Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1414/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum1 və müdafiəçisi Müdafiəçi iştirakları ilə Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə və Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən Osmanov Usaməddin Hidayət oğlu) 19 dekabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1990-cı ildə Ağdam rayonu, Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ndə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 03.04.2018-ci il tarixdən 05.04.2018-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 08 oktyabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. xx xxx 1991-ci ildə Laçın rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası CM-nin 17 7.2.3-cü maddəsi ilə məhkum olunmuş, Laçın rayonu, Əhmədli kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayamış, Məhkum1 Mingəçevir Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 3000 (üç min) manat cərimə cəzasına münasibətdə onun əməlindən CM-in 177.2.4-cü maddəsi (xeyli miqdar sözləri) xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, CM-in 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 1 ay 21 gün azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası və əsas cəzaya tətbiq olunmuş 2 il sınaq müddəti şərti məhkum etmə CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-in 67.4, 68 və 71.5-ci maddələrinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş 3 il 1 ay 21 gün azadlıqdan məhrum etmə və 2939 manat cərimə cəzası yeni hökm üzrə təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə və 2939 manat cərimə cəzasının saxlanılması, 18.04.2018-ci il tarixdən 20.04.2018-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarə ti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 19 dekabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. X5 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X11, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Əliyev Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 13 iyun 2019-cu il tarixli q ərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü Məhkum1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2018ci il tarixli hökmü Məhkum1 münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 1 ay 21 gün azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası və əsas cəzaya tətbiq olunmuş 2 il sınaq müddəti şərti məhkum etmə CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, Məhkum1 CMin 67.4, 68 və 71.5-ci maddələrinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş 3 il 1 ay 21 gün azadlıqdan məhrum etmə və 2939 manat cərimə cəzası yeni hökm üzrə təyin edilmiş 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il (dörd) müddətinə azadlıqdan məhrum etmə və 2939 manat cərimə cəzası saxlanılmış, Məhkum1 cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək Məhkum1 bəraət verilməsini, Zə rərçəkmiş şəxs2 kassasiya şikayəti verərək məhkumların cəzasının ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum2 əvvəldən tanıdığı Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03.12.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 yaxınlaşıb əvvəlcədən aralarında olan razılığa əsasən o, çöldə pusquda dayanaraq gözləmiş, Məhkum1 isə mənzilin açıq vəziyyətdə olan pəncərəsindən qanunsuz içəri daxil olub oradan 1 ədəd 120 manat dəyərində “Samsung TAB 4” markalı planşeti, hər birinin ayrı-ayrılıqda dəyərləri 20 manat olmaqla, ümimlikdə dəyərləri 80 manat olan 4 ədəd mobil telefonu, hər birinin ayrıayrılıqda dəyəri 8 manat olmaqla, ümumilikdə dəyərləri 24 manat olan ü ç ədəd “8 GB” yaddaşlı yaddaş kartlarını, bir ədəd 2 manat dəyərində “2 GB” yaddaşlı yaddaş kartını, bir ədəd 60 manat dəyərində 15 qram çəkidə gümüş şırğa bilərzik dəstini, 5 manat dəyərində Samsung J2 Prime markalı telefon üçün adapter və qulaqcığı, 150 manat dəyərində üzərində 10 ədəd kəhrəba olan boyunbağını, hər birinin dəyəri 40 manat olmaqla, ümumi dəyəri 80 manat olan iki ədəd dəmir saatları, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.702 olan 250 ABŞ dolları pulu götürərək Zərərçəkmiş şəxs2 məxsus 946,5 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən 12.12.2017-ci il tarixdə saat 02 radələrində mərhum X8 məxsus ünvan 4 ünvanında yerləşən bərbərxanaya qapını qırmaq yolu ilə qanunsuz daxil olub oradan bir ədəd 220 manat dəyərində “Samsunq” markalı 43/H4500 modelli televizoru, götürərək X8 məxsus 220 manat məbləğdə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən 20.12.2017-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 1 ədəd 480 manat dəyərində yataq dəstini, 1 ədəd dəyəri 20 manat olan süfrə dəstini, 1 ədəd 120 manat dəyərində binoklu, 1 ədəd 10 manat dəyərində “Kodak” markalı fotoaparatı, 1 ədəd 220 manat dəyərində “Eurolux” markalı televizoru, 1 ədəd 80 manat dəyərində “Samsung” markalı tozsozranı, 1 ədəd 130 manat dəyərində kardon qutusunda olan “Tefal” markalı qazan dəstini, 1 ədəd 600 manat dəyərində 3x4 metr ölçüdə olan xalçanı, 1 ədəd 300 manat dəyərində 2x3 metr ölçüdə xalçanı, 1 ədəd 300 manat dəyərində “Acer” markalı notbuku, 1 ə dəd 70 manat dəyərində “Tefal” markalı ütünü, 1 ədəd 80 manat dəyərində “Tefal” markalı şirəçəkən aparatı, 1 ədəd 100 manat dəyərində “Eurolux” markalı elektrik sobasını, 1 ədəd 750 manat dəyərində “Samsung” markalı musiqi mərkəzini, 1 ədəd 350 manat dəyərində 2 ədəd konfet qabından ibarət bagema dəstini, 1 ədəd 250 manat dəyərində 2 ədəd mürəbbə qabından ibarət bagema dəstini, 6 ədəd badə və 1 ədəd qrafınkadan ibarət 500 manat dəyərində bagema dəstini götürərək Zərərçəkmiş şəxs4 məxsus 4360 manat məbləğdə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən 14.01.2018-ci il tarixdə əvvəllər tanıdığı X12 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən mənzilə yaxınlaşıb əvvəlcədən aralarında olan razılığa əsasən X12 çöldə pusquda dayanaraq gözləmiş, o isə mənzilə qapıdan qanunsuz içəri daxil olub oradan 1 ədəd 100 manat dəyərində çəngəl-bıçaq dəsti, 1 ədəd 80 manat dəyərində işıq tənzimləyici aparatı, 1 ədəd 20 manat dəyərində süfrə dəstini götürərək Zərərçəkmiş şəxs4 məxsus 200 manat məbləğdə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən 03.03.2018-ci il tarixdə X12 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında, ünvan 7 mənzilinə yaxınlaşıb əvvəlcədən aralarında olan razılığa əsasən X12 çöldə pusquda dayanaraq gözləmiş, o isə mənzilin açıq pəncərəsindən qanunsuz içəri daxil olub oradan 2 ədəd yataq dəstini götürərək Zərərçəkmiş şəxs5 məxsus 130 manat məbləğdə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən 06.03.2018-ci il tarixdə X12 ilə bir likdə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 yaxınlaşıb əvvəlcədən aralarında olan razılığa əsasən X12 çöldə pusquda dayanaraq gözləmiş, o isə mənzilin açıq pəncərəsindən qanunsuz içəri daxil olub oradan 1 ədəd 550 manat dəyərində “Samsung” markalı televizoru götürərək Zərərçəkmiş şəxs3 məxsus 550 manat məbləğdə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs Məhkum1 əvvəldən tanıdığı Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03.12.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 əvvəlcədən aralarında olan razılığa əsasən Məhkum2 çöldə pusquda dayanaraq gözləmiş, o isə qanunsuz içəri daxil olub oradan 1 ədəd 120 manat dəyərində “Samsung TAB 4” markalı planşeti, hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat ol maqla ümimlikdə dəyərləri 80 manat olan 4 ədəd mobil telefonu, hər birinin ayrı-ayrılıqda dəyəri 8 manat olmaqla ümumilikdə dəyərləri 24 manat olan üç ədəd “8 GB” yaddaşlı yaddaş kartlarını, bir ədəd 2 manat dəyərində “2 GB” yaddaşlı yaddaş kartını, bir ədəd 60 manat dəyərində 15 pram çəkidə gümüş şırğa bilərzik dəstini, 5 manat dəyərində Samsung J2 Prime markalı telefon üçün adapter və qulaqcığı, 150 manat dəyərində üzərində 14 ədəd kəhrəba olan boyunbağını, hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan iki ədəd dəmir saatları, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.702 olan 250 ABŞ dolları pulu götürərək Zərərçəkmiş şəxs2 məxsus 946.5 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onun la əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi təmin edilməmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır Məhkum1 ruhi xəstəliyi ilə əlaqədar əlildir, çoxsaylı ruhi əsəb dispanserlərində intensiv müalicə alıb. Məhkum2 məhkumun kəmağıllılığı, psixi pozğunluğundan istifadə edərək onu öz cinayət əməllərinə qoşmuşdur. X3 cinayət yerinə gedərkən X5ın oğurluq edəcəyini bilməmiş, X5 ona qohumlarıgilə gedəcəyini bildirmiş, hadisə zamanı iştirak etməmiş, həyətdə gözləmişdir. Müdafiəçi həmçinin qeyd edir ki, ibtidai istintaq zamanı məhkum ciddi işgəncə və zora məruz qaldığından, intensiv döyülmə təsiri altında etmədiyi əməllə bağlı izahat və ifadələrə qol çəkməyə məc bur edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək X9 bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, məhkumlar tərəfindən ona dəymiş maddi ziyanın ödənilməməsi nəzərə alınmamış, onlara yüngül cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, müdafiəçinin kassasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassa siya şikayətləri təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansi yası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətində məhkumun təqsirsiz olması və bəraət verilməsini mübahisələndirmişdir. Məhkum2 ifadəsində göstərmişdir ki, “03.12.2017-ci il tarixdə Məhkum1la birlikdə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən 89 saylı evin, 12 saylı mənzilinə yaxınlaşıb əv vəlcədən aralarında olan razılığa əsasən o, çöldə pusquda dayanaraq gözləmiş, Məhkum1 isə mənzilin açıq vəziyyətdə olan pəncərəsindən içəri daxil olub oradan 1 ədəd planşet, 4 ədəd sadə mobil telefon, 1 ədəd gümüş bilərzik, 1 ədəd boyunbağı və 3 manat pul oğurlamışdır...” X1 ifadəsindən görünür ki, “Samsung” markalı planşeti (Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurlanmış “Samsung TAB 4” markalı planşet) 40 manata Məhkum1 almışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 09 iyul 2018-ci il tarixli 374 saylı rəyindən görünür ki, Məhkum1 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Məhkum1 ona şamil edilən cinayət əməlini törədərkən və hazırki ekspertiza zamanı MÜLAYİM DƏRƏCƏDƏ İFADƏ OLUNMUŞ DİSSOSİATİV – KONVERSİON POZUNTU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44 xəstəliyi keçirmişdir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (AR SN-nın 1 saylı Respublika Psixatriya Xəstəxanasından verilmiş 3120/2013 saylı, 2027/09 saylı stasionar xəstənin tibb kartasından çıxarış, Bakı şəhəri 2 saylı X3 verilmiş 743/09 saylı stasionar xəstənin tibbi kartası, AR SN-nın Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən verilmiş 16.03.2015-ci il tarixli 36 saylı təkrar stasionar məhkəmə psixiatrik ekspertiza rəyi, Mingəçevir şəhər rayonlararası Psixonevroloji Dispanserindən verilmiş 20.05.2016-cı il tarixli 96/16 saylı ambulator xəstənin tibbi kitabçası, 16.01.2017-ci il tarixli 86 saylı arayış, Gəncə şəhər Rayonlararası Ruhi-Əsəb Dispanserindən verilmiş 24.01.2017-ci il tarixli 36 saylı məhkəmə psixiatrik ekspertiza rəyi), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, onda əsəbiliyə və konfliktə meyillilik aşkar edilməsi, diqqət mərkəzində olmağa çalışması, davranışında demonstrativliyə və tearallığa meyillilik müşahidə olunması, xırda qıcığa nisbətən güclü reaksiya verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Məhkum1 MÜLAYİM DƏRƏCƏDƏ İFADƏ OLUNMUŞ DİSSOSİATİV – KONVERSİON POZUNTU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və mülayim ifadəli olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Məhkum1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Kollegiya hesab edir ki, Apellyasiya məhkəməsi düzgün olaraq Məhkum1 verdiyi ifadələr, eləcədə onun göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul etməyərək apellyasiya şikayətinin dəlillərini əsaslı hesab eməmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən CPM-in 143-146-cı m аddələrinin tələblərinə əməl edilərək, Məhkum1 CM-in 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda əsaslı nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişlər. Məhkəmələr belə nəticəyə gələrkən X3, Məhkum1 və Məhkum2un ibtidai istintaq zamanı verdikləri ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmələr tərəfindən mötəbər sübutlar kimi qəbul etmişdir. Bundan başqa, müdafiəçi şikayətində məhkuma fiziki zor və işgəncə tətbiq edildiyini bildirsədə, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəmələr tərəfindən məhkumlara cəza təyin edilərkən məhkumlarıntörətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halları nəzərə almaqla, onlara qanunda nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlara onların islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasi ya şikayətlərinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2, Məhkum1 məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı Məhkum1 müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 kassasiya şikayətlərinə münasibətdə həmin məhkumlara ai
Məhkəmə qərarları › İş №1(102)-1414/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1414/2019
24.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver