Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1416/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 1(107)-134/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), Bilal Məmmədov və Xaliq Məmmədovdan ibarət tərkibdə) 07 fevral 2023-cü il tarixli, 1(091)-83/2023 nömrəli hökmü ilə 30 avqust 1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdaş rayonu Qarağan Şıxlar kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (sək kiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, Məhkum barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermişdir Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədovdan ibarət tərkibdə) 2023-cü il 4 aprel tarixli 1(107)-134/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 1(091)-83/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə, külli miqdarda, yəni 310,881 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 12:02-dən saat 12:13- dək ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının bel hissəsindən 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 310,881 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop mad də metamfetamin aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətində onun ittiham oldunduğu CM-in 234.4.3-cü maddəsinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və cəza müddətinin sanksiya həddində azaldımasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 04 aprel tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum özünün qanunsuz məhkum olunmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri o laraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun qərarlarından da göründüyü kimi, məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmin sübutları təkrarlamayaraq ittihamı təsdiq edən həmin sübutların mötəbərliyini qəbul edir və məhkəmələrin həmin sübutlarla bağlı mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cəza məhkum tərəfindən törədilmiş cinayət əməlinin ic timai təhlükəlilk dərəcəsi və xarakteri, eləcə də məhkumun şəxsiyyəti nəzərə alınmaqla təyin edilmiş, qanuni, əsaslı və ədalətli cəzadır və həmin cəzanın növünün və həddinin dəyişdirilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 1(091)-83/2023 nömrəl i hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 1(107)-134/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1416/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1416/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver