Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1410/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi9, Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili M üdafiəçi10 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 193-1.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 CM-in 193-1.2.1 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1, Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1968-ci il tarixdə Laçın rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, əvvəllər - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən olunmaqla 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuş, Laçın rayonu Əhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri 7-ci mikrorayon A.Kunanbayev küçəsi ev 18, mənzil 106-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxx 1972-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərd i sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Məhkum Təqsirləndirilən şəxs2 9 iyul 1986-cı il tarixdə Salyan rayonunun Alçalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə mühasib işləyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri H.Əliyev küçəsi ev 115 mənzil 46-da qeydiyyatda olmaqla yaşamışdır.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edib cinayət yolu ilə əldə edildiyi bilə-bilə pul vəsaitlərin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə edib əqdlər bağlayaraq, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə bağlı özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 09 iyun 2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti neft məhsullarının pərakəndə satışı olma qla, fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), lazım gəldikdə Azərbaycan Respublikası qanunvericiliyinə uyğün olaraq əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək və müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər öd əmə, işçilərə qüvvədəki qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı sahələrdə fəaliyyət üçün xüsusi razılıq, yəni lisenziya almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlara müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları heyata keçirən teşkilatisərəncamverici səlahiyyətlərə malik maddi-məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə bağlı özü və üçüncü şəxslərə qanunsuz üstünlük eldə etmək, yeni özü üçün cinayət nəticəsində əldə edilmiş pul vəsaitini leqallaşdıraraq öz sahibkarlıq fəaliyyətində ödəniş qismində istifadə etmək, qeyriləri üçün isə bunun müqabilində onlara pul vəsaiti qismində maddi mənfəət vermək məqsədilə qeyri-rəsmi mühasibi işləyən Təq sirləndirilən şəxs2 ilə 2019-cu ilin may ayında istifadəsində olan Salyan rayonu Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsinə maye qaz almaq və sair ödənişlərini etmək üçün ƏDV depozit hesabına pul eldə etməklə aralarında müzakirə aparmalarından sonra sonuncunun bu barədə cinayətdən xəbərsiz olan tanışı Şahid1 vasitəsilə tanışları Məhkum, Şahid2, Şahid3 və qeyrilərinə bildirməsi ilə bağlı Şahid2 Şahid3 və qeyriləri ilə birgə oğurladıqları, yəni cinayət yolu ilə əldə etdikləri 49.950 manat pulu 10.000 manat nəğd pul ödənilməsi müqabilində onun ƏDV depozit hesabına köçürülməsini təmin edəcəklərinə dair Məhkum və Təqsirləndirilən şəxs2 vasitəsilə özünə bildirməsindən sonra onlarla həmin əməlin törədilməsinə, yəni Rasət Əliyev, Məhkum Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ilə qab aqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə bu vəsaitlərdən istifadə etməklə əqdlər bağlayaraq, maliyyə əməliyyatları keçirməklə külli miqdarda pul vəsaitini leqallaşdırmağa dair razılaşmaqla, aralarındakı cinayətkar niyyətə uyğun Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 tərəfindən mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilib 05 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından cinayətdən xəbərsiz olan X3 təsisçisi olduğu və faktiki Şahid3 tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub -uçot hesabına 49.950 manat vəsaitin köçürülməsinə nail olaraq xeyli miqdarda ziyan vurmaqla özgə əmlakı gizli talandıqdan sonra qeyd həmin pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə 49.950 manat puldan istifadə etməklə cinayətkar niyyətini pərdələməklə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaqla, yəni aralarındakı razılaşmaya əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 05 iyun 2019-cu ildə ünvan 1-də +**********58 nömrəli adına olan “Asan imza” vasitəsilə kompyuter sisteminə daxil olaraq göstərilən məbləği faktiki olaraq Şahid3 tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin subuçot hesabından 26 aprel 2019-cu il tarixli 11/20193 nömrə li müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaiməni tərtib edərək, həmin sənədlər əsasında 98.333,33 manat dəyərində 136.831,7690 litr benzin yanacağı məhsulunun alqsatqısının aparılmasına dair həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğinin onun ƏDV depozit sub-uçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradaraq, Şahid2 05 iyun 2019-cu ildə 102442 nömrəli əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 nömrəli əməliyyatla isə əlavə 49.940 manat pul vəsaitini özünün ƏDV depozit sub-uçot hesabına köçürməsinə nail olmaqla, bundan sonra külli miqdar təşkil edən cəmi 49.950 manatı maliyyə əməliyyatları keçirib hesabdan hesaba köçürməklə özü ilə “X20” QSC-i arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli TS/008- 19 saylı müqaviləyə əsaslanaraq 5 iyun 2019-cu ildə 49.950 manat vəsaiti özünün ƏDV depozit hesabından “X20” QSC-in ƏDV depozit hesabına ödəmiş və bunun müqabilində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Məhkum vasitəsi ilə 2019cu ilin iyun ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində “Nəriman Nərimanov” metrosu yaxınlığında 10.000 manatı Şahid2 və Şahid3 çatdırıb pulun Şahid3, Şahid6, Şahid5, Şahid4, Şahid2, Təqsirləndirilən şəxs2 və Məhkum tərəfindən aralarında bölüşdürülüb şəxsi ehtiyaclarına sərf etmələrinə nail olaraq, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ilə əldə edilməsinin həqiqi mənbəyini gizlətməklə qulluq mövqeyind ən istifadə etməklə vahid niyyətlə leqallaşdırmış, həmin hərəkətləri ilə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilər, məcburi dövlət sosial sığorta, habelə qanunla müəyyən edilmiş digər icbari ödənişlərin qanunun tələblərinə uyğun ödənişinin keçirilməsi, vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 193-1.3.2 və 308.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmişdir.
5. Eyni zamanda, Təqsirləndirilən şəxs2 və Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halınd a cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pullardan istifadə etməklə əqdlər bağlamış, maliyyə əməliyyatları keçirib vahid niyyətlə külli miqdarda vəsaitləri leqallaşdırmışlar. Bununla da, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikasının CM-in 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişlər.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 22 iyul 2022-ci il tarixli, 1(101)-862/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqan məhrum etmə cəzasına və CM-in 308.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza birləşdirilməklə ona 1 il 6 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əs asən, onun 21 fevral 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay 1 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilərək 7 (yeddi) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 1 il sınaq müddəti müəyyən olunmaqla, təyin olunmuş 7 (yeddi) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilmiş və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi üzərinə qoyulmuşdur. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra edilmiş və cəzanın icrası onun yaşadığı yer üzrə Şirvan şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilmişdir.
7. Həmin hökm ilə Təqsirlən dirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinib dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmamaqla 7 (yeddi) il müddətinə azad lıqan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə 1 il sınaq müddəti müəyyən olunmaqla, təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiqi “başqa yerə getməmə barədə” iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Onun davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Prob asiya şöbəsinə həvalə edilmişdir. Sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi onun üzərinə qoyulmuşdur.
8. Məhkəmənin eyni hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib 8 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ ra yon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 1 il 6 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiqi “başqa yerə getm əmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilmiş və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmə vəzifəsi onun üzərinə qoyulmuşdur. Həmin Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra edilmiş və cəzanın icrası onun yaşadığı yer üzrə Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilmişdir.
9. Məhkəmənin hökmü ilə razılaşmayan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Məhkum isə Cinayət Məcəlləsinin 193-1 3.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmünün onların hər biri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalarının hökmdən xaric olunmaqla dəyişdirilməsini xahiş etmişdir.
10. Həmçinin hökmdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi7, Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət məhkəmə tərkibində) 17 may 2023-cü il tarixli, 1( 103)280/2023 nömrəli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi7, təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum barələrində olan 22 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 əməlinin CM-in 193-1.3.2-ci maddəsindən CM-in 193-1.2.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinib ona 01 il (bir) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqa n məhrum etmə cəzasının və CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə məhkəmənin hökmü ilə ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzalar qismən toplanılmaqla və əlavə cəzalar birləşdirilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, 21 fevral 2022ci ildən 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 01 gün müddət azadlıqdan məhrum etmənin müddətinə bir günə bir g ün hesabı ilə hesablanaraq, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüquqdan məhrum olunmaqla 05 (beş) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, onun barəsində həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin 17 may 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzasının icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi ona təyin ed ilmiş 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi, əlavə cəzanın icrasının onun yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 193-1.3.2-ci maddəsindən CM-in 193-1.2.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinib ona 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasının təyin edilməsi, barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin 17 may 202 3-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının icrasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılması, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin edilmiş 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi və icrasının yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə tapşırılması, təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 193-1.3.2-ci maddəsindən həmin Məcəllənin 193-1.2.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə a zadlıqan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarda və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair m üddəaların hökmdən xaric edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin 17 may 2023-cü ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi, icrasının onun yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 7 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1, Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
13. Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 hər biri eyni məzmunlu olmaqla, ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdilər ki, hüquqlarını müdafiə etdikləri məhkumlar verilmiş ittihamlarla özlərini təqsirli bilmirlər, hesab edirlər ki, əməllərində cinayət tərkibi yoxdur. Birinci instansiya və apellyasiya instansiya məhkə mələri tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla onların işlərinə baxılmışdır. Qeyd ettdiklərinə əsasən, məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarının ləğv edilməsini, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 barələrində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər.
14. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərərəfindən onun cəzası ağırlaşdırılmışdır və o, bu cəza ilə razı deyil. Hesab edir ki, barəsində düzgün qərar qəbul edilməyib. Bu səbəbdən məhkəmə kollegiyasından barəsindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsinin real şəkildə deyil, ş ərti olaraq çəkilməsi barədə ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
16. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
19. Kassasiya icraatı zamanı məhkəmə icla sında iştirak edən dövlət ittihamçısı X12 müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
20. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
21. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
22. Belə yoxlamanın nəticəsində kassasiy a kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
23. Məhkumlar Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkumların əməllərinin hüquqi tövsifini mübahisələndirərək, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, barələrində əsassız olaraq ittiham hökmü çıxarıldığını qeyd edərək, tələbləri ni məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
24. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin şərti hesab edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
25. Odur ki, məhkum Təqsirləndirilən şəxs1, Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
26. Məhkəmə kollegiyası ilk növbədə, məhkumlar Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşa ğıdakıları qeyd edir.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
28. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüqu qi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
29. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
30. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
31. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayət i və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
32. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 barələrində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair məhkumların müdafiəçilərinin arqumentlərini əsassız hesab edir.
33. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
34. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş verm ə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
35. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
36. Apellyasiya instansiya məhkəməsi Məhkum, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri tərəfindən verilmiş, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək, Azərbaycan Respublikası CPM-in 143-146-c ı maddələrinin tələblərinə əməl edərək Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 193-1.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sübutlar) təsdiq olunduğu üçün, Məhkum və Təqsirl əndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 193-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
37. Göründüyü kimi, Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olmuşdur.
38. Məhkəmə kollegiyası eyni zamanda, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.
39. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Mə hkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).”
40. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
41. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
42. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
43. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın məhkumlara cəza təyini hissəsində dəyişdirilməsini zəruri hesab edir.
44. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qüvvədə olan cinayət qanununun cəza anlayışına bir sıra yeni elementləri daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusi vurğulanmışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respubli kası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
46. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş lər. Qeyd edilən hallar aşağı instansiya məhkəmələri tərəfindən onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Həmçinin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
47. Qeyd edilənlərdən əlavə, kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi apellyasiya icraatı zamanı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini təmin edib, məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 hökmlə tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddaəları xaric etmişdir.
48. Belə ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsini, onların barəsində cəzalarının yüngülləşdirilməsinə əsasən olan hər hansı müstəsna halların olmamasını nəzərə alaraq məhkumlara münasibətdə CM-in 70-ci maddəsinin tətbiq edilməsinə əsaslar görməmişdir.
49. Qeyd edilən yanaşmaya münasibətdə kassasiya kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
50. Həmin maddənin 62.2-ci bəndinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
51. Həmçinin, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
52. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı)
53. Cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirl əndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, onlara qarşı hər hansı tələb və şikayətlərinin olmamasını nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinərək barələrində apellyasiya instansiya məhkəməsinin yekun qərarı ilə təyin edilmiş əsas cəzaları - azadlıqdan məhrumetmə cəzasının məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla, həmçinin Məhkum mü nasibətdə isə CM-in 62.2-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməklə icra edilməsi ilə mümkündür.
54. Məhkəmə kollegiyası kassasiya şikayətlərində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiri lmiş hesab edə bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)280/2023 nömrəli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
56. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarı məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkumn aid hissələrdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1 və 308.2-ci maddələri ilə qəti olaraq təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüquqdan məhrum olunmaqla 05 (beş) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından əsas cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilm iş həbs qətimkan tədbiri ləğv edilsin və o, cəzasını çəkdiyi müəssisə üzrə cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində üzərində davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın elan edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəza - 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1-ci maddəsi ilə qəti olaraq təyin olunmuş 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasından əsas cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, cəzasını çəkdiyi müəssisə üzrə cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə s ınaq müddəti ərzində üzərində davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın elan edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza - 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilsin və onun barəsində Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasından əsas cəzasının, yəni 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasının həddi 2 (iki) il müddətinə endirilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş şərti məhkum etmə Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin ol unmuş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarda və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 17 may 2023-cü il tarixindən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə İcr a və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin.