Məhkəmə qərarları › İş №1(102)-1413/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1413/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1413/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 1(017)-03/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli hökmü (X2) ilə xx xxxxxx 1982-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, X12 küçəsi, 32 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında cəza çəkən Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində iki il sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, X12 küçəsi, ev 32 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) (VÖEN:**********) direktoru olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tut ulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, qeyd olunan ünvanda yanacaqdoldurma məntəqəsi açaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 159.1, 173, 174-cü maddələrinin tələblərini pozaraq, vergi orqanına bəyannamə təqdim etməməklə və bəyan edib ödəməməklə ümumilikdə, külli miqdar təşkil edə n, 388007,12 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, direktoru olduğu "xxxx" MMC-nin adından 1 ədəd Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Ağcəbədi-Beyləqan yolunun sağ tərəfində yerləşən “Yəhya Petrol” adlı yanacaqdoldurma məntəqəsi işlədib sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 2019-cu il üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamədə 2019-cu il üzrə ümumi gəliri 15326904,00 manat, xərci 15318904,00 manat, vergiyə cəlb olunan mənfəəti 8000,00 manat və ödənilməli mənfəət vergisini 1600,00 manat göstərib, 1224,70 manat ödəyərək, 375,30 manat məbləğində mənfəət vergisini; 2020-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 2150284,11 manat, ƏDV-si 387051,14 manat, əvəzləşdirilən ƏDVsi olmadığı, ödənilməli ƏDV-si 387051,14 manat olduğu halda, həmin ay üzrə bəyannamə təqdim etməməklə, 387051,14 manat ƏDV-ni; həmin ilin 1-ci rübü üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin işçilərinə ödədiyi 2250,00 manat əmək haqqından 580,68 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını bəyan edib ödəməyərək, 580,68 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını, ümumilikdə isə külli miqdar təşkil edən, 388007,12 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən məhkum dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X8, hakimlər: X5 və X1 ibarət tərkibdə) 22 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya proteti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-03/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilərək, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilib Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir. 4 iyun 2025-ci il tarixdə Məhkum cəza çəkdiyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Azərbaycan Res publikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesin in digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqınd a məhkumun ərizəsini nəzərə alıb cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar