Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1421/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi4 Çərkəz oğlunun, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-494/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi4 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1955-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru işləmiş, hazırda işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 2. 17 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı i lə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrar vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli və külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, o, 14 yanvar 2014 -cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya X5 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi və direktoru kimi 14 aprel 2009-cu il tarixdə təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inş a olunan 1 girişli, 21 mərtəbəli binanın tikintisinin və mənzillərin satışının həmin MMC tərəfindən aparıldığını bilməsi və həmin binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.5 m2 olan 71 nömrəli mənzilin 15 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 59000 manata Zərərçəkmiş şəxs4 satmasına baxmayaraq, mənzilin Zərərçəkmiş şəxs4 məxsus olmasını bildiyi halda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmin mənzili 8 dekabr 2016cı il tarixdə cəmiyyətin ünvan 3 ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində 59000 (əlli doqquz min) manata Zərərçəkmiş şəxs3 yenidən mənzilin başqa şəxsə satılmasını ondan gizlətməklə aldadaraq satıb, qeyd olunan məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gələ rək, bunun müqabilində qeyd edilən tarixdə Zərərçəkmiş şəxs3 mənzilə görə ilkin ödəniş olaraq 23500 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, sonradan xx.xx.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, xx.xx.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, xx.xx.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, xx.xx.2017-ci il tarixdə 2000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, xx.xx.2017-ci il tarixdə 6800 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, xx.xx.2017-ci il tarixdə 3000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, xx.xx.2017ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini və xx.xx.2018-ci il tarixdə 2000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini verib, cəmi 57300 (əlli yeddi min üç yüz) manat pul vəsaitini cəmiyyətin yuxarıda qeyd olunan ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs3 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri – 8 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini və kassa mədaxil orderinin qəbzlərini imzalayıb, "xxxx" MMC möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs3 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 57300 (əlli yeddi min üç yüz) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs4 mənzilinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bundan başqa, o, təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi və direktoru kimi "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünv an 4 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın tikintisinin və mənzillərin satışının həmin MMC tərəfindən aparıldığını bilməsi və həmin binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136,6 m2 olan 98 nömrəli mənzilin 21 noyabr 2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 136600 manata Zərərçəkmiş şəxs5 satmasına baxmayaraq, mənzilin Zərərçəkmiş şəxs5 məxsus olmasını bildiyi halda, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmin mənzili 26 noyabr 2016-cı il tarixdə 122000 (yüz iyirmi iki min) manata Zərərçəkmiş şəxs9 yenidən mənzilin başqa şəxsə satılmasını ondan gizlətməklə aldadaraq satıb, qeyd olunan məbləğin hissəhissə ödənilməsi barədə razılığa gələrək, bunun müqabilində həmin tarixdə cəmiyyətin ünvan 4 ünvan ında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs9 mənzilə görə ilkin ödəniş olaraq 45000 manat alması barədə qeyd aparmaqla alqı-satqı müqaviləsi bağlayıb, xx.xx.2016-cı il tarixdə cəmiyyətin qeyd olunan ofisində 77000 manat olmaqla cəmi 122000 (yüz iyirmi iki min) manat pul vəsaitini sonuncudan alıb yeni alqı-satqı müqaviləsi bağlayaraq, mənzilin Zərərçəkmiş şəxs9 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri – 26 noyabr 2016-cı il tarixli, 24 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini və xx.xx.2016-cı il tarixli tam ödəniş olunması haqqında maliyyə arayışını imzalayıb, "xxxx" MMC möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs9 təqdim etməklə o ndan aldığı külli miqdar təşkil edən 122000 (yüz iyirmi iki min) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs5 mənzilinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bundan əlavə, o, təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla həmin MMCnin direktoru vəzifəsinin səlahiyyətlərini icra edən şəxs kimi "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətl ərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə təkrar, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 dəymiş 65000 manat maddi ziyanı ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X6 göstəriş verərək, 21 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 satdığı ünvan 3 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 40 m2 sahəsinin dəymiş ziyan ödənənədək Zərərçəkmiş şəxs8 anası Zərərçəkmiş şəxs7 saxlancına verilməsi, 3 ay ərzində ziyan ödənilməzsə, alıcının ona saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair bilə-bilə yalan məlumatların daxil edildiyi 15 iyul 2018-ci il tarixli müqavilənin cəmiyyətin həmin ünvanında yerləşən ofisində bağlanmasına nail olaraq, təkrar vəzifə saxtakarlığı törətməklə Zərərçəkmiş şəxs8 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, müqavilənin bağlanmasından 3 ay sonra dəymiş ziyanı ödəməyərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, eyni niyyətlə qulluq mövqeyindən istifadə edib cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X6 göstəriş verməklə, qeyd olunan qeyriyaşayış sahəsini xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs6 satmasına baxmayaraq, qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs6 məxsus olmasını gizlətməklə Zərərçəkmiş şəxs7 aldadaraq, həmin qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verəcəyini yalandan vəd verib Rahib Şükürov vasitəsi ilə 2018-ci ilin oktyabr ayında cəmiyyətin ünvan 3 ünvanında inşa olunan binasının qarşısında Zərərçə kmiş şəxs7 əlavə 15000 manat pul alaraq, 65000 manatı dəymiş ziyanla əvəzləşdirilməklə Zərərçəkmiş şəxs7 həmin qeyri-yaşayış sahəsinin 80000 manata qanunsuz satılmasına nail olub, vəzifəli şəxs kimi həmin ünvanda qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs7 satılması barədə tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədi–xx.xx.2018-ci il tarixli tam ödəniş olunması haqqında maliyyə arayışının tərtib edilməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilərək sonuncuya verilməsini, R.Şükürov tərəfindən isə sənədlərin Zərərçəkmiş şəxs7 təqdim edilməsini təmin etməklə, ondan aldığı xeyli miqdar təşkil edən 15000 (on beş min) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs6 qeyri-yaşayış sahəsinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Həmçinin Məhkum təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla MMC-nin direktoru vəzifəsinin səlahiyyətlərini faktiki icra edən şəxs kimi "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azər baycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nın 178.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 dəymiş 95000 manat maddi ziyanın ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X6 göstəriş verərək, 21 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 satdığı ünvan 3 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 80 m2 sahəsinin dəymiş ziyan ödənənədək Zərərçəkmiş şəxs1 saxlancına verilməsi, 3 ay ərzində ziyan ödənilməzsə, alıcının ona saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzə rində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədləri -xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışının tərtib edilməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilərək, sonuncu vasitəsilə həmin tarixdə Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs1 təqdim edilməsini təmin etdikdən bir müddət sonra, yəni 2020-ci ilin əvvəllərində sonuncu tərəfindən ziyanın ödənilməsi üçün ona verilmiş qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs6 məxsus olmasını bilinməsindən sonra Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qeyd edilən yaşayış binasının 16-cı mərtəbəsində yerl əşən ümumi sahəsi 98.5 m2 olan 107 nömrəli mənzili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs2 satmasına baxmayaraq, mənzilin Zərərçəkmiş şəxs2 məxsus olmasını Zərərçəkmiş şəxs1 gizlətməklə dəymiş ziyanın əvəzləşdirilməsi üçün qeyd edilən mənzili sonuncuya təklif edərək mənzilin başqa şəxsə satılmadığını bildirərək, xx.xx.2020-ci il tarixdə göstərilən mənzilə dair alqı-satqısı müqaviləsi tərtib edərək formal Cəmiyyətin direktoru olan cinayətdən xəbərsiz Şahid4 və Zərərçəkmiş şəxs1 imzalatdıraraq, şəxsən MMC-nin möhürü ilə təsdiq edərək dəymiş ziyanın əvəzində sonuncuya təqdim etmiş bilə-bilə yalan məlumatların daxil edildiyi xx.xx.2020-ci il tarixli müqaviləni və tam ödəniş barədə maliyyə arayışını həmin ofisdə Şahid4 imzalatdırıb cəmiyyətin möhürü ilə təsdiq etməklə həmin tarixdə şəxsən Zərərçəkmiş şəxs1 təqdim edib təkrar vəzifə saxtakarlığı törədərək, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs6 qeyri-yaşayış sahəsinə və Zərərçəkmiş şəxs2 mənzilə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-676/2021 nömrəli, 16 noyabr 2021ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüqu qundan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmü ilə təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona yeni hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasının qismən toplama yolu ilə birləşdirilməsi və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanları nda maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 09 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin mülki iddiaya dair məsələlər də həll edilmişdir.
6. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs4 apelyasiya şikayəti verərək, hökmün cəza hissəsində dəyişdirilməsini və Məhkum barəsində yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
7. Hökmdən Məhkum apelyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayəti verərək, bir sıra zərərçəkmiş şəxsl ərlə bağlı epizodlar üzrə zərərin əvəzinin depozitə yatırılmasını nəzərə almaqla Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını, qalan epizodlar üzrə bəraət verilməsini xahiş etmişdir.
9. Hökmdən Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 birgə apelyasiya şikayətinə əlavə verərək, hökm üzrə Zərərçəkmiş şəxs3 Cəlal qızı və Zərərçəkmiş şəxs9 mənzillərinin Məhkum başqa şəxslərə satılmadığı üçün onları zərərçəkmiş şəxslər qismində tanınmamasını, Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs8 təmsil etdiyi üçün zərərçəkmiş şəxs kimi tanınmamasını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmü üzrə zərərçəkmiş şəxslər olduqlarına və həmin hökmün qüvvəyə mindiyinə görə eyni epizodlar üzrə Məhkum yenidən məsuli yyət daşıya bilmədiyini, vurulan zərərin əvəzinin depozitə yatırılmasını nəzərə almaqla Məhkum barəsində başlanmış cinayət işinə xitam verilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-494/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 06 (altı) il 06 (altı) ay müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə az adlıqdan məhrum etmə cəzası və 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, hökmdən Azərbaycan Respubl ikası CM-nin 71.5-ci maddəsinə əsasən, Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmü ilə təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin təqsirləndirilən Məhkum cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmasına və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun bank depozit hesabına Məhkum tərəfindən əlavə olaraq köçürülmüş 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin barəsində xüsusi müsadirə tətbiq olunmuş və həmin pul vəsaitinin vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməklə iş üzrə mülki iddiaları təmin olunmuş zərərçəkmiş şəxslər arasın da müştərək proporsional qaydada ödənilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi4 Çərkəz oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
12. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 61.1.1, 67 və 71.5-ci maddələrinin qanuni tətbiqindən əsassız olaraq imtina etmiş, yekunda düzgün olmayan qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiym ətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(103)-494/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. 13.Məhkum müdafiəçisi Müdafiəçi4 Çərkəz oğlu kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxar mış, qanuni qüvvəyə minmiş hökmlə şəxsin barəsində əvvəllər məhkum edildiyi əməlin törədilməsinə görə təkrar ittiham hökmü çıxarılmasına yol vermiş, cinayət təqibini istisna edən halların mövcudluğuna fikir verməmişdir. Məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(101)676/2021 saylı hökmünün dəyişdirilməsi barədə Bakı Apellyasiva Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-494/2022 nömrəli qərarını ləğv edilməsini, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi və cəzalandırıldığı cinayət epizodları ilə təkrarən məhkum edildiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.
14. Kassasiya p rotestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalara, yəni Cinayət və Cinayət-Prose ssual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) oldu qda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanunu normasının tətbiqində səhvə yol verildiyini iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Məhkum müdafiəçisi Müdafiəçi4 Çərkəz oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayəti Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Cinayət işinin materiallarına olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan və müvafiq hökmün surətindən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960 /2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə şərti məhkum etmə tətbiq edilərək 2 il sınaq müddəti müəyyən olunmuşdur.
23. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 7(012)-215/2020 nömrəli qərarından göründüyü kimi, Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)960/2018 nömrəli hökmü ilə təyin edilmiş şərti məhkum etmə sınaq müddətinin sonuna 02 ay 21 gün müddət qalmış ləğv edilmişdir.
24. Həmçinin, cinayət işinin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı cinayət işi üzrə verilmiş ittihamlardan 4-cü epizod üzrə cinayət əməllərini Məhkum 03 fevral 2020-ci il tarixdə törətmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
26. Həmin Məcəllənin 71.1-ci maddəsinə görə, sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər. Şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir.
27. Həmin Məcəllənin 71.5-ci maddəsi ilə müəyyən edilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
28. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3. 1-ci maddələrinin ümumi məzmununa görə, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumlu q yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 06 sentyabr 2010-cu il).
30. İstinad edilən maddi cinayət-hüquqi normalarının müddəaları hazırki cinayət işinin mübahisələndirilməyən halları və iş materialları ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən olunur ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tö rədilməsində təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, həmin hökmlə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən tətbiq edilmiş 2 il sınaq müddətinə şərti məhkum etməsi Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 7(012)-215/2020 nömrəli qərarı ilə ləğv edilənədək 03 fevral 2020-ci il tarixdə yeni, hazırkı cinayət işi üzrə verilmiş ittihamlardan 4-cü epizod üzrə cinayət əməllərini törətmişdir. Habelə, Abşeron Rayon Məhkəməsi həmin qərarı ilə şərti məhkum etməni ləğv edərkən, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmünün qanuni qüvvəyə mindiyi andan hesablanan əlavə cəza - 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmədən azad etməmişdir.
31. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hazırki kassasiya protesti ilə mübahisələndirilən qərarında belə nəticəyə gəlmişdir ki, “işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(012)-215/2020 saylı qərarı ilə Məhkum barəsində şərti məhkumetmənin ləğv edildiyini nəzərə almadan hazırki hökm üzrə cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməkdə haqlı olmamış və bununla cinayət qanunu normasının tətbiqində səhvə yol vermiş, bunun davamı olaraq səhvən CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır”.
32. Bu zaman apellyasiya instansiyası məhkəməsi Məhkum hazırki qərarın 30-cu paraqrafında təsvir edilən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(101)-676/2021 nömrəli hökmü qəbul edildiyi anda olduğu hüquqi vəziyyətini diqqətdən qaçırmış, baxılan cinayət işi üzrə verilmiş ittihamlardan 4-cü epizod üzrə cinayət əməlini törədərkən sonuncunun üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş əsas - 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası üzrə 2 il sınaq müddətinə şə rti məhkum etmənin mövcud olduğuna nəzər yetirməmiş, eyni zamanda ona həmin hökmlə təyin olunmuş əlavə - 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi cəzasının yeni hökm çıxarıldığı anda çəkilib qurtarmadığına və çəkilməsindən heç bir vaxt azad olunmadığına hər hansı münasibətini bildirməmiş, hər iki halda Məhkum ödənilməmiş və üzərindən götürülməmiş məhkumluğunun olduğunu nəzərə almamışdır.
33. Belə olan halda isə, hazırki protestlə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CM-nin 61.1.1 və 67-ci maddələrində nəzərdə tutulan maddi hüquq normalarının düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.
34. Qeyd edilənlər kassasiya protestinin əsas lı olduğunu, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, və 416.1.21-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.
35. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
36. Məhkum yuxarıda təsvir edildiyi əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəç isi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir, Məhkum yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu – məhkumun özünün verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmiş, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyekt iv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum qeyd edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində həmin Məcəllənin qe yd edilən maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-178.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
40. Qeyd edilənlər kassasiya şikayətinin əsassız olduğunu, kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını, lakin kassasiya protestinin dəlillərinin əsaslı olduğunu, kassasiya protestinə münasibətdə apellyasiya instansiyası məh kəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olduğunu göstərir.
41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-494/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi4 Çərkəz oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 1(103)-494/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.