Məhkəmə qərarları › İş №1(102)-1417/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1417/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1417/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), ), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarında n Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal Ağayev və Səbuhi Hüseynov) 1(101)-1675/2021 nömrəli 01 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Zərərlərin tənzinlənməsi idarəsində mütəxəssis vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Gənclər şəhərciyində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2 və 271.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 271.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət nəzərə alınmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və təkrarən ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə burada saxlanılan kompüter məlumatlarını ələ keçir mək niyyəti ilə qəsdən daxil olmuşdur. Belə ki, o, 03 iyun 2019-cu il tarixdən 18 oktyabr 2019-cu il tarixədək ünvan 3 ünvanda yerləşən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin zərərlərin tənzinlənməsi idarəsində mütəxəssis vəzifəsində işlədiyi dövr ərzində informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədilə ictimai əhəmiyyətli infrastruktur obyekti hesab olunan "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla idarənin mütəxəssisi Şahid10 tərəfindən istifadə olunan kompüter sisteminə sonuncunun sistemə daxil olma ad və şifrəsini gizli yolla əldə etməklə yerləşdirib qəsdən daxil olaraq, burada saxlanılan kompüter məlumatlarını ələ keçirib, həmin sistem vasitəsilə əvvəllər baş vermiş yol nəqliyyat hadisələri üzr ə toplanmış sənədləri ölümlə nəticələnən yol-nəqliyyat hadisələri kimi dəyişdirərək qeyd olunan sənədləri əvvəlcə yoxlanılması üçün idarənin aparıcı mütəxəssisi Şahid11 sisteminə yönləndirdikdən sonra gizli yolla Şahid11 sistemə daxil olma ad və şifrəsini əldə edib, təkrarən həmin sistemə qəsdən daxil olaraq burada saxlanılan kompüter məlumatlarını ələ keçirib, məlumatlarını dəyişdirdiyi sənədlər üzrə yol-nəqliyyat hadisələri nəticəsində ölmüş şəxslərin adına veriləcək məbləği təsdiq edərək, həmin sənədləri sistem vasitəsilə idarənin hüquqi ekspertlərinin sisteminə yönləndirmiş, daha sonra isə hüquqi ekspertlər şöbəsinin müdiri vəzifəsində işləyən Şahid12 sistemə daxil olma ad və şifrəsini gizli yolla əldə edib, təkrarən həmin sistemə qəsdən daxil olmaqla burada saxlanılan kompüter məlumat larını ələ keçirib toplanmış sənədlərin əsaslılığını və qanunamüvafiq toplanıldığını təsdiqləyərək, idarə rəisinin sisteminə yönləndirməklə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təqdim olunması üçün ona verilmiş bir istifadəlik plastik bank kartlarının hesabına köçürülməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə 14 avqust 2019-cu il tarixli 7977 saylı ödəniş tapşırığına əsasən X18 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X19 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən 5000 manat, 20 avqust 2019-cu il tarixli 8150 saylı ödəniş tapşırığına əsasən X4 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X5 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən 5000 manat, 23 sentyabr 2019-cu il tarixli 9362 saylı ödəniş tapşırığına əsasən X 22 törətdiyi yol nəqliyyat hadisəsi zamanı X23 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən 5000 manat, 25 sentyabr 2019-cu il tarixli 9454 saylı ödəniş tapşırığına əsasən Şahid8 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X6 vəfat etməsi ilə bağlı, Şahid5 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X25 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 01 oktyabr 2019cu il tarixli 9620 saylı ödəniş tapşırığına əsasən Şahid4 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X14 vəfat etməsi ilə bağlı, Şahid8 törətdiyi yol nəqliyyat hadisəsi zamanı X7 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 03 oktyabr 2019-cu il tarixli 9682 saylı ödən iş tapşırığına əsasən Şahid2 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X8 vəfat etməsi ilə bağlı, X3 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X15 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 07 oktyabr 2019-cu il tarixli 9786 saylı ödəniş tapşırığına əsasən X1 törətdiyi yolnəqliyyat hadisəsi zamanı X2 vəfat etməsi ilə bağlı, Şahid6 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X16 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 09 oktyabr 2019-cu il tarixli 9919 saylı ödəniş tapşırığına əsasən Şahid1 və Şahid7 törətdikləri yol-nəqliyyat hadisəsi zamanı X10 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər şəxsə 5000 manat olma qla, ümumilikdə 10000 manat, 17 oktyabr 2019-cu il tarixli 10178 saylı ödəniş tapşırığına əsasən X17 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X11 vəfat etməsi ilə bağlı, X9 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X12 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat pulu Bakı şəhəri ərazisində yerləşən müxtəlif ATM-lərdə nəğdləşdirməklə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 75000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 1(103)-420/2022 nömrəli 16 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağı r Cinayətlər Məhkəməsinin 1(101)-1675/2021 nömrəli 01 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 19 iyul 2023cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, yəni, 17 iyul 2023-cü il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 41 4.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 16 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar