Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1421/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və müdafiəçi Müdafiəçi iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası CM-nin 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Abdullayev Mehdixan Ədil oğlu, hakimlər Əliyev Elşad İbiş oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) 12 oktyabr 2017-ci il tarixli hökmü ilə xx.xx.1992-ci ildə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum Azərbayc an Respublikası CM-in 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 228.4-cü maddəsi ilə ona 9 (doqquz) ay müddətə azadlıqdan mərhum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə ona 2 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2016-cı il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş hə bs qətimkan tədbiri dəyişdirilməməsi, iş üzrə 146 manat 50 qəpik məbləğində ekspertiza xərci Məhkum tutularaq dövlət nəfinə keçirilməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması hökm edilmişdir. Hökmlə həmçinin X15 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 24 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədə n saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək apellyasiya qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma cinayətlərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən kustar üsulla hazırlanmış bir ədəd kastet (beşbarmaq) əldə edərək üstündə gəzdirmiş, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə satış məqsədi ilə qanunsuz olaraq ümumi xalis çəkisi 2194,469 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı evin arxasında olan sahədə kolların arasında gizlədib saxlamış, həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satışına dair 2016-cı ilin dekabr ayının əvvəllərində tanışı, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsinin sakini X15 ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında 09 dekabr 2016-cı il tarixdə, saat 05:30 radələrində 2 ədəd bağlamada, külli miqdarda, ümumi təmiz çəkisi 2185 qram narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyi yerdən götürərək sonuncunun idarə etdiyi “Chevrolet” markalı, 99RR628 dövlət nömrə nişanlı avtomobilin arxa oturcaqlarının üzərinə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda olan 9,469 qram hissəsini satış məqsədi olmadan özünün istifadə etməsi üçün ayırıb 1 ədəd selofan torbada olmaqla üzərində saxlayaraq, həmin avtomobilin sol ön qapısının əşyaların qoyulması üçün nəzərdə tutulan yerinə qoyub daşımaqla Bakı-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kənd istiqamətində gedən yolun sağ kənarında yerləşən “Palma” adlı marketin qarşısına gətirmiş və 2185 qram narkotik vasitə qurudulmuş marixuananı əməliyyat qrupuna şərti alıcı qismində cəlb edilmiş X7 hər kiloqramını 700 manata satarkən Biləsuvar Gömrük İdarəsinin Gö mrük Hüquqpozmalarına Qarşı Mübarizə Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq, “Chevrolet” markalı, 99RR628 dövlət nömrə nişanlı avtomobillə birlikdə Biləsuvar Gömrük İdarəsinə gətirilmiş, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2185 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana çəkiləri 1560 qram və 625 qram olan iki ədəd selofan torbada həmin avtomobilin arxa oturcaqlarının üzərindən, eyni bitkidən eyni üsulla hazırlanmış 9,469 qram narkotik vasitə qurudulmuş marixuana isə 1 ədəd selofan torbada olmaqla həmin avtomobilin sol ön qapısının əşyaların qoyulması üçün nəzərdə tutulan yerindən, habelə, Məhkum üzərinə baxış keçirilərkən soyuq silah hesab edilən bir ədəd kastet (beşbarmaq) ondan aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarı ədalətsizdir, məhkum təqsirsiz olduğu halda saxta ittihamla azadlıqdan məhrum edilmişdir. Məhkəmələr tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq edilməmiş, nəticədə məhkəmə tərəfindən qəbul olunmuş qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işin tam obyektiv araşdırılması təmin edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamadığı üçün qərar ləöv edilməli iş yenidən araşdırılması üçün apel lyasiya məhkəməsinə qaytarılmalıdır. Bundan başqa, Apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar müdafiəçiyə göndərilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəməyə qədər icraat zamanıMəhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Əyar vasitəsilə X8 adlı şəxslə tanış olmuş, X8a iki ədəd sellofan torbada qurudulmuş marixuanası olduğunu bildirmişdir. 08 dekabr 2016-cı il tarixdə saat 20 radələrində X8 ona zəng edib qurudulmuş marixuananın nə qədər olduğunu soruşmuş, o isə çəkisinin nə qədər olduğunu bilmədiyini demişdir. Marixuanadan bir ovuc da ayrıca sellofan torbaya özü istifadə et mək üçün qoymuşdur. Sonra qonşusu Məhkum Fərəcovla əlaqə saxlayıb onu səhəri günü səhər saat 05 radələrində «Ləvəngi» dairəsinə aparmasını, Bakı şəhərinə çıxacağını bildirmişdir. Məhkumə Bakı şəhərinə işlə bağlı gedəcəyini demişdir. 09 dekabr 2016-cı il tarixdə səhər saat 04 radələrində X8 ona zəng edib, artıq Lənkəran şəhərində «Palma» marketinin qarşısında onu gözlədiyini bildirmişdir. Məhkumin «Chevrolet» markalı **-RR-*** nömrə nişanlı avtomaşını ilə iki torba qurudulmuş marixuananı və özü istifadə etməyi üçün ayrıca torbaya qoyduğu bir büküm qurudulmuş marixuananı götürüb “Palma” marketin qarşısına getmişdir. X8 üçün hazırladığı iki ədəd torba narkotik vasitəni maşının arxa oturacağının üstündə qoymuş, özü üçün götürdüyü narkotik vasitəni isə sürücü tərəfdən qapısı üzərindəki yük yeri ndə qoymuşdur. Fikrində tutmuşdur ki, X8ın gəldiyi avto maşına oturduqda onu da götürsün. X8 «Palma» marketin qarşısında tək dayanmış, avtomaşını saxladıqdan sonra X8 maşında arxa oturacaqda oturmuşdur. X8 maşına oturduqdan sonra arxa oturacağın üstündə qoyduğu torbaları açıb baxmış, verəcəyi narkotik vasitənin onlar olduğunu demişdir. Həmin vaxt Məhkum həmin torbalarda narkotik vasitə olduğunu, onları X8a vermək üçün götürdüyünü bilmişdir. X8 ona avtomaşını bir az qabağa sürməsini, Bakı şəhərinə gedəcəkləri taksi sürücüsü benzin götürməyə gedib, qayıdacağını demiş, avtomaşını «Palma» marketdən 20-30 metr qabağa sürdükdən sonra X8 ona avtomaşını saxlamağını demiş, bu vaxt metallik rəngli Mersedes markalı bir avtomaşın arxadan Astara istiqamətindən gəlib onun avtomaşının yanında dayanmışd ır. Həmin avtomaşından bir neçə nəfər düşüb, onu və Məhkumi saxlamış, o, bilmişdir ki, X8 onu həmin şəxslərə satmışdır. Sonra onları idarə etdiyi avtomaşınla birlikdə Biləsuvar Gömrük İdarəsinə aparmışlar. Orada hal şahidlərinin və onların iştirakları ilə onun X8a vermək üçün götürdüyü içərisində narkotik vasitə olan torbalara baxış keçirmiş, həmin torbaları tərəzidə çəkdikdə onların çəkisi qablaşdırmaları ilə birlikdə 2460 qram olmuşdur. Sonra hal şahidlərinin və onların iştirakı ilə Məhkumə məxsus avtomobilə baxış zamanı avtomaşının salonunda, sürücü tərəfdən ön qapısının üzlüyündə olan əşyalar saxlamaq üçün yerdən sellofana bükülmüş bir bükümdə qurudulmuş marixuana aşkar edilmiş, tərəzidə çəkildikdə çəkisi qablaşdırma ilə birlikdə 17 qram olmuşdur. Sonra hal şahidlərinin iştirakı ilə üz ərində şəxsi yoxlama zamanı üzərindən 1 ədəd beşbarmaq və bıçaq aşkar edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Məhkum üzərindən tiryək narkotik vasitəsi aşkar edilmişdir. Məhkum Fərəcov istintaq zamanı ifadəsində göstərmişdir ki, 08 dekabr 2016-cı il tarixdə X2 ona Bakı şəhərinə gedəcəyinə görə onu Ləvəngi dairəsinə aparmağını bildirmiş, 09 dekabr 2016-cı il tarixdə, gecə saat 04 radələrində X2 ona zəng vuraraq gəlməyini tapşırmışdır. Maşını X2gilin qapısının ağzına sürmüş, X2 avtomaşına oturmuş və ona maşını evin arxa tərəfinə sürməyini demiş, X2 kolluqların arasından iki ədəd sellofan torba götürüb avtomaşına əyləşmiş və əlindəki torbaları arxa oturacağın üzərinə qoymuşdur. X2 avtomaşına oturduqda ondan kolluğun arasından götürdüyü torbalarda nə olduğunu soruşmuş, X2 isə tələsməməyi, sonra görəcəyini demişdir. X2 avtomaşını idarə edərək “Palma” marketin qarşısında saxlamış, orada tanımadığı bir şəxs dayanmış, həmin şəxs gəlib avtomaşında oturmuşdur. Sonra 4-5 nəfər özlərinin gömrük əməkdaşları olduqlarını bildirib onları saxlamışlar. Onu və X2i idarə etdikləri avtomaşınla birlikdə Biləsuvar Gömrük İdarəsinə aparmışlar. Orada hal şahidlərinin, onların iştirakları ilə X2in avtomaşının arxa oturacağına qoyduğu 2 ədəd torbaya baxış zamanı torbalardan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir.. Həmin bağlamalar tərəzidə çəkildikdə çəkisi qablaşdırmaları ilə birlikdə 2460 qram olmuşdur. Sonra hal şahidlərinin və onların iştirakı ilə ona məxsus avtomaşına baxış zamanı sürücü tərəfdən ön qapısının üzlüyündə olan əşyalar saxlamaq üçün yerdən sellofana bükülmüş marix uana aşkar edilmiş, tərəzidə çəkildikdə çəkisi qablaşdırma ilə birlikdə 17 qram olmuşdur. X2in həmin narkotik vasitəni orada qoymasından xəbəri olmamışdır. Eyni zamanda hal şahidlərinin iştirakı ilə X2in üzərində şəxsi yoxlama zamanı 1 ədəd beşbarmaq və bıçaq aşkar edilmişdir. Sonra hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi yoxlama zamanı şalvarının sağ cibindən 1 bükümdə tiryək aşkar edilmiş, tərəzidə çəkildikdə çəkisi qablaşdırma ilə birlikdə 1 qram olmuşdur. Həmin narkotik vasitəni isə özü istifadə etməyi üçün əldə etmişdir. X12 ifadəsində göstərmişdir ki, 09 dekabr 2016-cı il tarixdə gömrük əməkdaşı X16 rayon sakinləri Məhkum və X9 qaçaqmalçılıq yolu ilə təxminən 2,5 kiloqram narkotik vasitə marixuananı gətirmələri və həmin narkotik vasitəni satmaq üçün müştəri axtarmaları barə də məlumat əldə etdiyini bildirmişdir. Məhkum və Məhkum Fərəcovun cinayət əməllərini ifşa etmək üçün əməliyyat qrupu yaradılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin baş əməliyyat müvəkkili X4da qrupa daxil olmuşdur. X3un onlarla “X8” şərti adı ilə alıcı qismində alqı-satqı əlaqəsinə girməsi qərara alınmışdır. Həmin günü şərti alıcı kimi çıxış edən X3 “X8” şərti adı ilə Məhkumlə telefon əlaqəsinə girərək onda olan 2,5 kiloqram narkotik vasitə qurudulmuş marixuananı almaq üçün Lənkəran rayonu ərazisində olan “Palma” marketin qarşısında görüş təyin etmişdir. Təxminən saat 05:30 radələrində Məhkum məhkumla birlikdə «Chevrolet» markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Palma” marketin qarşısına gəlmişlər. X14 gəldiyi avtomaşında arxa oturacaqda oturd uqdan sonra Məhkum və Məhkum satmaq istədikləri marixuananı 2 ədəd sellofan torbada gördükdən sonra müvafiq qaydada onlara işarə vermişdir. Bu zaman onlar yaxınlaşıb Məhkum və Məhkumu saxlamış, idarə etdikləri «Chevrolet» markalı avtomaşınla birlikdə Biləsuvar Gömrük İdarəsinə aparmışlar. Sonra hal şahidlərinin iştirakı ilə Məhkum və Məhkum satmaq istədikləri 2 ədəd sellofan torbaya baxış zamanı torbaların içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələrin olduğu məlum olmuş, tərəzidə çəkildikdə ümumi çəkisi təxminən 2460,0 qram olmuşdur. Sonra gömrüyün həyətində hal şahidlərinin, Məhkum və Məhkum iştirakları ilə avtomobilə baxış zamanı avtomobilin salonundan, sürücü tərəfdə ön qapısının üzlüyündə əşyalar saxlanılması üçün nəzərdə tutulmuş yerdən sellofana bük ülü bir bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, tərəzidə çəkildikdə qablaşdırılması ilə birlikdə çəkisi təxminən 17 qram olmuşdur. Sonra Məhkum üzərində olan əşyalara baxış zamanı üzərindən metal materialdan hazırlanmış beşbarmaq və 1 ədəd bıçaq aşkar olunmuşdur. X24 üzərinə baxış zamanı əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmiş, tərəzidə çəkildikdə çəkisi təxminən 1 qram olmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. X3 və X19 eyni məzmunlu ifadə verərək, X12nun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 09 dekabr 2016-cı il tarixli baxış keçirilməsi və götür mə haqqında protokoldan görünür ki, həmin tarixdə saat 05-30 radələrində Biləsuvar gömrük idarəsində Məhkum və X1 istədiyi içərisində narkotik maddələr olması ehtimalı edilən 2 ədəd sellofan torbaya baxış keçirilmiş,baxış zamanı sellofan torbaların içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələrin olduğu məlum olmuşdur.Həmin maddələr elektron tərəzidə çəkildikdə, sellofan torba ilə birlikdə ümumi çəkisi 2460,0 (iki min dörd yüz altımış) qram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 09 dekabr 2016-cı il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Chevrolet” ** RR *** dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin salonundan, avtomobilin sürücüs ü tərəf ön qapısının üzlüyündə əşyalar saxlanılması üçün nəzərdə tutulmuş yerdə sellofan bükülü bir bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar aşkar edilən maddə elektron tərəzidə çəkidikdə qablaşdırılması ilə birlikdə çəkisi 17 (on yeddi) qram olmuşdur.Aşkar edilmiş 17 (on yeddi) qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür Beləliklə, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143- 146cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum CM-in 228.4, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin ic lasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilm əsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arası nda razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlər ə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri s atan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Beləliklə Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkuma qarşı irəli sürülmüş ittihamlar iş materiallarında olan, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarı Müdafiəçi həmin məhkəmənin 1 (106) 58/2018 saylı 01 fevral 20018-ci il tarixli məktubu (cild 4, səhifə 39) ilə məlumat üçün göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1421/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1421/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver