Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1415/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli 1(101)-383/2022 nömrəli (hakimlər: Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, orta təhsilli, xxx-də qeydiyyatda olmaqla xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cina yət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçiləri Əsədov İlham Fərhad o ğlu və Yusifov Ceyhun Salman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) 11 oktyabr 2022-ci il tarixli 1(103)-1677/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-nin 32.5,206.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Bakı Ağır Cinayətlər Məhkəm əsinin 1(101)-383/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, onun üzərində qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli m iqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 11 (on bir) il müddətinə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 noyabr 2009-cu il tarixli hökmü ilə CM-in 234.1-cİ maddəsi ilə 2 (iki) il olmaqla cəzaları q ismən birləşdirilərək 11 (on bir) il müddətinə, daha sonra Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə 5 (beş) ay olmaqla cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının saxlanılmasına, 19 dekabr 2019-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilərək 27 oktyabr 2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülm ədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə naməlum şəraitdə və vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Fərşad» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə «Fərşad» adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin na rkotik vasitə və psixotrop maddələri keçirdikdən sonra Məhkum yenidən qəsdən Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığından naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 6479,232 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 105,122 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib və «Fərşad» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb kirayədə yaşadığı ünvan 1 ünvanda saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarix də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 02:00-da yaşadığı mənzildə saxlanılmaqla özünün razılığı və iştirakı ilə qeyd olunan ünvana baxış keçirilərkən evin qonaq otağına girişdə sağ tərəfdə yerləşən dolabda olan bir ədəd sellofan torbanın içərisindən 63 (altmış üç) ədəd bükümdə kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 0,968 qram, 0,965 qram, 0,960 qram, 0,950 qram, 0,969 qram, 0,964 qram, 0,948 qram, 0,936 qram, 0,946 qram, 0,976 qram, 0,949 qram, 0,974 qram, 0,942 qram, 0,962 qram, 1,000 qram, 0,963 qram, 0,936 qram, 0,928 qram, 0,999 qram, 0,974 qram, 0,948 qram, 0,968 qram, 0,981 qram, 14,916 qram, 0,955 qram, 0,939 qram, 0,969 qram, 1,001 qram, 0,984 qram, 0,965 qram, 0,992 qram, 0,983 qram, 0,994 qram, 0,995 qram, 0,957 qram, 0,889 qram, 0,944 qram, 0,989 qram, 0,986 qram, 0,953 qram, 0,935 qram, 0,931 qram, 0,936 qram, 1,012 qram, 0,922 qram, 0,940 qram, 0,941 qram, 0,969 qram, 0,985 qram, 0,932 qram, 0,508 qram, 0,895 qram, 0,855 qram, 3,312 qram, 4,963 qram, 4,931 qram, 0,957 qram, 0,953 qram, 0,931 qram, 22,192 qram, 0,930 qram, 0,940 qram, 0,935 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar-105,122 qram təşkil edən psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 2325,0 qram, 2260,0 qram, 1670 qram və kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə öz aralarında eynilik təşkil edən, lakin, qeyd edilən 3 bükümlə fərqli tərkibli olan 17 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 170,0 qram, 0,925 qram, 0,881 qram, 0,837 qram, 0,943 qram, 0,898 qram, 3,813 qram, 0,884 qram, 0,923 qram, 0,871 qram, 0,830 qram, 4,474 qram, 9,991 qram, 4,198 qram, 14,046 qram, 8,893 qram, 0,825 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdar – 6479,232 qram təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqları pozulmuş, onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar güvənli və mötəbər deyil. Sübutların mötəbərliyi şübh ə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul etmişdir. O cümlədən, BMCMİ-də polis əməkdaşları tərəfindən işgəncə və təzyiqlərə məruz qalmış, bu səbəbdən narkotik vasitəsinin özünə aid olmasını etiraf etmək məcburiyyətində olmuşdur. Qeyd olunanlara əsasən, barəsində olan cinayət işinə ədalətlə baxılmasını və yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 okt yabr 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, haqsız tutulduğunu, iş materiallarında olan 6 kq narkotik vasitədən xəbəri olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsin in qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqə ləndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və y ekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilm əsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və dövlət ittihamçısının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünü r ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması və onları qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmış, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə hökm çıxarmış, daha sonradan işə baxan apellyasiya instansiyası məhkəməsi isə məhkəmə baxışı zamanı iş materiallarında olan sübutla rın məcmusuna əsasən Məhkum qeyd olunan qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə i ttihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarında olan 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin tarixdə saat 02:00-da kirayədə yaşadığı ünvan 2 ünvanda saxlanılaraq həmin ünvana baxış keçirilən zaman bir ədəd sellofan torbanın içərisindən ümumilikdə iyirmi ədəd bükümdə heroinə bənzər kütlə, altmış üç ədəd ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk öz xüsusiyyətləri və əlamətlərinə, mənşəyi, aşkar edildiyi yer və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Cinayət işinin materiallarında olan 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum yaşadığı evə baxış keçirilən zaman «Samsung Galaxy» markalı mobil telefon aşkar edilərək götürülmüş və telefonun yaddaşına keçirilən baxış zamanı İran mobil operatorlarına məxsus +98 905 *** **** nömrəsi «Arif İran» kimi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglərin daxil olduğu, habelə aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllərdən olan yazışmaların sms mətnləri, onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu iki ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 10 iyul 2021-ci il tarixli istintaq tapşırığına cavab məktubundan görünür ki, Məhkum əvvəllər narkotik vasitə lərin və psixotrop maddələrin satışı və ya istifadəsi İlə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı «Fərşad» adlı şəxsin, «Arif» və «llqar» adlı şəxslərin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Məhkum yaşadığı mənzildən aşkar edilmiş həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz dövriyyəsində İİR-nın vətəndaşı «Fərşad» adlı şəxslə birgə əlaqəsinin olmasına, «Fərşad» adlı şəxsin həmin narkotik vasitələri digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmiş, lakin «Fərşad» adlı şəxs və c inayətin digər iştirakçılarının, eləcə də «Arİf» və «İlqar» adlı şəxslərin şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işinin materiallarında qeyd olunan sübutlarla yanaşı o cümlədən, şahid ifadələri və iş materiallarında olan Məhkum istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və həmin nömrədən göndərilən SMS-lərin siyahısı ilə təsdiq olunur. Həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən fərqli mobil nömrələrdən aşağıdakı məzmunda SMS mətnlərin daxil olması və göndərilməsi müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:20-də + **********27 saylı mobil nömrəsinə «Mene biraz (P) verersende?» Məhkum istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: xx.xx.2020-ci il tarixdə saat 18:37-də +**********62 saylı mobil nömrəsinə «Qaqa köhnə pulu gətirəssən 10 m borcun var yarım patı sora» xx.xx.2020-ci il tarixdə saat 19:36-da +**********11 saylı mobil nömrəsinə «25m pulu 3 dənə ptmı, 3 dənədə Kolanı gətir gətirməsən qeyrətin s****». "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış zamanı xx.xx.2020-ci il tarixdə saat 18:19-da +**********06 saylı mobil nömrəsinə «Sən 7 qr gətir yerdə nə qalıb onu hesablaşağ», xx.xx.2020-ci il tarixdə saat 18:26-da +**********06 saylı mobil nömrəsinə «Gaga 43 dənənin pulu hanı», xx.xx.2020-ci il tarixdə saat 22:52-də +**********06 saylı mobil nömrəsinə «Sabah tək patı göndərir kolanı saxladı isdiyən olsa patı m 25 m ver», xx.xx.2020-ci il tarixdə saat 11:50-də +**********06 saylı mobil nömrəsinə «Gaga kola vermir pula görə rayonnan galmışam mən necə eliyim uje yalançı çıxıram surac sənə pis gardaş olmamışam mən gardaşdığda axsasam özümü öldürərəm», xx.xx.2020-ci il tarixdə saat 13:07-də +**********06 saylı mobil nömrəsinə «Gəl özün tərəziyə vur apar Patı nagdı», 6.xx.xx.2020-ci il tarixdə saat 13:13-də +**********06 saylı mobil nömrəsinə «indi rayondakı pul gözdüyür mənnən onu verməliyik ki kola göndərsin», xx.xx.2020-ci il tarixdə saat 13:21-də +**********06 saylı mobil nömrəsinə «Sənöl patını gücnən almışam dimişəm nisyə vermiyəcəm»,.xx.xx.2020-ci il tarixdə saat 13:33-də +**********66 sayl ı mobil nömrəsinə «Basa dusmedim nece vermiyecem bes kola pulari hani bes 10 gundu uje ortada birsey yox camatin pulunu vermiyecem nedi meni but un isderimi sarvat eledin uje patini gucnen aidim sende olan pula gore vermedi mene kolani», xx.xx.2020-ci il tarixdə saat 13:40-da +**********06 saylı mobil nömrəsinə «Mene 10deneni 25m verem oda mecbur qalib rayonda ki pula gore oyun cixarir 4 5 deneni vermirəm o qiymete alimir bu deqe patini gucnen aidim sende olan pula gore vermedi mene kolani», xx.xx.2020-ci il tarixdə saat 13:56-da +**********06 saylı mobil nömrəsinə «y qardaş bu 50denen pulu hani bele daniwmisdin bes negdi iwdeyirdin soyuw vermişdin nisye vermiyecem mene maraqlidi hani o pul ve qalani 50 denenin surac yaxsi hereketdi menim qabagimi bağlamaq 6min bangim evimde xesde mene qar daş deyib bulara goz yumanin adini mendende yaxsi bilirsen qaldi ki bu vezyetimde seninde evindeki dolanisiqa goz yumadim ama bu gun ku gun rayondaki zeng vurur ne deyeceyimi bilmirem ona sene gore Sene 5defe yazdim 50 pulu hani onda bele cixir ya yemisen yada satibsan satdigin pulu hani niye cvip vermisen tele hardasan de men gelem otraq sobet edek men kiminse yanda pula gore dili kisa qalmaram teli ac yerivi de gelem sen 3dene ile 330manati nece veresen lOÖvarindi ama bu 330qalir verende 100 ne elemek fikirdesen teli ac», xx.xx.2020-ci il tarixdə saat 21:01-də +**********06 saylı mobil nömrəsinə «Patını 25 dən verirəmdə heçə», xx.xx.2020-ci il tarixdə saat 14:28-də +**********06 saylı mobil nömrəsinə «Məni boşdu çıxardirsan borcu verməmiş diyirsən gətir hardan gətirim Galdı ki sənə didim ki 50g yerinə 500 m verim əlinə maya sal razılaşmadın məndə verdim öz mayasına ki qalxasan sən neynədin məni pis vəzyətdə qoydun qazancımı verdim sənin yerinəündi hərəkətdən danişırsan Pulu olanın balası ölsün malida nisyə alıram dosdara inanıb verirəm», xx.xx.2020-ci il tarixdə saat 13:39-da +**********87 saylı mobil nömrəsinə «Rufata 5 kola 1 pati ver geliH 14.xx.xx.2020-ci il tarixdə saat 12:11-də +**********00 saylı mobil nömrəsinə «Ürəyim 5 dənə kola 1 dənə pati hazırla. 5 kolanı bir bir elə başa Dusdum kim gelecey Samirdi kolanın çəkisin düzəlt o çəkiyə baxandı»,15.xx.xx.2020-ci il tarixdə saat 14:14-də +**********00 saylı mobil nömrəsinə «Ürəyim Rüfət gəlir 5 dənə kola çəkisin düzəlt hürməsin», xx.xx.2020-ci il tarixdə saat 14:17-də +**********87 saylı mobil nömrəsinə «3 dənə Kol a. Yarım pati. Hazırla Samir gəliK,.xx.xx.2021-ci il tarixdə saat 13:24-də +**********55 saylı mobil nömrəsinə «qaqa evdə varda qara mal 150 q var ya 22 yada 23 məndə kolanı diyirəm eybi yox ver 18». Bundan əlavə Məhkum istifadəsində olmuş +**********87 saylımobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı xx.xx.2020-ci il tarixdə saat 13:35-də +**********06 saylı mobil nömrəsindən «Gozde yigma qaqa emanederi payliyiram isdiyen oldu sebirli ol sen qalx eve nefcilerdeyem mende qalxacam pramoy size 10 denede nagdi pulu wuwe hazira sen gelirem», xx.xx.2020-ci il tarixdə saat 18:09-da +**********06 saylı mobil nömrəsindən «Ne olub qoy satilsin ki gonderim sene senin puluvu qaytarmaq ucun oz isderim qalib bilirem komeklik etin mene amma birez gozdede bu nedi bilsəydim bele götürməzdim se nden hec bu nedi Men vermeyine verim mende 7 qram mal qalib men onu versem sene serf etmiyecek ona gore deyirem qoy satim verim Qaqa satilani dunen atmisam pulun Hede 430 qalib mende 7 deneden o pulu cixardacam ona gore birez sebirli ol ki hele edim», xx.xx.2020-ci il tarixdə saat 13:09-da +**********06 saylı mobil nömrəsindən «Qaqa gah deyirsen gel apar indi deyirsən ki nagdi 100 kola pulun vercem», xx.xx.2020-ci il tarixdə saat 14:58-də +**********06 saylı mobil nömrəsindən «Elesinda hereketni camat axiwirda bura pati kakos coxwey isdiyilerda bu tez hereketi elesin Gelirsen adamlaru caxirsin emin», xx.xx.2020-ci il tarixdə saat 18:07-də +**********27 saylı mobil nömrəsindən «10 Manat verİM Mene pati versinde dinen», xx.xx.2020-ci il tarixdə saat 19:23-də +**********85 saylı mobil nömrəsi ndən «Rüstem bu ne oyundur ala, bularin biride Çekide duz deyil, 0.7-08», xx.xx.2021-ci il tarixdə saat 13:27-də +**********55 saylı mobil nömrəsindən «Axir qiymet ne deyim Kola deyirem 15 manata negd 50 dene isteyi? və s. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqs irli bilinməsini mübahisələndirmiş və ona həmin ittihamlar üzrə bəraət verilməsi haqqında tələblərini işin faktik hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Məhkum polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məru z qalması, döyülməsi ilə bağlı xüsusatlar Baş Prokurorluğun DİO-nın istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunlara nəzarət idarəsində araşdırımış, 01 sentyabr 2021-ci il tarixli qərarla (İİ cild, i.v.108-115) cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Məhkum bədəni üzərində 24.081.2021-ci il tarixə uyğun gələn hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən Məhkum istintaq təcridxanasına daxil olarkən hər hansı xəsarətinin olub-olmaması barədə sorğu verilmiş, sorğuya cavab olaraq Məhkum tibbi kartasının surəti təqdim edilmiş, Məhkum hər hansı xəsarətin olmadığı müə yyən edilmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası Məhkum ona qarşı işgəncə və təzyiqlərin tətbiq edilməsi və bu səbəbdən məcbur qalaraq cinayət əməlini törətdiyini etiraf etməsi barədəki kassasiya şikayətinin dəlillərini əsassız hesab edir, bu cür irəli sürülmüş dəlillərin özünü müdafiə xarakteri daşıması, törətdiyi cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə önə sürülmüş dəlillər olması qənaətinə gəlir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırıl masında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsind ə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instan siyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhk əməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində xx.xx.2011-ci il təvəllüdlü Nihad adlı bir övladının olması) və ağırlaşdıran (əməlində cinayətlərin təhlükəli residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Məhkum Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-cİ maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Qaradağ rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhruketmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizamİ rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 10 (on) ay 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, 27 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apell yasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, Məhkum kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1415/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1415/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver