Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1414/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum1 müdafiəçisi Müdafiəçi2, Məhkum2 müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1767/2022 nömrəli, 29 dekabr 2022-ci il tar ixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxx 1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 110-da qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 02 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, bərbər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 13 ünvanında yaşamışdır Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 1990-cı il tarixdə Şamaxı şəhər ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 15 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Məhkum2 və Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş razılığa əsasən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını birlikdə əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 30 mart 2021-ci il tarixdə, saat 00:10 dəqiqədə Məhkum2 və Məhkum1la birlikdə idarə etdiyi həmin avtomobillə əlavə olaraq satış məqsədi ilə narkotik vasitə hesab olunan tiryək maddəsi axtarmaq üçün ünvan 6 olarkən onların Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Böl məsinə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan və digər qrup üzvlərindən avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə əsasən qanunsuz əməllərinin ifşa olunacağını bilib yaxa qurtarmaq məqsədi ilə polis əməkdaşlarının həmin tələblərinə tabe olmamış, eləcə də, narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladıqları avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi 26-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 üzərinə sürüb sonuncuya zor tətbiq etməklə müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı onların cinayət əməllərini i fşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış, eləcə də, idarə etdiyi "Saipa" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Məhkum2 və Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) əd əd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. 3. 16 noyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs, Müdafiəçi2 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, T əqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan mənbədən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rən gli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 29 mart 2021ci il tarixdə saat 22 radələrində tanışı Məhkum1 işlədiyi avtoyuma yerində maşınını yudurtduqdan sonra onu yaşadığı ünvana aparmaq üçün Məhkum1la bi rlikdə Bayıl qəsəbəsində 20-ci Sahə deyilən ərazidə bərbər işləyən digər tanışı Məhkum2 yanına saçını düzəltdirmək üçün getmiş və sonuncunuda yaşadığı ünvana aparmaq üçün maşını idarə etmiş, ünvan 6 idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini Məhkum1 və Məhkum2la birlikdə istifadə etmək məqsədi ilə maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman onun Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Məhkum1 və Məhkum2 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, Məhkum1 və Məhkum2 onu Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etməklə ona “Vur, vur, onları vur” demələrindən sonra narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladığı avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, **-AP-*** dövlət qeyd iyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X4 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göst ərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və Təqsirləndirilən şəxs, Məhkum1 və Əvə mədov məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış, eləcə də, idarə etdiyi "Saipa" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 15 (on beş) ədəd bükümdə olmaqla a yrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni ibtidai istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir; Məhkum1 tanışları Təqsirləndirilən şəxs və Məhkum2 ilə birlikdə 30 mart 2021-ci il tarixdə, saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi "Saipa" markalı **PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gedərkən Bakı ş əhəri Yasamal rayonu, Cəfərov Qardaşları küçəsi 32 ünvanının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini onunla və Əidarədovla birlikdə istifadə etmək üçün maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tə dbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Təqsirləndirilən şəxs və Məhkum2 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, əksinə o və Məhkum2 Təqsirləndirilən şəxs “Vur, vur, onları vur” deməklə onu Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etmiş və onu avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələməsinə, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X4 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərməsinə sövq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalar ına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və o, Təqsirləndirilən şəxs və Əvə mədov məcburi şəkildə avtomobildən endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmişlər; Məhkum2 başqa şəxsi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməyə təhrik etmişdir. Belə ki, Məhkum2 tanışları Təqsirləndirilən şəxs və Məhkum1 ilə birlikdə 30 mart 2021-ci il tarixdə, saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi "Saipa" markalı, **-PH*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gedərkən ünvan 6 Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini onunla və Məhkum1la birlikdə istifadə etmək üçün maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat q rupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Təqsirləndirilən şəxs və Məhkum1 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, əksinə o və Məhkum1 Təqsirləndirilən şəxs “Vur, vur, onları vur” deməklə onu Azərbaycan Respublikası CM-nin 315- ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etmiş və onu avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən i rəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələməsinə, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X4 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərməsinə sövq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim e dilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və o, Təqsirləndirilən şəxs və Məhkum1 məcburi şəkildə avtomobildən endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmişlər.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-253/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum et mə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1(bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən yeni təyin olunmuş cəzaya qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2021-ci il tarixdən hesablanması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsində nəzərdə tutulan cinayət əməli nin törədilməsində təqsirli bilinməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilməsi, 30 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddətinin ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 may 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi; Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində tə qsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 avqust 2021-ci il tarixdən hesablanması, Məhkum2 Bəxiyar oğlunun barəsində Azərbaycan Respublikası CPMnin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən faktiki hallar və sübutlar nəzərə alınmadığına görə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürül müş ittihama bəraət verilməsi, həmçinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi və yüngül cəza təyin edilməsi hissəsində əsassız və qanunsuz olduğundan hökmün ləğv edilməsi, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək onlara cinayət qanunvericiliyinin müddəalarına uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Həmçinin birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi3, təqsirləndirilən şəxs Məhkum1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəf indən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1767/2022 nömrəli, 29 dekabr 2022-ci tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-253/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1(bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş yeni azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsi ilə təqsirli bilinməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsi ilə təqsirli bilinməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti və dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddələrinin təkbinin olmadığı və cinayətin törədilməsinə aidiyyətinin olmadığı iddia edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1767/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum1 barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir.
11. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, əlavə olaraq bildirilir ki, məhkəmə tərəfindən Məhkum1 və Məhkum2 təyin edilmiş cəza onların şəxsiyyətinə, törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1767/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səl ahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər h ansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi2 kassasiya şikayətində Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsinin tərkibinin olmadığı əsas gətirərək mə hkuma bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Dövlət ittihamçısı kassasiya protestinin xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri i lə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1767/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərki binin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətmək də təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ni rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsinin tərkibinin olmaması barədə dəlillərini əsassız hesab edir.
25. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin təsdiqi məhkumların verdikləri ifadələr, şahidlərin ifadələri, ekspert rəyləri, işin araşdırılmış digər obyektiv halları ilə, eləcə də birinci instansiya məhkəməsinin tədqiq etdiyi digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 32.4,315ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulm uş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiəçinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olma sının sübuta yetirilndə dair qənaəti şübhə altına almaq üçün əsas görmür.
28. Məhkəmə kollegiyası dövlət ittihamçısının məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməməsi nəticəsində əsassız olaraq məhkum Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair kassasiya protestinin dəlillərini də əsassız hesab edir.
29. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
30. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutla r toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
31. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində gö stərsin.
33. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
34. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərind ədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
35. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, protestdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərb aycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
36. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin məhkumlar Məhkum1 və Məhkum2 yüngül cəza təyin edildiyinə dair dəlillərini əsasız hesab edir.
37. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfd ən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habel ə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
38. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
39. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmağa əsas vermir.
40. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
41. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
42. Məhkum1 və Məhkum2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsi ilə onlara 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
43. Məhkəmə kolleg iyası məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur.
44. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təklif etməsinə baxmayaraq, məhkə mə bu halı nəzərə almayıb onların hər ikisinə 5 (beş) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərarına gəlmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi üzrə təyin etdiyi cəzanın həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının ən yuxarı həddinə olmaqla sərt cəza olduğunu hesab edərək, birinci instansiya məhkəməsinin hökmünü haqlı olaraq hissədə dəyişdirmiş, onlardan təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 32.4,315-ci maddəsi ilə Məhkum1 2 (iki) il 6 (altı) ay və Məhkum2 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 barələrində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
47. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, proses tərəflərinə öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tə rəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
48. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1767/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya protesti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1767/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və dövlət kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.