Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1410/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli,1 (103)-669/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları 1.Məhkum xx xxxxx 1992-ci il tarixdə Füzuli rayonu Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli,1(101)-260/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 3.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. 4.Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli, 1(103)-669/2021 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(101)260/2021 nömrəli hökmü məhkum tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli, 1(103)-669/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli,1(103)-669/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.