Məhkəmə qərarları › İş №1(102)-142/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-142/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-142/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 və Məhkum2 müdafiəçisi Məmmədzadə Əkbər Yusif oğlunun iştirakları il ə, İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qənbərov Ülvi Oktay oğlu) Məhkum2, xx xxxxxx 1998-ci il tarixdə İmişli rayonu Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu Məzrəli kəndində qeydiyyatda olmaqla yaşayan, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 194.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 19 aprel 2019-cu il tarixdən 20 aprel 2019-cu il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınıb təyin olunmuş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmı şdır. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1, 326.2-ci maddələri ilə, Məhkum3 və Məhkum4 isə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2, qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, habelə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxslə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakı əldə edərək onlara sahiblik və onlardan istifadə etmişdir. Belə ki, o, 06 sentyabr 2018-ci il tarixdə saat 13 radələrində tanışı X9 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus İmişli rayon Məzrəli kən dindəki fərdi yaşayış evindən oğurlanmış 385 manat dəyərində bir ədəd qaşsız qızıl qadın üzüyünün, 180 manat dəyərində bir ədəd qızıl qadın üzüyünün, 180 manat dəyərində bir ədəd qızıl qadın üzüyünün, 120 manat dəyərində bir ədəd qızıl qadın üzüyünün, 60 manat dəyərində bir ədəd qızıl uşaq üzüyünün, 154 manat dəyərində bir ədəd qızıl uşaq bilərziyinin, 180 manat dəyərində bir ədəd qızıl uşaq bilərziyinin, hər biri 180 manat dəyərində olmaqla cəmi 360 manat dəyərində iki ədəd qızıl uşaq boyunbağının, 3 manat dəyərində bir ədəd sadə klonlu metal sepin, 1 manat dəyərində bir ədəd sadə metal bilərziyin və 2 manat dəyərində bir ədəd burjun metal sırğanın oğurluq cinayəti yolu ilə əldə edildiyini bilə-bilə, qabaqcadan vəd etmədən digər tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub həmin qızıl-zinət ə şyalarını 06 sentyabr 2018-ci il tarixdə saat 15 radələrində İmişli rayonunun Məzrəli kəndində X4 götürərək, 07 sentyabr 2018-ci il tarixdə Məhkum1 ilə birlikdə Bakı şəhərində istintaqa məlum olmayan şəxsə satıb qazanc əldə etməklə, onlara sahiblik və onlardan istifadə etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə 22 yanvar 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonu, Xubyarlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, evdə olan bir ədəd 800 manat dəyərində kondinsioneri gizli yolla talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə 07 fevral 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs4 məxsus, İmişli rayonu Məzrəli kəndində yerləşən həyət evinin arxa hissəsində olan taxta pəncərəni əl ilə vurub qırmaqla qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin yataq otağında yerləşən dolabın çəkəcəyində saxlanılan Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 800 manat dəyərində brilliant qaşlı 750 əyarlı qızıl qadın üzüyü, bir ədəd 4700 manat dəyərində sığra, üzük, boyunbağı, bilərzikdən ibarət brilliant qaşlı 750 əyarlı qızıl komplekti, bir ədəd 1000 manat dəyərində qaşsız 585 əyarlı qızıl qadın üzüyü, bir cüt 360 manat dəyərində 585 əyarlı qızıl sırğa, bir ədəd 760 manat dəyərində 585 əyyarlı qızıl klonlu qızıl boyunbağı, bir ədəd 1000 manat dəyərində 585 əyarlı qədimi tam qızıldan olan qadın qol saatı, bir ədəd 800 manat dəyərində 585 əyyarlı qədimi qızıl onluğu, bir ədəd 500 manat dəyərində sadə qaşlı 585 əyyarlı qızıl kişi üzüyü, bir ədəd 300 manat dəyərində sadə böyük qaşlı 585 əyarlı qızıl qadın üzüyü, hər birinin dəyəri 200 manat olmaqla cəmi 2000 manat dəyərində 10 ədəd sadə qaşlı 585 əyyarlı qızıl qadın üzükləri, bir ədəd 30 manat dəyərində gümüş boyunbağını və 130 manat dəmir pulları gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 12380 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Hökmdən narazı qalan Məhkum1 müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu, Məhkum2 müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş apellyasiya şika yətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 02 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi R.S.Mirzəyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 müdafiəçisi Z.İ.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilərək İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən CM-nin 194.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrume tmə cəzası ilə əhatə edilmiş və Məhkum2 üzərində 3 (üç) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun 19 aprel 2019-cu il tarixdən 20 aprel 2019-cu il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq həmin cəzadan çıxılmaqla qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şərtlərini müəyyən CMnin müvafiq normalarına (CM-n in 8, 41, 58 və 59-cu maddələrinə), qanunçuluq prinsipi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 10-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma təyin olunmuş cəzanı yüngülləşdirərkən cinayət qanunvericiliyində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə Məhkum2 təyin olunmuş cəzanı yüngülləşdirərkən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini nəzərə almamış və cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş. Bununla yanaşı məh kəmə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış, yəni cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Bundan başqa kassasiya protestinin müəllifi qeyd edir ki, məhkəmə Məhkum2 cəzasını yüngülləşdirərkən, onun tərəfindən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, onun qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, habelə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etməsini, qabaqcadan əlbir olan bir qrup şəxslə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakı əldə ed ərək onlara sahiblik və onlardan istifadə etməsini, bu halların öz-özlüyündə onun törədiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Məhkum2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz layiqli, yuxarıda hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq apelyasiya instansiya məhkəməsi əsassız və cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq yüngül cəza təyin etmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, Məhkum2 təyin edilmiş azad lıqdan məhrum etmə cəzasının müddətini 3 (üç) ilədək endirən apellyasiya instansiya məhkəməsi onun barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsini də tətbiq etməli olduğu halda, bunu etməmişdir. Kassasiya protestində göstərilən dəlillərə və amnistiya aktının müvafiq bəndlərinə əsaslanaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərç əkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olma ması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan görünür ki, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum2 həddindən artıq yüngül cəzanın təyin edilməsini və eyni zamanda onun haqqında amnistiya aktının tətbiq edilməməsini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə amnistiya aktını tətbiq etməməklə ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdı ran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müra ciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və y alnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına tə yin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləl iklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-et məməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zam anda hər bir insanın, ümumiyyətlə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, əd alət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qa nunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb edilir, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit olunur. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci mad dəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbir in yüngül olmasına dair kassasiya protestində göstərilən dəlilləri, habelə həmin məhkəmənin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında həmin protestdə irəli sürülmüş tələbi qəbul edilməz sayır, lakin məhkum olunmuş şəxsin barəsində amnistiya aktının tətbiq edilməli olmasına dair dəlillərlə razılaşır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi tərəfindən Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinə dair təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, bu zaman məhkəmələr tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların tədqiqi, qiymətləndirilməsi və məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilmir və məhkəmə kollegiya sı bu məsələlərlə bağlı məhkəmələrin mövqelərini əsaslı və qanuni hesab edərək onların hazırki qərarda təftiş edilməsini zəruri bilmir. O, ki qaldı məkum Məhkum2 təyin olunmuş cəzanın həddindən artıq yüngül olması haqqında kassasiya protestinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri qəbuledilməz sayaraq buna görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar görmür. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələni n həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilm əsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normalarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələyə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəx siyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məh kumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza t ədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdi yi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tər biyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzə rə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında məhkəmə öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə q əsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutla rı məhz bu prinsipə əsaslanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsə lən, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstəri lən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum2 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 194.2.1-ci maddəsinin sanksiyasında isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X7 çıxış edərək təqsirləndirilən şəxslərin, o cümlədən Məhkum2 onlara vurulmuş ziyani tamamilə ödədiklərini bildirmişlər. Eyni zamanda həmin iclasda Zərərçəkmiş şəxs4 da öz çıxışında ona vurulmuş ziyanın 4000 manatının Məhkum2 tərəfindən ödənildiyini göstərmiş və bu hal "xxxx" MMCnin 05 may 2021-ci il tarixli 200664 nömrəli qəbzi ilə təsdiq olunur. Göründüyü kimi, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam həcmdə həm Məhkum2 və digər məhkum olunmuş şəxslər tərəfindən, Zərərçəkmiş şəxs4 vurulmuş ziyan isə qismən məhz Məhkum2 tərəfindən onlara ödənilmiş və iş materialları ilə təsdiq olunan bu hallar sonuncuya münasibətdə CM-nin 59.1.13 və 59.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşirən halların müəyyən edilməsinə dəlalət edir. Bundan başqa, iş materiallarından göründüyü kimi, Məhkum2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, törətdiyi əməlləri səmimi etiraf edərək peşmançılıq çəkməsini bildirmiş və onun cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilmir. Əvvəla məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq həm dövlət ittihamçılarının, həm də apellyasiya instansiyası məhkəməsinin razılaşdıqları birinci instansiyası məhkəməsinin hökmü ilə Məhkum2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona təyin edilmiş 2 (iki) il 6 ( altı) ay müddətə, CM-nin 194.2.1-ci maddəsi ilə isə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və bu zaman məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cinayət qanunvericiliyi normalarının tələblərinə əməl etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini, Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini, habelə iş üzrə CPM-nin 139.05-ci maddəsinin tələblərinə uyğun müvafiq sübutlarla təsdiq olunan yuxarıda göstərilən halları nəzərə almış və bununla bağlı İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü həmin məhkəmədə dövlət ittihamını müdafiə etmiş prokuror tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov tərəfindən mübahisələndirilən yeganə məsələ həmin məhkəmə tərəfindən birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum2 cinayətlərin məcmusu üzrə cəzanın CM-nin 66.2-ci maddəsinə əsasən ayrı-ayrı maddələrlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə deyil, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin b ərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlərin sanksiyal arına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdir ilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Həmin tövsiyə və tapşırığa uğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən cinayətlərin məcmusu üzrə qəti cəzaların müəyyən edilməsini və tətbiqinə dair yeni normalar nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 01dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş həmin Qanunla cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını nəzərdə tutan CM-nin 66.2-ci maddəsində də dəyişiklik edilmiş və bu maddənin yeni redaksiyasında təsbit edilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ü mumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göründüyü kimi, CM-nin 66.2-ci maddəsinin əvvəlki – 01 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasından fərqli olaraq həmin maddənin yeni redaksiyasında cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu qəti cəzanın təyin edilməsi qaydası təkcə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən cinayətlərin deyil, həm də az ağır cinayətlərin daxil olduğu halda da nəzərdə tutulmuşdur. Cəzanın hümanistəlləşdirilməsi istiqamətində edilmiş belə dəyişiklik məhkəmələrə işin bütün hallarını, o cümlədən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətmiş şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq cinayətlərin məcmusuna az ağır cinayətlərin daxil olması halında seçim etmək və bu hallara uyğun olaraq təyin edilmiş cəzaları qismən toplamaq və ya az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etmək imkanı vermişdir. İş materiallarından göründüyü kimi, Məhkum2 törətdiyi cinayətlər CM-nin 15.3-cü maddəsinə əsasən, az ağır cinayətlər kateqoriyasına aiddirlər. Məhkəmə təcrübəsinin təhlili göstərir ki, məhkəmələr bir qayda olaraq CM-nin 66.2ci maddəsində nəzərdə tutulmuş iki qaydadan birinə üstünlük vermələrini qəbul etdikləri yekun məhkəmə aktlarında heç cür əsaslandırmır və cinayətlərin məcmusu üzrə qəti cəzanı əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təyin edirlər. Məhkum2 barəsindəki cinayət işinə baxmış İmişli Rayon Məhkəməsi də bu məsələd ə istisna olmayaraq məhkuma cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təyin edilməsinə üstünlük vermiş, lakin çıxardığı hökmdə bu qaydanı seçməsini hər hansı şəkildə əsaslandırmamışlar. Həmin məhkəmədən fərqli olaraq isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işin yuxarıda təsvir olunmuş hallarından, o cümlədən cəzanı yüngülləşdirən hallardan çıxış edərək və Məhkum2 müdafiəçisi Z.İ.Məmmədovun hökmdən verdiyi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq həmin şikayətin qismən təmin edilməsini, Məhkum2 isə cinayətlərin məcmusu üzrə qəti cəzanın CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə təyin edilməsini məqsədə müvafiq bilmiş və öz nəticəsini kifayət qədər əsa slandırmaqla cinayət qanunu normalarının hər hansı şəkildə pozulmasına yol verməmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər h ansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPM nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verilməsi barədə qənaətə gəlmək üçün əsaslar mövcud deyil. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestinin o, dəlilini əsaslı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndini tətbiq etməklə onun çəkilməmiş cəzası 6 aya azaldılmalı olduğu halda bu normaya əməl etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin 81.1-ci mad dəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-nin 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bə ndinə əsasən, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. Həmin Qərarın 13-cü hissəsinə əsasən, bu Qərarın 1-7-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Həmçinin təhlil edilən amnistiya Qərarının 30-cu bəndində təsbit edilmişdir ki, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Eyni zamanda Qərarın 31-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından göründüyü kimi, məhkəmə Məhkum2 barəsindəki 06 may 2021-ci il tarixli hökmün amnistiya qərarı qəbul edilənədək çıxarılmasına, özünün qəbul etdiyi 02 iyun 2022-ci il tarixli qərarla isə ona qəti olaraq 3 (üç) il müddətdən az müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməsinə, bununla da məhkumun “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinin tətbiq edilməli olan şəxslərin dairəsinə aid olmasına baxmayaraq onun haqqında həmin amnistiya aktının tətbiq edilməsi mümkünlüyünü ümumiyyətlə müzakirə etməmiş, bununla da CPM-nin 416.1.12-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Halbuki, qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci ma ddələri ilə təqsirli qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun barəsindəki birinci instansiya məhkəməsinin hökmü 06 may 2021-ci il tarixdə çıxarılmış, həmin hökmdən apellyasiya şikayətləri verildiyindən bu şikayətlərə baxılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı 02 iyun 2022-ci il tarixdə, yəni “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə mindikdən sonra qəbul edilmiş və məhz həmin tarixdə də birinci instansiya məhkəməsinin hökmü qüvvəyə minmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən 02 iyun 2022-ci il tarixdə qərar qəbul edildikdən sonra da cəzanı icra orqan tərəfi ndən Məhkum2 barəsində amnistiya aktı tətbiq edilməmişdir. Bütün bu hallar amnistiya aktının tələblərinin fövqündə Məhkum2 barəsində 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinin tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 06 aya endirilməsinə əsas verdiyindən, lakin istər cəzanı icra edən orqan, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı qərar qəbul olunmadığından, məhkəmə kollegiyası kassasiya protestinin bu məsələyə dair hissədə, yəni qismən təmin edilməsini və həmin protestə baxılmasının nəticəsi olaraq məhkum olunmuş şəxsin göstərilən Qərarın 4-cü bəndinin tələblərinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 06 aya endirilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun və Zərərçəkmiş şəxs4, kassasiya protestinin “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinin tətbiq edilməsi hissəsində təmin olunması, digər hissələrdə isə təmin edilməməsi barədə Məhkum2 Ə.Y.Məmmədzadənin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməklə Məhkum2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilməli və məhkum olunmuş şəxsə qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəza sının müddəti “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən 06 (altı) ay azaldılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, qərar kassasiya protestinə münasibətdə Məhkum2 aid qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələri ilə təqsirli b ilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il qərarı dəyişdirilsin. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay azaldılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya protestinə münasibətdə və Məhkum2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar