Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1415/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X10 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X10 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbayc an Respublikası CM-in və ya CM-in) 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-1123/2023 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X6 7 mart 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb Meydanı küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayır.
2. Bəraət almı ş şəxs X4 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 32,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, Namiq Quliyev küçəsi, Bibiheybət məscidi yaxınlağına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 iyun 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn Hüseynov saat 20.10da qeyd olunan ünvanda saxlanılaraq ünvan 1otiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli pul k isənin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 8,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb Meydanı küçəsinin kəsişdiyi yerə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hüse yn Hüseynov saat 16.00 radələrində qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X11 və X12 ibarət məhkəmə təkibində) 22 iyun 2021-ci il tarixli, 1(101)-389/2023 nömrəli hökmü ilə X1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətinin törədilməsində təqsirli bilinməsi və ona həm in maddə ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 9 iyun 2020-ci il tarixdən 11 iyun 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 8 iyul 2020-ci il tarixdən hesablanması ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum X1 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikay əti verilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünü ləğv edib, X4 bəraət verilməsinə dair qərar çıxarılması xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X15 və X16 ibarət məhkəmə tərkibində) 25 yanvar 2022-ci il tarixli, 1(103)-62/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(101)389/2021 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
6. Apellyasiya instansiyası məhkəmə sinin həmin qərarından X1 müdafiəçisi Müdafiəçi2 tərəfindən kasassiya şikayəti verilərək, Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(103)62/2022 saylı qərarının ləğv edilməsini, X1 törədilmiş cinayətə aidiyyəti olmadığından bəraət verici əsaslarla cinayət işinə xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və X8 ibarət məhkəmə tərkibində) 15 dekabr 2022-ci il tarixli, 1(102)-1756/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kasassiya şikayətinin qismən təmin edilməsi, X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(103)-62/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin ediliməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X9 (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət məhkəmə tərkibində) 29 noyabr 2023-cü il tarixli, 1(103)1123/2023 nömrəli hökmü ilə apellyasiya şikayətinin təmin edilməsi, X1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(101)-389/2021 nömrəli hökmünün ləğv edilməsi, X4 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, barəsin də seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalından dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X4 izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-1123/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
10. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olması kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq X1 özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-1123/2023 nömrəli hökmü ilə məhkəmə subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir.
11. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)1123/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
13. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət i ttihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X6 və onun müdafiəçisi Müdafiəçi2 kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X1 Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-1123/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
22. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prose ssual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
23. CPM-in 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir.
24. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
26. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
28. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nət icəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
29. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
30. Dövlət ittihamçısının kassasiya protestində X1 izahat və ifadələrinə, onun üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin (32,201 qram) və beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə psixotrop maddə metamfetaminin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 9 iyun və 8 iyul 2020-ci il tarixli protokollara, həmin tədbirlər nəticə sində götürülmüş maddi sübutlara (narkotik vasitə və psixotrop maddə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, eləcə də məhkəmə ekspertizalarının rəylərinə istinad edərək, X1 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tam sübut olunduğunu iddia etmişdir ki, bu da müraciət müəllifinin adları çəkilən şəxsə qeyd olunan maddələr ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir.
31. Dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya protestində gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq e dib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
32. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və ape llyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
34. Odur ki, kassasiya kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa v ə kassasiya protestinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 14 4-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
36. Apellyasiya instansiya məhkəməsinin X1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi haqqında qənaəti X1 özünün verdiyi məlumatlarla yanaşı, həmin məlumatların həqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən bəraət almış şəxs X1 istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış danışıqların statistik açıqlamaları, şahid qismində dindirilən Şahid1, Şahid3, Şahid5, Şahid4, Şahid6, Şahid7 ifadələrinə, məhkəmənarkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəylərinə və digər sənədlərə əsaslanmışlar.
37. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun hökmündə ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
38. X1 verdiyi məlumatların həqiqil iyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
39. Belə olan halda, X4 bəraət verilməsinə dair apellyasiya instansiya məhkəməsinin hökmü qanunsuz və əsassız məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
40. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yo l verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
41. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə isə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X1 barəsində olan 29 noyabr 2023-cü il tarixli, 1(103)-1123/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-1123/2023 nömrəli hökmü Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.