Məhkəmə qərarları › İş №1(102)-141/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-141/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-141/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Fərhad Abdülkərim oğlu Kərimov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, Kamran Asəf oğlu Həsənov, məhkum X4 və Zərərçəkmiş şəxs qızının iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 1(076)-15/2020 nömrəli 15 fevral 2021-ci il tarixli hökmü ilə 22 dekabr 1970-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 fevral 2021-ci il tarixd ən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə X1 Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 aprel 2017-ci tarixli 2(104)-869/17 saylı qətnaməsinə əsasən 41.100 manat pulu Zərərçəkmiş şəxs qızına ödəməli olduğu halda həmin qətnaməni müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tənbeh edilməsinə, icra üçün yeni müddət təyin edilməsinə baxmayaraq qətnaməni qərəzli olaraq icra etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, ha kimlər Ç.B.Məmmədov və A.T.Muxtarovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi Kazımov Mahir Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Şəmkir Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 1(076)-15/2021 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 15 fevral 2021 tarixdən 8 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 23 gün, həbsdə saxlamanın bir günə islah işləri cəzasının dörd günü hesablanmaqla 11 (on bir) ay 2 (iki) gün müddətinə islah işləri cəzasına bərabər tutulsun, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasından çıxılmaqla onun üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmışdır. Zərərçəkmiş şəxs qızı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-197/2021 nömrəli 08 may 2021-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs qızı kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların və tətbiq edilməli olan hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edilmişdir. İş üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Məhkum heç bir üzrlü səbəb olmadan Azərbaycan Dövlətinin adından çıxarılan məhkəmə qətnaməsini icra etməmişdir, bununla bağlı icra məmurunun qanuni göstərişlərinə ümumiyyətlə etinasız yanaşmışdır. Məhkum qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş və Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qərarı ilə məhkəmə icrasının qanuni göstərişlərini yerinə yetirmədiyinə görə inzibati qaydada cərimə olunmuşdur. İstərsə birincı instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi nədənsə qanunun tələb lərinə, haqqa, ədalətə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə heç bir əhəmiyyət verməyərək, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı daha yüngül cəza növü ilə əvəz etmişdir. İstərsə birinci instansiya məhkəməsi dövründə, istərsə isə apellyasiya instansiyası məhkəməsində məhkuma daha ağır cəza təyin edilməsi ilə bağlı çoxsaylı müraciətlər etsə də vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Bu hal bir daha işə baxmış məhkəmənin bu işdə bir mənalı qeyri obyektiv və maraqlı olmasını göz qabağındadır və apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qanunsuz və əsassız qərar da bu şübhələrin əsassız olmadığını təsdiqləyir. Məhkum hüquqa zidd, qanunsuz əməli nəticəsində zərərçəkmişə küllü miqdarda zərər dəymişdir. Məhkum isə heç bir ödəniş etmə yəcəyini açıqdan-açığa bəyan edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən məhkumun t örətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən açıq-aydın yüngül cəza təyin edildiyini vurğulayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin dəlill əri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız hesab edərək şikayəti təmin etməmişdir. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorun dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən məhkum təqsirini etiraf edərək səmimi peşmanlıq keçməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ed ilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkum tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin etməklə, apellyasiya icraatı zamanı Məhkum 41.000 manat borcdan 10.000 manatın ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən əlavə olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, Məhkum cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayıb onun barəsində təyin edilən cəzanı ədalətsiz və ağır hesab edərək hökmü dəyişdirmiş və ona təqsirli bilindiyi CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan mə hrum etmə ilə bağlı olmayan - aylıq qazancından 10 faizi tutaraq 1 il 6 ay müddətinə islah işləri cəzası təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının hə yata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi aylıq qazancından 10 faizi tutaraq 1 il 6 ay müddətinə islah işləri cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəx siyyəti, iş üzrə cəzanı yüngülləşdirən halların işığında ona təyin edilən aylıq qazancından 10 faizi tutaraq 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədlərinə çatmaq üçün Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılmasını mümkün hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarından iş üzrə Zərərçəkmiş şəxs qızı tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar