Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1419/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum ol unmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 9 mart tarixli, 1(103)-251/2023 nömrəli qərarından məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 26 oktyabr tarixli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və EEldar İsmayılovdan ibarət tərkibdə), xx xxx 1982-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Şorəli kəndində yaşamış, Məhkum Azərbaycan Respublikasının CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Anar İbrahimov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 2023-cü il 9 mart tarixli, 1(103)-251/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanılmışdır. 2022-ci il 26 oktyabr tarixli hökmü dəyişdirilmədən İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək, köməklik etmiş, bu məqsədlə «Baba» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 3895 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 1150 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Məhkum məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Baba» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə qeyd edilən narkotik vasitə heroinin külli miqdarda bir ədəd bükümdə olan 405 qram çəkidə və psixotrop maddə metamfetaminin külli miqdarda bir ədəd bükümdə, olan 105 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 3490 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1045 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bərdə rayonu, Şorəli kəndində yaşadığı evin yataq otağında olan zirzəmidə xüsusi düzəldilən gizli saxlanc yerində olan bir ədəd qutunun içərisində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 5 mart 2022-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 405 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gödəkçənin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 105 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 6 mart 2022-ci il tarixdə saat 4:15-dən etibarən Məhkum icazəsi və iştirakı ilə Bərdə rayonu, Şorəli kəndində yaşadığı evə baxış keçirilən zaman həmin evin yataq otağında olan zirzəmidə xüsusi düzəldilən gizli saxlanc yerində olan bir ədəd qutunun içərisindən iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda t əmiz çəkiləri 1805 və 1685 qram olmaqla ümumi təmiz çəkisi 3490 qram öz aralarında və üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1045 qram üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, PROKURORUN, MÜDAFİƏÇİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum onun üzərində və evində narkotik vasitə olmadığını bildirmişdir. Onun ifadəsindən a ydın olmuşdur ki, Məhkum ona sifariş edilmiş yükün nədən ibarət olduğunu, yəni zənbilin içərisində nə olmasını bilməmiş, sadəcə olaraq sifarişçinin şübhəli davranışları onda şübhə yaratmış, zənbilin içərisində narkotik vasitə olmasını ehtimal etmiş, ona görə də həmin zənbili təyinat nöqtəsinə çatdırmamış, bununla da dəqiq ona məlum olmasa da, ehtimal etdiyi narkotik vasitəni daşımaqdan imtina etmişdir. Polisə məlumat verməməsi, eyni zamanda həmin zənbili torpağa bastırması da ehtimal etdiyi cinayətkar şəxs(lər)dən özünü qoruması ilə bağlı olmuşdur. Bundan başqa, Məhkum telefonuna gələn mesajlar isə onun hazırki ittiham olunduğu əməli törətməsini təsdiq etmir. Məhkum "Baba" ləqəbli İran vətəndaşı İlə əlaqəli bu cinayəti törətməsi də uydurmadır. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (NMBİ) bu kateqoriya cinayət işlərinin əksəriyyətində "Baba" ləqəbli İran vətəndaşı qeyd olunur. Bu da həmin ləqəbin uydurma adama məxsus olmasını, NBMİ-nin uydurması olması qənaətinə gəlinir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2023cü il 9 mart tarixli, 1(103)-251/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığı üçün onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materiallarından görünür ki, 1-ci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, eyni zamanda cinayət qanunu norması düzgün t ətbiq edilməmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilməsini istədiyi şəxslər şahid kimi tanınmamış yalnız polis əməkdaşları şahid qismində tanınmışdır. Məhkum həmçinin qeyd etmişdir ki, qeyd edilən narkotik vasitələrin miqdarı və adları bir-birinə uyğun gəlmir, onun hansı halda necə saxlanması düzgün göstərilməmiş və o, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. Məhkum göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli, 1(103)-251/2023 nömrəli qərarının ləğv edilməsini, onun əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığı üçün onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini və əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçi kassasiya instansiyası məhkəməsində iştirak edərək kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 9 mart tarixli, 1(103)-251/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq i məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya i nstansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini həll edir. Müdafiə tərəfi məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edlməsi barədə tələblərini CPM-in 416.1.1, 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müra ciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənə vi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzər ində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürdükləri dəlilləri həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələrində irəli sürmüş, həmin dəlillər hərtərəfli, tam və obyektiv araşdırılaraq əsaslandırılmış hökm və qərar çıxarılmışdır. Cinayət işinin materiallarından da görünür ki, müdafiə tərəfi məhkumdan aşkar edilmiş narkotik vasitənin mövcudluğunu inkar etmir və bununla razılaşır. Yəni məhkumdan 3490 qram çəkidə narkotik vasitə heroin və 1045 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Narkotikin iki növdə olması, həmin maddələr üçün nəzərdə tutulmuş külli miqdar çəkisindən dəfələrlə artıq olması halları həmin narkotiklərin satış məqsədi ilə əldə edildiyini, daşındığını və saxlandığını təsdiq edən mötəbər sübutlardır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin təqsirsizliklə bağlı irəl i sürdükləri dəlillər əsassızdır və qəbul edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi (müddəti) baxımından onun tərəfindən törəfilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə tam uyğundur və bu səbəbdən məhkuma təyin edilmiş cəzanın növünün və həddinin dəyişdirilməsi, eləcə də CM-in 62 və 70-ci maddələrinin tətbiqi üçün heç bir faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun və onun müdafiəçisinin kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 26 oktyabr tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barədə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 9 mart tarixli, 1(103)-251/2023 nömrəli qərarı məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1419/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1419/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver