Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1415/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərar ından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Mətanət Hacıyeva) 1(007)148/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 133.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci in stansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2020-ci ilin iyul ayının 19-dan arvadı Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində birgə yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs mənzilin xərclərini tam təmin etməməsi, qazandığı pulları spirtli içkiyə xərcləməsi, başqa qadınlarla münasibətdə olması, evə gec gəlməsi ilə bağlı ona iradlar bildirməsi ilə əlaqədar qisas almaq üçün sonuncuya güclü fiziki ağrılar və psixi iztirablar vermək məqsədilə 2020-ci ilin iyul ayının 19-dan 2020-ci ilin noyabr ayının 19-dək olan müddət ərzində birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində mütəmadi olaraq Zərərçəkmiş şəxs ünvanına müxtəlif nalayiq sözlər ifadə edə rək yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə döyüb fiziki ağrılar və psixi iztirablar vermiş, bundan sonra 19 noyabr 2020-ci il tarixdə birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində yenidən Zərərçəkmiş şəxs ünvanına müxtəlif nalayiq sözlər ifadə edərək yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib döyməklə sonuncuya sağ çənə bucağının, sol gicgah nahiyəsinin qançırları, sol bazunun arxa səthinin, sağ bazunun ön səthinin, sol saidin ön-iç səthinin və arxa səthinin, sağ saidin bayır səthinin arxa səthinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu dəfə 27 noyabr 2020-ci il tarixdə saat 23 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində yüngül alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər ifadə edib əlləri ilə zərbələr endirərək döyüb yerə yıxmaqla, saçından tutub başını mənzilin döşəməsinə çırpmış, yerlə sürüməklə təkrar intensiv və davamlı olaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs hər iki təpə nahiyəsinin və burun belinin şişkinlik halında əzilmələri, sol yanağın iç səthinin qansızması, sol qulaq sırğalığın və sol qulaq seyvanının arxa səthinin qançırları, sol qulaq sırğalığının səthi əzilmiş yarası, sağ saidin bayır səthinin, sol əlin arxa səthində İV barmağın proksimal-orta falanqa oynağı nahiyəsinin və distal falanqa nahiyəsinin, sağ dir sək oynağının arxa səthinin, döş qəfəsinin sol döş-körpücük oynağı nahiyəsinin sıyrıqları, sağ əlin arxa səthində İİ barmağın proksimal-orta falanqa oynağı nahiyəsinin qançırı, hər iki budun ön səthinin çoxsaylı qançırları, hər iki dizin ön səthinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrılar və psixi iztirablar verməklə əzab vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-185/2022 nömrəli, 09 fevral 2022-ci il t arixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.1 və 30-cu bəndi tətbiq edilməklə Məhkum ona təyin edilmiş cəzadan azad edilmiş, Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla ə saslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərindən kənara çıxmış, öz səlahiyyətlərini aşmaqla, həmçinin məhkumun vəziyyətini ağırlaşdırmaqla qərar qəbul etmişdir. Belə ki, hazirkı işdə Nizami Rayon Məhkəməsi 14 oktyabr 2021-ci il tarixdə (amnistiya aktı çıxarılanadək) Məhkum CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olmaqla amnistiya aktının 9.1-ci bəndinin tətbiqi dairəsinə düşürdü. Nəzərə alaraq ki, məhkum apelyasiya instansiyasında təqsirlilik məsələsini mübahisələndirməyərək azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza xahiş etmiş, həm çinin ərizə ilə müraciət edərək amnistiya aktının tətbiqini xahiş etmişdir. Bu halda məhkəmə kollegiyası 9.1-ci maddəsinə uyğun olaraq cinayət təqibi üzrə icraata xitam verməli idi. Lakin məhkəmə kollegiyası cinayət qanunu normasının tətbiqində səhvə yol verərək, həmçinin səlahiyyəti olmadığı halda amnistiya aktının 2.1-ci bəndini tətbiq etmiş, məhkum üçün daha əlverişli hüquqi vəziyyəti nəzərdə tutan amnistiya aktının 9.1-ci bəndini tətbiq etməyərək onun vəziyyətini ağırlaşdırmışdır. Halbuki, dövlətin adından humanist akt olaraq qəbul edilən “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı hər bir halda məhkumun vəziyyətinin yüngülləşdirilməsinə, daha əlverişli hüquqi nəticələrin yaranmasını nəz ərdə tutan normanın tətbiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun kassasiya protestinin təmin olunması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ka ssasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının düzgün tətbiq edilməməsi və nəticədə məhkumun vəziyyətinin ağırlaşdırılmasıdır. Kassatorun fikrincə apelyasiya məhkəməsi amnistiya aktına əsasən Məhkum cinayət məsuliyyətindən azad edib cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməli olduğu halda onu cəzadan azad etmişdir, bu hal isə məhkumun vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası k assasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Hazırki cinayət işi üzrə hökm amnistiya aktına qədər 14 oktyabr 2021-ci il tarixdə çıxarılmış və hökmlə məhkuma 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Amnistiya aktı qüvvəyə mindiyi gün hökm qanuni qüvvəyə minməmişdir. “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.2 və 9.2.2.-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apelyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə məhkəmələr bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir. Həmin qərarın 9.3-cü bəndinə əsasən i craatlarında olan apelyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxılarkən bu Qərarın 9.1 və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 2-ci və 2.1-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalardan azad edilirlər. Həmin qərarın 30-cu hissəsinə əsasən apelyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apelyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Məhkum törətdiyi əməl böyük ictimai təhlükə törət məyən cinayət hesab olunur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.1, 9.2.2, 9.3 və 30-cu bəndlərinin məzmunundan görünür ki, məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum qərarın tətbiq dairəsinə düşür və onun apelyasiya icraatı zamanı təyin edilmiş cəzadan azad edilməsi amnistiya Qərarının tələblərinə uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən Məhkum barəsində amnistiya qərarının tətbiq edilməsini əsaslı hesab edir, kassasiya protestinin amnistiya Qərarının müddəalarının düzgün tətbiq edilməməsi barədə dəlilini əsaslı hesab etmir. Yuxarıda göstəril ənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1415/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1415/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver