Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1414/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi X18 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 may 2021-ci il t arixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 1(056)-23/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə xx xxxx 1966-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, 18 may 2018-ci il tarixdən - 02 may 2020-ci il tarixədək Sabirabad RİHB-nın Quruzma İƏD üzrə nümayəndəsi vəzifəsində çalışmış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Sabirabad rayon İcra Hakimiyyəti başçısının 18 may 2018-ci il tarixli əmri ilə Sabirabad rayon İcra Hakimiyyəti başçısının Quruzma inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən 03 aprel 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikası ərazisində COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə mərkəzi dövlət orqanlarının gördükləri tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verməyə məsul vəzifəli şəxs kimi 03 aprel 2020-ci il tarixdən 23 aprel 2020-ci i l tarixədək olan müddət ərzində qanunvericiliklə hər hansı normativ aktda nəzərdə tutulmadığı halda “Koronavirus (COVİD19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli, 120 nömrəli Qərarının 2-ci bəndinin, Nazirlər Kabinetinin eyni adlı 02 aprel tarixli 124 nömrəli Qərarının 1.2 və 1.4-cü bəndlərinin, eləcə də Nazirlər Kabinetinin sonuncu qərarında dəyişiklik edilməsinə dair 04 aprel 2020-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı” Təlimatın 4-cü bəndinin tələblərini kobud surətdə pozaraq dövlət tərəfindən xəstəliyin qarşısının alınması və yayıl ması, bununla da, insanların həyat və sağlamlığının qorunması istiqamətində görülən zəruri sərt qadağaların aradan qaldırılaraq ayrı-ayrı şəxslərin və onların ətrafındakılarının həyat və sağlamlığını təhlükə altında qoyub xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək davamlı olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və ya satışı ilə məşğul olması, torpaq sahəsini əkib-becərməsi, xəstə qohumuna baş çəkməsi, xəstə qohumunu xəstəxanaya aparması və sairə əsaslarla Ağsu, İmişli, Şirvan, Saatlı, Hacıqabul rayonlarına (şəhərlərinə) rayonlararası və Bakı şəhərinə sərbəst rahat hərəkət etməyə imkan verən ümumilikdə 24 ədəd, yəni Sabirabad rayonu, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Qaraqaşlı kəndlərində yaşayan və qeydiyyatda olan X14 adına 03.04.2020 -ci il tarixli 484 nömrəli, X19 adına 03.04.2020-ci il tarixli 490 nömrəli, X9 adına 06.04.2020-ci il tarixli 517 nömrəli, X11 adına 06.04.2020-ci il tarixli 518 nömrəli, X23 adına 06.04.2020-ci il tarixli 521 nömrəli, X20 adına 06.04.2020-ci il tarixli 546 nömrəli, X4 adına 07.04.2020-ci il tarixli 550 nömrəli, X26 adına 09.04.2020-ci il tarixli 587 nömrəli, X5 adına 09.04.2020-ci il tarixli 605 nömrəli, X6 adına 09.04.2020-ci il tarixli 610 nömrəli, X21 adına 09.04.2020-ci il tarixli 613 nömrəli, X24 adına 10.04.2020-ci il tarixli 631 nömrəli, X27 adına 10.04.2020-ci il tarixli 632 nömrəli, X7 adına 13.04.2020-ci il tarixli 640 nömrəli, X8 adına 13.04.2020-ci il tarixli 643 nömrəli, X16 adına 15.04.2020-ci il tarixli 662 nömrəli, X12 adına 16.04.2020-ci il tarixli 669 nömrəli, X11 adına 20.04.2020-ci il tarixli 695 nömrəli, X15 adına 22.04.2020-ci il tarixli 724 nömrəli, X2 adına 22.04.2020-ci il tarixli 726 nömrəli, X17 adına 22.04.2020-ci il tarixli 727 nömrəli, X13 adına 22.04.2020-ci il tarixli 729 nömrəli, X10 adına 22.04.2020-ci il tarixli 735 nömrəli, X4 adına 23.04.2020-ci il tarixli 745 nömrəli arayışlar tərtib edilməsini təmin etdirib Sabirabad rayon İcra Hakimiyyəti başçısının Quruzma inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü və imzası ilə təsdiq edərək həmin şəxslərə verməsi ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair hökumətin tətbiq etdiyi qaydaları kobud şəkildə pozub dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Şirvan A pellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Rafiq Cəfərov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)468/2021 saylı, 27 may 2021-ci il tarixli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 17 mart 2021-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 may 2021-ci il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şik ayətini onunla əsaslandırır ki, məhkəmələr cinayət işi üzrə yekun nəticəyə gələrkən işdə olan bir sıra yüngülləşdirici halları nəzərə almamışlar. Belə ki, təqsirləndirilən şəxsin oğlu X28 Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasının səfərbərlik hazırlığı və səfərbərlik haqqında “Qanuna əsasən 21.09.2020-ci il tarixdə hərbi təlim toplanışına cəlb edilmiş MN-in 25.12.2020-ci il tarixli, 274 nömrəli əmri əsasında 27.12.2020-ci il tarixdə ehtiyata buraxılmış, bu müddət ərzində 2-ci Qarabağ müharibəsində iştirakçı olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə “ Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bundan başqa, təqsirləndirilən şəxsin qardaşı X25 13 noyabr 1993-cü il tarixindən 23 yanvar 1994-cü il tarixə kimi Füzuli rayonu ərazisində Azərbaycan Respublikasının suverenliyi və torpaqlarının bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və 23 yanvar 1994-cü il tarixdə Füzuli rayonunun Horadiz yaşayış məntəqəsində şəhid olmuşdur. Bundan başqa Məhkum təqsirsizliyi ilə qeyd olunub ki, onun ittiham üzrə təqsirli hesab edilməsi ilə bağlı cinayət işinin materiallarında mötəbər sübut yoxdur. İşdən görünür ki, Məhkum məhkəmədə şahid qismində dindirilmiş şəxslərə ciddi zərurət olduğu üçün arayış vermiş, bunun müqabilində onlardan pul və sayir maddi nemət istəməmiş və almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslər də vermiş olduqları ifadələrində Məhkum onlardan pul və sayir maddi nemə t istəmədiyini və almadığını bildirmişlər. Cinayət işi materialları arasında Məhkum vermiş olduğu arayışların müqabilində vətəndaşlardan pul və sayir maddi nemət istədiyini və aldığını təsdiq edən heç bir sübut yoxdur. Məhkum arayışlar ayrı-ayrı şəxslərə kənd təsərrüfatı məhsulları satmaq, müalicə üçün xəstəxanaya getmək və digər zəruri səbəblərlə bağlı verilmişdir. Heç təsadüfi deyil ki, müalicə üçün xəstəxanaya getməklə bağlı arayış almış şəxslərdən bir neçəsi sonradan vəfat etmişdir. Bu fakt cinayət işi materialları ilə təsdiqlənir. Göründüyü kimi, Məhkum dövlət mənafeyindən çıxış etməklə dövlətin maraqlarını müdafiə edərək arayışları vermişdir. Belə ki, həmin tarixdə hərəkət hər bir inzibati ərazi dairəsində məhdudlaşdırılmışdır. Vətəndaşlar ərazidən digər ərazilərə hərəkət edə bilməmi ş, kənd təsərrüfatı məhsulları istehsal etmiş vətəndaşlar öz məhsullarını satmaq üçün yaşadıqları ərazidən kənara çıxa bilməmişlər. Bu səbəbdən də vətəndaşlar kənd inzibatı ərazi dairələri üzrə nümayəndəliklərə müraciət etmişlər. Təqsirləndirilən şəxs dövləti təmsil edən şəxs olaraq vəziyyəti dəyərləndirmiş, əhalinin pandemiya dövründə istehsal etdikləri kənd təsərrüfatı məhsullarının şəhər sakinlərinə çatdırılmasını təmin etmək məqsədilə arayışları vermişdir. Bu, həm də vətəndaşları dövlətdən narazı saxlamamaq, həmçinin, zərurət olduğu üçün kənd təsərrüfatı məhsullarını satmaq və tibbi müdaxilə üçün xəstənin xəstəxanaya çadırılması məqsədini daşımışdır. Arayış verilmiş vətəndaşlardan heç biri hərəkət imkanı verilən zaman digər hərəkətlərə yol verməmiş, hər hansı bir cinayət törətməmiş və Covid-19 virusuna yoluxmamışlar. Kassator hesab edir ki, qeyd olunmuş əsaslara görə məhkəmənin qərarı ləğv olunmalı, Məhkum elan olunmuş ittiham üzrə bəraət verilməsinə dair qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinay ət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə(42.1.4-cü mad.). Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək buna uyğun ifadə vermişdir. Onun Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə isti ntaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə onun törətdiyi əməl iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiəçi kassasiya şikayətini Məhkum elan edilmiş ittihamda təqsirsiz olmasını, onun arayış verdiyi şəxslərdən pul və ya sair maddi nemətlər alması və ya vermiş arayışlara həqiqətə uyğun olmayan məlumatların daxil etməsi hallarının müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar kassasiya kollegiyası qeyd edir ki, əməlin Azərbaycan Respublikası CM-in 309-cu maddəsi ilə tövsif edilməsi üçün həmin əməlin tamah məqsədi ilə törətməsi və bu zaman hər hansı bir şəkildə saxtakarlığa yol verilməsi mütləq tələb olunmur, həmin halların müəyyən edilməməsi şəxsin qeyd edilən maddədə nəzərdə tutulmuş əməldə təqsirini istisna etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 309.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəm əsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməlini törətməsi və əməlindən peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakt erizə olunmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkumə cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almış və ona minimum cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsin ə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 may 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1414/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1414/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver