Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1413/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-ın nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2, Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmü ilə (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə, Əli Məmmədovdan ibarət tərkibdə) xx xxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai ra yonu, Afiyəddin Cəlilov küçəsi 27A-da yerləşən “Park Azur” yaşayış kompleksi, giriş 2, mərtəbə 10, mənzil 121-də kirayə yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 il müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 sədrliyi və məruzəsi, Habil Məmmədov və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 24 yanvar 2024-cü il tarixli 1(103)-85/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: H ökmə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 12 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında yerləşən ofisinə gələrək həmin Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru Nümayəndə1 özünü ticarətlə məşğul və vəzifəli şəxslərlə əlaqəli olan nüfuzlu şəxs kimi təqdim edərək həmin şəxslərlə əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs1 Mənzil Tikinti Kooperativində satılmayan mənzilləri münasib qiymətə sata biləcəyini Nümayəndə1 bildirməklə onun etibarını qazandıqdan sonra özünün yaxın münasibətdə olduğu xüsusi geniş imkanlara malik şəxslərə mənzillər sata biləcəyini, lakin həmin şəxslərin kimliklərinin aşkar olunmaması üçün qeyriləri ilə bu barədə əlaqə qurmaqdan çəkindiklərini, ya lnız özü vasitəsilə mənzil almaqda maraqlı olduqlarını Nümayəndə1 həmin görüş zamanı yalandan bildirib, Zərərçəkmiş şəxs1 Mənzil Tikinti Kooperativinin inşa etdiyi binalarda satılmamış mənzilləri özünün adına hər hansı ödəniş olmadan alqı-satqı edilməsini rəsmiləşdirib, sonradan özünün mənzilləri kimi satmaqla mənzilin dəyərini ona ödəyə biləcəyini Nümayəndə1 təklif etməklə özü barədə formalaşdırdığı inam və etibardan istifadə etməklə sonuncunun razılığını alıb, Zərərçəkmiş şəxs1 Mənzil Tikinti Kooperativinin inşa etdiyi ünvan 2 ünvanında olan mənzillərə görə 1 m2 -nin qiyməti 1.200 manat, ünvan 3 ünvanında olan mənzillərə görə 1 m2 -nin qiyməti 2.670 manata razılaşıb həmin niyyətlə 5 mənzil üzrə Nümayəndə1la özü arasında bağlanmış alqı-satqı müqaviləsi, o cümlədən, ümumi dəyəri 127.308 (b ir yüz iyirmi yeddi min üç yüz səkkiz) manat təşkil edən ünvan 2 ünvanında olan binanın 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 106.09 m2 təşkil edən 2 otaqdan ibarət 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 95.772 (doxsan beş min yeddi yüz yetmiş iki) manat təşkil edən ünvan 2 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 79.81 m2 təşkil edən 1 otaqdan ibarət 4 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 281 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 493.968 (dörd yüz doxsan üç min doqquz yüz altmış səkkiz) manat təşkil edən ünvan 3 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 184.73 m2 təşkil edən 4 o taqdan ibarət 3 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 280 nömrəli alqısatqı müqaviləsi, ümumi dəyəri 205.951 (iki yüz beş min doqquz yüz əlli bır) manat təşkil edən ünvan 3 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 77.02 m2 təşkil edən 1 otaqdan ibarət 2 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 279 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 170.508 (bir yüz yetmiş min beş yüz səkkiz) manat olan ünvan 4 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət 1 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 277 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, Nümayəndə1 mənzillərin dəyərini guya 31 yanvar 2021-ci il tarixədək ödəyəcəyini yalandan deyərək o nu aldadıb özünə qarşı yaranmış etibarından sui-istifadə edib, heç bir vəsait ödəmədiyi halda guya sözügedən mənzillərin dəyərinin ödənilməsinə dair müvafiq mənzillər üzrə maliyyə arayışları və ünvan 4 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət 1 saylı mənzil istisna olmaqla, digər 4 mənzilə dair Zərərçəkmiş şəxs1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 12 dekabr 2020-ci il tarixli, 106 nömrəli protokolundan çıxarışları əldə edib, bundan sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Mənzil Tikinti Kooperativini və Nümayəndə1 qəsdən məlumatlandırmadan, onlardan gizlətməklə ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət yuxarıda qeyd edilən 1 saylı mənzil istisna olmaqla, digər mənzillərin guya özünün mülkiyyətində olmasını bildirərək həmin mənzillərə dair alqı-satqı müqaviləsi, maliyyə arayışı və Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi İdarəsinə təqdim edərək həmin 4 mənzilə dair öz adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışları, o cümlədən, ünvan 5 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 79.81 m2 təşkil edən 1 otaqdan ibarət 4 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, ünvan 6 ünvanında, yaşa yış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 106.09 m2 təşkil edən 2 otaqdan ibarət 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan, ünvan 3 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 77.02 m2 təşkil edən 1 otaqdan ibarət 2 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, ünvan 3 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 184.73 m2 təşkil edən 4 otaqdan ibarət 3 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışları alıb, həmin mənzilləri ayrı-ayrı şəxslərə, o cümlədən, x x.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 MTK-nın ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 184.73 m2 olan mənzili əvvəlcədən 319.000 manat borclu olduğu Şahid5 övladı X4 AN-İ ******* saylı, reyestrdə 4Ə-92 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 319.000 manat borcu nəzərə alınmaqla, ümumilikdə 574.000 manata, həmçinin, eyni niyyətlə, xx.xx.2021-ci İl tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 11-də yerləşən Bakı şəhəri, 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 MTK-nın ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 106.09 m2 olan mənzili X2 etibarnamə ilə nümayəndəsi qismində çıxış edən Şahid6 AN-İ 614282 saylı, reyestrdə 4Ə50 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 113.500 (bir yüz on üç min beş yüz) manata, həmçinin, eyni niyyətlə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 11-də yerləşən Bakı şəhəri 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 MTK-nın ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 79.81 m2 olan mənzili X2 etibarnamə ilə nümayəndəsi qismində çıxış edən Şahid6 AN-İ ******* saylı, reyestrdə 4Ə-49 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 83.000 (səksən üç min) manata, həmçinin, eyni niyyətlə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28A-da yerləşən Bakı şəhəri, 12 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 MTK-nın ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 77 m2 olan mənzili Şahid4 AN-İ ******* saylı, reyestrdə 4Ə1227 nömrəsi ilə q eydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 138.600 (bir yüz otuz səkkiz min altı yüz) manata olmaqla, ümumilikdə həmin mənzilləri 909.100 (doqquz yüz doqquz min bir yüz) manata satmaqla, silinmiş borcu üzrə 319.000 (üç yüz on doqquz min) manat nəzərə alınmaqla həmin məbləği və əldə etdiyi 590.100 (beş yüz doxsan min bir yüz) manatı Nümayəndə1 heç bir məlumat vermədən, habelə sonuncuya və Zərərçəkmiş şəxs1 MTK-ya həmin mənzillərin satışından heç bir pul vəsaitini təqdim etməyib, əldə etdiyi pul vəsaitini özünün şəxsi məqsədlərinə xərcləməklə, habelə, ümumi dəyəri 170.508 (bir yüz yetmiş min beş yüz səkkiz) manat olan ünvan 4 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət 1 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 277 nömrəli alqı-satqı müqaviləsini özündə saxlayıb, müqavilə üzrə əmlak hüquqlarını ələ keçirməklə, ümumilikdə Nümayəndə1 təsisçisi və direktoru olduğu Zərərçəkmiş şəxs1 MTK-ya məxsus əmlakı və əmlaka olan hüququ aldatma və etibardan suiistifadə etməklə vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda, yəni 1.093.507 (bir milyon doxsan üç min beş yüz yeddi) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-ın nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2 kassasiya şikayətində ğöstərmişdir ki, 4 mənzili Məhkum almış şəxslərin vicdanlı sahib olub-olmamasına qiymət verilməmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, məhkəmələr Məhkum cinayət yolu ilə ə ldə etdiyi 4 mənzili satın alan X5, Şahid4 və X3 (bundan sonra mətn üzrə birlikdə “3-cü şəxslər” adlandırılacaqlar) vicdanlı alıcı olub-olmamasına qiymət verməmiş, nəticədə həmin mənzillərin qanuni sahibi olan Zərərçəkmiş şəxs1 MTK-ya qaytarılmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi isə 4 mənzili Məhkum əldə etmiş 3-cü şəxslərin vicdanlı alıcı olub-olmamasına hüquqi qiymət verməmiş, cinayət prosessual restitusiya qaydasında həmin mənzillərin qanuni sahibi olan Zərərçəkmiş şəxs1 MTK-ya qaytarılmasını təmin etməmiş və nəticədə qanunsuz hökm çıxarmışdır. Apellyasiya məhkəməsi də həmin halları yoxlamadan qanunsuz və əsassız qərar çıxarmaqla hökmü qüvvədə saxlamışdır. Halbuki, işin faktiki hallarına əsasən 3-cü şəxslər vicdanlı alıcı hesab edilə bilməz. Belə ki, işin hallarına əsas ən Məhkum çıxarış aldıqdan sonra qısa müddət ərzində 4 mənzili 3-cü şəxslərə satmışdır, 3-cü şəxslərin hər birinin əmlakı (mənzili) bazar qiymətindən aşağı qiymətə almışlar, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə heç bir elan verilmədən əşya satılmışdır, habelə 3-cü şəxslər əmlak əldə edərkən onun legitimliyinə dair lazımi araşdırma aparılmamışdır. Qeyd edilən 4 dəlillərin məcmusu satıcının mənzilləri qeyri-legitim yolla əldə etməsi barədə alıcıda şübhə yaranmasını (əmlakın mənbəyinin qanuniliyinə şübhə duymasını) təsdiq edir. Qeyd edilməlidir ki, daşınmaz əmlakın satışı zamanı həmin əmlakın əvvəlcə açıq mənbələrdə (elan saytında və ya qəzetdə) elan olması və əmlak alan şəxsin əmlakın legitimliyinə dair lazımi araşdırma aparması qaydası daşınmaz əmlak bazarı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qayda (işgüzar adət) hesab edilir, hansı ki, həmin qayda qanunvericilikdə nəzərdə tutulmasa da, qanuna zidd deyildir və bu səbəbdən Mülki Məcəllənin 10-cu maddəsinin tələblərinə əsasən işgüzar adət sayılır. Qeyd edilən davranış qaydasına zidd hərəkət etmələri, əmlakın qısa müddət ərzində mülkiyyətçinin dəyişməsi və satılması halını gözardı etmələri isə heç bir halda 3-cü şəxslərin vicdanlı alıcı hesab olunmasına imkan verə bilməz. Vahid məhkəmə təcrübəsinə əsasən lazımi araşdırma aparmadan əmlak alan şəxs vicdanlı sahib sayılmır. 2-ci və 5-ci mənzillərin əldə edilməsində də vicdansızlıq olmuşdur. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı Şahid12 Firudin oğlunun ifadəsində göstərdiyi dəllilər yoxlanmamış, 2-ci və 5-ci m ənzillərin bina.az internet saytında elanının həqiqətən yerləşdirilib-yerləşdirilmədiyi, habelə Nurəddin adlı daşınmaz əmlak satışı ilə məşğul olan rieltor tərəfindən yerləşdirilibyerləşdirilmədiyi yoxlanılmamış, Nurəddin adlı şəxs müəyyən edilərək dindirilməmişdir. Qeyd edilən hallar ona əsas verir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, X2 vicdanlı əldə edən (alıcı) olmamasına, eləcə də 2-ci və 5-ci mənzilin qanuni sahibinə qaytarılmalı olmasına təsir edən hallar yoxlanılmamış, nəticədə qanunsuz və əsassız hökm çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsi də həmin halları nəzərə almadan qanunsuz qərar çıxarmışdır. Odur ki, X2 vicdanlı əldə edən (alıcı) olub-olmamasının qiymətləndirilməsi birinci və ya apelyas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan yeni faktların müəyyən edilməsini tələb etdiyindən və onun vicdanlı əldə edən (alıcı) olub-olmamasını sübuta yetirilmiş hesab etməyə kassasiya instansiya məhkəməsi səlahiyyətli olmadığından Apellyasiya qərarının ləğv edilməli və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar çıxarılmalıdır. Hesab edir ki, bütün mənsilləri alan alıçılar vicdanlı alıcı deyil və mənzillər Zərərçəkmiş şəxs1 MTK-ya qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs1 MTK-ın nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2 kassasiya şikayətini müdafiə etdi, məhkəmələr tərəfindən vicdanlılıq məsələsinin araşdırılmadığını, bu səbəbdən məhkəmə qərarlarının qanunsuz və əsassız olduğunu, B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum müdafiəçisi Zərərçəkmiş şəxs2 çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin olunmamasını xahiş edən məhkumun müdafiəçisinin və kassasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxan dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxa raq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya in stansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK hazırki cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə istintaqının son mərhələsində Zərərçəkmiş şəxs1 MTKın icraçı direktoru Şahid8 Vəliyyəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum barəsində çıxarılacaq hökmdən sonra digər növ iddia tələbi ilə mülki icraat qaydasında iddia qaldırılması ilə əlaqədar hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında baxılan cinayət işi üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. (Bax: c.i. cild 8, i.v. 221). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-nın verilmiş mülki iddiası, mülki iddiaçı Zərərçəkmiş şəxs1 MTK-nın icraçı direktoru Şahid8 Vəliyyəddin oğlunun 11 iyul 2023-cü il tarixli ərizəsinə əsasən baxılm amış saxlanılmış, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-nın nümayəndəsinə Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-ın səlahiyyətli şəxsləri məhkəmənin hökmü ilə razılaşmış və həmin hökmdən apellyasiya şikayəti də verməmişlər. Hazırki kassasiya şikayətinin dəlillərindən də görünür ki, həmin şikayətdə mübahisləndirilən mənzilləri alan şəxslərin vicdanlı əldə edən olmadıqları, bu məsələnin cinayət prosesi zamanı araşdırılması və həmin mənzillərin zərərçəkmiş hüquqi şəxsə qaytarılması məsələləri mübahisələndirilmişdir. Eyni zamanda, kassasiya şikayətinin məzmunundan da görünür ki, mənzilləri əldə edən şəxslərin vicdanlı olub-olmamasını müəyyən etmək üçün əlavə araşdırmalar aparılmalı, şəxslər dəvət edilib dindirilməli, əlavə sənədlər əldə edilərək araşdırmalar aparılmalıdır. Bundan başqa, ən əsas məsələ ondan ibarətdir ki, cinayət işi üzrə hər hansı mülki xarakterli məsələnin araşdırılması üçün cinayət işi üzrə mülki iddia verilməlidir. Lakin hazırki iş üzrə zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli şəxsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək mülki iddianın baxılmamış saxlanmasını xahiş etdiyindən həmin mülki iddia məhkəmənin hökmü ilə baxılmamış saxlanılmış və nəticədə hazırda cinayət işi üzrə mülki iddia mövcud deyil. Lakin zərərçəkmiş hüquqi şəxs mülki mühakimə üsulu qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kassasiya şikayətində mübahiləndirdiyi məsələləri yenidən mülki qaydada mübahisə ləndirə bilər. Yuxarıda ətraflı şəkildə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-ın nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolelgiyasının 24 yanvar 2024-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-ın nümayəndəsi, vəkil Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmü ilə Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MTK-ın nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1413/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1413/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver