Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1411/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlunun, zərərçəkmişin (mülki iddiaçının) nümayəndəsi X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış Məhkum2 06 iyul 1981-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayır. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış Məhkum1 xx xxxx 1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, x sədri vəzifəsində işləmiş, hazırda x nöməli Tib bi-Sosial Ekspert Komissiyasının həkim eksperti vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Xaçmaz rayonunda yeni tikilidə kirayədə yaşayır. 2. 30 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 320.1, 320.2 və 312-1.1-ci maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 avqust 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 hüquq v erən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmiş, öz həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. (nüfuz alveri etmişdir.) Məhkum1 vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir.
5. Gədəbəy Rayon Məhkəməsinin 1(042)-2/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən cəza təyin edilməməsi; Məhkum2 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-c i maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən ona həmin maddələrlə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilməsi hökm edilmiş, iş üzrə mülki iddia qismən təmin edilərək, 90930,97 manat (doxsan min doqquz yüz otuz manat doxsan yeddi qəpik) məbləğində dəymiş zərərin Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi qərara alınmış, maddi sübut, məhkəmə məsrəfləri və digər məsəl ələr həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Səmədzadə Xəyal Natiq oğlu və təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu apellyasiya şikayətləri vermişlər.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 müdafiəçisi Səmədzadə Xəyal Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 1(042)-2/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmü Məhkum2 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş və onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 312-1.1-c i maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin maddə üzrə ona cəzanın təyin edilməməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış Məhkum2, eləcə də Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, verilmiş ittihamda göstərilənlərin əksinə olaraq onun hər hansı şəxsin qərar qəbul edilməsinə təsir göstərmək üçün nüfuzu, yaxud təsir göstərmək üçün əlaqələ ri olmamış, bunun təsdiq edən hər hansı bir sübut əldə edilməmişdir. Bundan əlavə adları ittihamda qeyd edilmiş şəxslər barədə tərtib edilmiş həkim məsləhət komissiyasının qərarlarında olan diaqnozlar barədə qeydlər həmin şəxslərin valideynləri tərəfindən təqdim edilmişdir və qərarlarda olan yazıların onun tərəfindən yazılmaması istintaq zamanı müəyyən edilmişdir. Yəni o, bu qərarlara yalan məlumatlar yazmamış və orada olan yazılar, imzalar onun tərəfindən icra edilməmişdir. Beləliklə o, subyekti olmadığı, faktiki tərtib etmədiyi, habelə istifadə etmədiyi saxta sənədlərin hazırlanmasına görə məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, əməlində cinayət t ərkibi olmadığından barəsində olan cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.
10. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi vurulan ziyanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsinə, əhalinin həyat standartlarının yüksəldilməsinə, sosial rifahın təmin edilməsinə mühüm zərər vurmaqla ağır nəticə hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlməsini əsaslandırmamış, iş materiallarıda buna dair heç bir sübut yoxdur. Həmin məbləğin müəyyən şəxslərə ödənilməsi, sosial müavinətlərin ödənilməsin də hər hansı bir problem yaratmamış, əhalinin sosial rifahı aşağı düşməmiş, ümumiyyətlə pensiya və müavinətin ödənilməsi sahəsinə təsiri olmamışdır. Belə olan halda ağır nəticələrə səbəb olan mühüm zərərdən söhbət gedə bilməz. Bundan əlavə, həkim məsləhət komissiyasının qərarları 2015-ci il tarixdə hazırlanmışdır. Cinayət işi başlanarkən və təqsirləndirilən hesab edilən şəxslərə ittiham elan olunarkən sənədlərin hazırlandığı vatxdan 3 il keçsə də, cinayət təqibinə xitam verilməmişdir. Həkim məsləhət komissiyasının saxta hesab olunan qərarlarında imzalar Məhkum1 tərəfindən icra edilməmişdir. Həmin yazıların kim tərəfindən icra edilməsi müəyyən edilməmişdir. Bundan başqa vurulmuş ziyan saxta sənədlərdən istifadə etməklə sosial müavinət və təqaüd almış şəxslərdən tələb edilməlidir. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halları araşdırılmamış, həmin xüsusata hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, əməlində cinayət tərkibi olmamasına görə Məhkum1 barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Zərərçəkmiş (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı kassasiya şikayətlərinə qarşı etiraz verərək bildirmişdir ki, Məhkum2 və Məhkum1 törətdikləri cinayət əməlləri istintaq zamanı toplanmış digər sübutlar, yəni şahidlərin ifadələri, baxış protoko lu, maddi sübutlar, ekspert rəyləri və digər istintaq sənədləri, eləcə də cinayət işinin materiallarında olan başqa sənədlərlə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 97424,47 manat təşkil edir. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətindədir. Mülkiyyətə vurulmuş ziyan isə ziyan vurmuş şəxslər tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarının qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası mə hkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərql i olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Hər iki kassasiya şikayətində barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxslər Məhkum2 və Məhkum1 əməllərində tə qsirli bilindikləri maddələr üzrə cinayət tərkibinin olmadığı iddia edilmiş, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbayc an Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilm əsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibinin olmadığına dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.
23. Belə ki, Məhkum2 və Məhkum1 müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökm ündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, ittiham edildikləri - Məhkum1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləri onların özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum1 və Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 314.2, 320.1, 320.2 və 312-1.1-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməllərində Cinayət Məcəlləsinin ittiham edildikləri maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onların təqsi rli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin və onlarla əlaqəli olan işin hallarının hərtərəfli və obyektiv araşdırmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi, Məhkum2 Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələrində nəzərdə tutulan ci nayət əməllərinin törədilməsində təqsirli olmaları, həmin cinayətlərin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, baxılan kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərində qaldırılan iddialarla eynilik təşkil edir, həmin şikayətlərin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında onlara müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.
27. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Belə qənaətə gələn m əhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və y a ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Feyzulla Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-12/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətlər