Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1409/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhk um2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.2.1 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Xankişiyev Mirzə Aslan oğlun (sədrlik edən və məruzəçi), Mahmudov İham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hö kmü ilə CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cazasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 232.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq isə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının ödənilməmiş hissəsi hazırkı iş üzrə hökmlə təyin olu nmuş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə və 125 (yüz iyirimi beş) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, cəzaların müstəqil icra edilməsi, azadlıqdan məhrum etmə cəzasının isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmlə Məhkum3 və Məhkum1 CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə, Məhkum4 isə CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2, 21 avqust 2019-cu il tarixdəgecə saat 03 radələrində tanışları Məhkum1 vəMəhkum3 ilə qabaqcadan əlbir olan bir q rup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədiilə Məhkum3 adına icarəyə götürülmüş vəözünün idarə etdiyi VAZ- 2121(Niva) markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Köhnə Quşçu kəndində yerləşən evə getmiş, avtomobili kəndin kənarında saxlayandan sonra özü gələn olarsa onları xəbərdar etmək üçün avtomobilin yanında pusquda dayanıb ətrafa nəzarət etmiş, Məhkum1 və Məhkum3 isə birlikdə Zərərçəkmiş şəxs məxsus evə getmiş, evin qapısına vurulmuş asma qıfılı sındırdıqdan sonra hər ikisi qanunsuz olaraq içəri daxil olub oradan 01 (bir) ədəd zavod üsulu iləistehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı«TOZ-8M» modelli yivli odlu idman-ov silahını və 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm k alibrli, «DS 2956» nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla atəş üçün yararlı «İJ-58» modelli yivsiz qoşa lüləli odlu ov silahını talamış, bundan sonra onlar qeyd olunan silahları onun idarə etdiyi avtomobilə qoyub həmin tarixdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Xızı rayonu Altıağac qəsəbəsinə daşıyaraq cinayət yolu iləəldə edildiyini bilməyən, lakin silahları saxlamağı qabaqcadan vəd etmiş Məhkum4 müştəri tapıb ikiədədini 700 manata satmaq üçün vermiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silahlar 23 avqust 2019-cu il tarixdə saat 16 radələrində Məhkum4 yaşadığı Xızı rayonu Altıağac qəsəbəsində yerləşən evdən aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumlar Məhkum2 və Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 10 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarından Məhkum2 kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Prose ssual Məcəlləsinin 416.1.1 və 416.1.2ci maddələrinin tələbləri pozulmuş, məhkəmələr tərəfindən cinayət işində olan sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, həmçinin apellyasiya instansiya məhkəməsi irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən zərər çəkmiş şəxs düzgün müəyyənləşdirilməmiş, cinayətin predmeti olan tüfənglərin əsl sahibi və cinayət işi üzrə zərər çəkmiş şəxs X9 olaola, istintaq orqanı əsassız olaraq X9un oğlu Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanımışdır. Həmçinin şikayət müəllifi bildirmişdir ki, əsl zərər çəkmiş şəxs ondan gizlədilmiş, sonuncu ilə barışıq əldə etməsi üçün ona heç bir şəra it yaradılmamış və buna görə də ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Məhkum2 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (böundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, həmçinin apellyasiya instansiya məhkəməsi irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş və nəticədə ona ağır cəza təyin edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum2 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqini n düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş h allar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə ba xışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasınd a prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələ binə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, bu konstitusiyon tələb həmçinin cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxlsərin də hüquqlarının təmin olunmasnı, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün qanuna müvafiq tədbirlərin görülməsini, ümumiyyətlə hər bir insanın cinayəkar qəsdlərdən qorunmasını, digər tərəfdən isə cinayət törətmiş şəx slərin aşkar edilərək məsuliyyətə cəlb edilmələrini və belə şəxslərin təqsirlilikləri sübuta yetirildiyi halda barələrində qanunda nəzərdə tutulmuş ədalətli cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində isə təsbit edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi müəyyən olunmuş CPM-n in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkə n bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstəril mişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir k i, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına tə sir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyini və törətdiyi əməllərin hüquqi tövsifini mübahisələndirməyən Məhkum2 və qeyrilərinin barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-ballistik ekspertizasının rəyi ilə, mobil telefonların anten dairləri haqqında məlumatlarla, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Birinci inst ansiya məhkəməsi tərəfindən bu sübutlar tam, hərətərəfli və obyektiv araşdırılaraq onlara Məhkum2 və qeyrilərinin barəsindəki 14 oktyabr 2020-ci il tarixli ittiham hökmündə istinad olunmuş, bu sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qanunda nəzərdə tutulmuş qaydada müvafiq qiymət verilmiş və məhkəmə Məhkum2 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi və ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə düzgün tövsüf edilməsi, məhkumun həmin maddələrlə təqsirli bilinərək cəzalandırılması haqda qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin bu nəticəsi ilə razılaşaraq iş üzrə sübutların təkrarən araşıdırılmasına ehtiyac görməmiş və hökmdən Məhkum2 tərəfindən ver ilmiş apellyasiya şikayətinə həmin şikayətin dəlilləri həcmində, məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək özünün 10 sentyabr 2021-ci il tarixli qərarı ilə hökmün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası istər Məhkum2 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməsi, istərsə də bu əməllərin CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə tövsif edilməsini düzgün hesab edir və bunlarla bağlı əvvəla vurğulamağı lazım bilir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri işin faktiki hallarına görə, Məhkum2 21 avqust 2019-cu il tarixdə gecə saat 03 radələrində tanışları Məhkum1 və Məhkum3 ilə qabaqcadan əl bir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədiilə Məhkum3 adına icarəyə götürülmüş və özünün idarə etdiyi VAZ- 2121(Niva) markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonunun Köhnə Quşçu kəndində yerləşən evə getmiş, avtomobili kəndin kənarında saxladıqdan sonra özü gələn olarsa onları xəbərdar etmək üçün avtomobilin yanında pusquda dayanıb ətrafa nəzarət etmiş, Məhkum1 və Məhkum3 isə birlikdə Zərərçəkmiş şəxs məxsus evə getmiş, evin qapısına vurulmuş asma qıfılı sındırdıqdan sonra hər ikisi qanunsuz olaraq içəri daxil olub oradan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı«TOZ-8M» modelli yivli odlu idman-ov silahını və 01 (bir) ədəd zavod üsulu ilə ist ehsal edilmiş 16 mm kalibrli, «DS 2956» nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla atəş üçün yararlı «İJ-58» modelli yivsiz qoşa lüləli odlu ov silahını talamış, bundan sonra onlar qeyd olunan silahları onun idarə etdiyi avtomobilə qoyub həmin tarixdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Xızı rayonunun Altıağac qəsəbəsinə daşıyaraq cinayət yolu ilə əldə edildiyini bilməyən, lakin silahları saxlamağı qabaqcadan vəd etmiş Məhkum4 müştəri tapıb iki ədədini 700 manata satmaq üçün vermiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silahlar 23 avqust 2019-cu il tarixdə saat 16 radələrində Məhkum4 yaşadığı Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən evdən aşkar edilərək götürülmüşdür. Cinayət işinin faktiki halla rına dair məhkəmələrin gəldikləri nəticələr iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum2, digər məhkum olunmuş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusun a yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlə rlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum2 tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Hazırki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən zərər çəkmiş şəxsin düzgün müəyyən edilməməsi və bu səbəbdən də Məhkum2 əsl zərər çəkmiş şəxslə barışmaq hüququnun məhdudlaşdırılması barədə sonuncunun kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd etməyi l azım bilir ki, cinayət işinin materiallarına əlavə edilmiş 31 oktyabr 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş və 7E-2500 nömrəsi ilə qeyd alınmış etibarnaməyə əsasən X9 ona mənsub olan hüquqlardan istifadə edilməsini, o cümlədən özünə məxsus əmlakın idarə edlməsini və bununla bağlı hüquqlarının həyata keçirilməsini 20 il müddətində oğlu Zərərçəkmiş şəxs etibar etmiş və buna görə də sonuncu hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq bu prosessual statusa uyğun olaraq CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları həyata keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal heç də Məhkum2 CPM-nin 91.5.34-cü maddəsində nəzərdə tutulmuş hüququnu, yəni zərər çəkmiş şəxslə barışıq əldə etmək üçün buna müvafiq hərəkət etməsini məhdudlaşdırmamış və o, özü bununla bağlı heç bir təşəbbüs göstərməyək zərər çəkmiş Zərərçəkmiş şəxs onunla barışıq əldə edilməsi üçün müracət etməmişdir. Hərçənd məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilərkən Zərər çəkmiş şəxs1 bildirmişdir ki, onun təqsirləndirilən şəxslərə, o cümlədən Məhkum2 qarşı heç bir şikayət və tələbi yoxdur. Yəni bununla zərər çəkmiş digər məhkum olunmuş şəxslərlə yanaşı Məhkum2 da xeyrinə olan mövqe sərgiləmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda Məhkum2 CPM-nin 91.5.34-cü maddəsində nəzərdə tutulmuş hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz və bununla əlaqədar olaraq da adı çəkilən məhkumun kassasiya şikayətinin dəlili qəbul edilməz sayılmalıdır. Məhkum2a təyin olunmuş cəzanın həddindən artıq ağır olması ilə barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhk əmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəs ində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikd ə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mən bəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət- hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilmə sinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və A zərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarix li 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhl ükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum2 təqsirli bilinərək məhkum olunduğu CM-nin 228.2.1 və 232.2.1-ci maddələrinin dispozisiyalarının və sanksiyalarının təhlili göstərir ki, CM-nin 228.2.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin sil ah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə belə əməllər həmin maddədə nəzərdə tutulan cinayətin tərkibini yaradır və bu cinayəti törətmiş üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 232.2.1-ci maddəsinə əsasən isə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə, təqsirli bilinməsinə və beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmasına səbəb olur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş məktubdan görünür ki, Məhkum2 əvvəllər də Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cazasına məhkum olunmuşdur. Həmçinin iş materiallarında olan, Siyəzən Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 01 noyabr 2019-cu il tarixli 1742/2019-cu il tarixli məktubdan görünür ki, Məhkum2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmünün surəti və hökmün icrasına dair göstəriş 22 oktyabr 2018-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmu şdur. Həmin şöbədən verilmiş 30 sentyabr 2020-ci il tarixli məktubda isə göstərilmişdir ki, Məhkum2 təyin olunmuş 1500 manat miqdarında cərimənin onun tərəfindən ödənilməmiş hissəsi 125 manat təşkil edir. Əvvəla, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Məhkum2 qəti cəza təyin edərkən əvvəla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1500 manat cərimə cəzasının 125 manat ödənilməmiş hissəsini CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırkı iş üzrə təyin olunmuş cəza ilə tam birləşdirilməkdə haqlı olmuş, digər tərəfdən isə onun əvvəlki məhkumluğunun ödənilməməsinə baxmayaraq bu halı əsaslı olaraq cinayətlərin residivini yaradan hal kimi qiymətləndirməmişdir. Çünki, CM-nin 18.4.4-cü mad dəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Apellyasya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirmədən qüvvədə saxladığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmündən göründüyü kimi, məhkəmə Məhkum2 tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngüləşdirən və CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona istər CM-nin 228.2.1 və 232.2.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərinə yaxın, istərsə də cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzala r təyin etmişdir. CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə görə, şəxə təyin olunmuş cəzanın açıqaşkar ağır və ya yüngül olması barədə dəlillər o halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə tərəfindən hər hansı cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hal nəzərə alınmamış olsun və belə halların olması müvafiq sübutlarla təsdiq edilsin. Məhkum2 barəsindəki cinayət işinin materiallarının təhlili isə göstərir ki, bu kmi halların, xüsusən də onun cəzasını yüngülləşdirən halların olmasını təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyil və kassasiya şikayətinin müəllifi də öz müraciətində belə hallara istinad etməmişdir. Beləliklə məhkəmə kollegiyası Məhkum2 kassasiya şikayətinin dəlillərini bütövlükdə qəbul edilməz sayaraq apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı birinin, o cümlədən Məhkum2 təyin olunmuş cəzaların yüngüləşdirilməsi üçün əsasların müəyyən edilmədiyini qeyd edir və buna görə kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum2 CM-nin 228.2.1 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarı isə ona aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarı Məhkum2 aid olan hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1409/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1409/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver