Məhkəmə qərarları › İş №1(102)-1413/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1413/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1413/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum1 və X77, h ər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü ilə X77 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, Məhkum1 isə CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qis mət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxx xxxx il tarixdə Cəlilabad rayonunun Andreyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 fevral 2009-cu il tarixl hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olun muş, Cəlilabad Rayon Məhkəməsinin 13 may 2014-cü il arixli hökmü ilə CM-nin 296.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkumə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olan və yaşamış, və X77, xx xxxxxx il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 23 may 2005-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işlər cəz asına, Tərtər Rayon Məhkəməsinin 03 fevral 2006cı il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CMnin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2010-cu il tarixli hökmü ilə CM-in 317.2.1-ci maddəsi təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2014-cü il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci addəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə əməli CM-nin 177.1-ci maddəsinə tövsif edilərək 2 (iki) il müddətə azadlıqd an məhrum etmə cəzası təyin edilmiş və cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olan, ünvan 2-də yaşamış, hər biri CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Məhkum1 CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CMnin 66.3-cü maddəsinin tələbinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X77 isə CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cinayə tlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cəzaçəkmə müddətlərinin əvvəlinin 22 dekabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu l tarixli hökmünə əsasən, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri İran islam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək realizə etmək barədə 2018-ci ilin dekabr ayında qohumu, Azərbaycan Respublikasının vətəndaşı X77 və şəxsiyyətləri istintaqla müəyy ən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə 22 dekabr 2018-ci il tarixdə saat 00:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan keçməklə X77la birlikdə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, orada həmin gün saat 08 radələrində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə görüşərək həmin şəxsdən tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədilə 1 bükümdə, külli miqdarda 90,481 qram heroin narkotik vasitəsini və 3 bükümdə, külli miqdarda 96,847 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, qeyd edilən narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqma lçılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və birlikdə 22 dekabr 2018-ci il tarixdə saat 11:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Həmin hökmə görə, X77 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək realizə etmək barədə 2018-ci ilin dekabr ayında qohumu, Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə 22 dekabr 2018-ci il tarixdə saat 00:30 radələrində Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postundan keçməklə Məhkum1lə birlikdə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, orada həmin gün saat 08 radələrində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə görüşərək həmin şəxsdən tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədilə 1 bükümdə, külli miqdarda 90,481 qram heroin narkotik vasitəsini və 3 bükümdə, külli miqdarda 96,847 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, Məhkum1 qeyd edilən narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmal çılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və birlikdə 22 dekabr 2018-ci il tarixdə saat 11:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Hökmdən məhkumlar X77 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, habelə X77 müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əlioğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 03 dekabr 2019-cu il ta rixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarından X77 müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və X77 əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsi və ya adı çəkilən məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi, yaxud da cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edə n və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə) 14 oktyabr 2020-ci il tarixli qərarı ilə X77 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışma təyin olunmuşdur. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əsədov ilham Qoşunəli oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə) 19 aprel 2021-ci il tarixli hökmü ilə X77 tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hök mü ləğv edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılmış, X77 Azərbayca Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirimədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, Məhkum1 CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CMnin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və işin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Məhkum1, bəraət almış X77 və şahidlərin ifadələrinə, CPM-nin bir sıra normalarına (CPM-nin 125, 138, 144-146, 349-cu və sair maddələrinə),İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarında əksini tapmış hüquqi mövqeyə, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqq ında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 04 mart 2011-ci il tarixli 02 saylı və 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarlarındakı izah və tövsiyələristinad edəərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmə tərəfindən iş üzrə şahidlərin verdikləri ifadələri nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuqanuna müvafiq qaydada qiymətləndirilməmişdir. Qeyd olunan halların mövcudluğu apellyasiya instansiyası məhkəməsinin hökmünün hüquq tətbiq etmə prosesində müəyyən etdiyi halların da düzgün qiymətləndirilməməsinə, nəticədə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin – X77 cinayət məsuliyyətindən kənarda qalmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq cinayətlərini törətmiş Məhkum1 isə əməllərinin ilə düzgün tövsif edilməməsinə şərait yaradılmışdır. İbtidai araşdırma zamanı toplanımş və brinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla hər iki təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə cinayət əməllərinin sübuta yetirilməsini hesab edən dövlət ittihamçısı kassasiya protestini əksər hissəsini bu sübutların birinci instansiya məhkəməsinin hökmündə göstərilən şəkildə təsvirinə həsr edərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası mə hkəməsi həmin sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu şəkldə onların mükünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə düzgün qiymət verməmiş və nətcədə əsassız və qanunsuz hökm çıxarmışdır.Kassasiya protestinin müəllifibu dəlillər və iş üzrə çox saylı ziddiyyətlərin, natamamlıqların olmasını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları, o cümlədənMəhkum1 və bəraət almış şəxsX77 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum1 kassasiya şikayətinə baxılmasında iştirak emək arzusunu bildirməyərək bu haqda məhkəməyə müraciət etməmiş, X77 isə məhkəməyə naməlum səbəblərdən gəoməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyibCPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumların iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan görü ndüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, X77 bəraət verilməli olması haqqında nəticəyə gələn apellyasiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, Məhkum1 törətdiyi qaçaqmalçılıq cinayəti isə düzgün tövsif edilməmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hğkmün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3 və 416.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəmə sinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum1 və X77 barəsindəki cina yət işinin materiallarını və həmin iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəs inin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kolleg iyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınma sı və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə t əminat verir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-V hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyil ir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması müm kün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunu n 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə mü qayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkə mə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra e tmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumu öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri d ə hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005- ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutul ması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kol legiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında X77 barəsində ittiham hökmünün çıxarılmalı olması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən X77 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cümaddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaq malçılıq yolu ilə keçirərək realizə etmək barədə 2018-ci ilin dekabr ayında qohumu, Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə 22 dekabr 2018-ci il tarixdə saat 00:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan keçməklə Məhkum1lə birlikdə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, orada həmin gün saat 08 radələrində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə görüşərək həmin şəxsdən tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədilə 1 bükümdə, külli miqdarda 90,481 qram heroin narkotik vasitəsini və 3 bükümdə, külli miqdarda 96,847 qram metamfet amin psixotrop maddəsini əldə etmiş, Məhkum1 qeyd edilən narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və birlikdə 22 dekabr 2018-ci il tarixdə saat 11:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib on lara istinad edərək və kassasiya protestinin dəlillərinin əksinə olaraq araşdırılmış sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirərək X77 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində işə mahiyyəti üzrə baxılarkən təqsirləndirilən şəxs qismində dindirilmiş X24 özünü CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkrarlayaraq göstər mişdir ki, 21 dekabr 2018ci il tarixdə gecə saatlarında Cəlilabad rayonuna gəlmiş və Sabirabad kəndində yaşayan xalası oğlu Məhkum1 zəng vuraraq, həkim müayinəsindən keçmək və qəlyan almaq üçün İrana getmək istədiyini, ancaq Biləsuvar Gömrük postuna gedən yolu tanımadığını deyib onunla birlikdə İrana getməyi xahiş etmiş, X24 də bu təkliflə razılaşmışdır. Onlar birlikdə 21 dekabr 2018-ci il tarixdə ona məxsus olan “Lada Priora" markalı avtomobillə Biləsuvar Gömrük Postuna gəlmiş və avtomaşını postun qarşısında saxlayıb 22 dekabr 2018-ci il tarixdə saat 00:10-da piyada yolla keçərək İranın Biləsuvar şəhərinə getmişlər. Həmin gecəni Biləsuvar şəhərində yerləşən oteldə qalıb səhər X gedib qəlyan alacağını, X24 isə İranlı bir tanışı ilə görüşüəcəyini demiş, buna görə onlar işlərini bitirdikdən sonra postun yaxınlığında görüşüb birlikdə Azərbaycana geri qayıtmağı qərara almışlar. O, qəlyan alıb, ev üçün də bazarlıq etmiş, Azərbaycana qayıtmaq üçün Biləsuvar gömrük postunu və Məhkum1lə görüşərək 22 dekabr 2018-ci il tarixdə saat 11:45-də İranın gömrük postunu keçib Biləsuvar gömrük postuna daxil olmuşdur. Gömrük əməkdaşları ilk öncə onu saxlamış, sonra Məhkum1 onunla birlikdə olub-olmadığını soruşmuşlar. X24 cavabında bir yerdə olduqlarını bildirmiş, sonra gömrük əməkdaşları onlardan üzərlərində qadağan olunmuş predmetlərin olub-olmamasını soruşmuş, o, üzərində heç bir qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakları ilə onun, yəni X77 üzərində şəxsi yoxlama aparılmış, yoxlama zamanı üstündə qadağan olunmuş heç bir şey aşkar edilməmişdir. Daha sonra X24in də üzərində şəxsi yoxlama aparıldığını və onun da üstündə qadağan olunmuş predmetlərin aşkar edilmədiyini eşitmişdir. Gömrük əməkdaşları daxili orqanlarında narkotik vasitələr, psixatrop maddələr gizlətdiklərini ehtimal edib onları xəstəxanada rentgen müayinəsindən keçirmiş və müayinə nəticəsində onun daxili orqanlarında yad cisim aşkar olunmamış, lakin X24in düz bağırsağında yad predmetin olduğunu həkim gömrük əməkdaşlarına deyən zaman eşitmiş, gömrük əməkdaşı ona Məhkum1lə birlikdə olduğunu, buna görə onun da tutulacağını demiş, o da həyəcanlanıb, qaçmağa cəhd göstərmiş, ancaq gömrük əməkdaşları onu yaxalamışlar. Onun Məhkum1 daxili orqanında narkotik vasitə və psixiotrop maddə gətirməsindən, sonuncunun İranda kiminlə və hansı şəraitdə görüşməsindən məlumatı olmamışdır. X77 həmçinin göstərmişdir ki, o, Cəlilabada İrana getməkdən ötrü gəlməmiş, İranda qəlyan ucuz olduğuna görə oradan almağı düşünmüşdür. X25 heç bir əlaqəsi olmamış, +**********91 İran mobil operatotuna məxsus nömrədən onun telefonuna gələn zəngin kimin trəfindən edildiyini o bilmir, bu nömrəyə Məhkum1 qısa zəng etmişdir. Avtomobilində narkotik vasitələri çəkmək üçün elektron tərəzi olmamış, həmin tərəzinin kim tərəfindən qoyulması barədə isə məlumatı yoxdur. Məhkum1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında X77 ifadələrinə analoji fadələr verərək həmçinin göstərmişdir ki, 22 dekabr 2018-ci il tarixdə üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daxili orqanlarına yerləşdirməsi və bu üsulla qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gizli olaraq Azərbaycana keçirməsi barədə X77 məlumatı olmamış, həmin cinayət əməllərinin törədilməsinə sonuncunun heç bir aidiyyəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 22 dekabr 2018-ci il tarixdə axşam saat 20 radələrində oğlu X77 ona zəng edərək, arvadı ilə birlikdə kartof almaq üçün Cəlilabada gedəcəyini demişdir. 22 dekabr 2018-ci il tarixdə saat 14 radələrində qardaşı x88 ona zəng edərək oğlu X90in onun bacısı oğlu Məhkum1 ilə birlikdə İrandan narkotik vasitə gətirmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanıldıqlarını demişdir. O, dərhal Cəlilabad rayonuna getmiş və qardaşı Xlə görüşmüş, X bacısı oğlu X24in X90lə birlikdə İrandan Azərbaycana geri qayıdarkən üzərində narkotik vasitə gizlətdiyi üçün hər ikisinin saxlanıldıqlarını bildi rmişdir. X90 Gəncə şəhərində alverlə məşğul olmuş, Cəlilabaddan kartof alıb orada satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə isə heç vaxt məşğul olmamışdır.Narkotik vasitəni İrandan X24 alıb keçirmiş, oğlu X90in bundan məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, 21 dekabr 2018ci il tarixdə saat 21 radələrində bacısı oğlu X77 arvadı ilə onlara gəlmiş, sonra isə xalasıgilə getmişlər. 22 dekabr 2018-ci il tarixdə X90 ona zəng vuraraq gömrük əməkdaşları tərəfindən X24lə birlikdə tutulduqlarını bildirmişdir. O, Biləsuvar gömrük postuna getmiş, gömrük əməkdaşları X24in üzərindən narkotik vasitə aşkar edildiyini bildirmişlər. Gömrük əməkdaşları X90 və X24ə məxsus olan ərzaq və məişət malları olan əl yüklərini ona təhvil vermişlər. Ona məlum ol muşdur ki, Məhkum1 və X77 İrandan Azərbaycana narkotik vasitə keçirdikləri üçün Biləsuvar gömrük postunda saxlanılmışlar. Cinayət işinin materiallarında olan 22 dekabr 2018-ci il tarixli "Şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama və həkim müayinəsi nəticəsində X77 üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış heç bir predmet aşkar edilməmişdir. X77 daxili orqanları həkim tərəfindən müayinə edildikdən sonra onunla birlikdə gələn Məhkum1 daxili orqanları həkim tərəfindən rentgen müayinəsindən keçirilən zaman sonuncunun düz bağırsağında yad predmetlər müşahidə edilmiş, bu barədə həkim gömrük əməkdaşına məlumat verən zaman X77 xəstəxanadan qaçmağa cəhd etmiş, lakin gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Apellyasiya instans iyası məhkəməsinin məhkəmə iclasında dindirilmiş Cənub Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X10 göstərmişdir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi X33nin 04 yanvar 2019-cu il tarixli qərarı ilə təqsirləndirlən şəxs X77 idarə etdiyi və Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postunun dayanacağında saxlanılan “Lada Priora” markalı XXXXXXXXX dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi Cənub Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə həvalə edilmişdir. 25 yanvar 2019-cu il tarixdə o, iki nəfər hal şahidinin iştirakı ilə videoçəkiliş aparmaqla həmin “Lada Priora” markalı avtomobilə baxış keçirmiş, baxış zaman ı avtomobilin salonunda- sürücü oturacağının sağ tərəfində əşyaların saxlanması üçün nəzərdə tutulan saxlanc yerindən üzərində “Digital Scale” yazısı olan bir ədəd elektron tərəzi, 1 ədəd qatlanan bıçaq, ön cihazlar panelinin sağ tərəfində əşyaların qoyulması üçün nəzərdə tutulmuş digər saxlanc yerindən flaşkard, 3 ədəd disk və digər əşyalar, habelə içərisində müxtəlif ölkələrə məxsus olan pul əskinasları aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən göstəriş verilmədiyinə görə, baxışda avtomobilin sahibi X77, onun müdafiəçisi, yaxud da yaxın qohumları iştirak etməmiş, müstəntiqin qərarında X77 maşınında olan mobil telefonun götürülməsi göstərilməmişdir. Avtomobilin salonunda və baqajında axtarış aparılmamış, baxış keçirilmişdir, mobil telefondan başqa, elektron tərəzi və digər əş yalar da cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcəyinə görə tərəfindən protokolla götürülmüşdür. X77 avtomobilinin qapılarına və yük yerinə baxış keçirilməzdən əvvəl möhür və ya plomb vurulmamış, avtomobil ümumi pulsuz dayanacaqda saxlanılmış, mühafizə olunmamışdır. X77 ona elan olunmuş itiham üzrə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əsas olmuş hallardan biri- X77 21 dekabr 2018-ci il tarixdə İran islam Respublikasına getməkdə məqsədinin həkim müayinəsindən keçmək və qəlyan almaq olması haqda ziddiyyətli ifadələr verməsi olmuşdur. Həmin ziddiyyəti X77 öz ifadələrində belə əsaslandırmışdır ki, həkim müayinəsindən keçmək məqsədilə ona kömək göstərilməsi üçün o, İrandakı “X” adlı tanışından xahiş etmək istəmiş, sonuncuya tanımadığı bir İranlının mo bil telefonundan istifadə etməklə zəng etmiş, lakin əlaqə yaratmaq mümkün olmadığından həkim müayinəsinə gedə bilməmiş, yalnız bazarlıq etmiş, habelə özü üçün qəlyan almışdır. Gömrük postunda saxlanıldıqdan sonra bilmişdir ki, aldığı ərzaq məhsullarını və qəlyanı gömrük işçiləri dayısı Şahinə təhvil vermişlər. X77 dayısı-şahid qismində dindirilmiş X8 X77 İrandan aldığı ərzaq məhsullarının və qəlyanın gömrük orqanının əməkdaşları tərəfindən ona təhvil verilməsini təsdiq etmişdir. Həmin xüsusatlar üzrə, yəni X77 İranda həkim müayinəsindən keçməməsi ilə əlaqədar sübut yalnız onun özünün ifadəsindən, bazarlıq etməsinə dair sübutlar isə özünün, Məhkum1 və şahid x88un ifadələrindən ibarətdir. Bu sübutlar digər hər hansı bir sübutlarla təkzib olunmamış və onların həqiqətə uyğun olmayan ifdələr ki mi qiymətləndirilməsi, sübut kimi qəbul olunmaması birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Yuxarıda qeyd edilənlərdən başqa həm birinci instnsiya məhkəməsinin öz hökmündə, həm də dövlət ittihamçının kassasiya protestində X77 təqsirli hesab edilməsi üçün istinad etdikləri əsaslardan biri də ondan ibarətdir ki, Məhkum1 və X77 2018-ci ilin dekabr ayının 18-dən 22-dək mütəmadi olaraq bri-biri ilə telefon əlaqəsi saxlamışlar. Kassasiya protestinin müəllifinin ehtimal xarakterli qənaətinə görə, Məhkum1 və X77 mütəmadi olaraq biri-biri ilə telefonla əlaqə saxlamaları, aralarında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalar aparmaları onların əvvəlcədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etmə, saxlama, daşıma və Azər baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini törətmə barədə razılaşmalarına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, bir-biri ilə qohum (xalaoğlu) olan Məhkum1lə X77 mütəmadi telefon əlaqəsi saxlaması adi bir hal kimi qəbul edilməlidir. Telefon əlaqələrinin məhz əvvəlcədən narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etmə və qaçaqmalçılıq yolu ilə keçirməyə dair razılaşma barədə danışıqlar olması hər hansı sübuta söykənməyən ehtimal və mülahizədir. Məhkum1lə X77 arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalar üzrə ibtidai istintaq orqanı tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, Məhkum1 lombarda verməli olduğu pulun X90 vasitəsilə ödənil məsi üçün yazışmalar aparılmışdır. Bunu onların özləri və qohumları ifadələrində bildirmiş, ifadələr bir-birinə uyğun gəlmişdir. Onların məhz bu xüsusat üzrə ayrı-ayrılıqda dindirilmələrindən özlərinin əvvəlcədən məlumatları ola bilməzdi və buna görə təqsirləndirilən şəxslərin bu faktla bağlı eyni cür ifadələr vermələri barədə razılaşmaları mümkün deyildi. Digər tərəfdən, həmin yazışmaların mətnindən görünür ki, onlar arasında narkotik vasitələr barədə heç bir söhbət aparılmamışdır. X77 Məhkum1 düz bağırsağında yad cisimlərin olması barədə bildikdən sonra xəstəxanadan qaçmaq istəməsini ifadələrində belə izah etmişdir ki, gömrük işçisi Məhkum1 düz bağırsağında narkotik aşkar edilməsini, onların birlikdə olduğuna görə onun da tutulacağını bildirdikdə, o, tutulacağından qorxub qaçmaq istəmişd ir. Bu halı da bu cür qəbul etməyərək, X77 törədilmiş cinayətlərdə iştirakını təsdiq edən hal kimi qiymətləndirmək üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticə ehtimala əsaslanmışdır. Birinci instansiya məhkəməsinin X77 təqsirli hesab olunması üçün qəbul etdiyi daha bir əsas kimi- “X77 avtomaşınına baxış zamanı avtomaşından narkotik vasitələrin çəkilməsi üçün nəzərdə tutulmuş tərəzinin aşkar edilməsi, onun narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması” göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi X33nin 04 yanvar 2019-cu il tarixli qərarı ilə təqsirləndirlən şəxs X77 idarə etdiyi və Cənub Əra zi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun dayanacağında saxlanılan “Lada Priora” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi nəzərdə tutulmuş və baxışın keçirilməsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə həvalə edilmişdir. Qərar müvafiq qaydada 00031 nömrə ilə qeydiyyata alınsa da, həmin qərara əsasən yalnız 25 yanvar 2019-cu il tarixdə (hadisədən 1 ay 3 gün sonra) avtomobilə baxış keçirilmiş, baxışa dair protokol istintaq orqanında müvafiq qaydada qeydiyyata alınmamış, bu istintaq hərəkəti isə cinayət-prosessual qanunvericiliyinin aşağıdakı tələblərinin pozulmasına yol verilməklə aparılmışdır. Belə ki, CPM-nin 236.3-cü maddəsinə əsasən baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs o lduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. CPM 177.3.1-ci maddəsinin tələblərinə görə, yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur CPM-nin 177.6-cı maddəsində təsbit edilmişdir ki, yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparıl ması üçün məhkəmə qərarının alınması tələb edilmir. CPM-nin 177.2-ci maddəsinə əsasən, istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Cinayət işinin materiallarından görünür ki, əvvəla ibtidai istintaq zamanı X77 Biləsuvar gömrük postunun dayanacağında saxlanılan “Lada Priora” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçiriləcəyi barədə onun özünə, müdafiəçisinə və ya qohumlarına məlumat verilməmiş və baxışda onların heç birinin iştirakı təmin olunmamışdır. Bundan başqa, həmin avtomobilə baxış keçirilməsi və götürmə apa rılması üçün X77 razılığı alınmamış, avtomobildə onun hansı əşyalarının olması özündən soruşulub aydınlaşdırılmamışdır. Bundan başqa, X77 narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması da Məhkum1 tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı cinayətlərin törədilməsində onun, yəni X77 da iştrak etməsini təsdiq etmir. Bundan əlavə, X77 təqsirli hesab edərkən birinci instansiya məhkəməsi həmçinin iş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına əsasən verilmiş arayışa da əsaslanmışdır. Həmin arayışa görə, X77 narkotik vasitələrin satışı ilə məşğul olması, Məhkum1 və X77 birlikdə İrandan narkotik vasitələr və psixiotrop maddələr gətirmələri barədə g ömrük əməkdaşlarına məlumat daxil olmuşdur. Həmçinin X77 və Məhkum1 gömrük postunda saxlanılarkən X77 istifadəsində olan mobil telefona İran islam Respublikası mobil operatoruna məxsus +**********91 nömrəsindən 22 dekabr 2018-ci il tarixdə saat 15:22-də 2 dəfə, saat 16:51-də 2 dəfə buraxılmış zənglər qeydə alınmış, bundan 1 dəqiqə sonra isə, yəni 22 dekabr 2018-ci il saat 16:52-də həmin İran İslam Respublikası mobil operatoruna məxsus +**********91 nömrəsindən Məhkum1 istifadəsində olan mobil telefon nömrəsinə buraxılmış zəng qeydə alınmışdır. Bu hallarla X77 da cinayətlərin törədilməsində iştirak etməsi tam sübuta yetirilir. Lakin iş materiallarından görünür ki, gömrük əməkdaşları Məhkum1 və X77 saxladıqdan sonra İrandan gətirilmiş narkotik vasitə və psixotrop maddələri göndərmiş şəxsin, habelə bunları təhvil alacaq şəxsin müəyyən edilib ifşa olunması istiqamətində heç bir əməliyyat tədbiri keçirməmiş, Məhkum1 və X77 saxlanıldıqdan sonra onlara məxsus mobil telefonlar gömrük əməkdaşlarında olsa da, bu telefonlara İran operatoruna məxsus nömrədən edilmiş zənglərə cavab verilməsi, zənglərin məqsədinin müəyyənləşdirilməsi təmin olunmamış, İran İslam Respublikası mobil operatoruna məxsus +**********91 nömrəsinin kimə məxsus olması ibtidai araşdırma oraqın tərəfindən müəyyən edilməmişdir. Bundan başqa, telefon zənglərinə dair məlumatdan görünür ki, X77 tərəfindən İran İslam Respublikasının mobil operatoruna məxsus +**********91 nömrəsinə və digər nömrələrinə zəng edilməmiş və danışıqlar aparılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, 22 dekabr 2018-ci il tarixdə Məhkum 1 və X77 gömrük postunda saxlanıldıqdan bir neçə saat sonra İran islam Respublikasının mobil operatoruna məxsus +**********91 nömrəsindən onların istifadəsində olan mobil telefonlara buraxılmış zənglərin qeydə alınması heç də X77 təhlil olunan (Məhkum1 təqsirli bilindiyi) cinayətlərin törədilməsində iştirak etməsinə dəlalət etmir. Əməliyyat tapşırığına cavab arayışında həm də “Zamin” adlı şəxsin göstərdiklərinə, yəni onun bildirdiyinə görə, X24in xalası oğlu X90in narkoman olması və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması, kənddə tanışlarından eşitdiyinə görə, X24in narkotik vasitələri X90in sifarişi ilə gətirməsinə dair məlumatlara istinad edilmişdir. Lakin “Zamin” adlı şəxsin kimliyi nə ibtidai araşdırma zamanı, nə də ki, işə məhkəmələrdə baxılarkən müəyyən edilməmiş, həmin ş əxs cinayət təqibinin hər hansı mərhələsində dindirilməmiş və belə şəxsin verdiyi məlumatların həqiqətə uyğun olubolmaması qanuna müvafiq qaydada yoxlanılmamışdır. CPM-nin 125.1-ci maddəsinə əsasən isə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.9-cu maddəsinin tələblərinə görə məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 125.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onla r ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi, həm birinci instansiya məhkəməsinin, həm də kassasiya protestinin müəllifinin yuxarıda göstərilən əməliyyat məlumatlarına sübut növü kimi istinad etmələri və bu məlumatların X96un ona ittiham olunmuş cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmək üçün heç bir qanuni əsas olmamışdır. Bütövlükdə isə, şərh olunanlarla yanaşı həm də Məhkum1 və X77 cinayət təqibinin bütün mərhələlərində eyni cür və biri-birini tamamlayan ifadələrinə nəzər yetirilərkən belə nəticə hasil olur ki, apellyasiya instansiyası məhkəməsi tamamilə əsaslı və düzgün olaraq bu ifadələri inandırıcı və mötəbər, digər tərəfdən isə araşdırılmış digər sübutlara uyğun olan sübut növü kimi qiymətləndirib X77 ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir k, X77 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalıdır. Bunu cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ da tələb edir. Belə ki, CPM-nin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. CPM-nin 351.2-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində təsbit edilmişdir ki, məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarş ı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərq li olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən əsaslara, yəni X77 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmalı olması barədə gəldiyi nəticənin şübhə altına alınması üçün əsaslar görməyən məhkəmə kollegiyası Məhkum1 ittiham olunduğu cinayətləri X77la daqabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməkl ə törətməsinin yalnız ehtimallara əsaslanmasını qeyd edərək, eyni zamanda Məhkum1 narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətini də təkbaşına törətməsi, buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən onun həmin əməlinin CM-nin 206.3.2-ci madəsindən CM-nin 206.2-ci maddəsinə tövsif edilməsini həm qanunvericiliyin tələblərinə, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələrinə uyğun olan nəticə sayır və bu nəticə ilə də razılaşaraq aşağıdakıları vurğulayır. İbtidai araşdırma orqanı tərəfindən həm Məhkum1, həm də X77 qarşı CM-nin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsinin 31 iyul 2019cu il tarixli hökmü ilə isə onlar həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşlar ona görə ki, Məhkum1 və X77 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 22 dekabr 2018-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni - 90,481 qram heroini və külli miqdarda psixotrop maddəni - 96,847 qram metamfetamini əldə etdikdən sonra Məhkum1 göstərilən narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib X77la birlikdə saxlamış, daşımış və onlar həmin tarixdə saat 11:30 radələrində dövriyyəsi məhdudlaşdırılmış həmin vasitə və maddəni Cənub Ərazi Baş Gömrük İdarəsinin Biiəsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəza rətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmişlər. Apellyasiya instansiyası məhkəməsi isə X96un həm narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, həm də qaçaqmalçılıqla bağlı cinayətləri törətməsinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsinə, digər tərəfdən isə Məhkum1 qaçaqmalçılıq cinayətini təkbaşına, hər hansı digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətməsinin sübuta yetirilmədiyinə görə sonuncunun bu cinayət əməlini CM-nin 206.2-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Bu nəticəyə gələrkən, məhkəmə təkcə Məhkum1 və X77 ifadələrinə deyil, həmçinin araşdırdığı və ittihamın əsasını təşkil edən sübutların qəbul edildiyini inkar edən digər sübutlara və qanunvericiliyin tələblərinədə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə cinayət məsuliyyətin nəzərdə tutulmuşdur. CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi isə qrup üzvlərinin CM-nin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb olur. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edildiyi kimi, iş materialları ilə Məhkum1 onun təqsirli bilindi yi narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığı cinayətini hər hansı şəxslə, o cümlədən, X77la qabaqcadan razılaşmaqla törətməsi sübuta yetirilmədiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Məhkum1 əməlinin CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi bu nəticə də qanunvericiliyin tələbləi ilə yanaşı həm də bu xarakterli işlərə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 02 iyun 2016-cı il tarixdə qəbul edilmiş ““Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarda əksini tapmış izah və tövsiyələrə də uyğundur. Əvvəla həmin qərarın 5-ci bəndində məhkəmələr ə izah edilmişdir ki, şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olu nan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-nin 82.5-ci maddəsi və sair ). Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Qaçaqmalçılığın predmetinin odlu silah, partlayıcı qurğular, döyüş sursatı, kütləvi qırğın silahı, onun çatdırılması vasitələri, digər silah olub-olmaması məsələsinin həlli zamanı da xüsusi biliklərin tələb olunduğu hallarda iş üzrə müvafiq ekspertizalar keçirilməlid ir. Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yara dılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəs i) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri h allar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni X77 ona elan olunmu ş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, Məhkum1 qaçaqmalçılıq əməlinin isə CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi mümkünsüzdür. İş materiallarından göründüyü kimi, istər X77 və Məhkum1, istərsə də şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısının kassasiya protestində göstərdiyi bütün d əlillərini qəbul edilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi hökmün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilən hər hansı pozuntuya yol verilməmişdir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum1 CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə və X77 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsi və X77 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cümaddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar