Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-142/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X19, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 228.4-cü maddələri ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.A.Allahverdiyeva (sədrlik edən), N.A.Kərimov və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxx 1980-ci ildə Naxçıvan Muxtar R espublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşları uşaqları olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Qoçüstü küçəsi, ev 2, mənzil 27-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İlqar Cümşüdov küçəsi, ev 1, mənzil 60-da yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,120.2.1, 29, 120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası CM-ni n 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq, 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanması xx xxxxx 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, «Bağlan Qrup» şirkətində mühafizəçi işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 4, mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllə rini törətməkdə təqsirli bilinərək ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2017ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: X1 (sədrlik edən), X25 və X2 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018 -ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 xx.xx.2017-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən “Ottomans Lounge” adlı çay evində naməlum şəxslər tərəfindən bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq edilməsi faktına görə sonuncunun müraciəti əsasında Səbail rayon X15 şöbəsində Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə başlanılaraq istintaqı aparılan ********* №-li cinayət işi üzrə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətmələrinə dair əsaslı şübhələr yaranmış Məhkum və qeyrilərinin tutulması məqsədilə Bakı şəhəri Səbail rayon polis idarəsinin rəis müavini, polis polkovniki Zərərçəkmiş şəxs3 rəhbərliyi ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxxx 2017-ci il tarixdə saat 02 radələrində Məhkum idarə etdiyi «Lexus» markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə Bakı şəhəri Xətai rayonu Nobel prospektində hərəkətdə olarkən tanışları X8 və X9 xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində qeyd olunan çay evində Zərərçəkmiş şəxs1 ilə mübahisə etmələri səbəbindən polis əməkdaşları tərəfindən izləndiklərini düşünərək avtomobildə olan odlu silahdan istifadə etməklə polis əməkdaşlarını öldürmək barədə Məhkumla razılığa gəlib avtomobilin yük yerində olan sonuncuya məxsus zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, «Vinçester» tipli, «Churchill Magnum» modelli ******* №-li yivsiz odlu ov silahını götürüb atə şə hazır vəziyyətə gətirərək yanına qoymuş, həmin gün saat 03:06-da ünvan 2 «a» ünvanında yerləşən «Ruslan 93» marketin qarşısında polis əməkdaşları - Zərərçəkmiş şəxs3, Bakı şəhəri Səbail RPİ 9-cu PB-nın rəisi, polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs4 və sürücü - həmin bölmənin polis serjantı X3 olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus «Nissan Sentra» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı və içərisində Bakı şəhəri Səbail RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı X17 və Bakı şəhəri Səbail RPİ-nin CAŞ-a ezam olunmuş, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nın əməliyyat müvəkkili, polis leytenantı X4 olduğu sonuncunun istifadəsində olan «Honda Akkord» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillər onların olduqları avtomobilin müvafiq qaydada ön və arxa tərəfində dayandıqdan sonra, ümumi niyyətlərini həyata keçirmək üçün onları saxlayan şəxslərin polis əməkdaşları olmasına, eləcə də polis əməkdaşlarının özlərini təqdim etməsinə əhəmiyyət vermədən yanında olan tüfəngi götürüb xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar polis əməkdaşlarını ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə avtomobilin içərisindən atəş açaraq ön sağ oturacaqdan yerə düşmüş, həmin vaxt **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağından düşən Zərərçəkmiş şəxs4 atəşdən yayınmaq üçün «Ruslan 93» marketin girişi istiqamətində qaçarkən qəsdən həyatdan məhrum etmək məqsədilə sonuncunun arxası istiqamətində atəş açmış, eyni zamanda Məhkum əvvəlcədən razılaşdıqları qəsdən həyatdan məhrum etməyə yönəldilmiş hərəkətlərini davam etdirərək idarə etdiyi avtomobili **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağından düşərək iki avtomobilin arasında dayanmış Zərərçəkmiş şəxs3 üzərinə sürüb onu avtomobillərin arasında qoymaqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sağ qapısının pəncərəsindən aşağı olan hissəsi və qapının avtomobilə birləşən hissəsində, avtomobilin yanacaq çəninin qapağının olduğu hissədə avtomobilin dəmirinin əzilməsi və deformasiyaya uğraması, arxa sağ təkəri üzərinin isə əzilməsi və cırılması kimi zədələr yetirmiş, Zərərçəkmiş şəxs3 avtomobillərin arasından çıxıb kənara çəkilmək istəyərkən o, cinayətkar niyyətlərini davam etdirərək əlində olan silahla atəş açıb sonuncuya İİİ dərəcəli travmatik və hemorragik şok la müşayiət olunan hər iki budun və sağ baldırın çoxsaylı odlu silah (qırma) yaraları, səthi arteriya və sinirlərin zədələnməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin sağ yan tərəfində 200x240 mm sahədə 4 mm, 4.2 mm, 4.3 mm və s. ölçülərdə dairəvi formalı, önə və nisbətən aşağıya doğru istiqamətli 27 ədəd zədə arxa sağ və arxa sol yan qapıların şüşələrinin hər ikisi sınması kimi zədələr yetirərək ümumilikdə Məhkumla birlikdə Azərbaycan Respublikası DİN-nə məxsus avtomobilə 2230,00 (iki min iki yüz otuz) manat məbləğində maddi zərər yetirmiş, bundan sonra o, ümumi cinayətkar niyyətini davam etdirərək marketin şüşə divarının arxasında müdafiə olunan Zərərçəkmiş şəxs4 nişan alıb yenid ən atəş açmış, güllənin marketin şüşəbəndli girişinin sol tərəfində quraşıdırılmış lay şüşəyə dəyərək onu sındırması nəticəsində məqsədinə nail ola bilməyərək ünvan 2 «a» ünvanında yerləşən «Ruslan 93» adlı marketin sahibi Zərərçəkmiş şəxs5 ümumilikdə 212 (iki yüz on iki) manat məbləğində maddi ziyan yetirməklə həm zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, həm də hadisə zamanı ətrafda olan polis əməkdaşları Maqsut Mehdiyev, Qara Osmanov və Sərxan Süleymanlının, həmin zaman «Ruslan 93» adlı marketdə gecə növbəsində satıcı olaraq işləmiş X5, X6 və həmin zaman hadisə olan ətrafda avtomobillə, piyada hərəkət edən, marketdə olan digər şəxslərin həyatı üçün təhlükə yaradaraq özlərinə məxsus avtomobilə minib hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs4 ona tərəf yönəlmiş atəşdən qorunmaqla yayına bildiyindən, Zərərçəkmiş şəxs3 isə vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməllərini başa çatdıra bilməyərək Məhkumla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək məhkum Təqsirləndirilən şəxs bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi kassa siya şikayəti və kassasiya şikayətinə əlavəni onunla əsaslandırılmışdır ki, məhkumun barəsində düzgün ittiham irəli sürülməmiş, məhkəmələr tərəfindən işin halları düzgün araşdırılmamışdır. Təqsirləndirilən şəxs aid hissədə ona verilmiş ittiham qanunsuz və əsassızıdır. Belə ki, heç bir mötəbər dəlillərə əsaslanmadan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla iki şəxsi xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə, yəni qəsdən öldürməyə cəhd etməsi, qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirməsinə dair gəlinən nəticələr əsassızdır. O hadisə baş verənə kimi heç kimlə silahlı münaqişə yaratmaq niyyətində olmamış, O zamana kimi ki, adı polis özlərini quldur kimi aparan şəxslərlə qarşılaşmamışdırlar. Ona görə də ittiham edici əsaslarla yanaşma halı istisna olmaqla qeyd olunanların hüquqi əsası yoxdur. Müdafiəçi işin hallarını əsas gətirərək qeyd etmişdir ki, qeyd olunanların Təqsirləndirilən şəxs və Məhkum heç bir aidiyyəti olmamışdır. Əgər iş üzrə sübutları dəqiq tədqiq etmiş olsaq görünən mənzərə onu ifadə edir ki, Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət hadisəsində Ramal və Emin iştirakçı olmamışdır. Ona görə də, qeyd edilənlər yalnız ittihama dair əsasları genişləndirmək, polislərin qanuna zidd əməllərinə müsbət don geyindirmək məqsədi güdmüşdür. İş materiallarından da görünür ki, İş üzrə kifayət qədər şahidlər dindirilmiş, maddi sübutlar və digər sənədlər tədqiq edilmişdir. Lakin, cinayət işinin məhkəmə araşdırması zamanı iş üzrə zərərçəkmiş şəxslərin istərsə şahidlərin bir birinə zidd ifadə verməsi nəzərə alınmadan, istintaqla yanaşı məhkəmədə də işə birtərəfli və qeyri obyektiv yanaşılaraq, qanunsuz, ədalətsiz qərar qəbul edilmişdir. Müdafiəçi kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə qeyd olunanları əsas gətirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, məhkum Təqsirləndirilən şəxs bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin t ələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxarmışdır. Cinayət işi üzrə Məhkum aid hissədə birinci instansiya məhkəməsinin hökmü və hökmlə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, adı qeyd edilən hökmdə və qərarda göstərilmişdir ki, təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmələr cinayət işində olan sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum məhkəmə istintaqı zamanı verdikləri ifadələrini müqayisəli şəkildə tədqiq edib qiymət verməklə, həmin ifadələri cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmiş, təq sirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 öldürmək niyyətində olmamaları və həmin niyyətlə əlaqədar aktiv hərəkətlər etməmələri ilə bağlı məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatlar həmin zərərçəkmiş şəxslərin ifadələri, şahidlər Maqsut Mehdiyev, Sərxan Süleymanov, Qara Osmanovun ifadələri, məhkəmə - tibbi ekspertizalarının rəyləri və baxış protokolları ilə tam təkzib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə bir nəticəyə gəlməsi tamamilə əsassız və hüquqi əsası olmayan bir nəticədir. Cinayət işi üzrə mövcud olan sübutlarla təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla iki şəxsi xi dməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə, yəni qəsdən öldürməyə cəhd etməsi ilə bağlı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum əməllərində cinayət tərkibi olmadığından və onun cinayətin törədilməsinə aidiyyəti olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2, 39.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin də lillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlarınm müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən məhkumların təqsirsiz olmasına dair müddəalarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli ü çün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qa ldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin Təqsirləndirilən şəxs və Məhkum bəraət verilməsinə dair müddəaları əsassızdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs və Məhkum törətmiş olduqları cinayət əməllərinin hüquqi qiymətləndirilməsi zamanı həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəm ələri tərəfindən səhvə yol verilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyyələrə müraciət etməyi zəruri hesab edir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəh d hesab olunur. CM-nin 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. CM-nin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. CM-nin 30.3-cü maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. CM-nin 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 120.2.1-ci maddəsi “bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə”yə; CM-nin 120.2.3-cü maddəsi “zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə”yə; CM-nin 120.2.4-cü maddəsi “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə”yə; CM-nin 120.2.7-ci maddəsi isə “iki və ya daha çox şəxsi öldürmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət h üquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sos ial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdl ə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət qanunv ericiliyinin yuxarıda şərh olunan normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında verilən tövsiyyələrə əsaslanaraq qeyd edir ki,qəsdən adam öldürmə cinayətlərinin hüquqi qiymətləndirilməsi zamanı təqsirləndirilən şəxsin qəsdinin məzmununun, cinayətin törədilməsi üsulunun, yetirilən bədən xəsarətlərin xarakterinin, bədənin hansı nahiyələrinə yetirilməsinin (həyat üçün mühüm olan orqanlara xəsarətlərinin yetirilib-yetirilməməsinin), xüsusilə təqsirləndirilən şəxsin cinayət hərəkətlərinin kəsilməsinin səbəblərinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxsin qəsdi qeyri-müəyyən olduqda onun əməli baş vermiş faktiki nəticələrə görə tövsif olu nmalıdır,yəni təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdirsə,əməl qəsdən adam öldürmə kimi, təqsirkarın hərəkətləri zərərçəkən şəxsin bədəninə xəsarətlər yetirilməsinə səbəb olmuşdursa.onun əməli yetirilən xəsarətlərin dərəcəsinə müvafiq olaraq CM-nin müvafiq maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum cinayət əlaqəsinə girməklə polis işçiləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və qeyrilərinin öldürülməsinə cəhd etmələrinə dair nəticəyə gələrkən mötəbər sübutlara əsaslanmamışlar. Belə ki,ilk növbədə qeyd olunmalıdır ki, həm ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs və Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərarlarında,həm də məhkəmə qərarlarında məhkumların hər bir polis əməkdaşını öldürmək məqsədi ilə hansı hərəkətləri etməsi,zərərçəkmiş şəxsləri öldürmək məqsədlərinə hansı səbəbdən nail ola bilməmələri göstərilməmiş,ümumi ifadələrdən istifadə olunmaqla kifayətlənilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə Eminlə saat 18 radələrində danışmış və Emin idarənin kafesində yemək olub olmaması ilə maraqlanıb ora gəlmişdir. Təxminən saat 18:30-da Emin idarə etdiyi Lexus markalı **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla ora gəlmişdir. Emin gələndən sonra idarənin kafesində kotlet kartof hazırladıb yemiş və çay içmişlər. Saat 20 radələrində Məhəmməd ona zəng edib maşının lazım olub olmamasını soruşmuş, sonra demişdir ki, təsad üfən Müşviqi görmüş və mübahisələri olmuş, maşın isə “İçərişəhər” metrosu yaxınlığında qaldığı üçün maşını sonra ona verəcəkdir. Onun harada olması ilə maraqlanıb yanına dəvət elədikdə o, «yox işim var danışarıq sonra, bəlkə getdim bağa gedə bilərəm?» demiş, ona həyətin darvazasının açarının qaz qutusunun içində olmasını, ancaq evin açarının olmadığını bildirmişdir. Məhəmməd onunla danışanda Emin yanında olmuş və işlərini təxirə salaraq Məhəmmədlə danışıb Məhəmmədə Eminin atası yaşayan Qala qəsəbəsində yerləşən bağa gəlməyi bildirmişdir. Bundan sonra Eminlə birlikdə Eminə məxsus “Lexus” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla ora getmiş, bağa çatdıqdan 15 dəqiqə sonra Məhəmmədgil də ora gəlmişlər. Hətta Eminlə bağa çatdıqdan sonra Məhəmmədə zəng edərək çörək alıb gəlməyi bildi rmişdir. Məhəmməd bağa Kazımla birlikdə gəlmiş, təxminən 15 dəqiqə sonra Əbdüllə Babək də bağa gəlmişlər. Bağda Məhəmməd ona demişdir ki, onlar birlikdə “İçərişəhər” metrosu yaxınlığında olan hamamın aşağısındakı çay evinə keçən zaman təsadüfən Müşviqin orada oturduğunu görmüş, bu zaman Müşviqin onun qardaşı Fizulini təhqir etməsi səbəbindən onların arasında mübahisə düşmüş, lakin ciddi bir məsələ olmamışdır. Bu zaman onun yanında Kazım olmuş, lakin Əbdüllə Babək həmin zaman çöldə olmuş və hadisədən xəbərdar olmamışlar. Belə ki, Məhəmməd Kazımla çay evinə keçərək içəridə yer olub-olmamasını öyrənmək istəmiş və bu zaman Müşviqi təsadüfən görmüşdür. Əbdül və Babək də bu zaman çöldə olmuş və məsələdən xəbərdar olmamışlar. Emin həmin zaman bu söhbəti bağlamağı, onlarla bir daha görüşməməyi və heç kimə bu barədə danışmamağı bildirmiş və daha sonra bağa Əbdül və Babək gəlmişlər. Bir qədər sonra tanışı olan “Hacı” adlandırdığı Emin Hüseynova zəng edərək su alıb Eminin atasının bağına gəlməsini bildirmiş, sonra onlar birlikdə oturaraq yemək yemişlər. Ümumi söhbət zamanı qərara gəlmişlər ki, səhəri gün Xızı rayonuna ova getsinlər və bu səbəbdən evə gedib bir qədər işlərini görüb ona məxsus Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən bağda yığışmağı qərarlaşaraq təxminən saat 01 radələrində ayrılmışlar. Bağdan Eminin istifadəsində olan Lexus markalı **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla Eminlə birlikdə çıxmışdır. Maşında ancaq ikisi olmuş, Məhəmmədgil də həmin zaman bağdan çıxıb evə getmişlər. Yolda olanda Eminə maşını “İçərişəhər” metrosu yaxınlığına sürməsini, orada olan avtomobi lini götürmək istədiyini, tanımadığı yerdə qalmasını istəmədiyini demiş və onlar həmin istiqamətdə getmişlər. “İçərişəhər” metrosunun yaxınlığında 9-cu Polis Bölməsinin qarşısı ilə üzü yuxarı hərəkət etdikdə yolayrıcında sağ tərəfdən sürətlə yolayrıcına qara rəngli Lexus markalı **-SS-*** dövlət nömrə nişanlı avtomaşının daxil olmasını görmüş və avtomobilin sürücüsü olan Müşviqin “əmioğlu” deyə çağırdığı Şücayət adlı şəxslə göz-gözə gəlmişdir. Maşını irəli sürüb “Face club” deyilən yerdən sağa tərəf döndükdə həmin maşın düz getmiş, sağ tərəfdəki yolayrıcında dayandıqda isə həmin maşın yenidən onların yanına gələrək durmuş, bu zaman həmin maşının pərdəli arxa oturacağının pəncərəsindən iri cüssəli, başı seyrək tüklü – keçəl bir adamın oturduğunu görüb həmin adamı Müşviqə oxşatmışdır. Bu zam an yolayrıcında sağ tərəfdən iki nəfər tanımadığı mülki geyimli şəxs yolu keçmək istədikdə Şücayətə salam vermiş, nəsə işarə etmişlər. Şücayət isə özünü həmin şəxslərə tanımamazlığa qoymuş və ancaq işıqfora baxmışdır. O, Eminə bildirmişdir ki, bunlar tələ qura bilərlər, odur ki, maşını sürüb oradan getsinlər. Onlar maşını sürərək Azneft dairəsinə tərəf getdikdə Şücayət maşını yolun əks tərəfinə sürmüş və bu zaman sonuncunun telefonla danışdığını görmüşdür. Onlar yollarını Nobel prospekti istiqamətində davam etdirən zaman dəniz vağzalının qarşısından keçəndə təxminən 150-200 metr məsafədə arxaları ilə bir ədəd avtomobilin hərəkət etdiyini görmüşdür. Hərəkətə davam edib Xətai rayonu NZS qəsəbəsinə çatmamış işıqforun yaşıl işığının sönüb-yanan halında işıqfordan keçdikdən sonra arxaları ilə g ələn maşınların qırmızı işıqda keçdiklərini görərək şübhələri artmış, bu zaman onların arxası ilə gələn maşınların sayının iki olduğunu görmüş, ara yollarla Babək prospektinə çıxmış, maşın bazarının yanında olan körpünü dönərək Neftçilərdə olan məscidin yanına gedən yola dönüb düz gedərək “Araz” marketin qarşısında işıqfordan sağa getmiş, bu zaman yolun qaranlıq olan yerdə “lalların binası” deyilən yerdə arxaları ilə gələn maşınların sürəti artırdıqlarını və çox yaxınlaşdıqlarını görüb, həmçinin yol boyu asta sürətlə hərəkət edib dəfələrlə həm yol polisi maşınlarının və post-patrul xidməti maşınlarının yanından keçdiklərini, arxaları ilə gələn maşınların polis olduqları halında onlara saxla işarəsinin veriləcəyini düşünüb arxaları ilə gələn adamların Müşviqin adamları olduqlarını yəqin e dərək avtomobilin ortasından yük yerinə tərəf keçib orada olan tilov qabının içərisindən “Vinçester” markalı tüfəngi və 3 ədəd 4-lük qırmalı güllə götürüb tüfəngi doldurmuş, yanına qoymuşdur. Həmin zaman həyəcanlı olduğu üçün tüfəngin qoruyucusuna baxmamışdır. Maşında silahın olmasının səbəbi isə 2-3 gün ondan əvvəldən həftənin bazar günü ova getmək barədə razılaşmalarının olduğunu və bu səbəbə tilov və tilov qabında tüfəng qoyaraq Məhkum maşınının yük yerinə qoymuşdur. Üzü aşağı hərəkət edən zaman işıqlıq yerdə, “Ruslan 93” marketinin yanında adamlar çox olan yerdə işıqforda maşını saxlayıb gələn şəxslərin kim olduğuna baxmaq istəmiş, bu zaman qara rəngli avtomobil qəfildən irəli sürüb qabaqlarını kəsmiş və avtomobilin arxa sağ qapısından bir nəfər düşərək silahı döyüş vəziyyətinə gətirər ək onlara tərəf tutub atəş açmışdır. Bu zaman o, özünü itirmiş və güman etmşdir ki, Müşviqin adamları onlara hücum etmişdir. Onlara qarşı silahlı hücum olduğundan o, avtomobilin qapısını açaraq çölə çıxmış və orada olan şəxslərin polis olduqlarını bilmədən onları öldürməsinlər deyə qorxutmaq məqsədi ilə atəş açmışdır. Dəqiq olaraq kimlərə və neçə ədəd atəş açdığını, həmçinin kimisə vurub-vurmadığını xatırlamır. Həmçinin onlara qarşı silah atan və onların qarşısını kəsən şəxslərdən heç biri polis olmaları barədə heç bir məlumat verməmişlər. Bu zaman Emin avtomobillə manevr edərək avtomobili irəli və geri hərəkət etdirmişdir ki, avtomobili oradan sürüb uzaqlaşsın. O, özü qorxutmaq məqsədi ilə onlara atəş açan şəxsin arxası ilə yerə istiqamətdə atəş açmış və qarşılarını kəsən maşından düşən d igər şəxsi də qorxutmaq məqsədi ilə onun istiqamətində yerə atəş açmış, ya da əlində olan tüfəngdən təsadüfən atəş açılmışdır. Həmin zaman ikinci maşın da onların arxasında dayanmışdır. O, tez dönərək maşına minmiş və Emin maşını sürərək hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, onların içərisində olan avtosmaşının qarşısını kəsən avtomobildən düşən və onlara atəş açan şəxsin və digərlərinin polis olmasını bilməmiş, həmin şəxslər də polis olmaları barədə məlumat verməmişlər. Həmin şəxs silahı hazır vəziyyətə gətirərək qəflətən onlara istiqamətlənərək atəş açdığından, həmin şəxslərin Müşviqin adamları olduğunu güman etmiş və onları qorxutmaq üçün yerə istiqamətlənən atəş açmışdır. Onun kimisə öldürmək, xüsusən də polis əməkdaşlarını öldürmək niyyəti olma mış, bu barədə Eminlə razılaşmamışdır. Atəş açmaqda məqsədi qəfildən onlara hücum edən şəxsləri qorxutmaq və özünü müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ilə danışmış və idarənin kafesində yemək olub-olmaması ilə maraqlanıb təxminən saat 18.30-da idarə etdiyi “Lexus” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla ora gəlmişdir. Onlar ikilikdə idarənin kafesində kotlet kartof hazırladıb yemiş və çay içmişlər. Saat 20 radələrində Məhəmməd Ramala zəng edib maşının lazım olub-olmamasını soruşmuş, sonra demişdir ki, təsadüfən Müşviqi görmüş və mübahisələri olmuşdur. Bundan sonra o, öz istifadəsində olan mobil telefonla Məhəmmədə zəng edib n ə olduğunu soruşmuş, Məhəmməd ona da mübahisə etdiyini bildirmişdir. Bu zaman öz işlərini təxirə salaraq Məhəmmədə özünün atası yaşayan Qala qəsəbəsində yerləşən bağa gəlməyi bildirmişdir. Ramalla birlikdə özünə məxsus “Lexus” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla bağa getmiş, bağa çatdıqdan 15 dəqiqə sonra Məhəmmədgil də ora gəlmişlər. Məhəmməd bağa Kazımla birlikdə gəlmiş, təxminən 15 dəqiqə sonra Əbdüllə Babək də bağa gəlmişlər. Bağda Məhəmməd ona demişdir ki, onlar birlikdə “İçərişəhər” metrosu yaxınlığında olan hamamın aşağısındakı çay evinə keçən zaman təsadüfən Müşviqin orada oturduğunu görmüş, bu zaman Müşviqin onun qardaşı Fizulini təhqir etməsi səbəbindən onların arasında mübahisə düşmüş, lakin ciddi bir məsələ olmamışdır. Bu zaman onun yanında Kazım olmuş, lakin Ə bdüllə Babək həmin zaman çöldə olmuş və hadisədən xəbərdar olmamışlar. Sonradan da Əbdüllə Babəkə bu barədə bildirməmişdir. Belə ki, Məhəmməd Kazımla çay evinə keçərək içəridə yer olub-olmamasını öyrənmək istəmiş və bu zaman Müşviqi təsadüfən görmüşdür. Əbdül və Babək də bu zaman çöldə olmuş və məsələdən xəbərdar olmamışlar. Məhəmmədgili dinlədikdən sonra onlara bu söhbəti bağlamağı, onlarla bir daha görüşməməyi və heç kimə bu barədə danışmamağı bildirmiş və daha sonra bağa Əbdül və Babək gəlmişlər. Bir qədər sonra “Hacı” adlandırdıqları Emin Hüseynova zəng edərək su alıb Eminin atasının bağına gəlməsini bildirmiş, sonra onlar birlikdə oturaraq yemək yemişlər. Ümumi söhbət zamanı qərara gəlmişlər ki, səhəri gün Xızı rayonuna ova getsinlər və bu səbəbdən evə gedib bir qədər işlərini görüb R amala məxsus Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən bağda yığışmağı qərarlaşaraq saat 01 radələrində ayrılmışlar. Bağdan “Lexus” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla Ramalla birlikdə çıxmış, maşında ancaq ikisi olmuş, Məhəmmədgil də həmin zaman bağdan çıxıb evə getmişlər. Yolda olanda Ramal ona maşını “İçərişəhər” metrosu yaxınlığına sürməsini, orada olan avtomobilini götürmək istədiyini, tanımadığı yerdə qalmasını istəmədiyini demiş və onlar həmin istiqamətdə getmişlər. “İçərişəhər” metrosunun yaxınlığında 9-cu polis bölməsinin qarşısı ilə üzü yuxarı hərəkət etdikdə yolayrıcında sağ tərəfdən sürətlə yolayrıcına qara rəngli Lexus markalı **SS-*** dövlət nömrə nişanlı avtomaşının daxil olmasını görmüş və avtomobilin sürücüsü olan Müşviqin “əmioğlu” deyə çağırdığı Şücayət adl ı şəxslə göz-gözə gəlmişdir. Maşını irəli sürüb “Face club” deyilən yerdən sağa tərəf döndükdə həmin maşın düz getmiş, sağ tərəfdəki yolayrıcında dayandıqda isə həmin maşın yenidən onların yanına gələrək durmuş, bu zaman həmin maşının pərdəli arxa oturacağının pəncərəsindən iri cüssəli, başı seyrək tüklü – keçəl bir adamın oturduğunu görüb həmin adamı Müşviqə oxşatmışdır. Bu zaman yolayrıcında sağ tərəfdən iki nəfər tanımadığı mülki geyimli şəxs yolu keçmək istədikdə Şücayətə salam vermiş, nəsə işarə etmişlər. Şücayət isə özünü həmin şəxslərə tanımamazlığa qoymuş və ancaq işıqfora baxmışdır. Bu zaman Ramal bildirmişdir ki, bunlar tələ qurarlar və maşını sürüb oradan getsinlər. Onlar maşını sürərək Azneft dairəsinə tərəf getdikdə Şücayət maşını yolun əks tərəfinə sürmüş və bu zaman sonuncun un telefonla danışdığını görmüşlər. Onlar yollarını Nobel prospekti istiqamətində davam etdirən zaman dəniz vağzalının qarşısından keçəndə təxminən 150-200 metr məsafədə arxaları ilə bir ədəd avtomobilin hərəkət etdiyini görmüşlər. Hərəkətə davam edib Xətai rayonu NZS qəsəbəsinə çatmamış işıqforun yaşıl işığının sönüb-yanan halında işıqfordan keçdikdən sonra arxaları ilə gələn maşınların qırmızı işıqda keçdiklərini görərək şübhələri artmış, bu zaman onların arxası ilə gələn maşınların sayının iki olduğunu görmüş, ara yollarla Babək prospektinə çıxmış, maşın bazarının yanında olan körpünü dönərək Neftçilərdə olan məscidin yanına gedən yola dönüb düz gedib “Araz” marketin qarşısında işıqfordan sağa getmiş, bu zaman yolun qaranlıq olan yerində, “lalların binası” deyilən yerdə arxaları ilə gəl ən maşınların sürəti artırdıqlarını və çox yaxınlaşdıqlarını görüb, həmçinin yol boyu asta sürətlə hərəkət edib dəfələrlə həm yol polisi maşınlarının və post-patrul xidməti maşınlarının yanından keçdiklərini, arxaları ilə gələn maşınların polis olduqları halında onlara saxla işarəsinin veriləcəyini düşünüb arxaları ilə gələn adamların Müşviqin adamları olduqlarını yəqin etdikdən sonra Ramal avtomobilin arxa tərəfindən “Vinçester” markalı tüfəngi götürüb yanına qoymuşdur. Maşında silahın olmasının səbəbi isə 2-3 gün ondan əvvəldən həftənin bazar günü ova getmək barədə razılaşmalarının olduğunu və bu səbəbə tilov və tilov qabında tüfəng qoyaraq maşınının yük yerinə qoyması olmuşdur. Üzü aşağı hərəkət edən zaman işıqlıq yerdə, “Ruslan 93” marketinin yanında, adamlar çox olan yerdə işıqforda maşını saxlayıb gələn şəxslərin kim olduğuna baxmaq istəmiş, bu zaman qara rəngli avtomobil qəfildən irəli sürüb qabaqlarını kəsmiş və avtomobilin arxa sağ qapısından bir nəfər düşərək silahı döyüş vəziyyətinə gətirib onlara tərəf tutmaqla atəş açmışdır. Bundan sonra tüfəng Ramalın əlində açılmış və Ramal tüfəngi götürərək maşından düşmüşdür. O da, həyəcanlı olduğu üçün ayağı maşının əyləcindən sürüşmüş və maşın bir qədər irəli gedərək qarşıdakı avtomobilə dəymiş və ani anda da maşını geri vermişdir. Avtomobili geri verib sola tərəf istiqamətlənmişdir ki, avtomobili sürüb oradan uzaqlaşsın və atılan atəşlərdən yayınsın. Bu zaman Ramal yenidən maşına minmiş və o, maşınla manevr edərək sürüb oradan çıxmışdır. Orada olan zaman Ramalın kimlərə güllə atması, kiminsə xəsarət alıb-almaması, ümum iyyətlə orada olan şəxslərin kim olmasını bilməmişdir. Təqsirləndirilən şəxs Məhkum həmçinin göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin qarşısını kəsən avtomobildən düşən şəxslərdən heç biri polis əməkdaşı olmaları barədə məlumat verməmişlər və avtomobildən düşən şəxs silahı hazır vəziyyətə gətirərək qəflətən onların avtomobili istiqamətində atəş açmışdır. Bu səbəbdən həmin şəxslərin Müşviqin adamları olmalarını güman etmişlər. Onun həmin şəxsləri öldürmək niyyəti olmamış və bununla bağlı Ramalla heç bir razılaşması da olmamışdır. Ümumiyyətlə bu cür razılaşma üçün vaxt da olmamışdır. Atəş açılan kimi Ramal avtomobildən düşmüş, o, isə avtomobili irəli geri vermişdir ki, manevr edib oradan uzaqlaşsın. Onun Zərərçəkmiş şəxs3 öldürmək niyyəti olsa idi, həmin niyyətini tam şəkildə h əyata keçirmək üçün real imkanı olmuş və idarə etdiyi avtomobili sonadək onun üzərinə sürüb üzərindən keçə bilər və bununla da, niyyətini başa çatdıra bilərdi. Lakin onun Zərərçəkmiş şəxs3 və yaxud digər şəxsi öldürmək niyyəti olmamış və bu barədə Təqsirləndirilən şəxslə hər hansı razılaşması da olmamışdır. Zərərçəkmiş şəxs3 göstərmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində X30 Xəstəxanasından 9-cu Polis Bölməsinə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs1 həmin tarixdə Səbail RPİ-yə ərizə ilə müraciət edərək “Ottomans” çay evində ona qarşı xuliqanlıq edilərək döyüldüyünü bildirmiş və daxil olmuş ərizə əsasında fakta görə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3 maddələri ilə cinayət işi başlanılmı ş və istintaq aparılmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər məhkumluq həyatı yaşamasını, cinayətkar aləmin üzvləri ilə oturub-durmasını nəzərə alaraq və onun qisas alması üçün cinayətlər törədəcəyini ehtimal edərək ona qarşı törədilmiş cinayət əməlini kifayət qədər ciddiyə alaraq 9-cu polis bölməsinə gəlmiş, aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin xuliqanlıq cinayətləri törətmiş şəxslərin X8, Məhkum və qeyrilərinin olması ehtimal edilmişdir. Zərərçəkmiş şəxs1 bölmədə olduğu müddətdə həmin şəxslərin yerini müəyyən edib istintaqa cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməyə başlanmışdır. Həmin şəxslərlə əlaqə saxlayıb istintaqa cəlb etmək mümkün olmadığından, texniki vasitələrdən istifadə olunmaqla Məhkum istifadəsində olan “Lexus” mar kalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olduğu müəyyən edilmişdir. xx xxxxxxx 2017-ci il tarixdə saat 02:30 radələrində həmin avtomobilin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti ilə hərəkət etməsi müəyyən edilmişdir. Dərhal onun rəhbərliyi və iştirakı ilə Səbail RPİ-nin 9-cu PB-nın rəisi Zərərçəkmiş şəxs4 xidməti istifadəsində olan “Nissan Sentra” **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobili müşahidə etməyə başlamışlar. Həmin avtomobili xidməti sürücüsü, polis serjantı Mehdiyev Maqsud idarə etmiş, Zərərçəkmiş şəxs4 arxa sağ oturacaqda, o isə qabaq sağ oturacaqda əyləşmişdir. Onlar bölmədən çıxdıqda onlarla yanaşı polis bölməsindən digər avtomobildə Səbail RPİ-nin CAŞ-ın əməliyyət müvəkkili X10 və kiçik əməliyyat müvəkkil i X17 olmuşdur. Onlar Neftçilər prospektində Dəniz Vağzalını keçəndən sonra 50-100 metr məsafə saxlamaqla müşayiət etməyə başlamış və Nobel prospekti ilə hərəkətlərini asta sürətlə davam etdirmişlər. Onlar Nobel prospekti ilə hərəkət edərək “Azpetrol” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra işıqfordan sola dönərək NZS qəsəbəsinə keçmişlər və həmin yolla hərəkət edərək Babək prospektinə çıxmışlar. Onlar əməkdaşlarla birlikdə avtomobillə onları müşayiət edərək izləmiş və onlar hərəkəti davam edərək Babək prospekti ilə Günəşli istiqamətində körpünü keçdikdən sonra geriyə dönərək Qara Qarayev prospektinə daxil olmuşlar. Həmin avtomobili sürən şəxslər sürəti azaltmışlar və onlar təhlükəsizliyin təmin olunması üçün salxamalarını gözləmişlər. Onlar Nefçilər metrosu yaxınlığında Neftçilər dair əsindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edib, “Azpetrol” Y/D məntəqəsindən geriyə dönərək, Məmmədəli Şərifli küçəsinə hərəkətlərini davam etdirmişlər və onlar da arxalarınca aralı məsafədə getməyə davam etmişlər. Onlar “Ağciyər xəstəlikləri” institutunun qarşısından keçdikdə 9cu PB-nin baş əməliyyat müvəkkili İslam İmanova zəng edərək hər hansı bir xoşagəlməz halın qarşısını almaq məqsədilə əlavə qüvvənin getdikləri istiqamətdə gəlmələrini bildirmişdir. Məmmədəli Şərifli küçəsi ilə hərəkət edən həmin avtomobili sürən şəxs küçənin qurtaracağında, Qara Qarayev prospekti ilə kəsişmədə olan işıqforun qırmızı işığında avtomoibili saxlamışdır. Dərhal həmin şübhəli şəxsləri saxlamaq üçün sürücü Maqsud Mehdiyev idarə etdiyi avtomobili həmin avtomobilin qarşısına sürmüş və onlar avtomobili n içərisində ola-ola arxa oturacaqdan görmüşdür ki, həmin maşında qabaq sağ oturacaqda əyləşən şəxs əlinə vinçestr tipli tüfəngi götürmüş və silahı atəş vəziyyətinə gətirmişdir. Həmin anda onlarla birlikdə gələn digər avtomobil də həmin avtomobilin arxasında saxlamışdır. Zərərçəkmiş şəxs4 avtomobildən düşməzdən əvvəl serjant Maqsud Mehdiyevin sükan arxasında olmağını nəzərə alaraq və öz üzərində xidməti silah olmadığından ona təhkim edilmiş “Makarov” tipli silahı ondan götürmüş və avtomobildən düşərək silahı həmin avtomobilə tuşlayıb “polis polis” deyərək silahı yerə atmasını tələb etmiş, həmin anda o da maşından düşmüşdür. Lakin həmin şəxs silahı yerə atmaq əvəzinə avtomobilin içərisində atəş açmış və dərhal sonra avtomobildən düşərək əlindəki silahı Zərərçəkmiş şəxs4 tərəf tuşlayaraq bəd ən hündürlüyündə bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs4 həmin avtomobilin sağ tərəfində həmin avtomobillə “Ruslan” marketinin arasında dayanaraq bir dəfə ona tərəf atəş açmışdır. Həmin şəxs əlindəki vinçester tipli silahla Elsevərə tərəf bədən hündürlüyündən yenidən ardıcıl iki dəfə atəş açanda sonuncu “Ruslan” marketin içərisinə tərəf keçib özünə mövqe seçib ona yenidən atəş açaraq polis olduğunu bir daha bildirmişdir. Həmin anda o, “Lexus” markalı avtomobillə orada olduqları avtomobilin arasında dayanmış və bu zaman “Lexus” markalı avtomobili sürən Məhkum avtomobili qəsdən onun üstünə sürmüş, o, iki avtomobilin arasında qalmış və özünü kənara ata bilmişdir. Daha sonra bir qədər kənara keçdiyi zaman silahla atəş açan şəxs ona tərəf dönərək silahı ona tuşlamış və atəş açmışdır. Bu zaman o, əllərini qaldıraraq atəş açmamasını polis əməkdaşları olmasını bildirsə də, həmin şəxs onu nişan alaraq ona tərəf bir ədəd atəş açmış, daha sonra isə yenidən Zərərçəkmiş şəxs4 tərəf dönüb ona istiqamətli atəş açmış və həmin zaman “Ruslan” marketin giriş qapısının sağında yerləşən şüşə lay divarı qırmışdır. Daha sonra həmin şəxs avtomobilin ön sağ oturacağına minərək avtomobillə orada uzaqlaşmışlar. Zərərçəkmiş şəxs4 göstərmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində X30 xəstəxanasından 9-cu polis bölməsinə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs1 həmin tarixdə Səbail RPİ-yə ərizə ilə müraciət edərək “Ottomans” çay evində ona qarşı xuliqanlıq edilərək döyüldüyünü bildirmiş və daxil olmuş ərizə əsasınd a fakta görə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3 maddələri ilə cinayət işi başlanılmış və istintaq aparılmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər məhkumluq həyatı yaşamasını, cinayətkar aləmin üzvləri ilə oturub-durmasını nəzərə alaraq və onun qisas alması üçün cinayətlər törədəcəyini ehtimal edərək ona qarşı törədilmiş cinayət əməlini kifayət qədər ciddiyə alaraq idarənin rəis müavini Zərərçəkmiş şəxs3 də həmin gün 9-cu polis bölməsinə gəlmişdir. Zərərçəkmiş şəxs1 bölmədə olduğu müddətdə onun bir neçə dostları da bölməyə gəlmiş və bölmədən çöldə onu gözləmişlər. Aparılmış istintaq və əməliyyataxtarış tədbirləri nəticəsində həmin xuliqanlıq cinayətləri törətmiş şəxslərin X8, Məhkum və qeyrilərinin olması ehtimal edilmişdir. Zərərçəkmiş şəxs1 bölmədə olduğu müddətdə həmin şəxslərin yer ini müəyyən edib istintaqa cəlb edilmələri istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilməyə başlanmışdır. Həmin şəxslərlə əlaqə saxlayıb istintaqa cəlb etmək mümkün olmadığından, texniki vasitələrdən istifadə olunmaqla Məhkum istifadəsində olan “Lexus” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olduğu müəyyən edilmişdir. xx xxxxxxx 2017-ci il tarixdə saat 02:30 radələrində həmin avtomobilin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti ilə hərəkət etməsi müəyyən edilmişdir. Dərhal Səabil RPİ-nin rəis müavini, polis polkovniki Zərərçəkmiş şəxs3 rəhbərliyi və iştirakı ilə onun xidməti istifadəsində olan “Nissan Sentra” **-AP-*** dövlət qeydiyat nişanlı avtomobillə həmin avtomobili müşahidə etməyə başlamışlar. Həmin avtomobili xidməti sür ücüsü, polis serjantı Mehdiyev Maqsud idarə etmiş, o, arxa sağ oturacaqda, Zərərçəkmiş şəxs3 isə qabaq sağ oturacaqda əyləşmişdir. Onlar bölmədən çıxdıqda onlarla yanaşı polis bölməsindən digər maşın da çıxmış və həmin avtomobildə Səbail RPİ-nin CAŞ-ın əməliyyət müvəkkili polis leytenantı X10 və kiçik əməliyyat müvəkkili X17 olmuşdur. Onlar Neftçilər prospektində Dəniz Vağzalını keçəndən sonra 50-100 metr məsafə saxlamaqla müşayiət etməyə başlamış və Nobel prospekti ilə hərəkətlərini asta sürətlə davam etdirmişlər. Onlar Nobel prospekti ilə hərkətə edərək “Azpetrol” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra işıqfordan sola dönərək NZS qəsəbəsinə keçmişlər və həmin yolla hərəkət edərək Babək prospektinə çıxmışlar. Onlar əməkdaşlarla birlikdə avtomobillə onları müşayiət edərək izləmiş və o nlar hərəkəti davam edərək Babək prospekti ilə Günəşli istiqamətində körpünü keçdikdən sonra geriyə dönərək Qara Qarayev prospektinə daxil olmuşlar. Həmin avtomobili sürən şəxslər sürəti azaltmışlar və onlar təhlükəsizliyin təmin olunması üçün salxamalarını gözləmişlər. Onlar Nefçilər metrosu yaxınlığında Neftçilər dairəsindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edib, “Azpetrol” Y/D məntəqəsindən geriyə dönərək, Məmmədəli Şərifli küçəsinə hərəkətlərini davam etdirmişlər və onlar da arxalarınca aralı məsafədə getməyə davam etmişlər. Onlar “Ağciyər xəstəlikləri” intitutunun qarşısından keçdikdə 9-cu PB-nin baş əməliyyat müvəkkili İslam İmanova zəng edərək hər hansı bir xoşagəlməz halın qarşısını almaq məqsədilə əlavə qüvvənin getdikləri istiqamətdə gəlmələrini bildirmişdir. Məmmədəli Şə rifli küçəsi ilə hərəkət edən həmin avtomobili sürən şəxs küçənin qurtaracağında, Qara Qarayev prospekti ilə kəsişmədə olan işıqforun qırmızı işığında avtomoibili saxlamışdır. Dərhal həmin şübhəli şəxsləri saxlamaq üçün sürücü Maqsud Mehdiyev idarə etdiyi avtomobili həmin avtomobilin qarşısına sürmüş və o, avtombilin içərisində ola-ola arxa oturacaqdan görmüşdür ki, həmin maşında qabaq sağ oturacaqda əyləşən şəxs əlinə vinçestr tipli tüfəngi götürmüş və silahı atəş vəziyyətinə gətirmişdir. Həmin anda onlarla birlikdə gələn digər avtomobil də həmin avtomobilin arxasında saxlamışdır. O, avtomobildən düşməzdən əvvəl serjant Maqsud Mehdiyevin sükan arxasında olmağını nəzərə alaraq və öz üzərində xidməti silah olmadığından ona təhkim edilmiş “Makarov” tipli silahı ondan götürmüş və avtomobild ən düşərək silahı həmin avtomobilə tuşlayıb “polis polis” deyərək silahı yerə atmasını tələb etmiş, həmin anda Zərərçəkmiş şəxs3 də maşından düşmüşdür. Lakin həmin şəxs silahı yerə atmaq əvəzinə avtomobilin içərisində atəş açmış və dərhal sonra avtomobildən düşərək əlində silahı ona tərəf tuşlayaraq bədən hündürlüyündə bir dəfə atəş açmış, o da həmin avtomobilin sağ tərəfində həmin avtomobillə “Ruslan” marketinin arasında dayanaraq bir dəfə ona tərəf atəş açmışdır. Həmin şəxs əlindəki vinçester tipli silahla ona tərəf bədən hündürlüyündən yenidən ardıcıl iki dəfə atəş açanda o, “Ruslan” marketin içərisinə tərəf keçib özünə mövqe seçib ona yenidən atəş açaraq polis olduğunu bir daha bildirmişdir. Həmin anda “Lexus” avtomobili sürənin Məhkum isə xidməti maşınla həmin avtomobilin arasında day anan Zərərçəkmiş şəxs3 üzərinə avtomobili sürmüş və Zərərçəkmiş şəxs3 iki avtomobilin arasında qalmış, özünü kənara ata bilmişdir. X33-zadə avtomobilin üstünə sürülməsindən sonra Ruslan marketə tərəf kənara çəkiləndə həmin şəxs əlindəki silahla Orxana da bir dəfə atəş açmışdır. O, bunu gördükdə marketin şüşəli girişindən ona doğru növbəti dəfə atəş açmaq istədikdə həmin şəxs ona tərəf çönərək növbəti dəfə silahı düz onun baş nahiyəsinə tuşlayıb atəş açanda marketin girişindəki lay şüşə sınmış və üzərinə tökülmüşdür. Həmin marketin avtomatik açılan şüşəli qapısı sınmış şüşənin üzərində yana doğru açılmış vəziyyətdə olduğundan qırmalar onun bədəninə dəyməmişdir. Bundan sonra o, həmin yerdən çıxıb həmin şəxsin üzərinə gedərək ardıcıl olaraq 3-4 dəfə atəş açmış, lakin o, avtomobilin qabaq sərn işin oturacağına minib həmin avtomobillə hadisə yerindən dərhal uzaqlaşmışdır. İş üzrə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, 2016-cı ilin aprel ayından 9cu PB-nin polis nəfəri vəzifəsində, faktiki olaraq 9-cu PB-nin rəisi Zərərçəkmiş şəxs4 sürücüsü vəzifəsində işləyir. xx xxxxxxx 2017-ci il tarixdə xidmətdə olarkən, xx xxxxxxx 2017-ci il tarixdə saat 02:30 radələrində 9-cu PB-nin rəisi Zərərçəkmiş şəxs4 ona göstəriş vermişdir ki, dərhal avtomobili işə salaraq onu gözləsin. Bundan sonra, Səbail RPİ-nin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə və bölmə rəisi Zərərçəkmiş şəxs4 avtomobilə əyləşmiş və Zərərçəkmiş şəxs3 ona təcili Neftçilər prospektinə çıxaraq, Nobel prospekti istiqamətində avtomobili sürməyə göstəriş vermiş və o da 9-cu PB-nin qarşısından “Nissan Sentra” markalı ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobili hərəkət gətirərək deyilən istiqamətdə sürmüşdür. O, Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti ilə hərəkət etməyə başlamışdır. Neftçilər prospektindən Nobel prospektinə keçəndən sonra, həmin prospektdə Zərərçəkmiş şəxs3 ona göstəriş vermişdir ki, qarşıdakı “Lexus” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili izləməklə müşayiət etsin. Əvvəlcə ara məsafəsi 50-60 metr məsafə saxlasa da, Nobel prospektindən NZS qəsəbəsinə döndükdən sonra ara məsafəsi 15-20 metrə qədər azaltmışdır. Həmin avtomobili o, idarə etmiş, Zərərçəkmiş şəxs4 arxa sağ oturacaqda və Zərərçəkmiş şəxs3 qabaq sağ oturacaqda əyləşmişdir. onlar 9-cu PB-dən birlikdə çıxmış və onlarla yanaşı polis bölməsindən “Honda” markalı avtomobillə Səbail RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X10 və kiçik əməliyyat müvəkkili X17 çıxmışlar. “Honda” markalı həmin avtomobili Sərxan Süleymanlı idarə etmiş, Qara Osmanov qabaq sağ oturacaqda əyləşmiş və onun arxasınca gələrək onları müşayiət etmişlər. **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil Nobel prospekti ilə hərəkət edərək “Azpetrol”Y/D mətnətəqəsini keçəndən sonra işıqfordan sola dönərək, NZS qəsəbəsinin içərisinə keçmiş və həmin yolla hərəkət edərək Babək prospektinə çıxmışlar. O, avtomobilə həmin Lexus avtomobilini müşayiət edərək izləymiş və onlar hərəkəti davam edərək Babək prospekti ilə Günəşli istiqamətində körpünü keçdikdən sonra, geriyə dönərək Qara Qarayev prospektinə daxil olmuşlar. Həmin avtomobili sürən şəxslər Babək prospektində 70-80 km/saat sürətlə getsələr də, körpüdən geri yə dönərək Qara Qarayev prospektinə çıxanda təxminən 50-60 km/saat sürətlə hərəkət etmiş və həmin avtomobillə idarə etdiyi avtomobil arasında ara məsafəsini 10 metrə qədər azaltmışdır. Ona Zərərçəkmiş şəxs3 göstəriş vermişdir ki, həmin avtomobili saxlayan kimi avtomobillə qarşısını kəsərək hərəkət etmələrinə imkan verməsin. Həmin avtomobilin sürücüsü Nefçilər metrosu yaxınlığında Neftçilər dairəsindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edib, Azpetrol Y/D məntəqəsindən geriyə dönərək, Məmmədəli Şərifli küçəsinə hərəkətlərini davam etdirmişlər və o da onların arxasınca 6-7 metr məsafə saxlamaqla izləməyə davam etmişdir. Məmmədəli Şərifli küçəsi ilə hərəkət edən həmin avtomobili sürən şəxs küçənin qurtaracağında, Qara Qarayev prospekti ilə kəsişmədə olan işıqforun qırmızı işığında “Rusl an 93” marketin qarşısında saxlamışdır. O da dərhal həmin şübhəli şəxsləri saxlamaq üçün idarə etdiyi avtomobili həmin avtomobilin qarşısına sürərək onun qarşısını kəsmişdir. Həmin anda onlarla birlikdə gələn digər maşın da həmin avtomobilin arxasında saxlamışdır. Həmin vaxt saat 03:05 radələri olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs4, onun ardınca isə Zərərçəkmiş şəxs3 avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs4 avtomobildən düşməzdən əvvəl ondan tabel silahını istəmiş və götürmüşdür. Zərərçəkmiş şəxs4 avtomobildən düşən kimi digər avtomobil tərəfdən silah səsi eşidilmişdir. Silah səsini eşidən kimi Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 avtomobildən düşərək, “polis, polis” deyə qışqırmışlar. Bu zaman o da avtomobildən düşüb **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə keçib daya nmışdır. Bu ərəfədə avtomobilin qabaq sağ oturacağında oturmuş şəxs əlində silah avtomobildən düşərək atəş açmağa başladığından Zərərçəkmiş şəxs4 həmin avtomobilin sağ yan kənarına “Ruslan 93” marketin qarşısına tərəf qaçmışdır. Lakin həmin şəxs marketə tərəf hərəkət edən Zərərçəkmiş şəxs4 üstünə bir neçə dəfə atəş açmış və onun açdığı atəş nəticəsində “Ruslan 93” marketin girişindəki lay şüşə sınaraq yerə tökülmüşdür. Bu ərəfədə digər şəxs avtomobili irəliyə doğru Orxan Axundzadənin üstünə sürmüş, Orxan isə iki avtomobilin arasında qalmış, lakin özünü kənara ata bilmişdir. Bundan sonra silahlı şəxs əlindəki silahı Orxan Axundzadəyə tərəf yönəltmiş, bu zaman Orxan yenə əlini havaya qaldırıb “polis polis” deyə qışqırmağına baxmayaraq ona da bir dəfə atəş açmışdır. Bu zaman Orxan yaralanıb m arketin yanına yıxılmışdır. Daha sonra silahla atəş açan həmin şəxs avtomobilə əyləşdikdən sonra, digər şəxs arxaya verərək və yenidən ön tərəfə sürüb həmin yerdən uzaqlaşmışlar. İş üzrə şahid qismində dindirilmiş polis işçiləri X10 və X17 şahid Maqsut Mehdiyevin ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Təsvir olunan ifadələrdən göründüyü kimi,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum hər hansı bir şəxsi öldürmək niyyətində olmadıqlarını bildirmiş, həmçinin polis işçiləri - zərərçəkmiş şəxslər O.Axundzadə və Zərərçəkmiş şəxs4,habelə şahid kimi dindirilmiş digər polis işçilərindən M.Mehdiyevin, S.Süleymanlının və Q.Osmanovun ifadələrindən də Təqsirləndirilən şəxs və Məhkum polis işçilərini öldürmək niyyətlərinin olması, öz iradələrindən asılı olmayaraq cinayətkar niyyətləri nə nail ola bilməmələri görünmür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum elan edilmiş ittihamlarda onların polis işçiləri X12, X10 və X13 da öldürməyə cəhd etdikləri və öz iradələrindən asılı olmayaraq niyyətlərinə nail ola bilməmələri göstərilsə də,həmin şəxslər zərərçəkmiş şəxs kimi tanınmamışlar. Bütün bunlar təqsirləndirilən şəxslərin törətdiyi cinayətlərin qeyri-müəyyən qəsdlə edilməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir.Ona görə də onların əməli baş vermiş faktiki nəticələrə görə tövsif olunmalıdır. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 1036 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs3 İİİ dərəcəli travmatik və hemorragik şokla müşayiət olunan hər iki budun və sağ baldırın çoxsaylı o dlu silah (qırma) yaraları, səthi arteriya və sinirlərin zədələnməsi müəyyən edildi. Xəsarətlər odlu silahdan açılmış ən azı bir atəşin təsirindən törənmişlər, qərarda göstərilən şəraitə və xx.xx.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir.” CM-nin “Qəsdən sağlamlığa ağır zərər vurma” adlanan 126-cı maddəsinə görə: “126.1.Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək q abiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaüç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 126.2. Eyni əməllər: 126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surət də köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə; 126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası iş materiallarını bir daha nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs və Məhkum törətdikləri cinayət əməlləri CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələrindən həmin Məcəllənin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilməlidir. aCM-nin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qeyd olun an Məcəllənin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs və Məhkum onlara CM-nin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təyin olunan cəzalarının ümumi cəzaçəkmə müəssisələrində çəkmələri təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Həmin cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə C M-nin 228.4-cü maddəsinə əsasən təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilsin. Məhkum Həsən oğlu Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2 və 126.2.4cü maddələri ilə təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum Həsən oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxla
Məhkəmə qərarları › İş №1(102)-142/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-142/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver