Məhkəmə qərarları › İş №1(102)-142/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-142/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-142/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli 1(105)-395/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 1(124)-126/2024 nömrəli hökmü ilə (hakimlər: A.T.Rzayeva (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli 1(105)-395/2024 nömrəli qərarı ilə (hakimlər: A.İ.İsmayılov (sədrlik edən), R.O.Əsgərova və R.Ə.Ağayev) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 1(124)126/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 14,984 q ram çəkidə, kustar üsulla hazırlanmış heroini əldə edib daşıyaraq üzərində saxlamış, 24 aprel 2022-ci il tarixdə, saat 23:55 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən “Hacı Səfər” məscidinin yaxınlığında Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün Abşeron rayonu Novxanı kəndi ərazisində xidmətdə olan əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına aparılmış və 25 aprel 2022-ci il tarixdə saat 01:05-dən saat 01:20-dək olan müddətdə üzərində şəxsi axtarış keçirilərkən onun əyindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf polietilen bükümdə çəkisi 14,984 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin a şkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroinin miqdarının külli miqdarda olması onun həmin narko tik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını göstərir. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitə və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi şəxsi istehlak miqdarından təxminən 100 dəfə çox olmuşdur. Bundan başqa, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və satmaq niyyətində olması hər hansı istehlakçı ilə razılıq əldə olunması, yaxud narkotik vasitənin hazırlaması üçün hər hansı avadanlığın olması ilə şərtləndirilə bilməz. Hazırkı vəziyyətdə narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasın da razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitənin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Məhkəmə hökmündə işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərində n asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsəl ələrinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası məhkəmə qərarına yalnız kassasiya protestinə münasibətdə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik v asitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cina yət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin t övsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillər lə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşmışdır. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumi yyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən Məhkum özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 90 (doxsan) manat pulu olmuşdur. Sosial şəbəkə vasitəsilə əlaqə saxladığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü üçün narkotik vasitə almaq istəmişdir. Ona kart atmış, o da karta pulu atmışdır. O, narkotik vasitəni heç Novxanı ərazisinədən deyil, “28”-dən götürmüşdür. Saxlanan zaman üzərində də iş materiallarında qeyd edildiyi qədər narkotik vasitə olmamışdır. Sadəcə olaraq saxlanan zaman yanında taksi sürücüsü olmuşdur. Ona demişdirlər ki, əgər ona deyilən narko tik vasitəni boynuna götürməsə, taksi sürücüsünü də onunla birlikdə cəzaçəkmə müəssisəsinə göndərəcəklər. O da bu səbəbdən polis əməkdaşları ilə razılaşmışdır. Halbuki o, narkotik vasitə istifadəçisi olmuşdur. Özü cəzaçəkmə müəssisəsindən çıxıb təzəcə narkotik vasitə istifadə etməyə başlamışdır. Saxlanan zaman üzərində 14 (on dörd) qram narkotik vasitə olmamışdır. Müvəqqəti saxlama yerində narkotik vasitənin 14 qram qeyd olunduğunu bilmişdir. O, 90 manata 8 (səkkiz) qram “mal” götürmüş, hələ ondan da istifadə etmişdir. Buna görə də saxlananda üzərindəki narkotik vasitənin çəkisi az olmuşdur. Heç kimə narktoik vasitə verməmiş və satmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 2021-ci ildən etibarən narkotik va sitə istifadə edir. Saxlandığı vaxta kimi Gəncədə yaşamışdır. Gəncədə yaşayan olsa da, Bakıda işləmişdir. Narkotik vasitə almaq üçün sosial şəbəkədə danışdığı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə almışdır. Narkotik vasitəni aldığı şəxs “instagram” sosial şəbəkəsində ona nömrə atmışdır. Pulu karta atandan sonra ünvan deyəcək, gedib narkotik vasitəni götürəcəkdir. Narkotik vasitə aldığı şəxs birinci dəfə Azərbaycan Respublikasına məxsus mobil operatorun nömrəsini vermiş, həmin mobil nömrə yadında deyildir. Narkotik vasitə almaq üçün danışdığı nömrə xarici ölkəyə məxsus mobil operator olmamışdır. Narkotik vasitəyə görə pul atmağı üçün həmin şəxs ona “Kapital” kart vermişdir. Kartın nömrəsini vermiş, pulu “28”-də terminaldan vurmuşdur. 90 manatlıq “mal” götürmüşdür. 90 manata görə ona 08 q ram narkotik vasitə veriləcəkdi. 06 (altı) qram üçün 90 manat razılaşmışdırlar. 02 (iki) qram narkotik vasitəni ona pay vermişdirlər. O, 08 qramdan istifadə etmiş, saxlanan zaman üzərində 02-03 qram “mal” qalmışdır. Narkotik vasitəni saxlandığı gün götürmüşdür. Narkotik vasitəni götürüb cibinə qoymuşdur. O, “28”-də tutulmuş, ancaq iş materiallarında Novxanı yazılmışdır. O, narkotik vasitəni sellofanda cibinə qoymuş, ancaq bir hissəsi cibinə tökülmüşdür. Narkotik vasitə ot şəklində olduğu üçün cibinə dağılmışdır. Daha sonra polis idarəsində olan zaman əməliyyat müvəkkillərindən biri ona yaxınlaşaraq özünü müdafiəçi kimi təqdim etmiş, onunla söhbət əsnasında ona narkotik vasitəni sosial şəbəkə vasitəsilə iranlıdan aldığını deməyini bildirmişdir. O da həmin şəxsə narkotik vasitəni sosial şəbə kə vasitəsilə aldığını, lakin iranlıdan almadığını demişdir. Daha sonra sözügedən şəxs ona demişdir ki, “bunu cibindən çıxararsan, sənin işini 234.1-lə sənədləşdirəcəyik, özün də çöldən-çölə gedib gələrsən.” O, hazırda bildirdiklərini ona qətimkan tədbiri seçilən zaman hakimə də bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video görüntüdə üzərində aşkar olunan narkotik vasitə onun olmamışdır. Onun üzərində olan narkotik vasitənin miqdarı video görüntüdə görünən qədər deyildir. Polis əməkdaşları həmin narkotik vasitəni onun cibinə qoymuşdurlar ki, video çəkiliş zamanı cibindən çıxardar. Onun cibində narkotik vasitə olub, amma video görüntüdə görünən qədər deyildir. O, 90 manatlıq heroin götürmüşdür. O, onun yarısını istifadə etmiş, yarısı da cibində olmuşdur. Cinayət işinin materiallarında olan 25 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Məhkum üzərinə şəxsi axtarış keçirərkən əyindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan 13 sentyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı narkotik vasitələrin satışını ehtiva edən hər hansı bir məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfində n verilmiş xx.xx.2022-ci il tarixli 6/2380 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Məhkum üzərindən götürülmüş» sözləri qeyd edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 14,984 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6802 №li rəyindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ə razi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış, cinayət işinin materiallarında Məhkum üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcəd ən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərin ə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kolleg iyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli 1(105)-395/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar