Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1418/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum - Məhkum1, Müdafiəçi - Məhkum2 müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi8 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-101/2021 nömrəli, 02 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Eldar Mikayılov, hakimlər Abasov Əliövsəd və Ağalarov Mahmud ibarət tərkibdə), xx xxxx 1979-cu ildə Saatlı rayonu, Afan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum ol unmamuş, Fizuli rayonunun Aybasanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində məskunlaşmış məcburi köçkün, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Məhkum1 CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 üzərində qəti olaraq 08 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 20 avqust 1991-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olmuş, Azərba ycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, Füzuli rayonunun Aybasanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində məskunlaşmış məcburi köçkün, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum2, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri il 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli, 1(103)-922/2021 saylı hökmü ilə (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum3 müdafiəçisi Müdafiəçi3, Məhkum2 müdafiəçisi Abiyev Elman Oruc oğlu, Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum1 qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satış məqs ədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, öz növbəsində Məhkum2 və həmçinin öz növbəsində Məhkum3 da ayrı-ayrılıqda, qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişl ər. Aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum1 İran İslam Respublikasında həmin külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayaraq daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, öz növbəsində Məhkum2 qəsdən, şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 101,152 (yüz bir tam, mində yüz əlli iki) qram heroinin ona təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, həmçinin öz növbəsində Məhkum3 da qəsdən, şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 181,046 (yüz səksən bir tam, mində qırx altı) qram heroinin ona təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum1 İran İslam Respublikasında olarkən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşından qəsdən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi külli miqdarda narkotik vasitətə olan heroindən qeyd edilən miqdarlarda Məhkum2 və Məhkum3 qəsdən qanunsuz olaraq satış məqsədilə Məhkum1 ayrı-ayrılıqda əldə edib, saxlayıb, daşımışlar. Belə ki, Məhkum1 30 mart 2019-cu il tarixdə saat 10:04 radələrində qanunla müəyyən edilmiş qay dada Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına gedib orada olarkən, həmin tarixdə qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, bundan sonra isə şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı şəxsin göstərişi ilə cinayətkar qrupun ayrı-ayrı üzvlərinə təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bi r qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum1 30 mart 2019-cu il tarixdə İran İslam Respublikasında qəsdən qanunsuz olaraq yeddi bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 646,678 (altı yüz qırx altı tam, mində altı yüz yetmiş səkkiz) qram olan heroini və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 87,406 (səksən yeddi tam, mində dörd yüz altı) qram olan metafetamini satış məqsədi ilə əldə edib, saxlayaraq, həmin bükümləri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 101,152 (üz bir tam, mində yüz əlli iki) qram heroini qadın cinsiyyət orqanında, iki bükümdə külli miqdarda psixotrop maddə təmiz halda çəkiləri 44,240 (qırx dö rd tam, mində iki yüz qırx) qram və 43,166 (qırx üç tam, mində yüz altmış altı) qram metafetamini düz bağırsağında, dörd bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkiləri 181,046 (yüz səksən bir tam, mində qırx altı) qram, 185,395 (yüz səksən beş tam, mində üç yüz doxsan beş) qram, 98,230 (doxsan səkkiz tam, mində iki yüz otuz) qram, 80,855 (səksən tam, mində səkkiz yüz əlli beş) qram heroini ayağına geyindiyi ayaqqabılarının içərisində gizlətmiş, həmin tarixdə daşıyaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə saat 16-40 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunla müəyyən edilmiş qaydada gələrkən cinsiyyət orqanında və ayağına geyindiyi ayaqqabılarının içə risində gizlətdiyi qeyd olunan külli miqdarda narkotik vasitəni, düz bağırsağında gizlətdiyi külli miqdarda həmin psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin və Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilməsi üçün təkrarən müayinə otağına dəvət olunmuş, yeddi ədəd bükümdə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə onun düz bağırsağından, cinsiyyət orqanından və ayağına geyindiyi ayaqqabılarının içərisindən çıxarılaraq müvafiq qaydada götürülmüşdür. Bundan sonra, Məhkum1 cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kö mək etməsi ilə bağlı onun iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində 31 mart 2019-cu il tarixdə saat 17-30 radələrində cinayətkar qrupun üzvü Məhkum2 əldə edilmiş cinayətkar razılaşmaya əsasən ona çatmalı olan bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 101,152 (yüz bir tam, mində yüz əlli iki) qram heroini Məhkum1 Bakı şəhəri, Səbail rayonu, Dəniz Vağzalı adlanan ərazidə qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, həmin bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Daha sonra, Məhkum1 cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi ilə bağlı onun iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində 01 aprel 2019-cu il tarixdə saat 14 radələrində cinayətkar qrupun üzvü Məhkum3 əldə edilmiş cinayətkar razılaşmaya əsasən ona çatmalı olan bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 181,046 (yüz səksən bir tam, mində qırx altı) qram heroini Məhkum1 Bakı şəhəri, Binəqədi rayonu, Yeni Avtovağzal dairəsi yaxınlığındakı ərazidə qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, həmin bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iuyn 202 1-ci il tarixli, 1(103)-922/2021 saylı qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi8 tərəfindən kassasiya şikayətləri verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz və digər Məhkum3 tərəfindən kassasiya şikayəti verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi öz şikayətində göstərmişdir ki, cinayət işində Məhkum2 narkotik maddə qəbul edən şəxs kimi narkotik maddəni özünün şəxsi istehlakı məqsədi ilə əldə etməsini deyil, satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut yoxdur. İşdə Məhkum2 və iş üzrə onunla eyni maddələrlə məhkum edilmiş Məhkum1 və Z.H.Hüseynovla qabaqcadan əlbir olan bir qrup halında əvvəlcədən cinayət əlaqəsinə girib narkotik maddələri satış məqsədi ilə əldə etməsi hər hans ı sənəd, ifadə və ya digər hallarla sübut edilməmişdir. Belə ki, onlardan heç biri narkotik maddələri qaçaqmalçılıq yolu ilə sərhəddən keçirmiş Məhkum1 alana qədər nə onu, nə də ki, bir-birilərini tanımamışlar. Belə bir halda onların sərhəddən kənarda Bakı şəhərində olmaqla iran vətəndaşı ilə əlaqəyə girib onunla və ya Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayəti və narkotik maddələri satış məqsədi ilə əldə etməklə cinayət törətmələri absurddur. Cinayət işin materallannda bu ittihamı təsdiq edən heç bir sübut yoxdur. İstintaq orqanının və ya məhkəmənin (hakimin) işin materiallarına, sübutlara əsaslanmayan şəxsi mülahizələri iş üzrə sübut hesab edilə bilməz. İbtidai araşdırma və məhkəmə istintaqı zamanı Məhkum2 ağrıları olduğuna görə narkotik maddə istif adə etdiyini, heç bir vaxt narkotik maddə satışı ilə məşğul olmadığını, dövlət sərhədini keçmədiyini, heç kimlə qabaqcadan sərhəddən narkotik vasitənin keçirilməsi ilə bağlı razılığa gəlmədiyini, eləcə də heç kimə narkotik maddə satması ilə bağlı razılığı olmadığını, narkotik maddə hazırlanmadığını, bunun üçün avadanlığın olmadığmı, narkotik maddəni satmaq məqsədi ilə deyil, daim özü alıb istifadə etdiyini, narkotik maddənin kiməsə satdığı vaxt, həmçinin Məhkum2 31 mart 2019-cu ildə Məhkum3 isə 01 aprel 2019-ci ildə dövlət sərhədində deyil, Bakı şəhərində ayrı-ayrılıqda Məhkum1 narkotik vasitəni alarkən yaxalanmışlar. Belə ki, onlar o vaxta kimi bir-birilərini tanımamışlar. Belə olan halda bir-birilərini tanımayan şəxslərin cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup hallmda bir ləşmələri absurddur. Onların bir-birilərini tanımadıqları istintaq materialları ilə tam təsdiq edilir. Onların qaçaqmalçılıq cinayəti törətmələri o vaxtı sübut edilmiş olardı ki, Məhkum2la Məhkum3 qeyd edilən narkotik vasitələri satın almaq üçün qonşu dövlətin vətəndaşları və Məhkum1 ilə əlaqələri olması, razılığa gəlmələri sübuta yetirilmiş olaydı. İşdə isə belə sübutlar yoxdur. Narkotik vasitəni satış məqsədi ilə almaq üçün onu satan adam bəlli olmalıdır, onların arasında əlaqə, razılıq olması sübut edilməlidir. Satan varsa, alan da müəyyən edilməlidir. Almaq, satmaq iki nəfər və daha çox şəxslər arasında müqavilədir. Müqavilədə tərəflərin iradəsi əks olunur, onun bir tərəfi yoxdursa, müqavilə də yoxdur, bağalnmış hesab edilmir. Şəxsin niyyəti deyil, əməli cinayət hesab edilir. Niyyətə g örə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Bu işdə Məhkum2 nəinki narkotik maddəni satmaq məqsədi ilə əldə etməsi, onun belə bir niyyətdə olması da sübut edilməmişdir. Belə hesab edirəm ki, qaçaqmalçılıq yolu ilə narkotik vasitəm satmaq məqsədi ilə əldə etmə cinayətində narkotik maddəni alan şəxs də müəyyən olmalıdır, alanla satan arasmda əvvəlcədən razılıq olmalı və bunlar sübut edilməlidir. İşdə isə belə sübutlar yoxdur. Hər hansı bir cinayətin birgə törədilməsi uçun şəxslər arasında qabaqcadan və ya cinayətin törədildiyi vaxtda razılıq olmalıdır. Bu, birgə törədilən bütün cinayətlərə, o cümlədən də birgə törədilməsi qeyd edilən bu cinayət tərkiblərinin də obyektiv və subyektiv cəhətlərinin ən mühün elementləridir. Bu elementlərin olmaması cinayət tərkibim yaratmır. Ona görə də mü dafiəçisi olduğum G.N.Behhudova istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamı və həmin ittiham əsasında onun birinci instansiya məhkəməsinin həmin maddələrlə məhkum edilməsi barədə hökmünü və həmin hökmün qüvvədə saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin qərarını əsassız qanunsuz hesab edirəm. Birinci instansiya məhkəməsi bu ittihamla bağlı ona bəraət verməli olduğu halda vermədiyinə görə apellyasiya məhkəməsi hömü həmin hissədə ləğv etməmiş və bəraət verməmişdir. Bu iş üzrə yalnız Məhkum1 əməlində həmin cinayət tərkibləri var. Onun da bu cinayəti onlarla bir yerdə deyil, təklikdə törətməsi sübut edilmişdir. Məhkum2 yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nə zərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də ona yalnız həmin maddə ilə ittiham elan edilməli və cəza təyin edilməli idi, lakin həmin maddədən əlavə törətmədiyi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq və narkotik vasitələrin satmaq məqsədi ilə alma cinayətlərinə görə əsassız, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və həmin maddələrlə də əsassız, qanunsuz məhkum edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün və həmin hökmün dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarının Məhkum2 aid Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 206.3.2-ci və 234.4.3-cü maddələri ilə hissəsini ləğv edib həmin maddələrlə ona bəraət verilməsi barədə, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə əməli düzgün tövsif edilmədiyi üçün onun əməlinin həmin maddədən Cinayət Məcəlləsinin 234.1ci maddəsinə tövsif edilməsi barədə, Məhkum2 narkomaniya xəstəliyinə düçar olduğuna görə Cinayət Məcəlləsinin 74-1.1-ci maddəsinin tətbiq edilib onun haqqında statsionar qaydada tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 öz şikayətində göstərmişdir ki, ona ağır cəza təyin edilib, ona təyin edilmiş cəza ilə qismən razı olmadığını, iki azyaşı övladının olmasını, qızının epilepsiya xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşman olmasını nəzərə alaraq q ərarın dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəşinin və məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, Müdafiəçi8 kassasiya şikayəti təmin edilməməli, Məhkum1 kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi8 kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkum Əhmədov Məhərrəm Yaqubəli oğlunun törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü m addəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması və məhkumun əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmə k imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessua l qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında müh üm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3- cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barə də gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin Məhkum2 həmin maddə ilə təqsirsiz olması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəməsi Məhkum2 əməlini Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əld ə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narko tik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətlənd irilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum2 külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sü butla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). H ər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsas ən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cin ayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfin dən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası birinci və apelyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunveri ciliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Müdafiəçi8 kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum1 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması deyil məhz ona ağır cəza təyin edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətləri ni əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yen i sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlü yü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum1 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qə rəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası Məhkum1 təyin olunan cəzaya münasib ətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərb iyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyə tinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şə raitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları, himayəsində iki azyaşlı uşağının olmasını və qızının epilepsiya xəstəliyindən əziyyət çəkməsini kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddlərə əsasında ədalətli cəza təyin etməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin tö rədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törəd ilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi m exanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum1 məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayəti təmin eilməməli, Məhkum1 tərifindən verilmi ş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə a zadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum1 üzərində qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1418/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1418/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver