Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1419/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 və məhkumun müdafiəçisi Müdafiəçi 6 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əli Məmmədov, hakimlər Fikrət Qəribov və Telman Hüseynovdan ibarət tərkibdə) 1(101)-101/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli hökmü ilə 02 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) baş direktoru vəzifəsində işləmiş, hazırda "xxxx" MMC-nin direktor müavini olan, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci MKR, H.B.Əliyev küçəsi, ev 21, mənzil 16- da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsi, ev 4 A, mənzil 45-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən ona CM-in 179.3.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əs asən Məhkum təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılaraq, CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə, Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, və zifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum 19 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0107-P347-49890 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsinin Dövlət Qeydiyyatı haqqında xx.xx.2013-cü il tarixli şəhadətnaməsinə əsasən ********** saylı VÖEN verilməklə pərakəndə ticarət fəaliyyəti göstərən "xxxx" MMC-nin xx.x x.2011-ci il tarixli qərarı ilə Cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2017-ci il tarixədək həmin vəzifədə işləyərkən Cəmiyyətin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən qeyd edilən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik etmək, qanuni təmsilçilik funksiyasına malik olmaq, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil etmək, əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını keçirmədən, səhmdarların razılığı və məlumatı olmadan qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMCyə məxsus pul vəsaitini ayrı-ayrı banklardan götürdüyü və Cəmiyyətin fəaliyyətinə deyil, öz şəxsi məqsədləri üçün sərf etdiyi pul vəsaitləri üzrə kreditlərinin ödənişinə yönəldib mənimsəməklə talamaq məqsədilə 01 yanvar 2013-cü il tarixdən 17 yanvar 2015-ci il tarixədək olan müddətdə Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən inzibati binasında həmin Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında bir sıra hallarda öz adına, digər hallarda isə Cəmiy yətdə sürücü vəzifəsində işləyən, cinayətdən xəbərsiz Şahid3 adına milli və xarici valyutada pul vəsaitlərinin məxaric edilməsinə nail olub qeyd edilən kreditlər üzrə, o cümlədən 19 dekabr 2012-ci il tarixdə "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC) ilə özü arasında bağlanmış və şəxsi məqsədlər üçün verilən 1.611.875 manat məbləğində pul vəsaitinin götürülməsinə dair 212/BV-KM-0012 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit borcunun ödənilməsi məqsədi ilə Cəmiyyətin xəzinəsindən xx.xx.2013-cü il tarixli 252 nömrəli xəzinə məxaric orderi əsasında 36.700 manat, xx.xx.2014-cü il tarixli 266 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə 36.675 manat, xx.xx.2014-cü il tarixdə 36.676 manat, xx.xx.2014-cü il tarixdə 35.261 manat, xx.xx.2014-cü il tarixdə 37.335 manat, xx.xx.2014-cü il tarixli 64 73 nömrəli xəzinə məxaric orderi əsasında 42.665 manat, xx.xx.2014-cü il tarixdə 40.000 manat olmaqla, həmin məbləğlərdə pul vəsaitlərini məxaric edildiyi gün, xx.xx.2014-cü il tarixdə məxaric edilmiş 55.000 manatı isə xx.xx.2015- ci il tarixdə "xxxx" ASC-də (əvvəlki adı "xxxx" ASC-də) olan həmin kredit öhdəlikləri ilə bağlı qeyd edilən bankın ünvan 2 ünvanında yerləşən xəzinəsinə şəxsən və Şahid3 vasitəsi ilə ödəməklə, ümumilikdə ona etibar edilmiş cəmi 320.312 manat məbləğində pul vəsaiti hesabına şəxsi ehtiyacına uyğun sərf etdiyi qeyd edilən kreditin ödənişini həyata keçirməklə, 320.312 manat məbləğində pul vəsaitini, həmçinin eyni niyyətlə xx.xx.2013-cü il tarixdə "xxxx" QSC ilə özü arasında bağlanmış və daşınmaz əmlakın alınması məqsədi ilə verilən 950.000 ABŞ dolları məbləğində pu l vəsaitinin götürülməsinə dair 42720 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit borcunun ödənilməsi məqsədi ilə Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında Cəmiyyətin xəzinəsindən xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.114,8 manat, xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.114,8 manat, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.111,8 manat, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.111,8 manat, xx.xx.2014-cü il tarixdə məxaric edilmiş 20.655 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.110,9 manat məbləğində pul vəsai tinin məxaric edilməsinə nail olub, həmin məbləğdə pul vəsaitlərini məxaric edildiyi gün həmin kredit öhdəlikləri ilə bağlı "xxxx" QSC-nin ünvan 3 ünvanında yerləşən Səbail filialının xəzinəsinə şəxsən və Şahid3 vasitəsi ilə ödəməklə, ümumilikdə ona etibar edilmiş cəmi 80.564,1 manat məbləğində pul vəsaiti hesabına şəxsi ehtiyacına uyğun sərf etdiyi qeyd edilən kreditin ödənişini həyata keçirməklə, 80.564,1 manat məbləğində pul vəsaitini, ümumilikdə qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə (hazırkı adı "xxxx" MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 400.876,1 manat (dörd yüz min səkkiz yüz yetmiş altı manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub s axlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və Cəmiyyətin nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını keçirmədən, səhmdarların razılığı və məlumatı olmadan qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədilə ünvan 5 ünvanında "xxxx" MTK-da yerləşən 45 saylı mənzili özü üçün satın almaqdan ötrü Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən inzibati binasında həmin Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında xx.xx.2013- cü il tarixdə cinayətdən xəbərsiz Şahid3 adına yazılmış 2229 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən 280.000 manat məbləğində pul vəsaitini şəxsən götürərək qeyd edilən mənzilin sahibi Şahid4 Şahid3 vasitəsilə verməklə mənzili Şahid4 satın alaraq, mənzili Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013- cü il tarixli çıxarışla tam mülkiyyət hüququ ilə öz adına keçir məklə, qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə (hazırkı adı "xxxx" MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 280.000 (iki yüz səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətin nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Cavid Hüseyn, hakimlər Rəşad Abdulov və Qədim Babayevdə n ibarət tərkibdə) 1(103)-851/2022 nömrəli 26 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 və məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, m əhkəmələrin xüsusi müsadirənin tətbiqindən imtina etməsi ilə əlaqədar gəldiyi nəticələr əsassız olmuşdur. Belə ki, məhkəmələr ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamı qəbul etmiş və müvafiq ittiham hökmü çıxarmışlar. Verilmiş ittihamın məzmunundan da görünür ki, Məhkum “ünvan 5 ünvanında "xxxx" MTK-da yerləşən 45 saylı mənzili özü üçün satın almaqdan ötrü”... "xxxx" MMC-yə (hazırkı adı "Adore Kompani” MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 280.000 (iki yüz səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Göründüyü kimi işin sübut edilmiş halı olan əmlakın ələ keçirilməsi və hansı istiqamətdə xərclənməsi ilə əlaqədar artıq məhkəmələrin özlərinin gəldiyi faktiki nəticələr m övcuddur. Belə olan halda həmin əmlakın məhz cinayət yolu ilə əldə edilməsinin və yaxud əmlakın əldə olunması üçün 280.000 manat hissəsinin mənimsəmə yolu ilə əldə edilmiş vəsait hesabına ödənilməsinin əlavə heç bir sübuta ehtiyacı yoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, bəzi hallarda əmlakın cinayət yolu ilə əldə edilmədiyini sübut etmək vəzifəsi təqsirləndirilən şəxsin üzərində qoyula bilər və belə bir prosedur yuxanda qeyd edildiyi kimi beynəlxalq öhdəliklərin icrasından irəli gələn, həmçinin dövlətdaxili qanunvericilik aktları ilə müdafiə olunan hüquq və azadlıqların pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, xüsusi müsadirə yuxarıda qeyd edilən CM-in 99-1.1.2-ci maddəsinin imperativ tələbinə, həmçinin "Məhkəmə hökmü haqqında” plenum qərarının 76-cı maddəsinin 2-ci hissəsi ndə qeyd edildiyi kimi mülki iddianın verilib verilməməsindən asılı olmayaraq tətbiq edilməlidir. Əmlakın ipoteka ilə yüklü olması, həmçinin təqsirləndirilən şəxsin ailə üzvlərinin də hazırkı halda mənzildən istifadə hüquqlarının olması ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin nəzərə aldığı hal ilə bağlı hesab edirəm ki, məhkəmə ilk növbədə cinayət yolu ilə əldə edilmiş vəsaitin dəyərini (280.000 manat), daha sonra ipoteka krediti ilə əlaqədar məhkəmə qətnaməsi ilə bankın xeyrinə ödənilməsi müəyyən edilmiş məbləği (375919,51 ABŞ dolları, yəni təxminən 638.682 manat), həmçinin mübahisə predmeti olan əmlakın ipoteka müqaviləsi imzalanarkən müəyyən edilmiş qiymətini (1.000.000 manat), bazar qiymətini və likvid qiymətini (“Premium Legal Services" MMC-nin 12 fevral 2021-ci il tarixli qərarı ilə 2.480.000 manat) nəzərə alaraq nəticəyə gəlməli idi. İndiki halda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin hər bir halda həm zərərçəkmiş şəxsə ödənilməli məbləğləri, ipoteka ilə xeyrinə yüklü edilmiş bankın tələblərini, həmçinin ailə üzvlərinin mənzil hüquqlarının təmin edilməsi ilə əlaqədar tələbləri qarşılaya biləcəyi nəzərə alınmaqla əmlakın müsadirəsinin digər şəxslərin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması hesab etmək olmaz. Digər tərəfdən cinayət yolu ilə əldə olunmuş əmlak barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması heç də birmənalı olaraq xüsusi müsadirəni istisna edən hal kimi çıxış edə bilməz. İstənilən halda məhkəmə əmlakın kimin qanuni sahibliyində olmasını, əldə edənin vicdanlı yaxud vicdansız olmasını, əmlakın dəyərinin irəli sürülən tələbləri qarşı layıb-qarşılamamasını nəzərə almaqla yekun nəticəyə gəlməli idi. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsi Cinayət-Prosessual qanunvericiliyin imperativ tələblərini yerinə yetirməmiş, əsassız olaraq üzərinə həbs qoyulmuş əmlakın xüsusi müsadirə edilməməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, məhkumun kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassa siya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protesti başlıca dəlili həm birinci, həm də a pelyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum məxsus ünvan 6 ünvanında yerləşən mənzilin xüsusi müsadirə olunmamasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi müsadirənin tətbiqini tənzimləyən Azərbaycan Respublikası CM-in XV-İ Fəslinə daxil olmuş maddələrin normalarından görünür ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə əmlakın qanuni sahiblərinin hüquqlarına riayət edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsad irə olunur. Hazırki işdən görünür ki, 31 iyul 2013-cü il tarixdə "xxxx" QSC ilə Məhkum arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə ünvan 6 ünvanında yerləşən mənzil kredit müqaviləsi üzrə borcalan Məhkum borcverən bank qarşısında öhdəliklərinin icrasının təmin edilmə üsulu kimi "xxxx" QSC-nin xeyrinə yüklü edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(006)-93/2021 saylı qətnaməsi ilə "xxxx" QSC-nin Məhkum qarşı olan pul tələbinin ödənilməsi məqsədi ilə tutmanın Məhkum mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə yönəldilməsi, borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in 12 mart 2021-ci il tarixli, 2(006)-93/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasına dair qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 saylı qətnaməsi qismən, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, ipoteka müqaviləsinin predmeti olan ünvan 6 ünvanında yerləşən mənzilə tutma yönəldilərək borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi hissəsində məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Belə olan halda, ünvan 6 ünvanında yerləşən mənzilin müsadirə olunması "xxxx" QSC-nin həmin mənzilə ipoteka (əşya) hüququnun pozulması ilə nəticələnəcək və bu nöqtə nəzərindən həmin mənzilin müsadirəsi cinayət-prosessual qanunvericiliyinin tələblərinə də uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr ünvan 6 ünvanında yerləşən mənzil barəsində xüsusi müsadirə tətbiq etməyərək düzgün nəticəyə gəlmişlər. İş materiallarından da göründüyü kimi nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi müsadirə məsələsinə baxarkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, qərar qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respubl ikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum barəsində kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı kassasiya protesti münasibətdə dəyişdirilm
Məhkəmə qərarları › İş №1(102)-1419/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1419/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver