Məhkəmə qərarları › İş №1(102)-1410/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1410/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1410/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhbus Məhkum iştirakları ilə xx xxxxxxxx 1967-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Neftchala Operating Company”-də neft və qaz yığımı üzrə operator işləmiş, Neftçala şəhəri, məhəllə 5 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(106)-1043/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(099)556/2024 nömrəli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən ), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 19 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(106)-1043/2024 nömrəli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(099)-556/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 315,0 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 17:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, Heydər Əliyev prospektində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol içəri yan cibindən satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxladığ ı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 315,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, iş materiallarından aydın şəkildə görünür ki, Məhkum 19 fevral 2024-cü il tarixdə saat 17:50-də Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəf indən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Neftçala şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı 01 ədəd bükümdə 315 qram narkotik vasitə heroin onun əynindəki qara rəngli gödəkçəsinin sol içəri yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.11-ci maddəsinə tövsif edərkən hökmü onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı Məhkum qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Lakin məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/196 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Məhkum...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-315,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3000 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərdən istifadə halları olub. Lakın, hal hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarını n, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş siyahılara əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə külli miqdarda olmuşdur. Məhkum üzərində aşkar olunmuş narkotik vasitənin külli miqdarda olması sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edən hallardan biridir. Həmçinin, hökmdən göründüyü kimi, məhkəmənin gəldiyi nəticəyə görə Məhkum narkotik vasitəni satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsinin müəyyən edilməsi, narkotik vasitəni satmağa cəhd etməsi halları müəyyən ed ilməmiş, həmin hal onun narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi qənaətinə gəlmək üçün əsas olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 2100 dəfə, külli miqdardan isə 157 dəfədən çox olmuşdur. Məhkəmə narkotik vasitəni satmaq üçün Məhkum hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsinin müəyyən edilməməsini hökmdə qeyd edib həmin halın Məhkum aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsini istisna edən hal kimi qəbul edərkən narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin sonradan olacağı, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsini nəzərə almamışdır. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum əməlini düzgün tövsif etməməklə Cinayət Məcə lləsinin əsaslandığı qanunçuluq və digər prinsipləri pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi, həmçinin, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıda kılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, gös tərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum verilmiş ittihamın tövsifi mübahisə edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsi, həmçinin protestin təmin edilməməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdar da törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfl i öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhk um ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, ibtidai araşdırma orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən cinayət işinin materiallarında olan “cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və əlavə edilmiş video-çəkiliş, məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/196 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3000 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubu kimi sübutlara istinad etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən Məhkum özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat təxminən 14 radələrində namazını qılıb, yemək yeyib, yaşadığı evdə uzanmışdır. Bu zaman qapı döyülmüş, evə dörd nəfər mülki geyimli şəxslər gəlmişdir. Həmin şəxslər onlarla getməli olduğunu demişdir. Onlara əynini dəyişmək üçün icazə vermələrini xahiş etmiş, lakin ona da icazə verməyib, o şəkildə aparıb mülki maşına mindirmişlər. Amma üç nəfər onunla birlikdə getsə də onlardan biri evində qalmışdır. Onu şöbəyə rəisin yanına aparmışlar, rəis isə demişdir ki, “narkotiklə həbs olunursan”. Orada psixoloji təzyiqlər edilmişdir. Ona demişlər ki, “çox yuxarıdan danışırsan, nə veririk qol çək yoxsa sənin üçün pis qurtarar”. Bundan sonra əməliyyatçı evdən paltarlarını gətirmiş, özü isə geyinmiş, sonra axtarış aparmışlar, üzərindən evin açarı, dabankeş, dırnaq tutan çıxmışdır. Daha sonra qandallayıb iki saat başqa otaqda saxlamışlar. Sonra isə beş-altı nəfər tökülüşüb gəlmiş, biri demiş ki, “kurtkanı çıxar”, o da çıxaranda dartıb əlində n almışlar, bədəninə baxmışlar. Kurtkanı sonra geyinəndə görmüş ki, cibi ağırdı, əlini atdıqda cibinə isə qaz yumurtası boyda büküm olduğun görmüşdür. Bundan sonra yenə qandal vurub iki saat orada saxlamışlar. Ondan sonra isə çəkilişlə axtarış aparmışlar. Orada isə demiş ki, “başqa yeri axtarmayın kurtkamın cibinə qoymusuz burdadır.” Eləcə də narkotik üstünə qalmışdır. 20 ildən çoxdur ki, müalicə almış, sonuncu dəfə 2019-cu ildə müalicədə olmuşdur, çünki Qarabağ Müharibəsində kontuziya almışdır. Narkotik ona aid olmamış, o narkotik vasitələrini nə alıb, nə də ki satmamışdır. Verilmiş ittihamların üzərindən götürülməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görü nür ki, Məhkum üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol içəri yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülüdə olan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 25-26) Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərfon Telekom MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-4626/24 nömrəli məktuba əlavə edilmiş diskdə olan telefon məlumatlarına baxış zamanı Məhkum narkotik vasitələrin və psixotrop maddələrinin satışı ilə məşğul olmasına dair iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. (c İ, i.v 125) Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 316-16/2- 18/196 №-li rəyindən görünür ki, tədqiqat a təqdim edilmiş üzərində: “...Məhkum...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-315,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,10 qram, qalıq 314,90 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 36-38) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3000 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 120-121) "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələ ri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 315,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 1 ədəd bükümdə olması müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması ki mi hallar müəyyən edilməmiş, Məhkum satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, konkret olaraq kiməsə narkotik vasitə satması ümumiyyətlə təsdiq edilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübu tların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olan narkotik v asitə heroini əldə edib üzərində saxlamaqla daşıması kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahid ifadələri, iş üzrə müvafiq istintaq hərəkətləri protokolları və digər sübutlarla tam təsdiq olunur, apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq məhkəmə tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsi f edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm y etərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində qeyd edilən, yəni narkotik vasitənin ona aid olmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, şəxsi axtarış və götürməyə dair 19 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra təqsirləndirilən şəxs Məhkum üzərinə şəxsi axtarış həyata keçirilmiş və əynində olan gödəkçənin sol içəri yan cibindən qanunsuz olaraq saxladığı 1 ədəd bükümdə içərisində təmiz çəkisi 315 qram narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Həmin videogörüntüdə, təqsirləndirilən şəxs Məhkum üzərində hər hansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Məhkum isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən müharibə veteranı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasının ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, i stərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas möv cud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar