Məhkəmə qərarları › İş №1(102)-1414/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1414/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1414/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Əliyeva Pürzə Əbülfəz qızının iştirakları ilə, Bakı Şəhəri S uraxanı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əliyeva Pürzə Əbülfəz qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim A.F.İbrahimov) 01 aprel 2022-ci il tarixli qərarı ilə xx xxxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində 2 azyaşlı uşağı olan, "xxxx" ASC-də təmirçiçilingər işləmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 23 4.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilərək, təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-192/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü və Bakı şəhəri Xətai Rayon məhkəməsinin 7(011)-146/2022 saylı xx.xx.2022-ci il tar ixli qərarı ilə Məhkum təyin edilmiş və çəkilməmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilən cəza ilə qismən toplamaq yolu ilə, Məhkum üzərində 3 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 ay 16 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 1 il 11 ay 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzasının əvvəlinin Məhkum yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alınd ığı vaxtdan hesablanması, Məhkum üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı təqsirləndirilən şəxs Məhkum, Şahid2, Mübariz Yehayevə və Şahid1 qarşı verilmiş mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş şəxsə bu şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun izah olunması hökm edilmişdir. Hökmdə n dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 24 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-192/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə üzərində saxlanılmış 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69. 3-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlandığı müddət - 11 ay 15 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 03 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 24 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum dərhal məhkəmə iclas zalında həbsə alınmış və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Mülki iddia qismən təmin edilmiş. Məhkum (mülki cavabdeh) 5100 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçis i Əliyeva Pürzə Əbülfəz qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, qabaqcadan aralarında olan razılaşmaya əsasən başqa şəxs küçədə gəlib gedənləri izləmək üçün onun idarə etdiyi “Opel Vectra” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildə pusquda dayanmış, onun özü isə 15 aprel 2021-ci il tarixdə, səhər saat 09:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəs əbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçib, evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını divara bərkidilmiş yerindən əli ilə dartıb çıxarmış və sonradan özü ilə gətirdiyi avtomobilin təkərinin açılmasında istifadə olunan dəmirdən olan açarla plastik pəncərəni açıb qanunsuz olaraq evə daxil olub, evin qonaq otağındakı divanın saxlanc yerindən 11.600 manat nağd pul vəsaitini, ümumi dəyəri 20 manat olan 3 ədəd qadın əl kremini, 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olunmuş 15 manat dəyərində 100 ml həcmli ətiri, 1 ədəd üzərində “X9” yazıları olan, qırmızı rəngli, az istifadə olunmuş 40 manat dəyərində 100 ml həcmli ətiri və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan və istifadədə olm amış 8,00 manat dəyərində 100 qram kosmetik duzu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs cəmi 11683 manat olmaqla, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Cəza təyini haqqında qanunvericiliyin normaları düzgün olaraq təbiq edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmiş. Cinayət təqibi başlandıqda cinayət işi materiallarına əlavə edilmiş ittiham aktından da göründüyü kimi ibtidai istintaq zamanı hadisə düzgün qiymətləndirilməyək digər şəxslər ittiham aktına yalnız şahid qismində əlavə olunmuş, birinci inst ansiya məhkəməsinə isə onların iştirakı məhkəmə tərəfindən təmin edilə bilməmişdir. Bundan başqa, mülki iddia təkcə Məhkum şamil olunmasa da sonuncunun valideynləri və özü zərərçəkmiş şəxsə 1800 manat ibtidai istintaq dövründə, 2200 manat məhkəmə istintaqı dövründə və 500 manat isə Suraxanı Rayon Məhkəməsinin müvafiq hökmdən sonra ödəmişlər. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin qərarında səhvən ziyanın ödənilməməsi göstərilmişdir. Lakin cinayət işinin materiallarına nəzər yetirilsə ödəmələr barədə məlumatlar aşkar edilər. Həmçinin, iş materialları və təqdim olunmuş sənədlərdən göründüyü kimi, Məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı çox hissəsini ödəmişdir, əməlidən səmimi peşmandır və himayəsində 2 azyaşlı övladı var. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzası cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmadığı və yüngülləşdirici halların nəzərə alınmadığı üçün ədalətli hesab etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilməsini və yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi P.Ə.Əliyeva çıxış edərək, Məhkum tərəfindən zərərçəkmiş şəxsə borc ilə əlaqədar ödənişlərinin olunduğunu, zərərçəkmiş şəxsin Suraxanı Rayon Məhkəməsində çıxışı zamanı Məhkum azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinin xahiş etdiyini, istintaq dövründə istintaqın gedişatına heç bir maneə törətmədiyini, daha əvvəllər də azadlığın məhdudlaşdırılması cə zasına məhkum olunduğu və cəzadan yayınma halının baş vermədiyini, məhkumun himayəsində iki azyaşlı uşağının olduğunu, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirib, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasının xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ci nayət əməlini törətməsinin cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən şəxsə ədalətli cəza təyin edildiyini bildirib kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi v ə dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində həddindən artıq ağır cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıra n və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi ilə bağlı ittih am birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi t ərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, təyin edilmiş cəzanın yüngülləşdirilməsi və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məh kəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqti sadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (dəymiş ziyanın böyük qismini ödəməsi, əməlindən peşman olması, himayəsində 2 azyaşlı övladının olması) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nə zərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəli liyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yün gül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyy ən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliy yəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəz ərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əliyeva Pürzə Əbülfəz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hö kmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar