Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1412/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubl ikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər: S.Ə.Əzizov (sədrlik edən), Z.B.Qasımov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) xx xxxxxxxx 1985-ci ildə Rusiya Federasiyasının Radujnı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Ağsu rayonu, Nuran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 08 oktyabr 2018-ci il tarixdən hesablanmaşdır. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 31 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 m ay 2019-cu il tarixli qərarından məhkum və müdafiəçisi ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkumun əməlinin 127.1-ci maddəyə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Hökmə əsasən, Məhkum 5 oktyabr 2018-ci il tarixdə, saat 13 radələrində tanışı Ağsu rayonu, Nüydü kənd sakini, Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus mobil telefonun itməsinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı “Qarabağ” istirahət mərkəzinin qarşı tərəfində Zərərçəkmiş şəxs onu taxta parçası ilə vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi ilə əlaqədar ondan qisas almaq üçün qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 20-30 radələrində alkoqol sərxoşluğu vəziyyətində “Qarabağ” istirahət mərkəzinə gələrək, gizlincə mətbəxin çöl qapısından içəri daxil olub, orada masanın üzərindən dəstək və metal hissədən ibarət, ümumi uzunluğu 409 mm olan, soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı, insana xəsarət yetirildiyi anda öldürücü təsirə malik baltanı götürüb zala daxil olmuş, zalda X7 ilə birlikdə bir masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq ona həyat fəaliyyəti üçün vacib sayılan baş və boyun nahiyəsi istiqamətində yuxarıdan aşağıya doğru qəflətən bir dəfə balta ilə güclü zərbə endirib, başın sol ənsə, boyun əzələlərinin kəsilməsi və boyun hərəkətinin məhdudluğu ilə müşahidə edilən kəsilmiş – çapılmış yara xəsarətləri ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qisas niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs tanışı X2 ilə birlikdə cəld hərəkət edib baltanı onun əlindən alaraq növbəti zərbələri endirməklə cinayət əməlini başa çatdırmağa mane olmaları və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərilməklə həyatının xilas edilməsi nəticəsində, o, bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məh kəmələr tərəfindən işin halları düzgün araşdırılmamı, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına baxmayaraq törətdiyi cinayət əməli düzgün tövsif olunmamışdır. Qeyd olunanları nəzərə alaraq əməlinin düzgün tövsif olunmasını xahiş edir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi işin faktiki hallarını, iş üzrə ifadələri düzgün qiymətləndirməmiş, istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə ilə razılaşmışdır. Məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmaması, bunu arzu etməməsinə baxmayaraq əməli məhkəmələr tərəfindən yalnış tövsif edilmişdir. Bundan başqa məhkəmələr tərəfindən təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinə n şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu-ci il tarixli qərarının ləğv edilməsini və məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və c inayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2la, kafedə birlikdə zalda televizorun yaxınlığında olan stolda əyləşmişlər. Onun arxası işlək vəziyyətdə olan televizora tərəf olmaqla X2qarşısında əyləşmişdir. Kafenin mətbəxinin giriş qapısı onun oturduğu yerdən sol arxa tərəfdə yerləşməklə oturduğu yer ilə mətbəxin giriş qapısı arasında təxminən 3-4 metr məsafə olmuşdur. Həmin vaxtl o, kafedə X2la arxası mətbəxin qapısına tətəf oturduğundan məhkum1ın əlində balta onu vurmağa gəlməsindən xəbəri olmamışdır. məhkum1ın gəldiyini X2görmüş və X2anidən qışqıraraq “Ayə vurdu” deyərək yerindən qalxmış, elə bu anda başının sol ənsə nahiyəsi nə güclü zərbə ilə bərk materiallı əşya dəymişdir. Ani reflekslə başına dəyən əşyanı əli ilə tutmuş, başını nisbətən sola çevirəndə başının arxa nahiyəsinə məhkum1ın balta ilə vurduğunu görmüşdür. məhkum1 onu vuran anda X2ın səsini eşitdiyi üçün oturduğu stuldan təxminən 5 sm qalxsa da, oturaqlı vəziyyətdə olmuşdur. Onlar X2la birlikdə baltanı məhkum1ın əlindən almışlar və bundan sonra isə məhkum1 çıxıb getmişdir. Hadisə zamanı X2ın orada olması, özünün cəld hərəkət edərək məhkum1ın aktiv zərbələr endirmək imkanının qarşısını alması və qısa müddətə xəstəxanaya çatdıralaraq orada həkimlər tərəfindən operativ tibbi yardımların edilməsi səbəbindən ölümdən qayıtmışdır. X2 ifadəsində gösətrmişdir ki, o, X3la çayxanada oturan zamanməhkum1ın mətbəx tərəfdən əlində balta gəldiyini görərək onlar st oldan qalxmaq istəmişlər. Elə yenicə qalxmışlar ki, məhkum1 çataraq X3un başının arxa nahiyəsindən balta ilə vurmuşdur. Sonra isə onlar birlikdə baltanı məhkum1ın əlindən almışlar və məhkum1 çayxananı tərk edərək qaçmışdır. Daha sonra X3un başından çoxlu qan axdığını, rənginin tamamilə avazıdığını, bu gedişlə öləcəyini görüb, X2ı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. İş materiallarında olan, şahidlər X8, X9 və X4 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadələrində Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə-tibb ekspertizanın 30 oktyabr 2018-ci il tarixli, 464 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın sol ənsə və boyun əzələlərinin kəsil məsi və boyun hərəkətinin məhdudluğu ilə müşahidə olunan kəsilmiş, çapılmış yarası, çapıcı alət təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 5 oktyabr 2018-ci il tarixdə kənar şəxs tərəfindən balta ilə vurulması nəticəsində alınması mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarət dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibb-ekspertizasının 12 oktyabr 2018-ci il tarixli, 465 saylı rəyindən görünür ki, Məhkum məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – üzün sol yarısının, boyunun sol yan səthinin və sağ saidin qançırları küt əşya (alət) təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 5 oktyabr 2018-ci il tarixdə k ənar şəxs tərəfindən ağac parçası ilə vurulması nəticəsində alınması mümkündür. Məhkum almış olduğu xəsarətlər ayrı-ayrılıqda və birlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. “Qəsdən аdаm öldürmə işləri üzrə məhkəmə təcrübəsi hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 12 dekаbr 2002-ci il tаrixli Qərаrının 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkum həmin cina yət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Müdafiə tərəfinin göstərdiyi həmin xüsusatlar zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri, işin faktiki halları və digər iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində qəsdən adam öldürməyə cəhd cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, Apellyasiya məhkəməsi müdafiə tərəfinin əməlin tövsifi barədə dəlillərini, işin obyektiv hallarına uyğun olmadığından məqbul hesab etmir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməlini həm CM-in 29,120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmələrin nəticəsi işin faktiki hallarına uyğundur. Müdafiəçinin kassasi ya şikayətində mübahisələndirdiyi digər məsələ cəza ilə bağlıdır. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin ümumi prinsiplərinə görə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8.1-ci,41.2 və 58.3-cü maddələrində təsbit edilmiş hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhku mlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən etmiş olduğu əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, Məhkum törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin olunmadan qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1412/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1412/2019
19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver