Məhkəmə qərarları › İş №1(102)-1413/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1413/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1413/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sadıqlı Allahverdi Alı oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum o lunmamış, Beyləqan rayonu Aşqallar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sadıqlı Allahverdi Alı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli b ilinərək, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 6 yanvar 2022-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmişdir. Təqsirləndirilən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müd dəti 1 (bir) il endirilməklə, onun üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı X10 adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 25 dekabr 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu ərazisində gizlədilmiş təmiz çəkisi 2520,81 qram olan külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 620 qram olan külli miqdarda psixotrop maddə metamfetamini və təmiz çəkisi 3.085 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və kirayədə yaşadığı ünvan 2 mənzil 428-də saxlamış, 06 yanvar 2022-ci ildə saat 21:10- da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 3 yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmiş və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli qış gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,810 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq 07 yanvar 2022-ci ildə saat 00:30-da könüllü razılığı ilə yaşadığı Xətai rayonu Çingizxan Kərimov küçəsi- 102 mənzil 428-də baxış keçirilərkən mətbəx otağında soyuducunun yanından bir ədəd ağ rəngli sellofan torbanın içindən təmiz çəkisi 2510 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 620,0 qram olan külli miqdarda ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi, göy rəngli sellofan torbanın içindən ayrı-ayrılıqda təmiz çəkiləri 2130.0 qram və 955,0 qram, ümumi təmiz çəkisi 3.085 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2022- ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, ədalət və humanizm prinsiplərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkum qeyd olunan maddələrlə məhkum olunmasının sübutu kimi onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri olmuşdur. Cinayət işinin apelyasiya baxışı zamanı məhkumun müdafiəçisi tərəfindən verilmiş vəsatətdə göstərilir ki, polis əməkdaşları Məhkumlə birlikdə X11 adlı şəxsi də tutmuşlar və X11 təklifi ilə Məhkum faktiki X11məxsus olan narkotik vasitələrin ona məxsus olmasına dair ifadələr vermiş, əvəzində X11 onu həbsdən azad etdirəcəyini vəd etmişdir. X11 arvadı X13 və yaxın qohumu X2 buraxdırmaq üçün onun qardaşı X12 25000 manat pul almışlar. Müdafiəçi vəsatətdə həmin xüsusatların araşdırılmasını xahiş etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməmişdir. Müdafiəçi həmçinin hesab edir ki, məhkəmə qərarı cəzanın ağırlığına görə də ədalətsizdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlə r: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi A.Sadıqlıının və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, h əmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar