Məhkəmə qərarları › İş №1(102)-1415/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1415/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1415/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum və onun müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlunun iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından məhkum Məhkum və onun müdafiəçisi S.Ə.Qasımov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakim Əliyev Abbas Baba oğlu) Məhkum, xxxxxxxxx il tarixdə Qəbələ rayonunun Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Qəbələ Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən 06 fevral 2017-ci il tarixdən 07 fevral 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün həmin cəzadan çıxılaraq qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, saxlanılmış, dur, ünvan 1-də müvəqqəti yaşamış, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkum 21 may 2020-ci il tarixdən 19 oktyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün həbsdə və ev dustaqlığında saxlamanın bir gün müddətinin azadlığdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və məhkumun üzərndə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən isə həmin cəza 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti yaşayış yeri üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinin həyata keçirməsi, məhkumun üzərinə sınaq müddəti ərzində onun davranı şına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulması qərara alınmışdır. Həmin hökmlə həmçinin X7 və X11 oğlu da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 17 may 2020-ci il tarixdən 18 may 2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X7 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus x küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ət rafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları X7 və X5 ilə birlikdə 18 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Hökmdən dövlət ittihamçısı Cəfərzadə İlh am Nizami oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 28 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən, apellyasiya protesti isə - tam təmin edilmiş, x6 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il 6 (altı) ayadək endirilmiş, məhkum x7 barəsində CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş və ona təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olumuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından məhkum Məhkum və onun müdafiəçisi S.Ə.Qasımov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini, ona bəraət verilməsini və ya onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətində hazırki iş üzrə şahidlərin məhkəmə iclasında verdikləri ifadələrinə istinad edərək və işin faktiki hallarını mübahisələrindirərək həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası onun barəsindəki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 1 43-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, onun hüquqları pozulmuş, nəticədə isə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Kassasiya şikayətinin müəllifi bildirir ki, onun barəsindəki cinayət işi üzrə ibtidai araşdırma qərəzli aparılmış, buna görə o, məhkəmə iclaslarında bir sıra vəsatətlər qaldırsa da, onların heç biri təmin edilməmiş, şahidlərin ifadələrində kəskin ziddiyyətlərin olmasına baxmayaraq, məhkəmələr buna əhəmiyyət verməmiş, qəbul edilmiş yekun məhkəmə aktlarında isə həmin ifadələr ittiham aktında təsvir edildiyi kimi əks etdirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkum onun kassasiya şikayətinin təmin olunmasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı nın ləğv edilərək ona bəraət verilməsini xahiş edir. Müdafiəçi S.Ə.Qasımov isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxs barəsində kobud qanun pozuntusuna yol verərək qanunsuz qərar qəbul edilmişdir. Müdafiəçi S.Ə.Qasımov kassasiya şikayətinə bildirmişdir ki, cinayət işinin materiallarından görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı özünü günahkar hesab etməmiş və onun təqsirləndirildiyi əməlləri törətmədiyini bildirmişdir. Lakin nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı onun göstərdiyi işin halları ətraflı araşdırılmamışdır. Bunları nəzərə alaraq müdafiəçi apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkum barəsində birinci in stansiya məhkəməsi tərəfindən tətbiq edilmiş CM-nin 70-ci maddəsinin bərpa edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərərçəkmişin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət p rosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, məhkum və onun müdafiəçisi S.Ə.Qasımovun, hər birisinin ayrıayrılıqda verdikləri kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, adı çəkilən məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, apellyasya instanqsiyası məhkəməsi tərəfindən onun haqqında cəza tədbirinn seçilməs məsələsi həll edilərkən isə cəzanı yüngülləşdir ən hallar kifayət qədər nəzərə alınmamışdır. Bununla da, məhkum Məhkum və onun müdafiəçisi S.Ə.Qasımov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolve rilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçisinin kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyə n edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instans iyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi v ə ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh e dilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitussiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın bu tələbləri həmçinin hər bir şəxs in cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdi r ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman c əmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası məhkum Məhkum müdafiəçilərin kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və bu qşərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X7 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 17-19 may 2020-ci il tarixlərdə vətəndaş Zərərçəkmiş şəxs məxsus saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xı rda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus cəmisi yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan ümumilikdə 1199 manat 94 qəpik dəyərində cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum özünü ona elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi hazırk iş üzrə məhkum olunmuş digər şəxslərin qismən etirafedici ifadələri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, çox saylı şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, cinayət işinə əlavə ed ilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm istintaq orqanı, həm də məhkəmələr tərəfindən, məhkum Məhkum və müdafiəçi S.Ə.Qasımovun kassasiya şikayətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri qanuna müvafiq qaydada tərtib edilmiş müvafiq protokollarda öz əksini tapmış, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedu rlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuşdur. Həmçinin birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlı qlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Cinayət işinin materiallarının təhlili göstərir ki, hazırki iş üzrə sübutların təkrarən araşdırılmasına ehtiyac görməyən, yəni apellyasiya müraciətlərinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən həmin müracətlərin hüdudları çərçivəsində baxılmasını məqsədə uyğun hesab edən, qəbul etdiyi qərarı və apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə cavablarını isə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların üzərində quran apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiy indən məhkəmə kollegiyası həmin sübutların təsvir edilməsinə ehtiyac görmür və vurğulamığı lazım bilir ki, məhkəmələr tərəfindən ayrı-ayrılıqda və məcmu şəklində qanuna müvafi qaydada qiymətləndirilmiş sübutların şübhə altına alnması, onların qəbul edilməməsi üçün hər hansı əsas müəyyən edilmir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum barəsindəki Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmündən özü və müdafiəçisi tərəfindən apellyasiya şikayətlərinin verilməməsi də dolayısı ilə adı çəkilən məhkumun müdafiəçisi ilə birlikdə həmin hökmlə müəyyən edilmiş işin faktiki hallarını və bu halların arxasında duran sübutları qəbul etmələrinə, yəni məhkəmə tərəfindən təqsirli bilindiyi əməli törətməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmalarına dəlalət edir. Məhkəmə kollegiya sı iş materiallarını təhlil edərək həmçinin belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bu baxımdan məhəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməl həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və həmin əməllərin başqa cür ixtisaslaşdırılmasına əsas yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini qəbul edilməz sayır v ə onların hər hansı qaydada təmin edilməsi və Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar tapmır. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilir. CM-nin 8.1- ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfin dən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdr ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslər ində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddə ləri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüd udları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməl in Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələ r cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməli ndə cinayətlərin residivinin olmasını, əvvələr də eyni xarakterli cinayət əməlini törətdiyinə məhkum olunmasını və bu halın onun şəxsiyyətinin ictimai təhlükəliliyini artıran, yəni onu ictimai təhlükəliliyi daha yüksək olan şəxs kimi xarakterizə edən hal kimi qiymətləndirmiş və ona təyin olunmuş azalıqdan məhrum etmə cəzasını real, yəni cəmiyyətdən təcrid olunmuş şəraitdə çəkməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, məhkumun kassasiya şikayətinə baxılarkən həmin məhkəmənin cəza tədbirinin seçilməsi məsələsini həll edərkən nəzərə almadığı hər hansı yeni hal müəyyən edilməmiş və həm məhkum, həm də onun müdafiəçisi həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürməmişlər. B u baxımdan məhkəmə kollegiyası Məhkum haqqında CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün də əsaslar görmür ona görə ki, CM-nin 70.1-ci maddəsinin tələblərinə görə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3. məhkumun şəxsiyyəti; 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkm ədən islah olunması mümkün olsun. Cinayət işi üzrə toplanımş sübutların təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır, onun azadlıqda qalacağı təqdirdə yenidən cinayət törətməsi riski aradan qalxmamış, digr tərəfdən həmin məhkuma təyin olşunmuş cəzanı real olaraq çəkdiyi təqdirdə cəzanın məqsədlərinə nail olmaq olar, həmin cəzanın şərti olaraq tətbiq edilməsi halında isə məhkumun islah olunacağı inandırıcı görünmür təsdiq edən heç bir sübut əldə olunmamışdır. Buna görə, məhkəmə kollegiyası adı çəkilən məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və ədalətli hesab edərək həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum Məhkum, onun müdafiəçisi S.Ə.Qasımovun, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı kass asiya şikayətlərinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmaladır. QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar