Məhkəmə qərarları › İş №1(102)-1416/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1416/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1416/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 və onun müdafiəçisi, “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Əsədov Samir Ağaəli oğlunun iştirakları ilə ** ****** 1988-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, həbs olunana dək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış,hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və F.A.Qəribov) Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi üzrə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 18 sentyabr 2020-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş dir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum2 müdafiəçisi və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və Z.B.Babayev) məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, məhkum edilmiş şəxs Məhkum1 apellyasiya şikayəti təmin olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair 12 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum 1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 15 (on beş) il müddətə və Məhkum2 təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 14 (on dörd) il 06 (altı) ay müddətə endirilmişdir. İşin halları: İbtidai istintaq orqanının Məhkum2 ilə bağlı gəldiyi nəticəyə görə, Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 2020-ci ilin sentyabr ayının əvvəllərində Rəsul adlı İran İslam Respublikasının ərazisində yaşayan şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr sayılan heroini, metadonu, tiryəki, qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan preqabalini İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına gətirilməsi və sonradan satılması barədə razılığa gəlmişlər. Rəsul adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxs 2020-ci ilin sentyabr ayında külli miqdarda 19736,04 qram çəkidə narkotik vasitə sayılan heroini, külli miqdarda 104,44 qram çəkidə narkotik vasitə sayılan metadonu, külli miqdarda 3788,18 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuananı, külli miqdarda 10149,75 qram çəkidə narkotik vasitə sayılan tiryəki, külli miqdarda 19786,10 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdarda 75 qram çəkidə gü clü təsir edən maddə olan preqabalini qanunsuz olaraq əldə edib İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər vasitəsi ilə daşınıb keçirilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində gizlədilməsini təşkil etdikdən sonra 17 sentyabr 2020-ci il tarixdə bir neçə dəfə Məhkum1la “Whatsapp” mobil proqram təminatı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri götürməyi bildirib onların gizlədildiyi yerin fotoşəkillərini sonuncuya göndərmişdir. Məhkum1 X10 adlı şəxslə aralarında olan ümumi cinayətkar niyyətin reallaşdırılması məqsədi ilə həmin gün tanışı Məhkum2 ilə görüşərək 100 manat müqabilində narkotik vasitələ r, psixotorop və güclü təsir edən maddələri birlikdə əldə etmək və yaşadığı ünvana daşımaq barədə sonuncu ilə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 sentyabr 2020-ci il tarixdə, təxminən saat 00:30-da Məhkum2 idarə etdiyi «Mersedes Benz» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Bakı-Pirşağı dəmir yolu xəttinə gələrək sonuncu ilə əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq X10 adlı şəxsin bildirdiyi yerdən içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan üç ədəd sintetik materialdan hazırlanmış kisələri əldə edib Məhkum2 onu gözlədiyi avtomobil istiqamətində daşıyarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyata xtarış tədbirləri zamanı saxlanılmışdır. Aşkar olunmuş 3 (üç) ədəd kisələrə keçirilmiş baxış zamanı müxtəlif bağlamalarda qrupa məxsus külli miqdarda 19736,04 qram çəkidə narkotik vasitə sayılan heroin, külli miqdarda 104,44 qram çəkidə narkotik vasitə sayılan metadon, külli miqdarda 3788,18 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuana, külli miqdarda 10149,75 qram çəkidə narkotik vasitə sayılan tiryək, külli miqdarda 19786,10 qram çəkidə psixotrop maddə olan metamfetamin və külli miqdarda 75 qram çəkidə güclü təsir edən maddə olan preqabalin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum2 haqqında ibtidai araşdırma kobud qanun pozuntuları ilə aparılmasına baxmayaraq birinci və apellyasiya instansiyaları məhkəmələri yol verilmiş qanun pozuntularına qarşı heç bir tədbir görməmiş, müdafiə tərəfinin vəsatətləri təmin olunmamış, nəticədə Məhkum2 yolverilməz sübutlar əsasında ağır cinayəti törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 ittiham olunduğu cinayət əməlində təqsirini müəyyən edən heç bir sübutun müəyyən olunmamış, həmçinin ona kifayət qədər ağır cəza verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaq əli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2 və müdafiəçi S.Əsədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhk əmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum2 məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara i stinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 barəsində CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş şikayətdə ona istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Resp ublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM- in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti o lan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarınd a göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əs as Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərin ə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum2 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəf indən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən, həmçinin verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlillərinin eyni olması və apelyasiya instansiyası məhkəməsinin qərarında bşikayətlərlə bağlı ətraflı şərh verilməsi səbəbindən məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası qısa olaraq qeyd edir ki, Məhkum2 elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış, iş üzrə Şahid ifadəsi, “baxış keçirilməsi haqqında” 18 sentyabr 2020-ci il tarixli protokol, “mobil telefona baxış keçirilməsi haqqında” 06 dekabr 2020-ci il tarixli protokol, “maddi sübut kimi tanınma haqqında” 19 fevral 2021-ci il tarixli qərar, məhkəmə-bioloji ekspertizasının 21 oktyabr 2020-ci il tarixli, 7/678 saylı rəyi, 23 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 6/2017 saylı ekspertiza rəyi, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla Məhkum2 elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prek ursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəz ərə almamış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəməl ərə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüng ülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya o nların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdə n inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum2 cavan olması, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə məhkum olunması və yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi aşağı instansiya məhkəmələri tərəfindən qiymətləndirilmiş, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında və birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan hallar sadalansa da, Məhkum2 münasibətdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməyə görə həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddi olan 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə c əzasına yaxın həddə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun cinayətin törədilməsində rolunu, yəni cinayətin törədilməsində mühüm rol oynamamasını kifayət qədər nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplər inə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu nun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (ön bir) ildən 10 (on) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Məhkum2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar