Məhkəmə qərarları › İş №1(102)-141/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-141/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-141/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İlkin Abdullayev, Cəlil Nəbiyev və Müşfiq Məmmədov) 1(099)-672/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli hökmü ilə 12 sentyabr 1981-ci ildə Türkiyə Respublikasının Kilis şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikasının Kilis şəhəri Mehmet Rifak Kazancıoğlu küçəsi ev 31-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.2-ci maddəsi il ə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – heroin əldə edilməsi, saxlanması və daşınması, həmçinin Azərb aycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Gürcüstan Respublikasının Batumi şəhərinə daşınması – tranzit nəql edilməsi ilə bağlı 2021-ci ilin aprel ayının əvvəllərində Türkiyə Respublikasında razılığa gəldikdən sonra, bu məqsədlə 11 may 2021-ci ildə İran İslam Respublikasının (bundan sonra –İİR) Urmiya şəhərində qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz olaraq əldə etdiyi 151 ədəd şəffaf yapışqanlı lentlə sarınmış düzbucaqlı formalı bağlamada ümumi təmiz çəkisi 117492 qram olan narkotik vasitə heroini 10.000 ABŞ dolları müqabilində cinayətkar qrupun Gürcüstan Respublikasındakı şəxsiyyəti məlum olmayan digər üzvlərinə çatdırmaqdan ötrü aşkar edilməsini çətinləşdirmək üçün idarə etdiyi «Daf» markalı «XF460FT» modelli AA4492XB qeydiyyat nömrəli xüsus i yük maşınının «Schmıtz» markalı «Sko 24L» modelli AA8695Xİ qeydiyyat nömrəli qoşqusunun ön divarının hər iki səthinin arasındakı boşluqda sonradan kustar üsulla xüsusi olaraq düzəldilmiş saxlanc yerində gizlədib saxlamaqla 16 may 2021-ci il tarixdə saat 13 radələrində İİR-dən Azərbaycan Respublikasına daşıyıb Azərbaycan Respublikasının gömrük sərhədindən – Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Kamil Bəşirov, hakimlər Məhəmməd Bağırov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 1(106)178/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məh kum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ləğv edilsin və ona təyin edilmiş cəza müddətinin təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində müəyyən olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırır ki, Şirvan Apelyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 1(106)-178/2022 saylı qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli l(099)-672/2021 saylı hökmünə əsasən birinci instansiya məhkəməsin in gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə, Məhkum təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından, hökm ləğv olunmalı, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 206.1, 234.1-ci maddələrində nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Məhkum Türkiyə Respublikasının vətəndaşıdır. Belə ki, o, vətəndaşı olduğu ölkədə nəinki cinayət məsuliyyətinə, hətta həbslə bağlı cəza nəzərdə tutulmuş inzibati tənbeh belə almamışdır. Cinayətin məqsədinə və motivinə diqqət etsək görmüş olarıq ki, M. Caneken narkotik vasitələri Azərbaycan Respublikasına keçirməyib, narkotik vasitələrin dövriyyəsinin leqal hesab edildiyi ölkələ rə aparacağını bilmiş və bu cür razılaşma olmuşdur. Şəxs törətdiyi əməlin ictimai təhlükəliliyini tam olaraq dərk etməmiş, bu tip cinayətlərin ağır cinayət olması barədə məlumatı olmamış, özünü yalnız sürücü kimi bu narkotik vasitələri daşıyacağı müqabilində sifarişçi tərəfindən 10.000 (on min) ABŞ dolları alacağını bilmişdir. Yəni Məhkum özünü sürücü qismində təsəvvür etmiş, cinayətin ictimai təhlükəliliyini başa düşməmişdir. Təqsirləndirlən şəxsin törədilən cinayətə münasibəti və törədilən cinayətdə rolu ona tam aydın olmamışdır. İlk öncə maşının qoşqu hissəsinin ön divarına yerləşdirilən maddələrin narkotik vasitə olmadığını güman etmiş, lakin bu barədə dəqiq məlumatı olduqdan sonra qeyd olunan narkotik vasitələri qoşquya yerləşdirən şəxslərə etiraz etmək istəmiş, lakin bunu dilə gətirm əkdən qorxmuşdur. İdarə etdiyi tırı qoşqusu ilə birlikdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçirərkən özü şəxsən gömrük əməkdaşlarına yaxınlaşaraq, idarə etdiyi yük maşınına narkotik vasitə yerləşdirildiyini bildirmiş və cinayətin açılmasında fəal iştirak etmişdir. Bu və digər bir neçə istintaqa və məhkəməyə məlum olan hallar məhkəmə tərəfindən cəza təyin edilərkən qətiyyən nəzərə alınmamış, şəxsə qarşı ədalətsiz qərar qəbul edilmişdir. Hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi şəxsə cəza təyin edərkən apellyasiya şikayətində qeyd olunmuş bu kimi bütün halları nəzərə alaraq, Məhkum daha yüngül cəza təyin edilmə idi amma, Şirvan Apelyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 1(106)178/2022 saylı QƏRARİ ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar yal nız Azərbaycan Respublikası CPM 397.1 və 397.2 maddələrinə istinad edərək AR CM 58, 59.1.4,59.2 və 41.2-ci maddəsinə əsasən düzgün hökm verildiyini əsaslandırmışdır. İş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olmasına baxmayaraq saxlanıldığı andan tərcüməçinin iştirakı təmin edilməmiş və sonradan dəvət edilmişdir. Həmçinin Şirvan Apellyasiya Məhkəməsində də tərcüməçinin iştirakı təmin edilsə də işə səthi baxılmış və 1 məhkəmə prosesi ilə iş yekunlaşdırılmışdır. Azərbaycan Respublikası CPM əsasən təqsirləndirilən şəxs Məhkum CPM-in ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; tərcüməçinin köməyindən pulsuz istifadə etmək; ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları tamamilə məhdudlaşdırılmışdır. Bundan əlavə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən halların, CM-in 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən etməklə, cəza məsələsini müzakirə edərək, təqsirləndirilən şəxs Məhkum təyin olunan cəzanın ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olması üçün belə müəyyən etmişdir ki, o, 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, həmin cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Məhkəmənin hökmündə Məhkum məsuliyyətini yüngülləşdirən və onun cəzasını ağırlaşdıran halların olmaması göstərilsə də, bu cəza təyinində nəzərə alınmamış, ona ağır cəza təyin edilmiş, göstərilən cəza ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəzadır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkum himayəsində 2 azyaşlı övladının olması, ailədə yeganə qazanc gətirən olması, “Medical Park Xəstəxanası Gaziantep”də atrial septal qüsurların bərpası əməliyyatı keçirməsi, məhkumluğunun olmaması, əməlini tam etiraf edərək əməlində tam peşman olması, cinayətin açılmasına köməklik göstərməsi, yaşayış yerindən müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasi ya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tu tulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyəti ilə bağlı kassasiya şikayətində sadalanan halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmunu na görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyi n edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum himayəsində iki nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, atrial septal qüsurların bərpası cərrahi əməliyyat ına məruz qalmasını, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və həmin Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, оnа Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin еdilmiş, CM-in 66.3-cü mаddəsinə əsаsən, təyin olunmuş cəzaları qismən tоplаmаq yоlu ilə Məhkum qəti оlаrаq, 16 (on altı) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsələr də, kollegiya qeyd edir ki, onun tərəfindən qanunsuz olaraq əldə edilmiş və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitənin 117 kiloqram 492 qram miqdarında olması onun törətdiyi cinayətlərin analoji cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi i lə səciyyələndirən haldır. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin e dilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar