Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-141/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyeva Aytən Heydər qızı) xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20 % məbləğində pul dövləti nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Səbail ray on Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 25 may 2018-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Əl Oyunları” sarayının yaxınlığında vətəndaş Zərərçəkmiş şəxsin idarə etdiyi «xxxx» MMC-yə məxsus 5 saylı marşrut xətti ilə işləyən “İveco” markalı, qeydiyyat nişanlı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin qismində olarkən avtobusda kondisioneri işlətməsini tələb etməsi, sürücünün kondisioneri işlədə bilməyəcəyini bildirəndən sonra heç bir əsaslı səbəb olmadan, ictimai yerdə nəlayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs ilə mübahisə edib, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, əli ilə sonuncunu qəsdən vuraraq sağ dirsək çuxuru nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə, həmçinin "xxxx" MMC-yə məxsus 5 saylı marşrut xətti ilə işləyən "İveco" markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun 151,98 (yüz əlli bir manat doxsan səkkiz qəpik) manat dəyərində validatorunu yumruqla vurub sındırmaqla özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən xuliqanlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əkbərov Kamran Hüseyn oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Mirzəyev Sahibxan Arzuman oğlundan ibarət tərkibdə) 09 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Hacıqayıbov İmran Teymurxan oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 23 avqust 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş “xxxx ” MMC-nin nümayəndəsi bildirmişdir ki, “xxxx ” MMC-yə məxsus 5 saylı avtobusun sürücüsü Zərərçəkmiş şəxs onun tərəfindən döyülmüş və eyni zamanda avtobusa quraşdırılmış validator sürücüyə məlumatı ötürən cihaz onun tərəfindən sındırılıb yararsız hala salınmışdır. O, hökmdən apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmədə həm ittiham tərəfi, həm də Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə zidd izahatlar vermişlər, ittiham tərəfi və zərərçəkənin nümayəndəsi qeyd etmişdir ki, 5 saylı avtobusun sürücüsü Zərərçəkmiş şəxs sərnişin Məhkum tərəfindən döyülmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs isə ifadəsində göstərmişdir ki, Məhkum onu təhqir edərək avtobusun kondisionerini yandırmağı tələb etmiş, o da Məhkuma kondisionerin işləmədiyini demiş, lakin Məhkum ona tərəfə yaxınlaşm ış, əli ilə şüşəni vurandan sonra onun sağ qolunu dartmış, həmin zaman tanımadığı sərnişinlər onları aralamışdır. AR Ali Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətində göstərilən xüsusatların əsaslı olması qənaətinə gələrək, qərarında göstərmişdir ki, ittiham orqanı, nə də məhkəmə iş üzrə heç bir şahid tapılaraq ifadəsi alınmamış, ittiham orqanının sübutu olan, hadisənin yeganə şahidi kimi işə cəlb olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin məhkəməyə dəvət edilərək dindirilməsi belə təmin edilməmişdir. Bundan başqa Ali Məhkəmə qərarında göstərmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Məhkum əli ilə şüşəni vurandan sonra onun sağ qolunu dartmış, həmin zaman sərnişinlər onları aralamışlar. İş materiallarından görünür ki, on ların arasında mübahisə avtobusun kondisionerinin işləməməsi səbəbindən yaranmışdır. Bundan əlavə Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Məhkum niyyətinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərilməsinə yönəlməsi barədə məhkəmələrin qəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə aralarında olan kondisionerin işlədilməməsi ilə əlaqədar mübahisəni xuliqanlıq kimi qiymətləndirməkdə haqlı olmamışdır. Həmçinin, hadisədən 12 gün sonra ekspertiza keçirilərək müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ dirsək çuxuru nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir. Halbuki sürücünün sağ qolunu dartmağı onun üzərində xəsarətlər kimi qeyd olunması və həmin müddət ərzində orada qalması i nandırıcı deyildir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılma lıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum barəsində ci nayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur və bir sıra dəlillərə istinad edilir. Şikayətin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, apellyasiya məhkəməsi həmin dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, iş üzrə mövqeyini, yəni Məhkum yuxarıda göstərilən maddə ilə nəzərdə tutulmuş cinayəti törətməsinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkum apellyasiya şikayətində məhkəmənin ittiham hökmünü mübahisələndirərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan, məhkəmə kollegiyas ı işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Həmçinin, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi ilə bağlı irəli sürülən dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin mötəbər sübutlar əsasında iş üzrə müəyyən etdiyi faktiki halları qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsaslı sayır və iş üzrə gəldiyi nəticələri tədqiq olunmuş sübutlara uyğun hesab ed ir. Belə ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tövsifedici əlamətinin mövcud olmaması ilə bağlı şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı c inayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan Avropa Şurasının Konvensiyasının təməl prinsiplərindəndir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyası Müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsində nəzərdə tutulan ə sas dəyərlərdəndir. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4- cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edil məlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozlması ilə həyata keçirildikdə onlar cinayət işi və cinayət təqibi ilə bağlı digər materallar üzrə sübut kimi qəbul edilə bilməz. İsti ntaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya mənKəməsində tədqiq olunmuş və ittihamın əsası kimi qəbul edilmiş hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirilmiş, istintaq orqanı və məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının tələblərinin pozulm ası hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası apeliyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən qeyd edir ki, məhkumun, zərərçəkmiş şəxsin nümayəndəsinin və zərər çəkmiş şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq və təhlil edən, habelə iş üzrə toplanmış digər sənədlərin hər birini mötəbərliyi üzrə qiymətləndirən birinci instansiya məhkəməsi işin faktiki hallarını məhz həmin sübutların məcmuyu əsasında düzgün müəyyənləşdirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsində ifadə vermiş Məhkum birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq etmiş, Zərərçəkmiş şəxs köynəyindən tutub dartdığını, validatoru aşağı saldığını və söyüş söydüyünü xatırlamadığını göstərmişdir. Çarpaz dindirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07.06.2018-ci il tarixli 283 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Göğüş oğlunun bədən səthi üzərində müəyyən edilmiş xəsarət - sağ dirsək çuxuru nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmiş, zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni 25.05.2018-ci il tarixdə qeyd olunan nahiyyənin pəncərənin arasında qalıb sıxılması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq eksper tizasının 15.08.2018-ci il tarixli 18724 saylı rəyindən görünür ki, Məhkum tərəfindən zədələnmiş, avtobusda olan validatorun işlənmə dərəcəsi nəzərə alınmaqla 2018-ci may ayına olan orta bazar qiyməti təxminən 105 (yüz beş) manat, təzə vəziyyətdə isə 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 151,98 (yüz əlli bir manat doxsan səkkiz qəpik) edilmişdir. Məhkəmədə tədqiq edilmiş video diskə zərərçəkmiş şəxsin və Məhkum iştirakları ilə baxış keçirilmiş və Məhkum hadisə zamanı ictimai qaydanı kobud surətdə pozması, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə onu n mənafeyinə toxunan, habelə özgə əmlakının zədələnməsi ilə müşayiət olunan qanuna zidd hərəkətlər etməsi izlənilmişdir. Video diskdə nümayiş etdirilən görüntülərə dair Məhkum heç bir əlavəsi olmamışdır. Məhkəmə kollegiyası iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan görüntüləri Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən oyani sübut kimi qiymətləndirir. Məhkumun şikayətində qeyd etdiyi kimi: “Nevroz xəstəliyindən əziyyət çəkməsi və 2-ci qrup ömürlük əlil olması” ilə bağlı hallar onun qanunla müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə səbəb olan hərəkət və ya hərəkətsizlik etməsinə və ya onun cinayət məsuliyyətindən azad olunmasına heç bir əsas vermir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyəsində qeyd olunmuşdur ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikd ə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndinə görə xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zedələnməsi ilə müşayiət edilməlidir. Qərarda həmçinin Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında qeyd edil ir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına öld edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə İnsanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rə hbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin, 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası məhkəmədə tədqiq edilmiş biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyuna əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumun, zərərçəkmiş şəxsin nümayəndəsinin və zərər çəkmiş şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticələri Məh kum törətmiş olduğu cinayət əməlinin tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş sübutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmuyu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə kollegiyası Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun prosessual hüququ kimi qiymətləndirir. Bu əsasları nəzərə a lan məhkəmə kollegiyası Məhkum apellyasiya şikayətinə münasibətdə onun törətmiş olduğu cinayət əməlini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona bəraət verilməsi haqqında şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyy olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəs i sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməl cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3 cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayət törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərin əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şə xsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onuntəqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Məhkəmənin ittiham hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədiq edilmiş və biri digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərt edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsif törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamət ləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsin də Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının qiymətləndirilməsidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edi ldikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, iş üzrə topanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM- nin 221.1-ci maddəsi ilə düzgün tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Odur ki, Məhkum barəsində bəraət hökmünün çıxarı lması haqqında apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın qanuniliyinə və əsaslılığına münasibətdə, onun barəsində tətbiq edilmiş cəzanı şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barə də tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Az ərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün müəyyən etmişdir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhl ükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərini və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsini, ədalət prinsipini və sosial ədalətin bərpasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tər əfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə alan birinci instansiya məhkəməsi, Məhkum törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Odur ki, verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünün ləğv edilməsi üçün əsas ol a bilməz....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna və əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Yuxarıda göstərildiyi kimi, kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas ola bilən) hər hansı bir halın mövcud olması barədə fiki r söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlili göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələrin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdikləri hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. İş materiallarından həm də görünür ki, ittihamın sübut edilməsində aradan qaldırılmayan şübhə qalmamışdır, ittiham tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən di gər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-141/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-141/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver