Məhkəmə qərarları › İş №1(102)-1409/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1409/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1409/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 14 avqust 2024-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyu n 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 03 aprel 2023-cü.il tarixli, 1(049)-49/2023 nömrəli hökmü ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 145.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 221.2.1-ci ma ddəsi ilə isə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə 3(üç) il sınaq müddəti müəyyən olunmaqla cəzası şərti hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 1(049)-49/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 1(0 49)-49/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəa hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında qaldığı 7 ay 1 gün müddət ona təyin olunmuş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum bacısı o lan Şahid2 Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs ilə 25 iyul 2022-ci il tarixdə yaşadığı evdə növbəti dəfə görüşərkən hər iki şəxsin könüllü razılığı əsasında cinsi əlaqədə olmasının müfəssəl təsvirinin mobil telefon vasitəsi ilə qeydə alındığı intim video görüntünün 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılmasından 31 avqust 2022-ci il tarixdə xəbər tutaraq qardaşı övladı Təqsirləndirilən şəxs2 və övladı Təqsirləndirilən şəxs1 ilə birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs hərəkətlərinə görə qisas almaq məqsədi ilə həmin gün saat 23:50-də sonuncunun yaşadığı evin qarşısına gedib onu küçəyə çağırtdırmış, onlara yaxınlaşan Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq avtomobilə əyləşdirib sərbəst hərəkət etmək azadlığını məhdudlaşdır maqla Lənkəran rayonu Boladi və Zövlə kəndləri arasından keçən Ulum çayının kənarına aparıb orada əxlaqa və birgəyaşayış qaydalarına zidd olan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs hər iki qolundan tutub müqavimətini qıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib sonuncuya hər iki bazu və kürək nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra onu kənd sakinləri arasında rüsvay etmək məqsədi ilə zorla əyninə qırmızı rəngli qadın yubkası və koftası geyindirib, eyni qaydada avtomobillə Lənkəran rayonu, Boladi kəndinə qaytararaq ictimai yer olan çayxanalarda digər şəxslərin olduğu halda, həmin çayxanaların normal iş fəaliyyətinin pozulmasına səbəb olan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətd ə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs zor tətbiq etməyə davam edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş və 01 sentyabr 2022-ci il tarixdə saat 01:20-də 2 saata yaxın müddətdə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum yaşlı adamdır, əvvəllər məhkum olunmamışdır, ilk dəfə az ağır cinayət törətmişdir, yaşayı ş yeri üzrə müsbət xarakterizə olunur, əməlində cəzasını ağırlaşdıran hallar yoxdur, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxs məhkəmə çıxışında təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib, Məhkum yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Müdafiəçi bildirmişdir ki, zərərçəkmiş şəxsin açıq məhkəmə iclasında bu cür mövqe nümayiş etdirdiyinə, başqa sözlə desək, təqsirləndirilən şəxslə könüllü şəkildə sülh bağladığına görə, bu addım bəyənilməli və təqsirləndirilən Məhkum əməli əvvəlki kimi ictimai təhlükəli sayılmamalıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il ta rixli qərarının Məhkum aid hissədə dəyişdirilməsini və ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsi tətbiq edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi məhkəmə iclasında çıxış edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 1 iyun tarixli qərarının ləğv edilməsini və onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız oldu ğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qan un normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsind ə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibəti ni bildirir. Məhkumun müdafiəçisi məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək və məhkum barəsində olan apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-cı maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müə yyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə ş ərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; ci nayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictim ai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törə tməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya müraciəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış əməllərin tövsifini mübahisələndirməmiş, lakin məhkuma təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək həmin qərarın dəyişdirilməsini xahiş edtmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlləri CM-in 145.2.4 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və müdafiə tərəfi də bu tövsifi mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş şərti məhkumetməni ləğv edərkən və məhkumun ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməli olmasına dair qənaətə gələrkən öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi p eşiman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını cəzasını yüngülləşdirən hal kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd edərək, Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunması ilə cəzanın məqsədlərinə nail olunmasını mümkün saymışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyini məsələsinin həlli zamanı CM-nin 2, 8, 41.2, 58 və 62-ci maddələrinin tələblərinə əməl etməyərək törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almamışdır. Belə ki, işin hallarından görünür ki, məhkəmə CM-nin 145.2.4 və 221.2.1-ci maddəsi il ə nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə hökm çıxararkən Məhkum törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etməsini nəzərə almamışdır. Yuxarıda qeyd edilən və məhkəmə araşdırması nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan işin həmin halları Məhkum tərəfindən törədilən cinayətlərin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək, nəticələrinin ağır olmasına dəlalət edərək, müvafiq olaraq ona təyin edilmiş cəzanın yüngül deyil, ağır olmasını, ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini deyil, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması nı şərtləndirməsinə baxmayaraq məhkəmə bunun əksinə olaraq təqsirləndirilən şəxs Məhkum barəsində CM- in 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə cəza ilə sosial ədalət bərpa olunmadığından, habelə törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfi ndən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır, həmin halları təkrar etməyərək hesab edir ki, məhkum tərəfindən CM-in iki ayrı-ayrı maddəsi ilə tövsif olunan az ağır cinayət əməlləri törədilmişdir, Hər iki maddənin sanksiyasında həmin əməllərin ictimai-təhlükəliliyi nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmuşdur. CM-in 145.2.4-cü maddəsinin sanksiyasında isə azadlıqdan məhrumetmə cəzasından başqa, digər alternativ cəza nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı Məhkum münasi bətdə həm əməllərinin tövsifi, həm də təyin edilmiş cəzaların növü və həddi baxımından qanuni, əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 1(049)-49/2023 nömrəli hökmü ilə Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar