birinci və ya apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələ ri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya bax ışına təyin olunmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi İbrahimov Elvin Telman oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)598/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni apellyasiya baxışı təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar