Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1417/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 26 yanvar 2022-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) 1(008)82/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küç., 155/1-də qeydiyyatda olan və orada yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3cü maddələri təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı şəhəri Niza mi Rayon Məhkəməsinin 1(007)-3/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 fevral 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə tanışı Məhkum1 ilə onun oğurluq etmək barədə təklifi ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 iyun 2019-cu il tarixdə, ge cə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi «Nihat» marketin qarşısına gəlib, dükanın plastik qapısının kilidini sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq bir qutusu 3 manat 60 qəpik olan 150 ədəd «Sobranie» siqareti, 1 qutusu 3 manat 40 qəpik olan cəmi 50 ədəd «Kent» markalı siqareti, 1 qutusu 2 manat 30 qəpik olan cəmi 50 ədəd «Winçestr» markalı siqareti, 1 qutusu 3 manat 40 qəpik olan cəmi 50 ədəd «Winston» markalı siqareti, 1 qutusu 2 manat olan cəmi 100 ədəd «Want» markalı siqareti, 1 qutusu 1 manat olan cəmi 5 ədəd «Prima» markalı siqareti, 200 manat dəyərində qarışıq növ kişi geyimləri, 500 manat dəyərində müxtəlif növ spirtli-spirtsiz içkilər, 300 manat dəyərində «Flaqman» firmasına məxsus qarışıq növ kolbasa-sosiska yeyinti məhsulları, 300 manat nağd pulu kassadan gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2.500 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən), Əli Seyfəliyev və Qədim Babayev) 1(103)-198/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum2 münasibətdə cəzaya aid hissəsində dəyişdirilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il 1 1 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, onun üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Məhkum2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi ona cəza təyin edərkən daha öncə məhkuma cəza təyin etmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünün qanuni qüvvəsini nəzərə almamışdır. Belə ki, məhkum özünü qismən təqsirli hesab etdiyini, CM-in 59.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həbsdə olarkən atasını itirdiyini, bunun ailə vəziyyətinə - anası, himayəsində olan iki azyaşlı bacılarının həyat şəraitinə təsir göstərməsini məhkəmələr tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Həmçinin məhkum oğurluq etdiyi saxlanc yerindən oğurladığı qarışıq növlərin miqdarı 500 manat olsa da, saxta materiallarla birgə həmin növlər 2500 manat civarında dəyərləndirilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübu tlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X2 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi m übahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq ed ilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb, cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası daxilində Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini də diqqətə almaqla, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və hökmlə təyin olunmuş cəza Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-3/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaqla sonuncunun üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2021-ci tarixli, 1(103)-1815/2021 nömrəli qərarı ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2021- ci il tarixli, 1(007)-3/2021 nömrəli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş və Məhkum2 həmin hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə endirilmişdir. Göründüyü kimi, Sabunçu Rayon Məhkəməsi Məhkum2 sonuncunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 65.2-ci maddəsinin tələblərinə əməl etsə də, Məhkum2 cinayətlərin məcmusu üzrə (CM 66.5) qəti cəza təyin edərkən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkum2 çıxarılmış 17 mart 2021-ci il tarixli hökmün qanuni qüvvəsini almasını gözləmədən məhkuma qəti cəza təyin etmişdir. Apelyasiya instansiyası məhkəməsi Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 təyin olunmuş 3 il 6 ay (CM 177.2.1 və 177.2.3-cü) müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2021-ci tarixli qərarı ilə təyin olunmuş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, qəti cəza həddi müəyyən olunmaqla hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, məhkə mə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsində cəz a təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə əhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassəzdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsində qərarının l əğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum2 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzr ə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1417/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1417/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver