Məhkəmə qərarları › İş №1(102)-1408/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1408/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1408/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin M əcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 15 dekabr 2021-ci il tarixli hökmü ilə 27 avqust 1996-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, Ağdam şəhəri, Füzuli küçəsi, ev 3, mənzil 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, mənzil 13-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 iyun 2021-ci tarixdən hesablanması, barəsində seçi lmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən, məruzəçi hakim), X7 və X2 ibarət tərkibdə) 11 mart 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1716/2021 saylı, 15 dekabr 2021-ci il tarixli hökmü, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1716/2021 saylı, 15 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm məhkum edilmiş şəxs Məhkum müdafi əçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 23 avqust 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmə k, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1, 23 4.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar