Məhkəmə qərarları › İş №1(102)-1409/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1409/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1409/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X1 (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X4 ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 iştirakları ilə xx xxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a kirayədə yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhku m edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(103)-126/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(001)164/2022 nömrəli hökmü ilə (hakim M.N.Kərimova), Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 25 avqust 2022ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) ay 11 ( on bir ) gün müdd ət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), İ.M.Murquzov və Q.X.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hö kmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək ona Koreya Respublikasından «Hyundai Santafe» markalı avtomobil sifariş verib gətizdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 02 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında 2700 manat, 03 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi ra yonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında 800 manat, 09 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Poladtökmə zavodunun qarşısında 4000 manat, sonuncu dəfə isə 15 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 73-cü korpus, yeni yaşayış massivində yerləşən evinin qarşısında 1200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vermiş olduğu vədə əməl etməyərək, Zərərçəkmiş şəxs ümumilikdə 8.700 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 birgə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr Məhkum Zərərçəkmiş şəxs vurmuş ol duğu 8700 maddi ziyanın cüzi hissəsinin ödəməsini nəzərə alaraq sonuncuya qarşı həddindən artıq humanist davranmışlar və bu əsasla ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etmişlər. Kassatorlar hesab edirlər ki, birinci instansiya məhkəməsində Məhkum əməlindən peşman olmaması nəzərə alınmamış, nəticədə ona islah edilməsi üçün yetərli olmayan – azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəza təyin olunmuş, bu cəzanı dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin hökmünü və bu hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası mə hkəməsinin qərarını Məhkum tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsini təmin etmədikləri üçün qanunsuz və əsassız qərarlar kimi qiymətləndirmişlər və bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassa siya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətində Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcə sinə, törədilmə hallarına uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxsin və onun nümayəndəsinin birgə vermiş olduqları kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, ara şdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən C M-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir k i, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş c əzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Qeyd olunan cinayət - hüquqi normaların işığında kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin müəyyən etdiyi məhrumiyyətlər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Kassasiya şikayətinin müəllifləri Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi i lə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını mübahisələndirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhz zərərçəkmiş şəxsin və onun nümayəndəsinin istinad etdikləri - cinayətlərin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən CM-in 178.2.4-cü maddəsində göstərilən cinayəti törətmiş şəxslərə nəinki azadlığın məhdudlaşdırılması cəzasını, hətta ondan yüngül cəzanın da (cərimənin) təyin edilməsini mümkün bildiyindən, kassasiya şikayətində istinad edil miş bu hal məhkumun məsuliyyətinin ağırlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Zərərçəkmiş şəxsin və onun nümayəndəsinin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etmələri həm də ona görə əsassızdır ki, himayəsində az yaşlı uşağı olan Məhkum ilk dəfədir ki, məhkum olunur, cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmaqla yanaşı zərərçəkmiş şəxsə vurmuş olduğu 8700 manat ziyanın 3250 manat hissəsini sonuncuya qaytarmışdır. Məhkəmələr tərəfindən qeyd olunan hallar təqsirkarın şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin ona vurulmuş ziyanın xeyli miqdar təşkil etməsinə və tam ödənilməməsinə istinad etməsi də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Çünki, zərərçəkmiş şəxsin istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxslərə xeyli miqdarlarda ziyanın vurulması Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinin dispoziyasında cinayət tərkibinin zəruri əlaməti kimi göstərilmişdir. Yəni, qanunverici şəxsə xeyli miqdarda ziyan vurulmasına görə CM-in 178.2.4-cü maddəsində cinayət məsuliyyəti müəyyən edib, həmin əmələ görə yuxarıda qeyd olunan cəzaları (o cümlədən, azadlığın məhdudlaşdırlması) nəzərdə tutmuşdur k i, təqsirkara da məhz bu növdə və həmin cəzanın ən yuxarı həddində cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin yekun qərarı da qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin və onun nümayəndəsinin birgə kassasiya şikayətini isə əsaslı müraciətlər kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təs bit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxs, onun nümayəndəsi və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində olan 28 fevral 2023-cü il tarixli, 1(103)126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərə findən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 28 fevral 2023-cü il tarixli, 1(103)-126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar