Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1414/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun və Zərərçəkmiş şəxsnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya ş ikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları Məhkum XXXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 20 saylı TTYS-nin sürücüsü, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 24 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən mü əyyən edilmiş işin faktiki hallarına görə Məhkum 30 may 2023-ci il tarixdə, saat 22 radələrində X küçəsində yerləşən 7 saylı yaşayış binasının qarşısında avtomobilini park etmək istəyən zərərçəkmiş şəxsin ünvanına nalayiq söyüşlər söyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə zərərçəkmiş şəxsnın bədəninin müxtəlif yerlərinə təpik və yumruq zərbələri ilə vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə və sol qulaqarxası nahiyələrinin qançırı-şişkinlik halında yumşaq toxumalarının əziyi, hər iki bazu, sağ çiyin qurşağının, sağ əlin arxa səthinin IV-V daraq sümük proyeksiyasının, sol dirsək oynağının arxa səthinin, sağ əlin a rxa səthinin I daraq falanqasının, sol sağrı nahiyəsinin, sağ bud və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. 1.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-38/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 15 (on beş) faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmalar aparıldığı gündən hesablanması, zərərçəkmiş şəxsin m ülki iddiasının baxılmamış saxlanılması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və təqdirləndirilən şəxs Məhkumun barəsində Azərbaycan Repsublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəmə sinin 1(002)-38/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, ittiham aktında işin faktiki halları təhrif edilmiş, əslində cinayət tərkibi olmayan əmələ cinayət hüquqi xarakteri verilmiş, qərəzli ittiham irəli sürülmüşdür. Hadisə birbaşa zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, ictimai qaydanı da sonuncu pozmuşdur. Bundan əlavə Məhkumla zərərçəkmiş şəxs qonşu olduğundan və avtomobilin yeri ilə bağlı da aralarında əvvəllər də, xırda da olsa, mübahisələr olduğundan bu şəxsi münasibətlərdən irəli gəlmişdir. Digər tərəfdən, mübahisə zərərçəkmiş şəxsin Məhkumun bacısının avtomobil saxlaması səbəbindən onun ünvanına söyüşlə müşayət olunan sözlər deməsindən sonra yaranmışdır. Hadisənin başlamasında Məhkum ümumiyyətlə iştirak etməmişdir. O, yalnız anası ilə zərərçəkmiş şəxsnın mübahisəsindən sonra ora yaxınlaşmış və onları sakitləşdirməyə çalışmışdır. zərərçəkmiş şəxsə və digər şəxslərə qarşı xuliqanlıq etməmiş, xuliqanlıq etmək niyyətində olmamış, zərərçəkmiş şəxsi vurmamış, vurmaqla hədələməmiş, cinayət törətməmişdir. Əməlin hüquqi tövsifi ilə bərabər onun Zərərçəkmiş şəxsna hər hansı bir xəsarət yetirməsi də sübut olunmamışdır. Ona görə ki, o, zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirməmiş və xəsarət yetirmək niyyəti də olmamışdır. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsə 3 fərqli diaqnoz qoyulması m üəyyən edilsə də, məhkəmə bütün bunları dəqiqləşdirməmiş və əsassız olaraq zərərçəkmiş şəxsin xəsarət alması nəticəsinə gəlinmişdir. Məhkəmə iclasına dindirilmiş şahidlər onun tərəfindən zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirildiyini görmədiklərini, zərərçəkmiş şəxsnın ayaq üstündə olduğunu, üzərində hər hansı bir xəsarət olmadığını, üst-başının dağınıq formada olmadığını bildirmişlər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instans iyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum əməlində cinayət tərkibi olmad ığını iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkumun əməlində cinayət tərkibi olmadığına dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, məhkumun və zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərar ında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsiri zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya məhkəməsi kollegiyası həmin sübutları bir-biri ilə müqayisəli şəkildə tədqiq və təhlil edərək, məhkumun verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığı, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edildiyi, şahidlərin, o cümlədən məhkumun anasının ifadələri əsasında hadisə zamanı zərərçəkmiş şəxsin yerə yıxıldığının, Məhkumun hadisə yerini özünün könüllü deyil, şahidlərin müdaxiləsi və müşahidəsi ilə tərk etdiyinin təsdiq olunduğu qəanətinə gəlmişdir.
25. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan və qeyd edilənlərə əsaslanan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkumun hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-ni n müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillə r gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
27. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.