Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1418/2021 05.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Muradlı Elşad Elxan oğlu 03 iyun 1995-ci il tarixdə Füzuli rayonu Mahmudlu-2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Mahmudlu-2 kəndində qeydiyyatda olan.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-494/2020 saylı, 01 dekabr 2020-ci il tarixli hökmü ilə Muradlı Elşad Elxan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 120.2.3 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə 16 (on al tı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin ediləsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Muradlı Elşad Elxan oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 iyul 2020-ci ildən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-494/2020 saylı 01 dekabr 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Muradlı Elşad Elxan oğlu nun müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Muradlı Elşad Elxan oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Muradlı Elşad Elxan oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.3 və 221.2.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-494/2020 saylı 01 dekabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Muradlı Elşad Elxan oğluna Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə təyin edilmiş 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Muradlı Elşad Elxan oğluna qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarından məhkum Muradlı Elşad Elxan oğlunun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar
6. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Muradlı Elşad Elxan oğlu barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021- ci il tarixli qərarının ləğv edilib, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə bəraət verilməsini, Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilməsini, cəzanı yüngülləşdirici halları nəzərə almaqla həmin maddənin sanksiyası həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
8. İş kassasiya instansiya məhkəməsində baxılanadək, məhkum Muradlı Elşad Elxan oğlu cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 07 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. III. Hüquqi məsə lələr
9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
10. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Muradlı Elşad Elxan oğlunun kassasiya şikayətinin geri götürülməsi ba rədə ərizəsini nəzərə alıb, verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb, belə nəticəyə gəlir ki, məhkum Muradlı Elşad Elxan oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Muradlı Elşad Elxan oğlunun ərizəsi təmin edilsin. Muradlı Elşad Elxan oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarından məhkumun müd afiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.