Məhkəmə qərarları › İş №1(102)-1415/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1415/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1415/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, onun müdafiəçisi Müdafiəçi4, məhkum X3 müdafiəçisi Müdafiəçi1 iştirakları i lə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli 1(106)-17/2024 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən və məruzəçi), Aqil Musayev və Müşfiq Məmmədov) 17 mart 2023-cü il tarixli 1(099)-11/2023 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X4 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı olan başqa bir şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxile dilən 16370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2515 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 1280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının alt hissəsinə iki ədəd çantanın içərisində qablaşdırılmış vəziyyətdə yerləşdirib bu barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Rövşən Quliyevə məlumat verdikdən sonra Rövşən Quliyev külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışları Təqsirləndirilən şəxs2 və Məhkum ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş razılığa əsasən 26 avqust 2021-ci il tarixə keçən gecə Məhkum məxsus “Kia Rio” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının yaxınlığına gedib şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 16370 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd çantanı cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib qrupun digər üzvü Məhkum məxsus “Kia Rio” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən Quliyevin xalası Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşə n evə daşıyıb həyətdə olan anbarda gizlətdikdən sonra Rövşən Quliyev əldə etdikləri külli miqdarda narkotik vasitə heroinin 45 qramını bir bükümdə qablaşdırıb satış məqsədi ilə üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Rövşən Quliyev, Təqsirləndirilən şəxs2 və Məhkum 27 avqust 2021-ci il tarixdə saat 08:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4 Beyləqan Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda 45 qram çəkidə narkotik vasitə heroin Rövşən Quliyevin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. B aş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2021-ci il tarixdə saat 13:00-da Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən evə X5, Təqsirləndirilən şəxs2 və Məhkum iştirakı ilə baxış keçirilərkən evin arxa tərəfində yerləşən anbardan külli miqdarda 16325 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1010 qram, 1045 qram, 750 qram, 1010 qram, 600 qram, 1065 qram, 550 qram, 220 qram, 1020 qram, 345 qram, 110 qram, 260 qram, 155 qram, 1020 qram, 1025 qram, 90 qram, 1030 qram, 370 qram, 1050 qram, 1030 qram, 520 qram, 1035 qram olmaqla bir ədəd şəffaf sellofan torbadakı iyirmi üç ədəd sellofan bükümün içərisində, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 875 qram, 790 qram, 850 qram ol maqla bir ədəd göy rəngli sellofan torbadakı üç ədəd polietilen bağlamada, külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 265 qram, 85 qram, 90 qram, 360 qram, 220 qram, 180 qram və 80 qram olmaqla bir ədəd parça torbadakı yeddi ədəd sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Yaşar Həşimov) 18 aprel 2024-cü il tarixli 1(106)-17/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023cü il tarixli 1(099)-11/2023 nömrəli hökmü Məhkum aid hissədə Məhkum cinayət əməli CM-in 32.5,234.4.1 və 32.5,234.4.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 kassasiya şikayətləri verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli 1(106)-17/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli 1(106)-17/2024 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması 18 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılarkən prosesdə iştir ak etmiş Məhkum məhkəməyə müraciət edərək bildirmişdir ki, müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürür və məhkəmədən xahiş etmişdir ki, kassasiya şikayətləri məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum xahişi təmin edilməli, onun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinin baxılmasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü ma ddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum xahişi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli 1(106)-17/2024 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi6 kassasiya şikayətlərinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar