Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1417/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli hökmündən məhkum və müdafiəçisi X2 tərəfindən birgə verilmiş kassasiya şikayəti əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağcabədi Rayon Məhkəməsinin (hakim: X13) 10 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1977-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Ağcabədi şəhərində qeydiyyatda olan və orada yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməklə cəzasının əvvəli 10 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər: X26 (sədrlik edən və məruzəçi), X23 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi X2 və zərərçəkmiş şəxs X20 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum Ağcabədi rayonu, T.İsmayılov küçəsində X14 məxsus “Avşar İnşaat” tikinti materialları mağazasında satıcı işlədiyi dövrdə 2016-2018-ci illər ərzində mal satışının əks olunduğu qeydiyyat dəftərindəki uçot məlumatlarını saxtalaşdıraraq, yəni mağazanın satış dəftərində müxtəlif şəxslərin adına qeydlər aparmaqla guya göstərilən şəxslərin mağazadan həmin məbləğlərdə nisyə qaydada mal almaları görüntüsünü yaradıb satışdan əldə olunan və ona etibar edilmiş 45634 (qırx beş min altı yüz otuz dörd) manat məbləğində xeyli miqdarda nağd pul vəsaitini müxtəlif vaxtlarda vahid niyyətlə mənimsəyərək talamışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli hökmündən məhkum və müdafiəçisi X2 birgə kassasiya şikayəti verərək qeyd etmişdirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin l(106)-82/2021 nömrəli 14 aprel 2021-ci il tarixli qərarının qanunsuz və əsassız olmuş, müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tətbiqindən əsasız olaraq imtina etm əklə Azərbaycan Respublikası CPM-nin 416.0.1, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını «yolverilməz sübutlar təşkil etməklə CPM-nin 416.0.3, cinayət tərkibinin əlamətlər olmadan qərar çıxarılmaqla CPM-nin 416.0.6 -cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə Məhkum mağazadan götürdüyü inşaat materiallarının dəyəri ilə birlikdə 4200 manat məbləğində pul vəsaitini götürməsini şəxsin qismən etirafedici ifadəsi kimi qiymətləndirmişdir. Halbuki, hamıya bəllidir ki,şəxsin, xüsusilə də ailəni dolandırmaq vəzifəsi üzərində olan bir şəxsin sözügedən vaxtda ayı 150 manat əmək haqqı məbləğinə mağazada satıcı işləməsi mümkün deyildir. Məhkum ifadəsində həmin inşaat materiallarını və pulu 2016-cı ilin oktyabr ayından 2018-ci ilin avqust ayınadək olan dövrdə, hər ay ona ödənilməli olan 10.5 00 (on min beş yüz) manat təşkil edən 21 aylıq əmək haqqının yerinə ABCə bildirməklə götürdüyünü, ABCin pulun qalan hissəsini borclu qaldığını,2018-ci ilin avqust ayında müalicəyə gedəkən ona çatası məbləğin qalan hissəsini ondan istəsə də ABCin pulu vermədiyini göstərmişdir. İstintaq zamanı Məhkum göstərmiş olduğu həmin xüsusatlar zərər çəkmiş şəxs qismində dindirilmiş ABC və mağazada fəhlə kimi işləyən X4 və X18 tərəfindən təkzib edilmədiyi halda, məhkəmə Məhkum ifadəsini əsassız olaraq qismən etirafedici ifadəsi kimi qiymətləndirmişdir.Bu da CPM-nin 21-ci maddəsinin (təqsirsizlik prezumpsiyası) 144-146-cı maddələrinin tələblərinə ziddir. Bundan əlavə, Məhkum barəsində ittiham hökmünün çıxarılmasına rəsmi sənədlər deyil, heç bir sübut əhəmiyyəti daşımayan "üzərində "MANUSCRİPT BOOK"2016 2017 2018 sözləri" yazılmış, icrası Məhkum tərəfindən həyata keçirilən cəmi 105 nəfər nisyə mal götürən şəxslərin adma cəmi 45634 (qırx beş min altı yüz otuz dörd ) manat məbləğin yazılması, həmin şəxslərin adlarının qarşısında olan borclarm silinməməsi ittihamın əsası kimi qəbul edilib sübut kimi qiymətləndirsə də, Apellyasiya məhkəməsinin qərarında həmin sənədlərə sübut kimi istinad edilmədiyi halda, sonda Birinci instansiya məhkəməsinin hökmünün öz qüvvəsində saxlanılması barədə qərar qəbul edilmişdir. Müdafiə tərəfi həmçinin qeyd etmişdir ki, Məhkum 2016-a ilin mart ayından 2018-ci ilin avqust ayınadək dövrdə "Avşar İnşaat " tikinti materialları mağazasında işlədiyi dövrdə ittihamda göstərilən məbləğdə olan mənimsəmə cinayəti törətməsini sübuta yetirmək üçün 01.03.2016-ct ildə Məhkum m ağazanı qəbul edərkən mağazanın qalıq dövriyyəsi müəyyən olunmalı idi. Mənimsəmə faktı həmin vaxtdan sonra mağazaya daxil olan malların qaimə sənədləri əsasında aparılmalı, mağazaya daxil olan mallar, mağazanın satış dövriyyəsi müəyyən edilməli, eyni zamanda şəxsin ittiham olunduğu pul vəsaitini, mağazadakı hansı tikinti materialının kimə, hansı ölçüdə və çəkidə, hansı vaxtda satışından əldə etməsi müəyyənləşdirilməli, həmin materialları alan şəxslər müəyyən edilərək məhkəmə istintaqı zamanı dindirilməli idi. Lakin nə ibtidai istintaq zamanı, nə də birinci məhkəmə instansiyasında aparılan məhkəmə baxışı, nə də ki, Şirvan Apellyasiya məhkəməsində keçirilən məhkəmə baxışında bu istiqamətdə heç bir istintaq hərəkəti aparılmamışdır. Bundan əlavə, işin hallarının tam, obyektiv, hərtərəfli ara şdırılmasım təmin etmək üçün mağazanın həqiqi sahibinin kim olmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki, ABC mağazanın həqiqi sahibi olmayacağı təqdirdə ona faktiki olaraq ziyan vurulmur, eyni zamanda mağazada çatışmayan vəsaitin onun özü yalandan Məhkum barəsində hüquq mühafizə orqanlarına şikayət etməsi istisna olunmur. Odur ki, mağazam içərisindəki mallarla birlikdə aldığım iddia edən ABCdən rəsmi sənədi (alqı-satqı müqaviləsi ) və yaxud ABCin mağazam işlətməsinə səbəb olan digər müqaviləni istintaqına təqdim olunması, bununla bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi təmin təmin etmək barədə vəsatət verilsə də apelyasiya məhkəməsi həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, ibtidai istintaqda və Birinci instan siya məhkəməsində göstərilən istintaq hərəkətlərinin keçirilmədiyini nəzərə alaraq, Apellyasiya məhkəməsində keçiriən məhkəmə baxışı zamanı həmin istintaq hərəkətlərinin keçirilməsi təmin təmin etmək barədə vəsatət verilsə də Apellyasiya məhkəməsi həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. Hətta, cinayət işində olan sənədlərdən görünür ki, ibtidai istintaq orqanı "Avşar inşaat" tikinti materiallarının satışı mağazasında mal-materialın mədaxil və məxaricinə dair qaimələri və digər uçot sənədlərini müvafiq qaydada götürərək iş üzrə mütəxəssis qismində dəvət olunmuş Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən mühasib xidməti mərkəzinin rəhbəri X12 təqdim etmiş, onun tərəfindən rəydə göstərilmişdir ki, təqdim olunan ilkin mühasibat sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tər əfindən təsdiq edilmiş mühasibat uçotu qaydalarına uyğun tərtib edilməmiş, maddi -məsul Məhkum malların qəbulu qaimələrində (nömrəsi olmayan və lisenziyalı mətbəədə çap olunmamış) təhvil verən və təhfil alan şəxs kimi imzası öz əksini tapmamışdır.Təqdim olunan malların uçotu hesabatının kim tərəfindən tərtib olunduğu öz əksini tapmamış,yəni imza ilə təsdiq olunmamışdır. Nağd pul vəsaitləri xəzinə kitabında aparılmadığmdan mənimsəməni aydınlaşdırmaq mümkün deyil.Ona görə də mənimsənilən məbləği müəyyən etmək mümkün olmadığından, sənədlər geri qaytarılır. Bununla yanaşı, təqsiri olmayan bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi bir yana qalsın, hətta ona istinad edilmiş əməli törətmiş olsa belə Aİsmayılova təyin edilən cəzanı ədalətli hesab etmək olmaz. Belə ki, Cinayət Məcəlləsinin 58- ci maddəsində cəza təyin etmənin aşağıdakı ümumi əsaslan göstərilmişdir. Təqsirləndirüən şəxs Məhkum şəxsiyyətini səciyyələndirən hallar kimi müəyyən edilmişdir ki, o, xx xxxxxx 1977-ci il təvəllüdlü olmaqla, əvvəllər məhkumluğu olmamış, himayəsində 1 nəfər yetkinlik yaşma çatmayan uşağı vardır. Diqqət çəkən məqamlardan biri də budur ki, Məhkum bu xəstəliyə 6 yaşından tutulmuş, onda olan əzələ distofiyası, keçirilmiş kəllə beyin travmasmm davamı olaraq qalıq əlamətləri, proqressiv əzələ distofiyası, Erb forma diaqnozu ilə ona Tibbi Sosial Ekspert Komissiyasmm rəyinə əsasən ona İ dərəcəli müddətsiz əlülik təyin edilmişdir. Məhkum hər iki ayaqları 6 yaşından şikəst olmaqla müstəqü hərəkət etmək qabiliyyətində deyildir. A.İsmayılvun xəstəlikləri bununla bitmir. Belə ki, müdafiə tərəfinin Apel lyasiya məhkəməsinə təqdim etdiyi A.İsmayıovun barəsində olan Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanasının Epikriz XT № 13866 -dən göstərilmişdir ki, o,24.09.2018-ci ildən 03.10.2020-d il tarixədək stasionar, 05.04.2019-cu ildən 15.09.2019-cu il tarixədək isə ambulator müalicədə olmuşdur. Bundan əlavə, həmin sənədlərdə Məhkum ürəyinin sol mədəciyinin hipertirofiyası, arakəsmə,bzirvə və yan divarlarmda çapıq,və sair xəstəliklər olduğu, qeyd olunan sənədlərdə xəstənin yaşadığı əzrazidə nevroloqun və kardioloqun nəzarətində olması, xəstənin kənar şəxsin köməyinə ehtiyacı olduğu göstərilmişdir. Eyni zamanda işin Apelyasiya baxışı dövründə də Məhkum ürəyində olan həmin xəstəliklərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar müalicə müəssisəsində müalicə olunduğu qeyd olunur. Bundan əlavə, CM-nin 58.3-cü maddəsinə əsasən Məhkum cəza təyin edərkən onun onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Belə ki, Məhkum ailənin yeganə qazanc gətirən üzvü olmaqla, arvadı və üç övladı onun himayəsində olmuş, övladlarından biri yetkinlik yaşına çatmamış, digər iki övladı isə hazırda ödənişli ali təhsil almaqla valideyn köməyinə ehtiyacı vardır. Məhkəmə isə Məhkum cəza təyin edərkən onun ittiham olunduğu maddənin sanksiyasında həbslə əlaqədar olmayan alternativ cəza olduğu, onun əməlində ağırlaşdırıcı hallar olmadığı, yaşadığı yerdən müsbət xarakterizə olunmaqla, əvvəllər məhkum olunmamasını, himayəsində 1 azyaşlı uşağınm olmasını, ı qrup əlil olmasını guya nəzərə alaraq ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Hal buki, nə birinci instansiya, nə də ki, Apellyasiya məhkəməsində şəxsə istinad edilən cinayət əməli sübuta yetmədiyi halda, onun xəstəliyi, ağır ailə şəraitini nəzərə almadan ona ağır cəza verməklə sanki məhkəmə məhkumu islah etmək deyil, ondan qisas almaq məqsədi güdmüşdür. Müdafiə tərəfi qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxsin müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr tərəfindən kifayət qədər araşdırılma aparılmadan Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsu siyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətm əkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X19rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəm ə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X16 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmət in həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulması na yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzr ə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda yenidən təkrarlamağı zəruri hesab etmir və qeyd etmək istəyir ki, cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətində cəzanın ağırlığına dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumla rı islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habe lə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məh kəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cina yətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyi n edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhə miyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət ə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma ağır cəza təyin etmişdir Belə ki, iş materiallarından görünür ki, X8 yaşadığı yer üzrə müsbət xarakterizə olunur, himayəsində yetkinlik yaşına çatmayan övladı var, birinci dərəcəli əlildir. Birinci instansiya məhkəməsi qeyd olunan halları məhkumun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etsə də, cəza təyini zamanı bunu nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayə t qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “X9rşı iş üzrə” 16 fevral 2010-cu il t arixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən h alları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları və məhkumun barəsində olan yüngülləşdirici halları nəzərə almayaraq CM-nin 60-cı maddəsinə əsasən qanunda nəzərdə tutulan ən yüksək həddə cəza təyin etmişdir Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublika sı CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir.. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddə sinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 1 (bir) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla Məhkum Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Məhkum üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkum üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə si qoyulsun. Məhkum cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1417/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1417/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver