Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-141/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 1 may 2019-cu il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən və məruzəçi), N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlə məhkə məyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət tərkibdə) 31 may 2020ci il tarixli ilkin baxış qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 26 avqust 2020-ci il tarixli qərarı ilə məhkumun kassasiya şi kayəti vermə müddətinin bərpası ilə bağlı vəsatəti təmin olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində apelyasiya şikayəti vermə müddətini hansı səbəbdən itirməsinə dair konkret əsaslar göstərməmiş, səhhətində yaranmış probləmləri, savadsızlığını, sonradan oğlu Xnun Vətən müharibəsinə qoşularaq ön cəbhədə gərgin döyüşlərdə iştirak edərək xəsarət almasını nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrə nib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan m əhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində müddətin bərpası üçün hər hansı üzürlü səbəbə istinad etməmiş, sadəcə səhhətində yaranmış probləmləri, savadsızlığını, sonradan oğlu Xnun Vətən müharibəsinə qoşularaq ön cəbhədə gərgin döyüşlərdə iştirak edərək xəsarət almasını nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlə r Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü elan edilərkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apelyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah edilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünün surətini 19 iyun 2019-cu il tarixdə almasını öz imzası ilə təsdiq etdiyi qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. İş materaillarından görünür ki, Məhkum tərəfindən apelyasiya şikayəti və müddətin bərpası barədə vəsatəti həmin hökmdən 08 aydan çox müddət buraxıldıqdan sonra, yəni 09 feral 2020-ci il tarixdə verilmişdir. Vəsatətə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməs inin Cinayət Kollegiyası müddətin bərpası barədə məhkumun vəsatətinə baxarkən müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-141/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-141/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver