Məhkəmə qərarları › İş №1(102)-1408/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1408/2019

12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1408/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi X5 və Məhkum iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü ilə Azər baycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından mülki iddiaçı Zərərçəkmiş şəxs firması tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim İmanov Cahid Fehruz oğlu) 08 aprel 2019-cu il tarixli hökmü ilə xx.xx.1980-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağdam rayon 29 saylı orta məktəbdə bağban işləyən, məhkumluğu olmayan, Laçın rayonu Katos kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1-də yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 08 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 13 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Şəki Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, məhkum X2 Şəki Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasından onun 08 aprel 2019-cu il tarixdən 13 iyun 2019-cu il tarixədək həbsdə olduğu 02 (iki) ay 05 (beş) gün çıxılandan sonra üzərində qalan 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 06 (altı) ay sınаq müddəti ilə şərti hesаb edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından mülki iddiaçı Zərərçəkmiş şəxs firması tərəfindən verilmiş kassasiya şikayətində qərarın dəyişdirilməsini, məhkumun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum cavabdeh kimi 6000 (altı min) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs fərdi firmasına ödənilməsinə dair Laçın Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli 2(047)-340/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 21 yanvar 2016-cı il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə, 08 iyun 2018-ci il tarixdə isə Şəki Apellyasiya Məhkəməsi tərəfindən İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbər darlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti ilə cəzası şərti hesab edilməsindən xeyli müddət keçməsinə baxmayaraq Məhkum borcunun qalan hissəsinin ödənilməsi ilə əlaqədar heç bir hərəkət etməmişdir. Ona görə də hesab edirik ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı qanunsuz və əsassızdır. Təyin edilmiş cəza Məhkum tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyildir. Şəki Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarın dəyişdirilməsini, məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkum və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tət biqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş sınaq müddətinin ləğv edilməsi barədədir. Aşağıda şərh edilən əsaslarla kassasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsassız hesab edilməlidir. İş materiallarından olan, Laçın Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2(047)-340/2015 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə Məhkum 6000 (altı min) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs fərdi firmasına ödənilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs fərdi firmasının məlumatından və12 iyun 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, məhkum tərəfindən ümumi borcun 3000 manatını ödənmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şərh edilənlərə və Apellyasiya məhkəmələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən cəza tədbiri seçilərkən, Məhkum şəxsiyyəti, törə tmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsir, həmçinin məcburi köçkün olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, ümumi borcun yarı hissəsini ödəməsi və himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, 6 (altı) ay sınaq müddəti ilə şərti cəza təyin edərək əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar