Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1410/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi t ərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkum xx xxxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Əndəmic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X3 Zonalarında Dayanacaq və Tərəzi Xidməti İşinin Təşkili Şöbəsinin şöbə rəisinin birinci müavini vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 avqust 2018-cı ildən 16 may 2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X 3 Zonalarında Dayanacaq və Tərəzi Xidməti İşinin Təşkili Şöbəsinin şöbə rəisinin birinci müavini vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs övladı Şahid1 işə qəbul edilməsində köməklik göstərilməsi barədə 23 avqust 2020- ci il tarixdə özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslə yaxın münasibətlərinin olmasını və həmin şəxs vasitəsilə guya Şahid1 işə qəbul etdirmək imkanına malik olmasını aralarında olan telefon danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahi d1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə qeyd edilən pulu elektron qaydada köçürməsi üçün özünün adına "xxxx" ASC-dən verilmiş 4169**********59 nömrəli plastik kartının fotoşəklini özünün 050 362 00 77 nöməsi ilə istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs 070 714 44 09 nömrəsi ilə istifadəsində olan mobil telefonuna xx.xx.2020- ci il tarixdə göndərməsindən sonra, sonuncu həmin vaxt işdə olmasına görə üzərində pul olmadığından, geri qaytarmaq şərti ilə 7.000 manat pul vəsaitini qeyd edilən hesaba köçürmə lərini qohumları olan cinayətdən xəbərsiz Şahid3 və Şahid2 tapşırması ilə əlaqədar Şahid3 tərəfindən xx.xx.2020-ci il tarixdə saat 11:17-də Biləsuvar rayonu, Heydər Əliyev prospektində yerləşən “Uğur market”də quraşdırılmış “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə 4.000 manat, Şahid2 tərəfindən isə xx.xx.2020-ci il tarixdə saat 12:58də ünvan 2 ünvanında yerləşən “Bravo Hipermarket”də quraşdırılmış “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə 3.000 manat pulun adına olan həmin plastik kart hesabına köçürülməsindən sonra 23 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ZabratBalaxanı yolunda yerləşən “Bolmart Market”in yaxınlığındakı "xxxx" ASC-yə məxsus bankomatdan 3.000 (üç min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən “Araz Market”in yaxınlığındakı "xxxx" ASC-yə məxsus bankomatdan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini çıxarıb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs təhrik etmişdir.
3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim S.Ə.Ağayev) 09 mart 2022-ci il tarixli, 1(008)-58/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı tam toplamaq yolu ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi-məs ul vəzifələri tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
4. Hökmdən məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Zərərçəkmiş şəxs qismində tanınması və Məhkum dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanın 25% həcmində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.A.İbrahimli, hakimlər Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) 14 dekabr 2022-ci il tarixli, 1(103)-2103/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 31 2.1-ci maddələri ilə məhkum olunmasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(008)-58/2022 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, bununla əlaqədar olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmiş və üzərində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadllığın məhdudlaşdırılması cəzas ı saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri
7. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı ədalətsiz olmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarında Məhkum tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut edən heç bir fakt və dəlil olmamışdır. Belə ki, Məhku m Zərərçəkmiş şəxs onun oğlu Şahid1 AR Fövqəladə Hallar Nazirliyində işə düzəltməyində kömək edəcəyini bildirmiş və bu məqsədlə də zərərçəkmiş şəxsdən 7000 (yeddi min) manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir vəzifəli şəxsə rüşvət vermə və ya rüşvət alma ilə əlaqədar hər hansı bir epizod olmamışdır. Bundan əlavə, Məhkum əməli Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək görüntüsü yaratmaq olmuşdur.
8. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2103/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum CM-nin 32.4, 312.1-ci maddələri ilə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.
10. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.
11. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə ba xışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.
12. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.
13. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
15. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etməkdən ibarət olan əməli Azərbaycan Respublikası CM-nin CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur.
16. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Məhkum özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Məhkum barəsində cinay ət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır.
17. Bu hərəkətlərin rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini ibtidai istintaq orqanı və məhkəmələr ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-in 312.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət verməyə cinayətinin obyektinə zərər dəymişdir.
18. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CM-in 32.4,312.1-ci maddəsi “d övlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikası Cinayət Məc əlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir.
20. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyəyönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
21. Başa çatmamış cinayətdə iştira kçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.
22. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair madd i nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.
23. Məhkum CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə olan ittihamdan görünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxsə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, AR CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgü n olmayan tətbiqinə səbəb ola bilər.
25. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. N əzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.
26. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvətverməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.
27. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdaadı çəkilən 2022-ci il 14 iyul tarixli Qəra rında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.
28. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarları və qərardadında olan izahları nəzərə alaraq hesab edir ki, Məhkum zərərçəkmişi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178-ci ma ddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir.
29. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəflivə obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməldə CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadis əsinin mövcudluğu öz təsdiqini tapmamışdır.
31. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(103)-2103/2022 saylı qərarı Azərbaycan Respublikası CM-in 32.5, 312.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və cinayət işinə xitam verilməlidir.
32. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(103)-2103/2022 saylı qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 maddələri ilə məhkum olunmasına dair hissədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(008)-58/2022 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 14 dekabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CP-nin 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına aid hissədə ləğv edilsin və cinayət işinə xitam verilsin. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilsin.