Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1419/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 12 fevral 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi ), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) Məhkum, xx xxxx 1987-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov olmaqla yaşamış, kəndində qeydiyyatda CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə 2023-cü ilin may ayında, Lənkəran rayonu, Velədi kəndi ərazisində qanunsuz olaraq istintaqa və məhk əməyə məlum olmayan tarixdə və mənbədən külli miqdarda-11,738 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə saat 18:30 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə həmin küllü miqdarda psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmü 14 noyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. 13 dekabr 2023- cü il tarixdə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Neymət Hüsən oğlu) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından da apellyasiya şikayəti vermə müddətini ötürməklə 15 noyabr 2024-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək bu qərardan da apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkum vəsatəti əsasında işə yenidən baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Neymət Hüsən oğlu) həmin məhkəmənin 30 dekabr 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə) apellyasiya ş ikayətinə ilkin baxış iclasının 12 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində himayəsində iki azyaşlı uşağının, xəstə və yaşlı anasının olmasını qeyd edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, sağlamlığında yaranmış kəskin problemlərdən, əsəb xəstəliyindən əziyyət çəkdiyindən və hüquqlarını tam olaraq bilmədiyindən o, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarından apellyasiya şikayəti vermə müddətini buraxmış, məhkəmələr isə əsa ssız olaraq onun vəsatətlərini təmin etməyərək onun haqqında ədalətsiz qərarlar qəbul etmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi ş əkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhk əmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifə ləri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyasiya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Ə vvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həb sdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilikdə yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda üzrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməsi mümkünlüyü də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhk əməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmünün surəti 6 oktyabr 2023cü il tarixli 1(099)-618/202 3 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 19 oktyabr 2023-cü il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 14 noyabr 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız, 13 dekabr 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 1 (bir) ay 24 (iyirmi dörd) gündən sonra Məhkum barəsindəki 5 oktyabr 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin b ərpa edilməsini xahiş etmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından da apellyasiya şikayəti vermə müddətini ötürməklə 15 noyabr 2024-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək bu qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qərarı ilə isə həmin məhkəmənin 30 dekabr 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, toplanmış və araşdırılmış sübutlarla Məhkum istər 5 oktyabr 2023-cü il tarixli hökmdən, istərsə də birinci instansiya məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayətləri verməsi üçün maneə yaradan hallar müəyyən edilmir, Məhkum isə müraciətlərində və kassasiya şikayətində hüquqlarını bilmədiyini və əsəb xəstəliyindən əziyyət çəkdiyini iddia etsə də, məhkəmələrə bu halları da təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək həmçinin vurğulamağı lazım bilir ki, həmin materiallara əsasən Məhkum və birinci instansiya məhkəməsinin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Lənkəran rayon Vəkil Bürosunun vəkili Məmmədli Orxan Məmmədqulu oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında, həmçinin Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə baxılarkən məhkəmə iclasında videokonfrans va sitəsilə iştirak etmiş, hökmdən və kassasiya qaydasında mübahisələndirilən qərardan apellyasiya şikayətinin verilməsinin qaydası və müddətləri barədə qanunvericiliyin tələbləri onlara izah edilmiş, eyni zamanda onların vaxtında apellyasiya şikayəti vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də, 30 dekabr 2023-cü il tarixli qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən, 18 dekabr 2024-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq 12 fevral 2025-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin həmin qərarını d əyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il t arixli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1419/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1419/2025
24.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver